HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə135/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   131   132   133   134   135   136   137   138   ...   145

416 

 

fəaliyyətində daim beynəlxalq hüquq normalarını əsas  götürən öl-



kəmiz  dinc  vasitələri  hələlik  optimal  və  effektiv  mexanizm  kimi 

görməkdə davam edir. 

“Euronews” telekanalına müsahibə verən Prezident İlham Əli-

yev  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı  qeyd  edib  ki, 

Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  sülh  danışıqlarına 

böyük  ümidlər  bəsləyir:  “Çünki  artıq  neçə  illərdir  ki,  davam 



edən  proses  məhz  sülh  vasitəsilə  həllə  gətirilməlidir.  Lakin  əl-

bəttə ki, bu, Ermənistanın beynəlxalq hüquq normalarına ria-

yət etməyə və öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyə-

də  tanınmış  torpaqlarından çıxarmağa hazır  olub-olmamasın-

dan asılı olacaq. Yalnız o halda sülhə nail olmaq olar”. 

Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişənin həllinə sülh yo-

lu  ilə,  diplomatik  vasitələrlə  nail  olmağa  çalışır.  Amma  bu,  o  de-

mək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi təq-

dirdə, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurma-

yacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Dağlıq Qa-

rabağ münaqişəsinin 15 il daha dondurulmuş vəziyyətdə qalmasına 

imkan verə bilmərik: “Buna son qoyulmalıdır. Biz buna sülh yo-



lu  ilə  son  qoymaq  istəyirik  və  bu  istiqamətdə  də  işləyirik.  La-

kin  eyni  zamanda,  bizim  səbrimizin  həddi  var.  Ümid  edirəm 

ki, artıq əldə olunmuş baza razılaşmaları və bu il razılaşdırma-

ğı  planlaşdırdığımız  məqamlar  münaqişəyə  son  qoyacaq  və 

Qafqaza sülh gələcək”. 

Göründüyü  kimi,  Azərbaycanın  mübarizəsi  haqq  işidir  və 

özündə beynəlxalq hüquq normalarına əsaslanan prinsipləri və də-

yərləri ehtiva edir. Bu mübarizənin məntiqi və qanunauyğun sonlu-

ğa  çatması  –  ölkəmizin  ərazi  bütövlüyünün  bərpa  edilməsi  üçün 

Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkə-

mizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hü-

ququdur. Silahlı müdafiə metodu və mexanizminə istinad da Azər-

baycanın  qarşısında  duran  hüquqi  alternativdir.  Ölkəmizin  bu  hü-

ququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında 

da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiq-



417 

 

lənir.  Helsinki  Yekun  Aktında  məsələyə  məhz  bu  cür  yanaşılır: 



Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prin-

siplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi 

bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu za-

man təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin et-

mək üçün silahlı qüvvələrdən istifadə edə bilər...” 

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu 

prinsipial  mövqeyin  və  sərgilədiyi  praqmatik  siyasətin  fonunda 

dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qara-

bağ  münaqişəsinin  beynəlxalq  hüquq  normalarına  əsasən  həllinin 

zəruri  və  qaçılmaz  bir  proses  olduğunu  hər  zaman  bəyan  edirlər. 

Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiya-

larında  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamen-

tal və zəruri qətnamələr qəbul edilib. Elə bu prosesə paralel olaraq 

ATƏT-in Minsk qrupu da münaqişənin həlli yönündə öz fəaliyyə-

tinin səmərəlilik səviyyəsini artırmaqdadır. Prezident İlham Əliye-

vin bildirdiyi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflə-

ri  Azərbaycanın  ərazi  bütövlüyünün  bərpa  olunması,  erməni  qo-

şunlarının  bütün  işğal  olunmuş  ərazilərdən  çıxarılması,  məcburi 

köçkünlərin doğma yurd-yuvalarına qayıtması və bütün kommuni-

kasiya xətlərinin açılmasına əsaslanır. 

Bununla  yanaşı,  münaqişənin  həlli  istiqamətində mühüm təsir 

və  tənzimetmə  mexanizminə  malik  olan  milli  dövlətlər  də  müəy-

yən  səy  və  cəhdlərlə  çıxış  etməkdədir.  Münaqişənin  müəllifi  və 

idarəedici  subyekti  kimi  səciyyələndirilən  Rusiya  belə  dəyişən 

geostrateji  şərtlərə  müvafiq  surətdə  müəyyən  zaman  kəsiklərində 

münaqişə  tərəflərini  bir  araya  gətirərək  problemin  həlli  yönündə 

əhəmiyyətli  səylər  etməkdədir.  Bəzi  ekspertlər  bunu  Moskvanın 

taktiki manevri kimi səciyyələndirsələr də, bu, əslində, Azərbayca-

nın  hücumçu  diplomatiyasının  fonunda  bölgənin  dəyişən  geostra-

teji şəraitinə müvafiq qanunauyğun nəticədir. Bəhs edilən görüşlə-

rin spesifikasına nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, 

bunlar  təməl  məsələlərin  müzakirəsi  və  müvafiq  nəticələrin  əldə 



418 

 

edilməsi üçün müəyyən əhəmiyyət kəsb edir. Bunlar sırasında Ru-



siyanın təşəbbüsü və vasitəçiliyi ilə Moskvada Azərbaycan və Er-

mənistan prezidentləri arasında Mayndorfda keçirilmiş görüşü xü-

susi  qeyd  etmək  lazımdır.  Bəhs  edilən  görüş  çərçivəsində  tərəflər 

arasında  “Mayndorf  Bəyannaməsi”  imzalanmışdır.  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  qeyd  etdiyi  kimi, 

“Mayndorf  Bəyannaməsi”  Dağlıq  Qarabağ  münaqişəsinin  Azər-

baycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə əsaslanır və 

özündə 3 mühüm elementi ehtiva edir: 



1. Bu sənəd tərəflər arasında imzalanmış saziş deyil, siyasi bə-

yannamədir və bilavasitə Azərbaycanla Ermənistan arasında imza-

lanıb.  Yəni  Ermənistan  tərəfi  uzun  müddət  sərgilədiyi  qeyri-

konstruktiv  mövqeyindən  müəyyən  qədər  imtina  edərək  münaqişə 

tərəflərinin birə-bir şəkildə kimlər olduqlarını göstərən sənədə imza 

atıb; 


2.  Bəyannamədə  münaqişənin  beynəlxalq  hüquq  norma  və 

prinsipləri,  eləcə  də,  həmin  prinsiplər  çərçivəsində  qəbul  edilmiş 

qərar və qətnamələr əsasında həll edilməsi nəzərdə tutulur. Dolayı-

sıyla bildirilir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivə-

sində öz həllini tapmalıdır. Qeyd edək ki, ərazi bütövlüyü beynəl-

xalq hüququn ali prinsipi hesab edilir və bu, istər BMT-nin Nizam-

naməsində,  istər  ATƏT-in  Helsinki  Yekun  Aktında,  istərsə  də  bu 

sənədlərə müvafiq olaraq qəbul edilmiş qətnamə və qərarlarda bi-

rinci dərəcəli məsələ hesab edilir. ATƏT-in Helsinki Yekun Aktın-

da göstərilir ki, ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma 

və  prinsiplərinin  əsasını  təşkil  edir  və  onun  pozulması  qətiyyən 

yolverilməzdir. Sənəddə o da qeyd edilir ki, hər hansı bir dövlətə, 

onun  ərazi  bütövlüyünə  qarşı  xarici  təcavüzkarlıq  baş  verərsə,  bu 

zaman  təcavüzə  məruz  qalmış  dövlət  öz  təhlükəsizliyini  təmin 

etmək  üçün  silahlı  qüvvələrdən  istifadə  edə  bilər.  Bir  sözlə, 

“Mayndorf Bəyannaməsi”ndə də  beynəlxalq hüquq normaları əsas 

götürüldüyünə görə Azərbaycanın ərazi bütövlüyü əsas prinsip ki-

mi qəbul edilir; 



3. Bəyannamədə yer alan prinsiplərdən biri də odur ki, münaqi-


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə