HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə129/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   125   126   127   128   129   130   131   132   ...   145

398 

 

rının  həcmi  2  trilyon  kubmetr  təsdiq  edilib.  Amma  “Ümid”, 



“Babək”, eləcə də, “İnam”, “Alov”, “Şərq” yataqlarındakı resursla-

rın ən azı 2 trilyon kubmetr olmasını nəzərə alsaq, ölkəmizin yana-

caq ehtiyatlarının həcmi bundan 2 dəfə çox olacaq. Yəni Azərbay-

canın yeni proqnozlar üzrə qaz ehtiyatlarının həcmi 4 trilyon kub-

metrdən çox olacaq. Ola bilsin ki, bu rəqəm gələcəkdə bəzi yataq-

ların işlənməsindən asılı olaraq dəyişsin və ehtiyatların həcmi bun-

dan  da  artıq  olsun.  Bütün  bu  amillər  Avropa,  Amerika  və  Asiya, 

eləcə də, Afrikanın bəzi ölkələrini Azərbaycanla qaz sahəsində sıx 

əməkdaşlığı dərinləşdirməyə sövq edir.  

 

14.7. Bakı-Tbilisi-Ərzurum qaz kəməri regionda 



         yeni geoiqtisadi mənzərə yaratdı 

 

Hazırda qazın nəqlində əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ər-

zurum layihəsinin miqyas baxımından daha da genişlənməsi yana-

cağın  şaxələndirilməsinə  əhatəli  yol  açır.  Qeyd  edək  ki,  hazırda 

Bakı-Tbilisi-Ərzurum kəməri bilavasitə 296 km-lik Türkiyə-Yuna-

nıstan  qaz  kəməri  ilə  birləşib  və  bu  kəmərlər  şəbəkəsi  qaz  nəqli 

üçün  ən  sərfəli  marşrutlardan  birinə  çevrilib.  Yaxın  illərdə  illik 

nəqletmə  gücü  12  milyard  kubmetr  olan  Türkiyə-Yunanıstan  kə-

mərinin  genişləndirilməsi  nəzərdə  tutulur.  BTƏ  vasitəsilə  Azər-

baycan  qazını  Türkiyədən  Yunanıstana,  oradan  isə  İtaliyaya,  Bal-

kan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək üçün hə-

min layihənin ikinci mərhələsinə start veriləcək. 2013-cü ilin sonu-

nadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirə-

cək daha bir kəmərin inşası planlaşdırılır ki, bu da Türkiyə-Yuna-

nıstan  qaz  kəmərinin  davamı  olacaq.  Azərbaycanın  yanacaq  ehti-

yatlarının  Türkiyə  və  Yunanıstan  vasitəsilə  İtaliya  limanlarına, 

oradan isə müxtəlif dövlətlərə daşınması  hüquqi  cəhətdən beynəl-

xalq status alacaq. Həmin kəmərə vurulan qaz isə tamamilə Azər-

baycan qazı, yəni “Şahdəniz”dən hasil olunan yanacaq olacaq.  

Beləliklə, Avropa  yalnız Xəzərin Azərbaycan sektorundan ha-

sil  olunan  qazı  Bakı-Tbilisi-Ərzurum-Yunanıstan-Balkan  qaz 



399 

 

marşrutu ilə ixrac etməklə ildə 20 milyard kubmetrdən çox  yana-



caq əldə edəcək. Azərbaycan təkcə “Şahdəniz” yatağından ildə 15 

milyard  kubmetr  qaz  ixrac  edəcək.  Digər  yataqlardan,  məsələn, 

“Bahar”, “İnam”, “Alov”, “Ümid” kimi perspektiv yataqlardan çı-

xarılan  qazın  nəqli  isə  ölkəmizin  ildə  20-30  milyard  kubmetrdən 

çox  yanacaq  ixrac  etməsinə  imkan  verəcək.  Azərbaycan  2013-

2015-ci illərdə Avropanın 10-a yaxın dövlətinə qaz ixrac edəcək.  

Bütün  bunlar  bir  daha  Azərbaycanın  qaz  ixracı  üçün  marşrut 

probleminin  olmamasını  təsdiqləyir.  Bir  çoxlarının  “NABUCCO 

olmasa  qazın  Avropaya  nəqli  mümkün  olmayacaq”  kimi  fikirləri 

isə  əsassız  arqumentlərdən  başqa  bir  şey  deyil.  Amma  bununla 

belə, Azərbaycanın  yanacaq ixracı üçün 4 qaz marşrutu olsa belə, 

ölkəmiz  NABUCCO-da  təmsil  olunmaq  niyyətlərini  gizlətmir. 

Azərbaycan  enerji  marşrutlarının  diversifikasiyası  baxımından  bu 

layihəni  məqbul  bir  layihə  kimi  dəyərləndirir,  digər  marşrutlar 

kimi bu kəmərlə də yanacaq nəql etmək istəyini bəyan edir. Amma 

bu  layihə  təkcə  Azərbaycandan  asılı  olmadığından  digər 

tədarükçülərin,  əsasən  də  Qazaxıstanın  və  Türkmənistanın  siyasi 

qərarı  daha  böyük  önəm  daşıyır.  Yəni  bu  ölkələrin  iştirakı 

olmadığı  halda,  təkcə  Azərbaycanın  enerji  mənbələri  hesabına 

sözügedən  kəməri  qazla  təmin  etmək  mümkün  deyil.  Digər 

tərəfdən,  qazın  qiyməti,  ölkələr  arasında  bölüşdürülməsi,  maliyyə 

xərcləri  və  tranzit  tarifləri  ilə  bağlı  ciddi  fikir  ayrılıqları  həll 

olunmamış qalır. Azərbaycan qazı üçün də əsas məsələlərdən biri 

təklif olunacaq qiymətdən asılıdır.  

 

14.8. Azərbaycanın qaz nəqli ilə bağlı 

         diversifikasiya siyasəti: “Cənub dəhlizi” və 

         NABUCCO kəmərləri məsələsi 

 

Azərbaycan hökuməti həmişə bəyan edib ki, qaz ehtiyatlarının 

həcminin  çoxalması  həm  alıcı  dövlətlərin  sayının  artmasına,  həm 

də  yanacağın  nəql  marşrutlarının  coğrafiyasının  genişlənməsinə 

səbəb  olacaq.  Dünyada  əlavə  qaz  mənbəyinə  tələbatın  artmasını 



400 

 

nəzərə alan Azərbaycan istehlakçı ölkələrin yanacaqla təmin olun-



ması  üçün  öz  səylərini  artırmağı  düşünür.  Təbii  ki,  yanacağın  is-

tehlakçılara  çatdırılması  üçün  iqtisadi  baxımdan  daha  sərfəli  və 

respublikamızın  iqtisadi  maraqlarına  cavab  verən  marşrutlara  üs-

tünlük veriləcək. O cümlədən ən rentabelli marşrutlardan biri kimi 

dəyərləndirilən  NABUCCO  layihəsində  də  Azərbaycanın  iştirakı 

mümkündür. Bunun üçün beynəlxalq normalara və təcrübəyə əsas-

lanan  tranzit  tarifləri,  yanacağın  dünya  bazar  qiymətləri  və  digər 

texniki-hüquqi məsələlər həll olunmalıdır.  

Öz enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversi-

fikasiya  xəttinə  üstünlük  verən  Azərbaycan  qazın  nəqlində  bütün 

tərəflərin  təkliflərini  qəbul  etdikdən  sonra  yekun  qərar  verəcəyini 

bəyan edib. Respublikamız enerji ehtiyatlarının ixracı üçün çoxşə-

bəkəli  marşrutlar  sisteminə  qoşulmaq  niyyətini  dəfələrlə  bildirib. 

Bu gün Azərbaycanın qaz nəqli üçün mövcud kəmərlərdən istifadə 

etmək  imkanları  var.  Bakı-Tbilisi-Ərzurum  (Cənubi  Qafqaz  Boru 

Kəməri), Hacıqabul-Mozdok qaz kəməri və  İran istiqamətində cə-

nub  marşrutu  yanacağın  ixracını  həyata  keçirmək  üçün  ən  renta-

belli marşrutlardandır. Eləcə də, NABUCCO yanacağın nəqli üçün 

çoxvektorlu sistemin əsas halqalarından ola bilər.  

Avropa  İttifaqı  Azərbaycanın  Bakı-Tbilisi-Ceyhandan  başla-

yan strateji  nəql  siyasətinin  davamı kimi  daha  yeni  yanacaq  mən-

bələri və ixrac marşrutlarından faydalanmağı olduqca zəruri sayır. 

Aİ  ölkələri  özünün  enerji  təhlükəsizliyini  daha  etibarlı  və  uzun-

ömürlü  etmək  üçün  məhz  respublikamızın  enerji  imkanlarına  gü-

vənir. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanın həyata keçirdi-

yi  diversifikasiya  siyasətini  çox  yüksək  qiymətləndirir  və  bu  pro-

sesdə  iştirak  etməyin  hansı  dərəcədə  əhəmiyyət  daşıdığını  yaxşı 

anlayır. Bu ilin əvvəllərində Azərbaycan və Avropa İttifaqı arasın-

da “Cənub qaz dəhlizi” haqqında Birgə bəyannamənin imzalanma-

sı da olduqca mühüm hadisə sayıla bilər. Bu saziş siyasi və iqtisadi 

mahiyyətinə görə, 2011-ci ilin qlobal enerji sektorunda ən mühüm 

geoiqtisadi hadisə kimi qiymətləndirilməlidir.  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  bəyan 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə