81
Universitetind
ə uzun illər çalışır. Onun arxivində N.Nərimanov haqqında yazdığı
“Doktor N
ərimanov” adlı xatirələri saxlanılır. Xatirələrində onun N.Nərimanova
böyük hörm
ət və məhəbbəti hiss olunur. O, N.Nərimanovu “böyük,
çox böyük bir
sima” adlandırır. Bu xatirələrdə Mirzə İbrahimovun öz çıxışlarının birində
N.N
ərimanov haqqında dediyi fikir də verilir: “Nərimanovun sözü hər hansı bir
m
əclisin idrakına yol tapırdı. O, hər kəsi faktlarla, məntiqlə inandırırdı”.
N.N
ərimanovun Əbdürrəhim bəy Haqverdiyevlə dostluq münasibətləri
olmuşdur. Məlum olduğu kimi, Əbdürrəhim bəy Haqverdiyev AXC-nin
görkəmli
xadimi olmuşdur. O, AXC dövründə Dağlı Xalqları İttifaqında (Şimali Qafqazın
böyük bir hiss
əsini əhatə edirdi) Azərbaycanın diplomatik nümayəndəsi
v
əzifəsində çalışırdı. Bütün bunlara baxmayaraq, N.Nərimanovla şəxsi dostluq
əlaqələri də saxlayırdı. O, N.Nərimanovun
hökumətində Xalq Maarif
Komissarlığında müxtəlif vəzifələrdə çalışmış və müxtəlif vaxtlarda ədəbiyyat
şöbəsinin və teatr şöbəsinin müdiri olmuşdur. N.Nərimanov Azərbaycan teatrının
50 illik yubiley komit
əsinə rəhbərlik etmiş və Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin
30 illiyi münasib
əti ilə təşkil olunmuş komissiyanın fəxri sədri seçilmişdir. O
dövrd
ə Maarif Komissarlığında M.Mahmudbəyov və Rza Təhmasib çalışırdılar.
N.N
ərimanov Mirəsədulla Mirqasımovla hələ Odessada tələbə ikən tanış
olmuşlar (419). M.Mirqasımov 1916-cı ildə Bakıya qayıtmış, 1920-ci ildə
Mixaylovski x
əstəxanasının (indi Əzizbəyov adına doğum evi) cərrahiyyə
şöbəsində baş ordinator işləmiş,
1923-cü ild
ə ADU-nun
tibb fakültəsinə dəvət
olunmuş və ömrünü cərrahiyyə praktikasına və elminə həsr etmişdir. O, 1945-ci
ild
ə Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir.
N.N
ərimanovun 1920-ci il 11 iyun tarixli sərəncamı ilə Süleyman Sani
Axundov İnqilab Komitəsi tərəfindən Qarabağa göndərilən nümayəndə heyətinin
s
əlahiyyətli üzvü seçilmişdır (272). 1920-ci il avqustun 12-də Süleyman Sani
Axundov Qarabağ İnqilab Komitəsi tərəfindən Qarabağ əyalətinin xalq maarif
komissarı təyin edilmişdir.
Hüseyn Cavidin
ədəbi fəaliyyəti N.Nərimanovun hökumət başçısı işlədiyi
dövrd
ə inkişaf etməkdə idi. 1920-ci il aprel hadisələrindən sonra H.Cavidin “İblis”
adlı pyesini başa çatdırması barədə məlumat yayılır. Əsərin Bakıda ilk tamaşası
h
əmin ilin dekabrında olur. Bundan əvvəl oktyabr ayında “Kommunist” qəzeti
H.Cavidi “müqt
ədir və məşhur şair” adlandırırdı. Orta məktəb dərsliklərində
H.Cavidin t
ərcümeyi-halı verilirdi. Xalq Maarif Komissarlığı H.Cavidin pyeslərini
b
əyənib almışdır və onu “Azərbaycan ədəbiyyatını bərpa edəcək komissiya”
hey
ətinə daxil etmişdir. H.Cavid bir çox ictimai tədbirlərə dəvət olunmuş və orada
iştirak etmişdır. 1921-ci ildə H.Cavidin “Şeyx-Sənan” və “Afət”
pyesləri tamaşaya
qoyulmuş, 1923-cü ilin yanvarında o, “Peyğəmbər” pyesini yazıb başa
çatdırmışdır. “Yeni fikir” qəzetində D.Bünyadzadə 1923-cü il dekabrın 18-də çap
olunmuş “Müsavatçılara cavab” adlı məqaləsində H.Cavid haqqında deyirdi:
“Ədəbiyyat aləmində böyük simalardan olan Hüseyn Cavid kimi şəxsdən xəbəriniz
82
yox idi. Siz onun
əsərlərini vəzi-səhnə etmədiniz.
Çünki həmin əsərlər din, zülmət
v
ə zülmə qarşı yazılmış əsərlər idi. Biz bu kimi ədiblərin fəaliyyətini tövsi edərək,
ən yaxın zamanda ümum qarşısında onlara rəsmi-təzim edəcəyik” (378, 18
dekabr
1923). N.N
ərimanovun şəxsi təşəbbüsü ilə 1922-ci il martın 21-də Bakıda 3 №-li
m
əktəbdə “Cavid gecəsi” təşkil olunmuşdur (48, s.124-126). Bu hadisədən bir ay
sonra 1922-ci il aprelin 20-d
ə Azərbaycan Xalq Maarif Komissarlığına Mir Fəttah
Seyid
əliyev başda olmaqla bir neçə gənc müraciət edirlər ki, Bakının Təzəpir
rayonunun sakinl
ərinin ümumi iclasında “Məşhur Azərbaycan şairi Hüseyn Cavid
ocağı” adlı mədəni-maarif təşkilatı yaratmışlar. Məqsəd Azərbaycan əhalisi
arasında mədəni-maarif ideyalarını yaymaqdır. Onlar dövlət
vəsaitinə ehtiyac
duymadıqlarını, xeyriyyə konsertlərinin və dram tamaşalarının hesabına xərclərini
öd
əyəcəklərini bildirirlər. Ocağın nəzdində üç dərnək təşkil olunmuşdu: dram və
xor d
ərnəyi (tamaşalar və konsertlərin təşkili üçün), elmi-ədəbi dərnək
(mühazir
ələr və ədəbi müzakirələr üçün) və idman dərnəyi (idman yarışları üçün).
“Cavid ocağı”nın təşkilatçıları 6 qrupa bölünmüşdü: fəhlələr, müəllimlər, dövlət
m
əmurları, ali məktəb tələbələri, kommunistlər və komsomolçular (cəmi 59 nəfər).
1922-ci il aprelin 25-d
ə xalq komissarı D.Bünyadzadə onlara dərnəyin
t
əsdiqləndiyi haqqında vəsiqə təqdim etmişdir. 1922-ci ilin aprelindən 1923-cü ilin
mayına qədər onların fəaliyyəti haqqında məlumat verilmişdir. Arxivlərdə bu
“Ocağın” bir illik fəaliyyəti haqqında müəyyən məlumatlar saxlanılır. Amma bıı
bir illik f
əaliyyət gənclər arasında milli maarifçilik ideyalarının yayılmasında
N.N
ərimanovun xüsusi rol oynadığını göstərir (197, v.95-122).
Bu müddətdə
“Hüseyn Cavid ocağı” bir sıra tədbirlər keçirmişdir. Kitabxana təşkil olunmuş,
kitablarla t
əchiz olunmuş, savadsızlığı aradan qaldırmaq üçün xüsusi kurslar
açılmış, idman yarışları keçirilmişdir. Musiqi dərnəyində Şərq musiqisinin həm
n
əzəriyyəsini öyrənirdilər, həm də tar və kamança üzrə ifaçılıq sənətinə
yiy
ələnirdilər. Peşəkar xonneysterlərin rəhbərliyi altında isə müğənnilik sənətinə
yiy
ələnirdilər. “Hüseyn Cavid ocağı”nın sonrakı taleyi haqqında bir xəbər yoxdur.
Ola bilsin ki, axtarışlar bir nəticə verər. Heç şübhə yoxdur ki, 30-cu illərin
q
urbanları arasında Hüseyn Cavid ocağı”nın üzvləri də olmuşdur. Bu məlumatlar
20-ci ill
ərdə Azərbaycanda hökm sürən milli-mədəni maarifçilik hərəkatının və bu
h
ərəkatda yaranmaqda olan yeni ziyalı gənclərin fəaliyyətinin bir təcəssümüdür.
Hüseyn
Cavidin bu
“Ocağın” təşkilində və fəaliyyətində iştirakı haqqında
s
ənədlərdə heç bir məlumat yoxdur. Cavidin qızı Turan xanım Cavidin dediyinə
gör
ə N.Nərimanovla Cavid arasında çox səmimi münasibət var idi. N.Nərimanov
d
əfələrlə onların evində olmuş, Cavidlə ədəbiyyatın vəziyyəti haqqında söhbətlər
aparmışdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycanda başqa mədəni-
maarif d
ərnəkləri də fəaliyyət göstərirdi (197, v.116-117) və N.Nərimanov onların
normal işləməsinə xüsusi diqqət yetirirdi.