HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə134/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   130   131   132   133   134   135   136   137   ...   145

413 

 

əhalinin azadlıq mübarizəsinə başlaması qaldırıldı və bu ad altında 



Azərbaycanın Qarabağ və ona bitişik ərazilərinin Ermənistan tərə-

findən işğalı prosesi başlamış oldu.  

Hadisələrin bu cür acınacaqlı hal almasında məsuliyyətin çoxu 

o  dövrkü  Azərbaycan  rəhbərliyinin  üzərinə  düşür.  Belə  ki,  sözün 

əsl  mənasında xəyanətkar mövqe tutan hakim dairələr hadisələrin 

hansı  yöndə  cərəyan  etdiyini  görə-görə  Qarabağın  azərbaycanlı 

əhalisinin sıxışdırılmasında yaxından iştirak edərək guya sabitliyin 

təmin olunması məqsədilə əhalidən silahların yığılması və əhalinin 

ekstremistlər  qarşısında  köməksiz  buraxılması  vəzifəsini  yerinə 

yetirdilər. Bakıda və respublikanın digər iri şəhərlərində baş verən 

etiraz aksiyalarının amansızlıqla yatırılması, hətta bu məqsədlə im-

periyanın  xüsusi  cəza  dəstələrindən  də  istifadə  edilməsi  hakimiy-

yətdə olan qüvvələrin iç üzünü açmış oldu. 

Hadisələrin  sonrakı  inkişafı  1991-ci  ildə  SSRİ-nin  dağılması 

ilə daha da mürəkkəbləşmiş oldu. Hadisədə iştirak edən tərəflərdən 

ən az biri üzərində nəzarətini itirən Rusiya hadisələri tam nəzarət-

də saxlamaq imkanından məhrum oldu. 1991-cı ildə Dağlıq Qara-

bağ  münaqişəsinin  açıq  müharibəyə  keçməsi  məhz  bu  itkinin  ba-

lanslaşdırılması istəyi idi ki, bu müharibədə də Azərbaycan Dağlıq 

Qarabağ əhalisi adı altında rus-erməni hərbi birləşmələri ilə müha-

ribə aparmalı oldu. 

1991-1993-cü  illərin  məlum  hadisələrinə  həlledici  təsir  göstə-

rən  amillərdən  biri  də  həmin  dövrlərdə  Azərbaycan  rəhbərliyində 

yenə də təcrübəsiz romantiklərin olması idi. Bütün qüvvələri səfər-

bərliyə alıb düşmənlə döyüşmək əvəzinə, ayrı-ayrı adamlar ətrafla-

rına silahlı qruplaşmalar toplayaraq “Qarabağ” şüarı altında haki-

miyyət davası aparmağa başladılar ki, bunun da nəticəsi çox acına-

caqlı  oldu.  Azərbaycan  böyük  məğlubiyyətlərə  düçar  oldu,  nəinki 

Qarabağın  dağlıq  ərazisi,  habelə  digər  qərb  rayonları  da  daxil  ol-

maqla ərazisinin 20 faizini itirdi. Əgər 1993-cü il hakimiyyət dəyi-

şikliyi nəticəsində hakimiyyətə gələn Heydər Əliyevin gərgin əmə-

yi  sayəsində  atəşkəsə  nail  olunmasaydı,  hərbi  əməliyyatlar  daha 

böyük vüsət alaraq daha geniş əraziləri əhatə edəcəkdi. 



414 

 

Məhz 1993-cü ildən sonra Heydər Əliyevin əhəmiyyətli səyləri 



və  gərgin  əməyi  sayəsində  bu  problemin  həllinə  yönəlik  məqsəd-

yönlü, sistemli və davamlı addımlar atılmağa  başlandı. 

Problemin  sülh  yolu  ilə  həll  edilməsinin  vacibliyini  dəfələrlə 

vurğulayan  Azərbaycan  müxtəlif  səviyyəli  diplomatik  danışıqlara 

gedərək  və  bütün  mövcud  resurs  və  vasitələrdən  istifadə  edərək 

məsələnin həlli yollarını axtarmağa başladı. Məsələnin ATƏT çər-

çivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçi-

nin,  qurumun  bir  sıra  zirvə  toplantılarında  məsələnin  mahiyyətini 

dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu öndər Heydər Əliyev 

dünya dövlətlərini Qarabağ məsələsində diqqətli olmağa və məsə-

lənin  tezliklə  beynəlxalq  hüquq  normalarına  müvafiq  surətdə  həll 

edilməsi  işində  yaxından iştirak etməyə dəvət  etdi.  Bir çox dünya 

dövlətləri  ilə  bu  mövzuda  danışıqlar  aparan,  Bişkek,  Lissabon 

sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bə-

yanatların  qəbul  olunmasına  nail  olan  Ümummilli  lider  Heydər 

Əliyev  sonunda  beynəlxalq  vasitəçilərin  fəaliyyətinin  lazımi 

nəticələr  vermədiyini  görərək  Ermənistan  prezidenti  ilə  birbaşa 

danışıqlara  gedib,  problemin  həlli  yollarının  bilavasitə  münaqişə 

edən tərəflər arasındakı danışıqlardan tapılmasına cəhd etdi. Lakin 

münaqişə  tərəflərindən  biri  olan  Ermənistanın  qeyri-konstruktiv 

mövqeyi danışıqların nəticəsiz qalmasını şərtləndirmiş oldu. 

Eyni zamanda, Prezident İlham Əliyevin dövründə davam etdi-

rilən danışıqlar da Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə sə-

ciyyələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 

hücum  diplomatiyasının  fonunda  Azərbaycan  dplomatik  cəbhədə 

əhəmiyyətli  nailiyyətlər  qazandı,  eləcə  də,  informasiya  savaşında 

mühüm üstünlük əldə etdi. Artıq münaqişənın həlli məsələsi mütə-

madi  qaydada  beynəlxalq  arenada  gündəmə  gətirilməkdə  və  bir 

sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən biri-

ni təşkil etməkdədir. Müxtəlif zaman kəsiklərində Dağlıq Qarabağ 

münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çər-

çivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyala-

rında,  müxtəlif  dövlətlərin  qanunvericilik  orqanlarında  –  parla-



415 

 

mentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüş-



lərdə  ən  yüksək  səviyyə  və  formada  gündəmə  gətirilib.  Təbii  ki, 

bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan ha-

kimiyyətinin uğurlu xarici siyasəti və  yüksək diplomatik səriştəsi-

dir.  Ulu  öndər  Heydər  Əliyevin  təməlini  qoyduğu  praqmatik, 

rasional  və  realist  xarici  siyasi-strateji  kursun  bu  gün  Prezident 

İlham  Əliyev  tərəfindən  müasir  beynəlxalq  münasibətlər  sistemi-

nin  tələblərinə  müvafiq qaydada uğurla davam  etdirilməsi,  sözsüz 

ki,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli 

prosesinin olduqca intensivləşməsinə səbəb olub. Artıq Dağlıq Qa-

rabağ  münaqişəsinin  beynəlxalq  hüquq  normalarına  əsasən  həll 

edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviy-

yədə bütün dövlətlər tərəfindən mütəmadi olaraq səsləndirilməkdə-

dir. Qısacası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsi-

nin beynəlxalq hüquq normalarına əsasən – Azərbaycan dövlətinin 

ərazi  bütövlüyü  çərçivəsində  həll  ediləcəyinə  dair  son  dərəcə 

optimist fikirlər səsləndirilməkdədir. 

Bütün  bunlara  paralel  olaraq,  Ermənistan-Azərbaycan,  Dağlıq 

Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll 

edilməsi  Azərbaycan  dövlətinin  qarşısında  duran  ən  öncül  strateji 

vəzifələrdən biri və birincisidir. İstər Ulu öndər Heydər Əliyev, is-

tərsə  də  Prezident  İlham  Əliyev  tərəfindən  dəfələrlə  bəyan  edilib 

ki,  Azərbaycan  istənilən  şəraitdə  özünün  ərazi  bütövlüyünü  bərpa 

edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisin-

dən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fo-

nunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bü-

tün  resurslarından  səmərəli  istifadə  etməkdə  və  aktiv,  hücumçu 

diplomatiya həyata keçirməkdədir. Bunun qanunauyğun nəticəsidir 

ki,  artıq  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  yönündə  atılan  ad-

dımlar  və  aparılan  danışıqlar  olduqca  intensiv  xarakter  alıb.  Və 

dünyanın, demək olar ki, bütün dövlətləri birmənalı qaydada ölkə-

mizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Amma Azərbaycan 

hələlik problemin həlli yönündə sülh danışıqlarına, diplomatik va-

sitələrə  üstünlük  verir.  Bu  isə  ona  dəlalət  edir  ki,  xarici  siyasi 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə