HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə143/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   137   138   139   140   141   142   143   144   145

440 

 

edilir. Manipulyasiyanın rasional  modelində  daha çox aldadıcı  in-



formasiya resurslarından istifadə edilir. Ya tamamilə qara piar sə-

ciyyəli yalan məlumatlardan istifadə edilir, ya da doğru informasi-

yaların  təhrif  olunması  ilə  şüurlar  manipulyasiya  edilir.  Rasional 

manipulyasiya metodunun struktur komponentlərinə bunlar aiddir: 

informasiyaların konkret maraqlara müvafiq surətdə təhrif edilmə-

si,  informasiyanın  qərəzli  və  yönləndirici  detallarla  doldurulması, 

rasional nəticəyə gəlməyə imkan verən informasiya elementlərinin 

sıradan çıxarılması və məlumata faktları pərdələyən komponentlə-

rin daxil edilməsi və s. 

Siyasi mədəniyyət  vətəndaşların hakimiyyətlə qarşılıqlı mü-

nasibətlərinə  aid  olan  mövqe  və  davranışların  əsasını  təşkil  edən 

dəyərlərin,  eyni  zamanda,  siyasi  sistemin  iştirakçıları  arasında  tə-

zahür edən fərdi mövqe və meyillərin kompleks məcmusudur. 



Siyasi modernləşmə – Siyasi modernləşmə kursu milli inkişaf 

strategiyasının fundamental istiqamətlərindən biri kimi səciyyələn-

dirilir.  Siyasi  modernləşmə  prosesi  dedikdə  siyasi  sistemin  yeni 

dəyərlər əsasında formalaşdırılması və struktur elementlərinin tək-

milləşdirilməsi ilə ənənəvi sistemdən müasir sistemə keçidlə səciy-

yələnən sosial-siyasi transformasiya nəzərdə tutulur. 



Siyasi  praqmatizm  –  müəyyən  edilmiş  məqsəd  və  hədəf  uğ-

runda  həyata  keçirilən  və  hədəflənmiş  nailiyyət  və  dividendlərin 

əldə edilməsini təmin edən siyasi fəaliyyət forması. 

Staqnasiya    iqtisadi,  siyasi,  sosial  və  digər  sahələrdə 

potensial olaraq inkişafın qarşısını alan və tənəzzülə şərait yarada 

biləcək durğunluq halı, statik durum. 

Stratifikasiya – sosiumda status və rollarla təsbit edilmiş təbə-

qələr. 


Substrat  –  obyektə  daxilən  xas  olan,  hadisələrin  mahiyyətini 

əks etdirən şərtləndirici və təminedici faktor. 



“Təmsilçi” liderlər  onların fəaliyyət mexanizminin əsasında 

təmsil  etdiyi  qrup  və  subyektlərin  maraqlarının  təmin  edilməsi 

prinsipi  dayanır.  Onlar  sahib  olduqları  bütün  resurslardan  xalqın 

mənafeyinin təmin edilməsi və tələbatlarının ödənilməsi istiqamə-




441 

 

tində  istifadə  etməyi  zəruri  strateji  prinsip  kimi  qəbul  edir  və 



fəaliyyət fəlsəfələrini məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər. 

Totalitarizm – idarəetmə üsulu kimi səciyyələndirmək etibari-

lə siyasi rejim növlərindən biridir. Totalitar siyasi rejimlərin başlı-

ca xüsusiyyətləri bunlardır: siyasi sistemdə partiya vahidliyi və he-

gemoniyası mövcud olur. Başqa sözlə, siyasi palitrada yeganə par-

tiya  təmsil  olunur  və  inzibati  resurslar  əsasında  hakim  partiyadan 

başqa digər partiyaların fəaliyyətinə imkan verilmir; hakim qüvvə-

lərin  mənafeyini  ifadə  edən  vahid  ideologiya  mövcud  olur  və  bu 

ideologiya milli maraqları, birliyi, həmrəyliyi deyil, konkret qrup-

ların maraqlarına əsaslanır; kütləvi informasiya vasitələri inhisarda 

və total nəzarətdə olur. KİV-in fəaliyyəti hakim qüvvələrin maraq-

larını  və  ideologiyasını  əsaslandıran  substratlar  üzərində  qurulur; 

iqtisadiyyat  üzərində  total  nəzarət  olur  və  müstəqil  iqtisadi  siste-

min mövcudluğuna imkan verilmir və s. 

Unitar dövlət  mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş ol-

maq  etibarilə  müxtəlif  inzibati-ərazi  vahidlərindən  təşkil  olunan 

dövlət formasıdır. Bu dövlət formasının tərkibindəki inzibati-ərazi 

vahidlərinin siyasi müstəqilliyi olmur. Unitar dövlətin bir sıra spe-

sifik xüsusiyyətləri vardır: 

Unitar dövlətin vahid konstitusiyası olur ki, bu, bütün inzibati-

ərazi  vahidlərinə  şamil  edilir;  idarəetmə  hakimiyyət  orqanlarının 

formalaşdırdığı  vahid  sistem  tərəfindən  həyata  keçirilir  və  qəbul 

edilən qərarlar imperativ səciyyə daşıyır; vahid hüquq sistemi for-

malaşdırılır  və  ölkənin  bütün  ərazisində  idarəetmə    məhz  həmin 

sistemə əsaslanır. 

Dünya praktikasında unitar dövlət formasının 2 növünə rast gə-

linir.  Bunlardan  birincisi  mərkəzləşdirilməmiş,  digəri  isə  mərkəz-

ləşdirilmiş  unitar  dövlətdir.  Mərkəzləşdirilməmiş  unitar  dövlətlər-

də inzibati ərazi vahidlərini təşkil edən regional orqanlar (subyekt-

lər) müstəqil surətdə formalaşır. İtaliya, Böyük Britaniya, İspaniya, 

Yaponiya və Yeni Zellandiya idarəetmə sisteminə görə bu tipə aid 

edilir.  Mərkəzləşdirilmiş  unitar  dövlətlərdə  isə    regional  orqanlar 

bilavasitə  mərkəz tərəfindən formalaşdırılır və  mərkəzə  tabe olur-



442 

 

lar.  Bu  cür  unitar  dövlət  tipinə  Qazaxıstan,  Özbəkistan  və  Nider-



landı aid etmək olar. 

Uzurpasiya – məqsədə və hədəfə çatmaq üçün zorakı vasitə və 

metodlardan istifadə edilməsi. 



Vətəndaş cəmiyyəti  mülki şəxslərin könüllü birləşməsi nəti-

cəsində  yaranan,  özünütənzimləmə  və  özünüidarə  mexanizminə 

malik olan, qeyri-siyasi  səciyyəsi  ilə  sivil  şəxslər və  münasibətlər 

sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilir. 



“Yanğınsöndürən” liderlər  mürəkkəb situasiyanın fonunda 

xüsusi fəaliyyətləri ilə milli həmrəylik və bütövlüyün təmin olun-

masına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çı-

xış  edirlər.  Bir  çox  liderlərdən  fərqli  olaraq  onlar  ən  mürəkkəb 

situasiyalarda  özlərinin  şəxsi  təcrübə  və  keyfiyyətlərindən  xüsusi 

məharətlə  yararlanırlar  və  xalqın  ali  mənafeyinin  təmin  edilməsi 

missiyasını uğurla yerinə yetirirlər. 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə