HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə139/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

428 

 

yektləri və ya hakimiyyət daşıyıcıları. Aristokratiyanın “nəcib siya-



səti  sayəsində  əldə  edilən  inkişaf  ümummilli  səciyyə  daşıyır  və 

xalqın, millətin milli sərvəti kimi dəyərləndirilir. Ölkənin və dövlə-

tin  nəcib  xüsusiyyətlərə  malik  olan,  milli  mənafeyi  təməl  faktor 

kimi  əsas  tutan  elit  zümrə  tərəfindən  idarə  edilməsi  təbəqələrarası 

münasibətlərin  və  onun  balansının  sağlam  inteqrativ  dəyərlər  və 

substratlar  əsasında  formalaşması  və  inkişafını  təmin  edir.  Bu  isə 

nəticə etibarilə cəmiyyətin ahəngdarlığını təmin edən ümumi mexa-

nizm rolunu oynamaqla, eyni zamanda, milli dövlətin milli maraqlar 

və dəyərlər əsasında inkişafını təmin edir. 

Avtokratiya    avtoritar  rejimlər  çərçivəsində  qeyri-məhdud 

hakimiyyətə əsaslanan idarəetmə formasıdır. 



Avtoritarizm  –  idarəetmə üsulu kimi səciyyələndirmək etiba-

rilə siyasi rejim növlərindən biridir. Avtoritar siyasi rejimlərin baş-

lıca  xüsusiyyətləri  bunlardır:  hakimiyyət  avtarkiyaya  əsaslanır, 

yəni rejimin mahiyyətinə müvafiq olaraq hakimiyyət bir şəxs və ya 

qrupun  iradəsinə  əsaslanır  və  onların  inhisarında  olur;  qanunlar 

mövcud olsa da, tətbiq mexanizmi olmur. Yəni qanunlar Konstitu-

siyada, ona müvafiq qanunvericilik aktlarında təsbit edilsə də, ha-

kim dairələrin tətbiq etdiyi məhdudiyyət və nəzarətə  görə işləmir; 

proseslərin  tənzimlənməsində,  ziddiyyətlər  və  münaqişələrin  ara-

dan  qaldırılmasında  hakimiyyət  real  güc  üsullarına,  zorakı  vasitə-

lərə  istinad  edir.  Başqa  sözlə,  müdafiə  dəstələri,  hüquq-mühafizə 

sistemi rejimin mühafizəsi funksiyasını yerinə yetirir; müxtəlif sə-

ciyyəli demokratik prosedurlar (seçkilər, müxtəlif təmayüllü siyasi 

partiyalar,  ictimai-siyasi  institutlar  və  s.)  mövcud  olsa  da,  formal 

səciyyə  daşıyır.    Yəni  siyasi  hüquq  və  azadlıqların  ciddi  şəkildə 

məhdudlaşdırıldığı  şəraitdə  demokratik  prosedurların  reallaşdırıl-

ması mümkün olmur; milli elita gildiya sistemi əsasında-qapalı sis-

tem çərçivəsində formalaşdırılır və s. 



“Bayraqdar” liderlər  cəmiyyətdə ali, nəcib şəxsi keyfiyyət-

lərə  malik  olan  əsl  rəhbər  kimi  qəbul  və  müdafiə  edilirlər.  Onun 

uğurlarının  əsasında  həmin  şəxsə  qarşı  olan  yüksək  dəstək  amili 

dayanır.  Məhz  bu  cür  siyasi  liderlər  olduqca  realist,  rasional  və 




429 

 

praqmatik  təfəkkürə  malik  olurlar  və  qarşılarına  qoyduqları  dərk 



edilmiş  məqsədlərə  uğurla  çata  bilirlər.  Bir  sözlə,  “bayraqdar”  li-

derlər sözün əsl mənasında yeganə və əsas aparıcı qüvvə qismində 

çıxış edirlər. 

De-fakto   beynəlxalq  münasibətlər sistemi  çərçivəsində  bey-

nəlxalq  hüquq normalarına  əsasən dövlətin faktiki-rəsmi tanınma-

sıdır. 

Determinasiya  hadisə və prosesləri immanent təsir vasitəsilə 

şərtləndirən obyektləri ifadə etmək üçün işlədilməkdədir. 



Deviasiya  –  qəbul  olunmuş  ümumi  normalara  zidd  olan,  so-

siumda dağıdıcı meyillərə və qarşıdurmalara yol açan davranış for-

masıdır. Bir çox nəzəri mənbələrdə deviasiya “sapma”, “yayınma” 

anlayışları ilə ifadə olunur. 



De-yure  beynəlxalq münasibətlər sistemində qəbul olunmuş 

hüquqi norma və qaydalara əsasən formal tanınma. 



Dilemma  –  qərar  qəbulu  zamanı  mövcud  olan  iki  mümkün 

variantdan birinin seçilməsi. 



Diskriminasiya  –  ayrı-seçkiliklə  təzahür  olunan  münasibət 

formasıdır.  Diskriminasiya  bir  sıra  formal  statik  əlamətlərə  (milli 

və  irqi  mənsubiyyətinə,  siyasi  əqidəsinə  və  s.)  görə  fərdlər,  qrup-

lar, xalqlar və millətlərə qarşı ayrı-seçkiliyin tətbiq olunması, onla-

rın  pozitivi  və  neqativ  hüquqlardan  məhrum  olunmasına  yönəlik 

aktların  reallaşdırılması  formasında  təzahür  olunur.  Xalqlara  və 

millətlərə  qarşı  həyata  keçirilən  genosid,  yaxud  soyqırım  aktları 

diskriminasiyanın xüsusi forması kimi səciyyələndirilir. 



Dissonans  –  kəskin  ziddiyyətlər  və  qarşıdurmalarla  müşayiət 

edilən destruktiv proseslər. 



Dominant  –  sahib  olduğu  resurslardan  istifadə  mexanizminə 

görə  sosial  və  siyasi  münasibətlər  sistemində  üstün  mövqe  əldə 

edən hegemon subyekt. 

Eksses  –  kəskin  qarşıdurmalarla  səciyyələnən  toqquşmalar  və 

ictimai ahəngin ciddi surətdə pozulması. 




430 

 

Ekspansiya    mövcud  hədəflər  və  məqsədlər  əsasında  müəy-

yən olunmuş strategiyaya müvafiq surətdə davamlı genişlənmə, sa-

həyə doğru yayılma və ya fəal müdaxilə. 



Ekspatriasiya  elmi ədəbiyyatda bu anlayış çox hallarda de-

portasiyanın  sinonimi  kimi  işlədilsə  də,  bəhs  edilən  məfhumlar 

mahiyyət  etibarilə  bir-birindən  fərqlənir.  Ekspatriasiya  vətəndən 

köçürülmə mənasını ifadə etsə də, deportasiyadan fərqli olaraq kö-

nüllü səviyyə daşıya bilər. Amma deportasiya məcburi köçürülmə-

dir.  Ekspatriasiya  zamanı  köç(ürül)müş  şəxslər  vətəndaşlıqdan  da 

məhrum edilirlər. 

Ekstremizm  siyasətdə ifrat görüşlər və radikal meyillərlə sə-

ciyyələndirilən  deviativ  mövqe.  Ekstremistlər  radikal  və  anarxist 

mövqe tutaraq mövcud düzənə və sistemə qarşı çıxaraq eksses akt-

larına istinad edirlər. Bu cərəyanın tərəfdarları hər cür hakimiyyətə 

qarşı çıxmaq prinsipini fəaliyyətlərində əsas tuturlar. 

Elita –  sahib olduğu  yüksək şəxsi keyfiyyətlərinə, intellektual 

potensialına və rasional, praqmatik fəaliyyət mexanizminə görə so-

sial piramidanın zirvəsində qərar tutan institusional aktorlardır. 

Elitar  demokratiya  modeli  –  elitar  demokratiya  modelində 

əks olunur ki, siyasi idarəetmə peşəkar azlıq tərəfindən həyata ke-

çirilməlidir. Xalq idarəetmədə iştirak etməməlidir, çünki idarəetmə 

nəcib  keyfiyyətlərə  malik  olan  azlıq tərəfindən  həyata  keçirilə  bi-

lər.  Siyasi  qərarların  məhdud  peşəkar  qrup  tərəfindən  qəbul  edil-

məsi  obyektiv  strateji  zərurətdir.  Məhz  belə  bir  təsbitin  fonunda 

demokratik idarəetmə ilə bağlı başlıca məsələ həmin peşəkar qrup-

ların necə formalaşdırılmasıdır. Beləliklə, demokratiya xalqın razı-

lığı  və  iradəsi  ilə  elitanın  leqal  və  legitim  idarəetməsidir.  Bütün 

bunların fonunda hər bir cəmiyyətdə iyerarxik strukturların forma-

laşması  obyektiv  zərurətə  çevrilir.  İqtisadi,  siyasi,  hərbi,  maliyyə 

elitaları yaranır və ayrı-ayrı sahələrdə idarəetmə funksiyasını yeri-

nə yetirirlər. 

Empirik – təcrübi proseslər və hadisələrdən alınmış və faktlar-

la təsbit edilmiş. 



Eskalasiya  –  mütəmadi  yüksəliş  və  artımla  müşahidə  edilən 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə