HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə140/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   137   138   139   140   141   142   143   144   145

431 

 

proses. 



Evolyusiya  tədrici dəyişmə, təkamül xarakterli dəyişikliklər. 

“Faydalı” liderlər  özlərində xüsusi keyfiyyətləri cəmləşdir-

miş və bir çox lider modellərinin xüsusiyyətlərini sintez etmiş rəh-

bər qismində səciyyələndirilir. Məhz bu cür siyasi liderlər ictimai-

siyasi proseslərin dərinliklərinə nüfuz edir və sözün əsl mənasında 

sabitləşdirici  və  inkişafetdirici  qüvvə  kimi  çıxış  edirlər.  Rasional 

liderlər qrupuna aid edilən bu şəxslər zaman və məkanın bütövlü-

yünü lokal surətdə təmin edərək  cəmiyyətin və xalqın ali maraqla-

rının ifadəedicisi qismində çıxış edirlər. 



Federasiya    tərkibində  inzibati-ərazi  vahidlərini  birləşdirən 

dövlət  forması  kimi  səciyyələndirilir.  Federasiyalar  simmetrik  və 

asimmetrik olmaq etibarilə 2 tipə ayrılır. Simmetrik federasiyalar-

da  ittifaqın  tərkibinə  daxil  olan  subyektlər  konstitusiya  əsasında 

mühüm hüquqi üstünlük və imkanlara malik olur ki, bu da onların 

idarəetmədə  müstəqil  surətdə  təmsilçiliyini  təmin  etmiş  olur. 

Asimmetrik  federasiyalarda  isə  ittifaqın  tərkibinə  daxil  olan  sub-

yektlər  məhdud  müstəqilliyə  malik  olur.  Bu  cür  federasiyalarda 

subyektlər  müstəqil  orqanlara  sahib  olmadığından  idarəetmədə 

məhdud  surətdə  iştirak  edirlər.  Ümumilikdə  simmetrik  və  asim-

metrik  olmaq  etibarilə  federasiyalar  bir  sıra  səciyyəvi  xüsusiyyət-

lərin daşıyıcısı qismində çıxış edirlər: 

İttifaq və subyektlər idarəetmənin hüquqi əsası kimi çıxış edən 

konstitusiyaya  sahib  olurlar.  Hüquqi  müstəvidə  ittifaq  konstitusi-

yası  üstünlük  təşkil  edir  və  ümumfederal  qanunvericiliyin  əsası 

qismində çıxış edir; simmetrik federasiyalarda subyektlər də haki-

miyyət  bölgüsünə  malik  olur,  yəni  qanunverici,  icraedici  və  məh-

kəmə  hakimiyyəti  mövcud  olur  və  ayrılıqda  müstəqil  surətdə 

fəaliyyət  göstərirlər;  federasiya  subyektləri  müəyyən  edilmiş  nor-

ma  və  prinsiplər  əsasında  qanunvericilik  hüququna  malik  olurlar; 

federasiyalarda  qanunverici  orqan,  yəni  parlament  ikipalatalı  olur 

və subyektlərin nümayəndələri yuxarı palatada təmsil olunur; fede-

rasiya  subyektlərinin  əhalisi  vahid  və  bərabər  vətəndaşlığa  malik 

olur. 



432 

 

Formal  lider  inzibati qayda və resurslarla müəyyən quruma 

rəhbərlik edən şəxsdir ki, onların rəhbərliyi rəsmi xarakter daşıyır 

və  nüfuz-təsir  imkanları  bilavasitə  rəsmi,  inzibatı  resursların  fo-

nunda müəyyən edilir. 

Gildiya  sistemi  –  elitanın seçilməsində istifadə edilən sistem-

lərdən biridirAntreprener sistemin tam əksi qismində səciyyələn-

dirilir və qeyri-təkmil üsul kimi çıxış edir. Gildiya sisteminin ma-

hiyyətini  anlamaq  üçün  onun  təməl  xüsusiyyətlərinə  nəzərə  yetir-

mək məqsədəmüvafiqdir: elita seçimi qapalı səciyyə daşıyır və nü-

mayəndələr artıq elita qismində çıxış edən aktorların təyin etdikləri 

şəxslərdən formalaşır; seçim zamanı mənəvi keyfiyyətlər, idarəet-

mə bacarığı, təcrübi qabiliyyətlər və intellektual potensial aşağı sə-

viyyədə  nəzərə  alınır.  Əsasən  namizədlər  qarşısında  formal  tələb-

lər qoyulur və kadr yetişdirilməsi işi düzgün təşkil edilmir; elitanın 

seçilməsi  və  formalaşdırılması  prosesində  selektoratın  (seçənlər) 

təmsilçilik  dairəsi  məhdud  xarakterli  olur  ki,  bu  da  seçim  zamanı 

rasionallıq  və  praqmatiklik  səviyyəsinin  olduqca  aşağı  düşməsinə 

səbəb olur. 



Hüquqi  dövlət  bir çox nəzəriyyəçilər və araşdırmaçılar hü-

quqi dövlət məfhumunu legitim hakimiyyət anlayışı ilə eyniləşdir-

sələr də, bunlar tamamilə fərqli kateqoriyalar kimi səciyyələndiril-

məlidir. Əslində, legitim hakimiyyət hüquqi dövlətin bir göstəricisi 

və  ya  təməl  struktur  elementidir.  Elmi  ədəbiyyatda    isə  hüquqi 

dövlətə məhz bu cür tərif verilir: Hüquqi dövlət siyasi hakimiyyə-

tin  daşıyıcısı  və  hüququn  subyekti  kimi  onun  fərdlərlə  qarşılıqlı 

münasibətlərinin təşkili və idarə olunmasının qanuni, leqal forma-

sıdır. 

İnfokratiya  informasiya hakimiyyəti. İnfokratiya informasi-

ya  vasitəsilə  insanların  idarə  olunması  missiyasını  yerinə  yetirən 

subyektlərin hakimiyyətini ifadə etmək üçün işlədilir. 

İrrasional – sağlam düşüncəyə əsaslanmayan, daha çox müla-

hizə və hisslər vasitəsilə təzahür olunan təfəkkür forması (düşüncə 

tərzi) kimi səciyyələndirilir. Burada məntiqi və analitik düşüncəyə 

yer verilmir. 




433 

 

Kataklizm – dəyişikliklər dövründə dağıdıcı, aşındırıcı proses-

lər. 

Konfederasiya    müstəqil  dövlətlərin  hüquqi  anlaşma  əsasın-

da birləşdiyi vahid ittifaq kimi səciyyələndirilir. İttifaqa daxil olan 

subyektlər  nisbi  suverenliyə  malik  olur  və  nəzəri-formal-hüquqi 

əsasda özünün siyasi müstəqilliyini, konstitusiyasını, silahlı qüvvə-

lərini, maliyyə və hüquq sistemini qoruyub saxlayır. Amma bütün 

bunlarla  yanaşı,  ümumi  anlaşma  əsasında  formalaşmış  konfedera-

siya  çərçivəsində  vahid  dövlətə  aid  bir  çox  məsələlər  razılaşdırıl-

mamış və həll edilməmiş qalır. Daha çox ümumi məsələlər  mü-

haribə və sülh məsələsi, xarici siyasət kursu, vahid ordunun, milli 

maliyyə və hüquq sisteminin formalaşması məsələləri birgə surət-

də  razılaşdırılır.  Konfederativ  dövlət  formasında  hər  nə  qədər 

“mərkəzdənqaçma”  meyilləri  müşahidə  və  təzahür  olunsa  da,  va-

hid  siyasi  kursun  həyata  keçirilməsi  üçün  tərəflərin  təmsilçiliyi 

əsasında ümumi hakimiyyət strukturları formalaşdırılır. Amma for-

malaşdırılmış ümumi hakimiyyət orqanlarının qərarlarının impera-

tiv səciyyə daşımaması  tövsiyə xarakterli olması idarəetmə siste-

minin natamamlığından xəbər verir. Digər tərəfdən, konfederasiya-

nın formalaşması üçün əldə edilmiş razılaşmaya daxil olan maddə-

lərin də bir çoxu qeyri-imperativ olur ki, bu da nəzəri və tətbiqi cə-

hətdən ittifaqın davamlılığını və əsaslarını şübhə altına alır. 



Konfrantasiya  –  subyektlərarası  qarşıdurma  və  toqquşmalar 

formasında səciyyələndirilən dinamik proses. 



Konsolidasiya    mövcud  dəyərlər  və  normaların  təfəkkür  və 

düşüncədə təşəkkül tapması anlamında işlədilir. Məsələn, demok-

ratik  transformasiya  prosesini  həyata  keçirən  cəmiyyətlərdə  de-

mokratik  dəyərlərin  şüurlarda  və  düşüncələrdə  təşəkkül  tapması 

demokratiyanın konsolidasiyası adlanır. 

Kontroverza  –  ixtilaflarla  müşayiət  edilən  və  parçalanmalara 

səbəb olan dağıdıcı proseslərdir. 



Qeyri-formal  lider    onların  rəsmi,  inzibati  resurslarla  quru-

ma rəhbərlik etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri və nüfuz-

ları, xarizmatik xüsusiyyətləri ilə müəyyən qurum və qrup tərəfin-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə