HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə130/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   126   127   128   129   130   131   132   133   ...   145

401 

 

etdiyi kimi, "Cənub dəhlizi" haqqında Birgə bəyannamə çox məz-



munlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspekt-

lərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əmək-

daşlığı əhatə edir: “Bu gün isə biz enerji inkişafımızın yeni  bir 

mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bi-

zim  üçün  çox  əhəmiyyətlidir.  Enerji  təhlükəsizliyi  məsələsi, 

enerji  təchizatının  şaxələndirilməsi  hasilatçılar,  istehlakçılar, 

tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraq-

ların  kombinasiyası  və  səylərin  bir  araya  yönəldilməsi  və  bu-

nun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla hə-

yata  keçirilməsi  üçün  əsas  ilkin  şərtdir.  Azərbaycan  əvvəldən 

“Cənub  enerji  dəhlizi”nə  dəstək  vermişdir.  Əslində,  bu,  elə 

Azərbaycanın  başladığı  layihəyə  yönəlir:  Bakı-Tbilisi-Ceyhan, 

Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri – məhz bun-

lar  bu  istiqamətdə  həyata  keçirilən  ilk  təşəbbüs  olmuşdur. 

Bundan  sonra  isə  biz  nəql  dəhlizləri  üzərində  işləməyə  başla-

dıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən bi-

ridir və bu istiqamətdə apardığımız ciddi bir işdir”. 

Yeri  gəlmişkən,  “Cənub  qaz  dəhlizi”nin  reallaşması  o  demək 

deyil ki, bu marşrut NABUCCO-ya alternativ olacaq,  yaxud onun 

çəkilişini əngəlləyəcək. Məlum olduğu kimi, bu gün dünyada, xü-

susilə də Avropa qitəsində yanacağa olan tələbat ilbəil artır. On il-

dən  sonra  Avropada  təkcə  qaza  olan  ehtiyac  ildə  ən  azı  50-100 

milyard kubmetr artacaq. Bu tendensiya isə yeni qaz mənbələrinin 

axtarışını,  nəql  kəmərlərinin  çəkilməsini  zəruri  edir.  Yəni  hazırda 

yeni təməli qoyulan, eləcə də, çəkilişi ilə bağlı sazişlər imzalanan 

kəmərlərdən başqa, daha yenilərinə də ehtiyac var. Hazırda Avro-

panın  enerji  təhlükəsizliyinin  təmin  olunması  üçün  Bakı-Tbilisi-

Ərzurumun  davamı  olaraq  Azərbaycan-Türkiyə-Yunanıstan-İtali-

ya, AGRİ kimi layihələrin çəkilməsi reallaşmaqdadır. Yaxın illər-

də işə düşəcək bu nəql kəmərləri Avropa İttifaqının yanacaq təchi-

zatında  xüsusi  rol  oynayacaq.  “Cənub  qaz  dəhlizi”nin  istifadəyə 

verilməsi  isə  Aİ  ölkələrinin  enerji  təminatına  mühüm  töhfə  verə-

cək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  ölkəmizin təsdiq-



402 

 

lənmiş  qaz  ehtiyatları  2,2  trilyon  kubmetr  həcmindədir,  potensial 



ehtiyatlar, hətta bundan da artıqdır. Bu isə ölkəmizin uzunmüddətli 

ixrac  gücünü  artırır:  “Bizə  proqnozlaşdırılmış,  uzunmüddətli, 



qanunvericiliklə  tənzimlənən  rəqabətcil  bir  bazar  lazımdır  ki, 

bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də, “Cənub 

qaz dəhlizi” bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz po-

tensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır”. 

“Cənub qaz dəhlizi”nin reallaşması Azərbaycan ilə Avropa İtti-

faqı  arasında əməkdaşlığın  məzmununda tamamilə  yeni  bir səhifə 

açacaq və tərəflər arasında davamlı və möhkəm münasibətlər daha 

da güclənəcək.  

 

14.9. Qaz nəqlinin yeni mərhələyə qədəm qoyması 



 

Azərbaycan yeni inkişaf mərhələsində özünün enerji siyasətin-

də qarşılıqlı maraqların təmin olunmasına və bölgədə sülhün, təh-

lükəsizliyin  dərinləşməsinə  impuls  verən  siyasəti  gücləndirmək 

niyyətindədir. Azərbaycan hökuməti yanacağın Bakı-Tbilisi-Ərzu-

rum (BTƏ), Türkiyə-Yunanıstan-İtaliya (ITGI) qaz kəmərləri, elə-

cə  də,  “Cənub  dəhlizi”  ilə  nəqlindən  başqa,  digər  marşrutlarla  da 

ixracına  hazırlaşır.  Respublikamız  yanacağın  çoxvektorlu  ixrac 

marşrutları  ilə  nəqlini  həyata  keçirərkən  qazın  sıxılmış  formada 

dünya  bazarlarına  çatdırılmasına  da  xüsusi  önəm  verəcək.  2011-

2012-ci illərdə Avropa bazarlarına qaz tədarükünün təmin edilməsi 

üçün şəffaf tranzit dəhlizinin yaradılmasına başlanılıb.  

Respublikamız şəffaf tranzit dəhlizinin qazla təmin olunmasın-

da  heç  bir  problem  görmür.  Yəni  bu  kəmərlə  nəql  olunan  qazın 

həcmi kifayət qədər olacaq və marşrutun rentabelli işləməsi tama-

milə  mümkün  olacaq.  Bu  qaz  dəhlizi  üçün  yanacaq  həm  “Şahdə-

niz”in  ikinci  fazası  çərçivəsində  hasil  olunacaq  resurslar,  həm  də 

digər  yataqların  ehtiyatları  hesabına  ödəniləcək.  Əsas  perspektiv 

yataqlar  kimi  “Ümid”,  “Babək”,  “Alov”  və  “Naxçıvan”  yataqları 

nəzərdən keçirilir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan höku-

məti ilə Almaniyanın "RWE" şirkəti arasında "Naxçıvan" perspek-



403 

 

tiv strukturu üzrə müqavilə imzalanıb ki, bu da yeni qaz yatağında 



hasilat  işlərinə başlamağı  nəzərdə  tutur. Bu  yataqdan hasil olunan 

qazın şəffaf tranzit dəhlizinə yönəldilməsi istisna olunmur.  

AGRİ  layihəsinin  davamı  kimi  Rumıniya  ilə  Macarıstan  ara-

sında  Arad-Şeged  qaz  nəqli  xəttinin  yaradılması  nəzərdə  tutulur. 

Qeyd edək ki,  layihə Azərbaycan qazının Gürcüstanın  Qara dəniz 

sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsu-

si  terminalda  mayeləşdirilərək  tankerlərlə  Rumıniyanın  Konstant 

limanı terminalında nəql olunacaq. Eləcə də, maye qaz Rumıniya-

dan Macarıstana ixrac olunacaq. Hazırda isə əsas müzakirə mövzu-

larından  biri  yanacağın  təbii  qaz  halına  gətirilərək  Macarıstandan 

digər  Avropa  ölkələrinin  qaz  tələbatına  yönləndirilməsindən  iba-

rətdir. Bu isə Avropada daha bir neçə ölkənin AGRİ-yə qoşulması 

deməkdir. 

Prezident  İlham  Əliyev  bildirib  ki,  növbəti  mərhələdə  –  XXI 

əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək. Bu 

siyasət  respublikamızın  beynəlxalq  mövqelərini  gücləndirəcək: 

Ümid  edirəm  ki,  növbəti  mərhələlərdə  Azərbaycanda  qaz 

yataqlarının  kəşfiyyatı  davam  edəcəkdir...  “Ümid”  yatağının 

aşkarlanması  göstərir  ki,  onun  yanında  yerləşən  perspektiv 

strukturlarda  da  kifayət  qədər  qaz  vardır.  Biz  buna  əminik. 

Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət 

qədərdir. Ən azı yüz il bundan sonra həm bizə, həm istehlakçı-

lara kifayət edəcəkdir”. 

Məhz bütün bu uğurları nəzərə alan Azərbaycan Respublikası-

nın  Prezidenti  İlham  Əliyev  2010-cu  ilin  iyul  ayının  22-də 

keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-

iqtisadi  inkişafının  yekunlarına  həsr  olunan  iclasında  vurğulayıb 

ki,  enerji  təhlükəsizliyi  məsələlərinin  həlli  ilə  mütəmadi  qaydada 

məşğul olunur və bu sahədə, demək olar ki, bütün vəzifələr uğurla 

icra  edilmişdir:  “...Enerji  təhlükəsizliyi  məsələsinə  gəldikdə 



demək istəyirəm ki, Azərbaycan tam şəkildə özünü təmin edib. 

Biz enerji təhlükəsizliyi məsələsində beynəlxalq təşkilatlarla və 

dost  ölkələrlə  əməkdaşlıq  edirik.  Bu  əməkdaşlıq  qarşılıqlı 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə