HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə138/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   134   135   136   137   138   139   140   141   ...   145

425 

 

və  nəticələr  deyilənləri  təsdiq  edir.  Digər  tərəfdən,  seçki  prosesi, 



reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da 

Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. 

Bunlarla yanaşı, müstəqil Azərbaycan Respublikası həyata ke-

çirdiyi rasional və praqmatik xarici siyasət strategiyasının fonunda 

müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru kimi çı-

xış etməkdədir. Milli maraqlara və dəyərlərə müvafiq surətdə xari-

ci siyasət resurslarından səmərli şəkildə istifadə edilməsi Azərbay-

canın  Cənubi  Qafqazın  ən  güclü  və  nüfuzlu  aktoruna,  siyasi  güc 

mərkəzinə  və  iqtisadi  lokomotivinə  çevrilməsini  şərtləndirməklə 

yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc 

iyerarxiyasında sürətlə irəliləməsini də təmin edib. 

Beləliklə,  bütün  fəsil  və  paraqraflarda  analitik  tədqiqata  cəlb 

etdiyimiz  kompleks  məsələlərin  və  göstəricilərin  fonunda  gəlinən 

qənaət ondan ibarətdir ki, milli maraqlara və dəyərlərə müvafiq su-

rətdə  həyata  keçirilən  milli  inkişaf  strategiyası  bütün  sahələrdə 

əhəmiyyətli  nailiyyətlərin  əldə  edilməsini  şərtləndirməklə  yanaşı, 

ölkəmizin perspektiv inkişaf konturlarını da müəyyənləşdirib. Nə-

ticə etibarilə, milli inkişaf strategiyasının əsasını qoyan  Ulu öndər 

Heydər Əliyevin politoloji  irsini yaşadan və çağımızın aktual ça-

ğırışlarına müvafiq surətdə davam  etdirən Prezident  İlham  Əliye-

vin  praqmatik  inkişaf  strategiyası  sayəsində  əhəmiyyətli,  tarixi  

nailiyyətlər  əldə  edən  Azərbaycan  artıq  postsovet  ölkəsi  kimi  sə-

ciyyələndirilməməlidir.  

Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli in-

kişaf  strategiyasının  Prezident  İlham  Əliyev  tərəfindən  müasir 

dövrün  aktual çağırışlarına, qanunauyğunluqlarına və reallıqlarına 

uyğun  surətdə  davam  etdirilməsi  Azərbaycanı  mütəmadi  surətdə 

inkişaf  edən  müasir  məmləkətə  çevirib.  Nəticə  etibarilə  bütün  bu 

göstəricilər,  reallıqlar  və  nailiyyətlər  deməyə  əsas  verir  ki,  Azər-

baycan  artıq  postsovet  ölkəsi  deyil.  Azərbaycan  iqtisadi  və  siyasi 

baxımdan  tam  müstəqil,  demokratik,  azad  ölkədir.  Bu,  sözün  əsl 

mənasında tarixi nailiyyətdir. 




426 

 

İstifadə edilmiş terminlərin izahlı lüğəti 



 

Absenteizm  –  müasir  siyasi  leksikonda  siyasi  təmsilçilikdən 

və  iştirakdan imtina etmək,  yayınmaq mənasında işlədilir. Əsasən 

siyasi mədəniyyyət elementlərinin zəif təşəkkül tapdığı, submədə-

niyyət  komponentlərinin hökmran olduğu, siyasi  sistemin  struktur 

elementlərinin  natamam  və  qeyri-təkmil  səciyyə  daşıdığı  cəmiy-

yətlərdə  müşahidə  edilir.  Demokratik  siyasi  sistemin  mövcud  ol-

madığı, siyasi deviasiyaların hökm sürdüyü, siyasi hüquq və azad-

lıqların məhdudlaşdırıldığı cəmiyyətlərdə mütləq abseneizm möv-

cud olur. Absenteizm seçkilərə və siyasi proseslərə etinasızlıq, si-

yasi idarəetmədə təmsilçilik hüququndan imtina edilməsi kimi for-

malarda təzahür olunur. 

Alternativ  özündə ehtiva etdiyi xüsusiyyətlər etibarilə bir-bi-

rindən fərqlənən iki seçim variantından birinə istinad edilməsidir. 



Amoralist  cəmiyyətdə mənəvi-etik dəyərlərlə təsbit olunmuş 

normalar və qaydalara zidd mövqe və davranış formasıdır. 



Anarxizm  –  hakimiyyətin  və  hakimiyyət  strukturlarının  möv-

cud olmamasını, könüllü idarəetmənin təşəkkül tapmasını əsas tu-

tan radikal ideoloji baxışlar sistemi. Radikalizmin sol qanadının tə-

zahür formalarından və ideoloji xətlərindən biri olan anarxizm cə-

miyyətdə  ümumi  həmrəyliyə  mənfi  təsir  edən,  dağıdıcı  meyillərə 

səbəb  olan,  xaos  və  destabilliyin  yaranmasına  təkan  verən  sosial 

bəla qismində çıxış edir. “Suveren milli dövlətlərin sıradan çıxma-

sı” və “ümumi normalarla təsbit edilmiş qanunların ləğv edilməsi” 

prinsiplərindən çıxış edən anarxistlər sadalanan məqsədlərin həya-

ta  keçirilməsi  naminə  inqilab  etməyə  və  müxtəlif  stratifikasiyalar 

arasında antaqonizm yaratmağa cəhd edirlər. Onların ən çox istifa-

də və istinad etdiyi vasitə isə sui-qəsd metodudur. Peter Kropotkin, 

Emman Goldman, Aleksandr Berkman, Pier-Cozef Prudon, Benja-

min Tuker, Uilyam Grin kimi anarxizm cərəyanının tərəfdarları da 

etiraf  edirlər  ki,  anarxistlərin  təməl  prinsipi  "sərhədsizlik"dir  və 

onlar qanunların qəsdində durmağı təməl vəzifə hesab edirlər. On-




427 

 

lar bildirirlər ki, ümumi normalarla təsbit edilmiş qanunlardan hər 



bir fərd və cəmiyyət imtina etməlidir və dövlət onlar üçün başlıca 

tənəzzül və təhlükə mənbəyidir. 



Antaqonizm  –  barışmaz ziddiyyətlər. Antaqonizm anlayışı si-

yasi-hüquqi leksikonda mövcud olan ziddiyyətlərin ifrat forma ala-

raq dağıdıcı səciyyə daşıdığını ifadə etmək üçün işlədilməkdədir. 

Antreprener sistem – elitanın seçilməsi sistemlərindən biridir. 

Bəhs  edilən  sistem  çərçivəsində  elitanın  seçilməsi  məhz  bu  prin-

siplərə əsaslanır: cəmiyyətin bütün qrupları elitada təmsil olunmaq 

imkanına malik olmasa da, bu hüququ malikdir; elitanın formalaş-

ması  prosesində  plüralist  rəqabət  şəraiti  yaradılmalı  və  əsas  götü-

rülməlidir;  idarəetmə  strukturlarına  seçim  kampaniyası  müsabiqə 

əsasında təşkil edilməli və seçim zamanı mənəvi keyfiyyətlər, təc-

rübi qabiliyyətlər və intellektual potensial əsas götürülməlidir; eli-

tanın seçimi zamanı inzibati maneələrə  yol verilməməli və formal 

tələblər aradan qaldırılmalıdır. 



Aktiv seçki sistemi – seçkili dövlət orqanlarına seçmək hüqu-

qu.  Aktiv  seçki  hüququnda  “alternativlik”  prinsipi  xüsusi  önəm 

kəsb edir. Alternativlik dedikdə  aktiv seçki  hüququna malik  olan-

lar  seçicilər seçkilər prosesində siyasi mübarizə aparan namizəd-

lərdən istədiklərinə səs verə və öz mövqelərini azad formada ifadə 

edə  bilməsi  nəzərdə  tutulur.  Daha  da  dəqiqləşdirsək,  siyasi  plüra-

lizmin  hökm  sürdüyü  cəmiyyətlərdə  siyasi  iştirakçılıq  və  aktivlik 

yüksək  səviyyədə  olduğundan  vətəndaşlar  səsvermə  prosesində 

müxtəlif təmsilçilər arasında sərbəst seçim edə bilirlər. 

Aktor  –  siyasi  proseslərin  iştirakçısı  qismində  çıxış  edən,  qə-

bul və icra etdiyi qərarlarla digər subyektlərin fəaliyyəti istiqaməti 

və mexanizminə təsir edən aktiv subyekt(lər)dir. 

Apolitik    siyasətə  və  siyasi  proseslərə  laqeyd  və  etinasız 

münasibətlə  ifadə  olunan  mövqedir.  Siyasət  nəzəriyyəsində  çox 

hallarda apolitiklik və absenteizm anlayışları sinonim ifadələr kimi 

işlədilir. 



Aristokratiya  –  özündə  nəcib  xüsusiyyətləri,  zəngin  intelle-

ktual potensialı və idarəetmə təcrübəsini cəmləşdirən idarəetmə sub-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə