HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ


Azərbaycan artıq postsovet ölkəsi deyil



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə137/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

422 

 

Azərbaycan artıq postsovet ölkəsi deyil 



 

“Azərbaycan  artıq  postsovet  ölkəsi  deyildir.  Bəzən  bizə  belə 

deyəndə,  mən  hesab  edirəm  ki,  buna  razı  olmamalıyıq,  çünki 

postsovet  dövrü  başa  çatıb.  Biz  müstəqil,  güclü,  müasir,  demok-

ratik ölkəyik”. 

Prezident İlham Əliyev 

 

XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasə-



tinin  ən  böyük  hadisələrindən  biri  nəhəng  geosiyasi  vahid  olan 

SSRİ-nin  süquta  uğraması  oldu.  Bundan  sonra  beynəlxalq  hüqu-

qun tamhüquqlu subyektləri və beynəlxalq münasibətlər sisteminin 

formal müstəqilliyə malik olan aktorları qismində çıxış edən milli 

dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sö-

zügedən  kardinal  dəyişiklik  beynəlxalq  münasibətlər  sistemində 

yeni tendensiyaların və ümumi düzənə müvafiq proseslərin meyda-

na  gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə  yeni müstəqillik 

əldə  etmiş  milli  dövlətlərin,  o  cümlədən  Azərbaycanın  qarşısında 

dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq 

olan  inkişaf  strategiyasının  hazırlanması  və  icra  edilməsi  vəzifəsi 

dururdu. Bunun üçünsə daxili və xarici siyasəti milli mənafeyin tə-

min  olunması  vəzifəsinə  müvafiq  həyata  keçirmək  potensialına 

malik  olan  lider  siyasətçi  tələb  olunurdu.  Amma  müstəqilliyin  ilk 

illərində ölkəyə xarici imperialist güclərə xidmət edən subyektlərin 

“rəhbərlik” etməsi Azərbaycanı ən müxtəlif kəşfiyyat orqanlarının 

mübarizə  meydanına  və  ideoloji  qarşıdurma  poliqonuna  çevirdi. 

Nəticə  etibarilə,  Azərbaycan  mütləq  mənada  forposta  çevrilmək 

təhlükəsi qarşısında idi... Ancaq 1993-cü ildə ikinci dəfə hakimiy-

yətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində müəy-

yənləşdirdiyi  və  reallaşdırdığı  milli  inkişaf  strategiyası  ilə  bütün 

sahələrdə  –  iqtisadi,  siyasi,  hüquqi,  sosial,  mədəni,  humanitar  və 

hərbi sahələrdə uzunmüddətli inkişaf tendensiyasının əsasını qoya 

bildi,  eləcə  də,  Azərbaycan  beynəlxalq  münasibətlər  sisteminin 




423 

 

müstəqil  və  tamhüquqlu  aktoruna  çevrildi.  Bundan  sonra  həyata 



keçirilən konstruktiv islahatlar və görülən fundamental əhəmiyyət-

li işlər təməli uzaqgörənliklə qoyulmuş inkişaf strategiyasının mü-

təmadi xarakter almasını təmin etdi. 

Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir döv-

rün  aktual çağırışlarına, qanunauyğunluqlarına və reallıqlarına uy-

ğun surətdə davam etdirilən ümummilli inkişaf strategiyası nəticə-

sində  sadaladığımız  bütün  sahələrdə  yüksək  göstəricilərin  əldə 

edilməsi  tendensiyası  davam  etməkdədir.  Başqa  sözlə,  Ulu  öndər 

Heydər  Əliyevin  müəyyənləşdirdiyi  və  reallaşdırdığı  milli  inkişaf 

strategiyasının  dövrün  aktual  çağırışlarına,  tələblərinə  və  qanuna-

uyğunluqlarına müvafiq surətdə Prezident İlham Əliyev tərəfindən 

davam və inkişaf etdirilməsi sayəsində əhəmiyyətli tərəqqi meyil-

ləri sürətləndi və inkişaf göstəriciləri daha da artdı. 

2010-cu  il  dekabr  ayının  29-da  “Gülüstan”  sarayında  “Jurna-

listlərin  dostu”  mükafatının  təqdimetmə  mərasimində  çıxış  edən 

Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycanın inkişa-

fına  nəzər  salsaq,  görərik  ki,  bütün  istiqamətlərdə  ancaq  müsbətə 

doğru  tərəqqi  vardır:  “Azərbaycan  artıq  postsovet  ölkəsi  deyil-



dir. Bəzən bizə belə deyəndə, mən hesab edirəm ki, buna razı 

olmamalıyıq,  çünki  postsovet  dövrü  başa  çatıb.  Biz  müstəqil, 

güclü, müasir, demokratik ölkəyik”. 

Bəli, həqiqətən də, bu gün Azərbaycan olduqca yüksək inkişaf 

göstəriciləri  əldə  edib  və  ölkəmiz  inkişaf  sürətinə  görə  dünyada 

öncül  yerlərdən  birini  tutmaqdadır.  Bu  fikri  əsaslandırmaq  üçün 

iqtisadi, siyasi, sosial sahələrin inkişafına və bu sahələrdə əldə edi-

lən göstəricilərə, inkişaf dinamikasına nəzər yetirmək kifayət edir. 

Beləliklə, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdı-

rılması,  sosial  müdafiə  və  təminat  sisteminin  gücləndirilməsi,  so-

sialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi  kimi  konkret  faktlar 

həyata keçirilən rasional və praqmatik sosial siyasət kursunun fo-

nunda əldə edilmiş ümummilli inkişafın təcrübi gerçəkliklərini təş-

kil  edir.  Qarşıda  duran  bütün  sosial  proqramların  və  infrastruktur 




424 

 

layihələrinin  uğurla  icra  edilməsi,  məşğulluq  səviyyəsinin  ardıcıl 



olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər isə bü-

tövlükdə milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siya-

sətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tə-

ləbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi perspektiv in-

kişafın təməl komponentlərini təşkil edir. Bir sözlə, sosial siyasə-

tin  səmərəliliyi  və  bu  sahədə  əldə  edilən  yüksək  nəticələr  bir 

daha sübut edir ki, Azərbaycan digər postsovet ölkələrinin bir 

çoxundan  fərqli  olaraq  özünəməxsus  milli  inkişaf  modelinə 

malikdir

Bundan başqa, yüksək iqtisadi inkişaf da deyilənləri sübut edən 

növbəti arqumentdir. Belə ki, iqtisadiyyatın mütəmadi olaraq inki-

şaf  etdirilməsi  yönündə  atılan  addımlar  da  praktik  baxımdan  ol-

duqca səmərəli nəticələr verməkdə və bütün sahələrin inkişafını tə-

min etməkdədir. Valyuta ehtiyatlarının və investisiya qoyuluşunun 

daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına geniş şə-

rait  yaradılması,  sənaye  istehsalına və qeyri-neft  sektoruna xüsusi 

diqqət  göstərilməsi  iqtisadi  inkişafın  təməl  mexanizmini  təşkil 

edir. Bunların qanunauyğun nəticəsidir ki, Azərbaycan iqtisadi in-

kişaf sürətinə görə dünyada öncül mövqedə qərar tutub. 

Milli inkişafı təmin edən digər bir əhəmiyyətli faktor demokra-

tikləşmə  məramına  xidmət  edən  siyasi-hüquqi  islahatların  mütə-

madi surətdə həyata keçirilməsidir. Belə ki, Prezident İlham Əliye-

vin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlar mütəma-

di sabitlik və inkişafın qarantı qismində çıxış edir. Yerli və xarici 

analitiklərin  yekdilliklə  üzərində  durduqları  başlıca  məsələlərdən 

biri  də  budur  ki,  Azərbaycanda  hökm  sürən  ictimai-siyasi  sabitli-

yin  əsaslarını  dövlət  tərəfindən  həyata  keçirilən  uğurlu  islahatlar 

və  tətbiq  edilən  yeniliklər,  inkişaf  modelləri  təşkil  edir.  İnsan  və 

vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edil-

məsi, qanunvericilik bazasının mütəmadi surətdə zənginləşdirilmə-

si, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi 

həyatda  iştirakına  maksimum  şərait  yaradılması  kimi  göstəricilər 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə