422
Azərbaycan artıq postsovet ölkəsi deyil
“Azərbaycan artıq postsovet ölkəsi deyildir. Bəzən bizə belə
deyəndə, mən hesab edirəm ki, buna razı olmamalıyıq, çünki
postsovet dövrü başa çatıb. Biz müstəqil, güclü, müasir, demok-
ratik ölkəyik”.
Prezident İlham Əliyev
XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasə-
tinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi vahid olan
SSRİ-nin süquta uğraması oldu. Bundan sonra beynəlxalq hüqu-
qun tamhüquqlu subyektləri və beynəlxalq münasibətlər sisteminin
formal müstəqilliyə malik olan aktorları qismində çıxış edən milli
dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sö-
zügedən kardinal dəyişiklik beynəlxalq münasibətlər sistemində
yeni tendensiyaların və ümumi düzənə müvafiq proseslərin meyda-
na gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik
əldə etmiş milli dövlətlərin, o cümlədən Azərbaycanın qarşısında
dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq
olan inkişaf strategiyasının hazırlanması və icra edilməsi vəzifəsi
dururdu. Bunun üçünsə daxili və xarici siyasəti milli mənafeyin tə-
min olunması vəzifəsinə müvafiq həyata keçirmək potensialına
malik olan lider siyasətçi tələb olunurdu. Amma müstəqilliyin ilk
illərində ölkəyə xarici imperialist güclərə xidmət edən subyektlərin
“rəhbərlik” etməsi Azərbaycanı ən müxtəlif kəşfiyyat orqanlarının
mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdi.
Nəticə etibarilə, Azərbaycan mütləq mənada forposta çevrilmək
təhlükəsi qarşısında idi... Ancaq 1993-cü ildə ikinci dəfə hakimiy-
yətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində müəy-
yənləşdirdiyi və reallaşdırdığı milli inkişaf strategiyası ilə bütün
sahələrdə – iqtisadi, siyasi, hüquqi, sosial, mədəni, humanitar və
hərbi sahələrdə uzunmüddətli inkişaf tendensiyasının əsasını qoya
bildi, eləcə də, Azərbaycan beynəlxalq münasibətlər sisteminin
423
müstəqil və tamhüquqlu aktoruna çevrildi. Bundan sonra həyata
keçirilən konstruktiv islahatlar və görülən fundamental əhəmiyyət-
li işlər təməli uzaqgörənliklə qoyulmuş inkişaf strategiyasının mü-
təmadi xarakter almasını təmin etdi.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir döv-
rün aktual çağırışlarına, qanunauyğunluqlarına və reallıqlarına uy-
ğun surətdə davam etdirilən ümummilli inkişaf strategiyası nəticə-
sində sadaladığımız bütün sahələrdə yüksək göstəricilərin əldə
edilməsi tendensiyası davam etməkdədir. Başqa sözlə, Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi və reallaşdırdığı milli inkişaf
strategiyasının dövrün aktual çağırışlarına, tələblərinə və qanuna-
uyğunluqlarına müvafiq surətdə Prezident İlham Əliyev tərəfindən
davam və inkişaf etdirilməsi sayəsində əhəmiyyətli tərəqqi meyil-
ləri sürətləndi və inkişaf göstəriciləri daha da artdı.
2010-cu il dekabr ayının 29-da “Gülüstan” sarayında “Jurna-
listlərin dostu” mükafatının təqdimetmə mərasimində çıxış edən
Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycanın inkişa-
fına nəzər salsaq, görərik ki, bütün istiqamətlərdə ancaq müsbətə
doğru tərəqqi vardır: “Azərbaycan artıq postsovet ölkəsi deyil-
dir. Bəzən bizə belə deyəndə, mən hesab edirəm ki, buna razı
olmamalıyıq, çünki postsovet dövrü başa çatıb. Biz müstəqil,
güclü, müasir, demokratik ölkəyik”.
Bəli, həqiqətən də, bu gün Azərbaycan olduqca yüksək inkişaf
göstəriciləri əldə edib və ölkəmiz inkişaf sürətinə görə dünyada
öncül yerlərdən birini tutmaqdadır. Bu fikri əsaslandırmaq üçün
iqtisadi, siyasi, sosial sahələrin inkişafına və bu sahələrdə əldə edi-
lən göstəricilərə, inkişaf dinamikasına nəzər yetirmək kifayət edir.
Beləliklə, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdı-
rılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, so-
sialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar
həyata keçirilən rasional və praqmatik sosial siyasət kursunun fo-
nunda əldə edilmiş ümummilli inkişafın təcrübi gerçəkliklərini təş-
kil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur
424
layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl
olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər isə bü-
tövlükdə milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siya-
sətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tə-
ləbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi perspektiv in-
kişafın təməl komponentlərini təşkil edir. Bir sözlə, sosial siyasə-
tin səmərəliliyi və bu sahədə əldə edilən yüksək nəticələr bir
daha sübut edir ki, Azərbaycan digər postsovet ölkələrinin bir
çoxundan fərqli olaraq özünəməxsus milli inkişaf modelinə
malikdir.
Bundan başqa, yüksək iqtisadi inkişaf da deyilənləri sübut edən
növbəti arqumentdir. Belə ki, iqtisadiyyatın mütəmadi olaraq inki-
şaf etdirilməsi yönündə atılan addımlar da praktik baxımdan ol-
duqca səmərəli nəticələr verməkdə və bütün sahələrin inkişafını tə-
min etməkdədir. Valyuta ehtiyatlarının və investisiya qoyuluşunun
daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına geniş şə-
rait yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi
diqqət göstərilməsi iqtisadi inkişafın təməl mexanizmini təşkil
edir. Bunların qanunauyğun nəticəsidir ki, Azərbaycan iqtisadi in-
kişaf sürətinə görə dünyada öncül mövqedə qərar tutub.
Milli inkişafı təmin edən digər bir əhəmiyyətli faktor demokra-
tikləşmə məramına xidmət edən siyasi-hüquqi islahatların mütə-
madi surətdə həyata keçirilməsidir. Belə ki, Prezident İlham Əliye-
vin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlar mütəma-
di sabitlik və inkişafın qarantı qismində çıxış edir. Yerli və xarici
analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən
biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitli-
yin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar
və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və
vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edil-
məsi, qanunvericilik bazasının mütəmadi surətdə zənginləşdirilmə-
si, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi
həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər
Dostları ilə paylaş: |