HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə132/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   128   129   130   131   132   133   134   135   ...   145

407 

 

reallaşdırılmasından  sonra  digər  Avropa  ölkələrinə  də  qaz  ixracı-



nın həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Avropanın 

enerji  təhlükəsizliyinin  təmin  edilməsində  mühüm  rol  oynayacaq 

Odessa-Brodı-Plotsk-Qdansk  layihəsinin  reallaşdırılmasında  da 

Azərbaycan önəmli mövqeyə malik olan aktorlardan biri kimi çıxış 

etməkdədir. 

Digər  tərəfdən,  Qərb  Mərkəzi  və  Şərqi  Avropanın  enerji  ehti-

yatları ilə təmin edilməsində əhəmiyyətli dərəcədə önəm kəsb edə-

cək  NABUCCO  layihəsində  də  Azərbaycanın  iştirakını  olduqca 

prioritet  və  zəruri  amil  kimi  qiymətləndirir.  Belə  ki,  ABŞ-ın 

Ceyms Taun Fondunun “Avrasiya gündəlik monitor” elektron nəş-

rində  ekspert  Vladimir  Sokorun  “Azərbaycan  NABUCCO  layihə-

sinə təkan verir” sərlövhəli məqaləsində yuxarıda qeyd edilən fikir 

bir daha təsdiq edilir. Məqalədə NABUCCO layihəsinin reallaşdı-

rılmasında Azərbaycanın yeri, rolu və önəmi məhz bu şəkildə qiy-

mətləndirilir: “NABUCCO layihəsinin ilkin mərhələdə qazla tə-

min edilməsi, ikinci mərhələdə isə tranzit mövqeyi baxımından 

Azərbaycanın əhəmiyyəti olduqca önəmlidir”. 

Müəllif onu da qeyd edir ki, bundan əvvəl reallaşdırılan layihə-

lərdə zəngin enerji ehtiyatları və əlverişli tranzit mövqeyi baxımın-

dan Azərbaycanın oynadığı rol və kəsb etdiyi önəm Qərbin Azər-

baycana etibarı və marağını artırmaqla yanaşı, bu ölkənin əsas söz 

sahibi olacağı  perspektiv layihələrin də  gündəmə  gəlməsinə  təkan 

verir:  “...  Beləliklə,  Azərbaycan  əlində  cəmləşdirdiyi  bütün  bu 

üstünlüklərlə NABUCCO layihəsinə təkan verir”. 

Amma  bir  məqamı  xüsusi  şəkildə  vurğulamaq  lazımdır  ki, 

NABUCCO  layihəsi  Azərbaycanın  çoxşaxəli  nəqletmə  sisteminin 

tərkib  hissəsini  təşkil  edir.  Yəni  Azərbaycan  hazırda  şaxələndiril-

miş 4 kəmər vasitəsilə Avropaya qaz ixrac edir və gələcəkdə yeni 

qaz kəmərlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Bir sözlə, 

Azərbaycan  iqtisadi  və  kommersiya  şərtləri  uyğun  olarsa, 

NABUCCO  layihəsində  də  təmsil  olunacaq.  Bu  da  onu  deməyə 

əsas  verir  ki,  heç  vaxt  rentabelli  kəmər  problemi  ilə  üzləşməyən 

Azərbaycanla  aparıcı  aktorlar  arasında  perspektivdə  əməkdaşlığa 




408 

 

əsaslanan tərəfdaşlıq münasibətləri daha da inkişaf edəcək. 



Beləliklə,  Prezident  İlham  Əliyevin  bildirdiyi  kimi,  enerji 

təhlükəsizliyi sahəsində atılacaq növbəti addımlar bu vaxta qə-

dər olduğu kimi,  ilk növbədə,  Azərbaycanın  milli maraqlarını 

təmin  edəcək,  eyni  zamanda,  əməkdaşlığın  daha  da  möhkəm-

ləndirilməsi beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin 

edilməsi məsələlərinə də müsbət təsir göstərəcək. 

Bunlarla yanaşı, “İnternational Herald Tribune” qəzetinin siya-

si  şərhçisi  Selestin  Bohlenin  “Azərbaycan  enerji  ixracı  sahəsində 

Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqa-

ləsində  Azərbaycanın  həm  Avropanın,  həm  də  Rusiyanın  enerji 

təhlükəsizliyinə  mühüm  töhfə  verdiyi  bildirilir.  Məqalədə  qeyd 

olunur ki,  Xəzər hövzəsinin  bayraqdarı Azərbaycan regional miq-

yasda  reallaşdırılan  layihələrin  mərkəzi  oyunçusu  olmaqla  yanaşı, 

qlobal  enerji  siyasətində  də  tarazlaşdırıcı  mexanizmdən  səmərəli 

şəkildə  istifadə  edir:  “Bu  da  Azərbaycanın  dünya  miqyasında 



əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəm-

lənməsinə səbəb olur”. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  uğurla  həyata 

keçirdiyi enerji siyasəti ölkəmizin milli maraqlarına uyğun olmaq-

la  mütəmadi  iqtisadi  inkişaf  tendensiyasını  daha  da  sürətləndir-

məkdədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz neft gəlir-

lərindən səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı yüksək 

səviyyədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sü-

rəti  buna  bariz  nümunədir:  “...Bizim  üstünlüyümüz  ondan  iba-



rətdir ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə ya-

naşı, öz milli maraqlarımızı da heç vaxt unutmamışıq. Biz an-

caq o sahələrə inteqrasiya etmişik ki, bunlar daxili iqtisadi sa-

bitliyimizə problemlər yaratmasın”. 

Məhz bu uğurların fonunda “enerji amili  məqsəd deyil, vasi-



tədir” prinsipi əsas tutularaq enerji sahəsindən əldə edilən gəlirlər 

sosial-iqtisadi  inkişafın  səviyyəsinin  yüksəldilməsi,  tempinin  sü-

rətləndirilməsi,  əhalinin  sosial  rifah  halının  yaxşılaşdırılması  və 

qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi prioritet istiqamətlərə 




409 

 

yönləndirilib.  Bir  sözlə,  Prezident  İlham  Əliyevin  bildirdiyi  kimi: 



Enerji  siyasətindən  əldə  edilən  gəlirlər  sosial  məsələlərin  həl-

linə  yönəldilir.  Minlərlə  yeni  məktəblər,  yüzlərlə  yeni  xəstəxa-

nalar, yollar, elektrik stansiyaları bugünkü Azərbaycanın real-

lıqlarıdırsa, bunun təməlində uğurlu enerji siyasəti dayanır”. 

Nəticə  etibarilə  qeyd  etmək  olar  ki,  əsasını  Ulu  öndər  Heydər 

Əliyevin  qoyduğu  və  hazırda  Prezident  İlham  Əliyev  tərəfindən 

uğurla davam etdirilən enerji siyasəti milli sərvəti milli mənafeyə 

yönəltməklə  yanaşı,  ölkəmizin  beynəlxalq  arenada  mövqeyinin 

möhkəmləndirilməsinə  də  xidmət  edən  başlıca  amil  kimi  qiymət-

ləndirilməlidir. 

 

14.10. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 



           analitik tədqiqat obyekti kimi: faktlar və nəticələr 

 

Cənubi Qafqaz strateji baxımdan dünyanın ən önəmli bölgələ-

rindən  biridir.  Təsadüfi  deyil  ki,  dünya  siyasətinin  və  beynəlxalq 

münasibətlər  sisteminin  əsas  meyillərini  və  təmayüllərini  müəy-

yənləşdirən  və  yönləndirən  güc  mərkəzləri  bu  bölgəni  özlərinin 

uzunmüddətli strateji planlarına daxil ediblər. Geostrateji planlarda 

və nəzəriyyələrdə “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) 

adlandırılan  Avrasiya  materikində  hakim  mövqeyə  sahib  olmaq 

üçün qlobal aktorlar digər önəmli bölgələrdə olduğu kimi, Cənubi 

Qafqazda  da  uzunmüddətli  qarşılıqlı-faydalı  əməkdaşlıq  münasi-

bətləri  formalaşdırmaq  və  geniş  əhatəli  inteqrasiya  proseslərini 

milli  maraqlarına  müvafiq  qaydada    sürətləndirmək  üçün  funda-

mental  addımlar  atmağa  çalışırlar.  Bu  baxımdan,  qlobal  güclərin 

geosiyasi  və  geoiqtisadi,  bütövlükdə  geostrateji    maraqlarının  kə-

sişdiyi və toqquşduğu bir məkan kimi Cənubi Qafqazda uzunmüd-

dətli  sabitliyin  və  tərəfdaşlığın  hökm  sürməsinə  mane  olan  mənfi 

faktorların,  tendensiyaların  neytrallaşdırılmasına  xüsusi  ehtiyac 

var. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüz-

kar,  təhdid  xarakterli  addımların  atılması,  separatçılığa  dəstək  ve-

rilməsi,  birtərəfli  qaydada hər hansı  bir dövlətə qarşı müxtəlif xa-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə