HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə131/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   127   128   129   130   131   132   133   134   ...   145

404 

 

maraq əsasında qurulur”. 



Məlumdur ki, günümüzdə Azərbaycan qaz ixracı marşrut-

larının diversifikasiyasına nail olub. Lakin Azərbaycanın ener-

ji sektorunun inkişafı, “Şahdəniz” layihəsinin ikinci mərhələsi-

nə hazırlıq, “Ümid” yatağının kəşfi və işlənməyə hazırlanması, 

“Abşeron”  blokunda  iri  qaz  yatağının  aşkarlanması  və  digər 

perspektiv  işlər  yaxın  illərdə  ölkədə  təbii  qaz  hasilatının  həc-

minin  əhəmiyyətli  surətdə  artacağına  dəlalət  edir.  Bu  isə  yeni 

ixrac imkanlarını inkişaf etdirmək zərurəti yaradır. 

Azərbaycan enerji sahəsində Türkiyə ilə də fəal əməkdaşlıq 

etməkdədir. Azərbaycanın Avropaya inteqrasiyasında və dün-

ya ölkələri arasında çəkisinin artmasında əhəmiyyətli rola ma-

lik olan mövcud transmilli layihələr həm də qardaş Türkiyənin 

tranzit ölkəyə çevrilməsinə öz tövhəsini  verib. Təkcə bir faktı 

qeyd etmək lazımdır ki, ən nəhəng qaz və neft kəmərləri Azər-

baycan-Türkiyə  tranzit  məkanı  vasitəsilə  dünyaya  “uzanmaq-

dadır”. Bunun hansı siyasi güc olması isə bütün dünya dövlət-

lərinə  yaxşı  məlumdur.  Məhz  bu  amil  hər  iki  türk  ölkəsinin 

dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və 

qarşılıqlı  əməkdaşlığı  nəzərdə tutan  yeni-yeni layihələr dünya 

birliyində  Azərbaycan  və  Türkiyənin  nüfuzunun,  mövqeyinin 

güclənməsinə təkan verir. 

Qeyd  edildiyi  kimi,  hazırda  Bakı-Tbilisi-Ceyhan  (BTC), 

Bakı-Tbilisi-Ərzurum  (BTƏ)  layihələrinin  gerçəkləşməsinə 

nail  olan  hər  iki  ölkə  nəinki  regionun,  bütünlükdə  dünyanın 

enerji  təhlükəsizliyinin  təminatında  həlledici  rol  oynamaqda-

dır. Digər tərəfdən, BTC, BTƏ, BTQ kimi iri layihələri hər iki 

dövlətə  olan  diqqəti daha  da  artırmaqla  yanaşı,  həm  də  daha 

çox  investisiyaların  cəlb  edilməsini,  ölkə  iqtisadiyyatına  əlavə 

gəlirlərin gətirilməsini şərtləndirir.  

Qeyd  edək ki,  Azərbaycan və  Türkiyə arasında imzalanan 

Trans-Anadolu qaz kəməri (TANAP) layihənin reallaşması da 

dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini 

verəcək. 


405 

 

Məlum  olduğu  kimi,  2012-ci  ilin  iyunun  26-da  İstanbulda 



Trans-Anadolu Qaz Boru kəməri layihəsinin həyata keçirilmə-

si ilə bağlı Azərbaycan və Türkiyənin iqtisadi sahədə, xüsusən 

də enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından iki 

ölkə arasında tarixi razılaşma imzalanıb. Bu razılaşma Türki-

yə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirməklə yanaşı 

həm də Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhə-

miyyət daşıyan bir hadisədir. 

Türkiyə  TANAP  layihəsində  Azərbaycanın  əsas  tərəfdaşı-

dır.  Türkiyənin  Gürcüstandan  başlayan  sərhədindən  Avropa-

da bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çı-

xan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nə-

zərdə tutulur. 

Şübhəsiz,  belə  bir  beynəlxalq  iqtisadi  layihənin  qardaş 

Türkiyə  ilə  birgə  həyata  keçirilməsi  Azərbaycanın  çox  böyük 

gücə və potensiala sahib olduğunu nümayiş etdirir. Bu istər si-

yasi,  istərsə də  iqtisadi  nöqteyi  nəzərdən beynəlxalq səviyyədə 

Azərbaycanın  mövqelərinin  möhkəmlənməsində  çox  uğurlu 

addımdır.  Bu  razılaşma  Azərbaycanla  Türkiyə  arasında  “bir 

millət,  iki  dövlət”  prinsipinin  daha  da  genişlənməsi,  dərinləş-

məsi üçün çox böyük əsaslar yaradır. 

TANAP layihəsi iki qardaş, dost ölkə olaraq həm Türkiyə, 

həm  də  Azərbaycanın  enerji  təhlükəsizliyi  layihələrinin  real-

laşdırılması istiqamətində iqtisadi vəziyyətin yaxşılaşdırılması-

na, iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da 

möhkəmləndirilməsinə,  eləcə  də,  Xəzərin  Azərbaycan  sekto-

rundan  çıxan  zəngin  qaz  ehtiyatlarının  Türkiyə  vasitəsilə 

Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması 

və əldə olunmuş gəlirin Azərbaycanın və müvafiq olaraq Tür-

kiyənin inkişafına yönəldilməsinə, dünyada enerji təhlükəsizli-

yinin təmin olunmasında xidmət edəcək. 

Nəticə etibarilə, hazırda Azərbaycan sahib olduğu bütün bu üs-

tünlüklərlə  başlıca  aktorların  –  dünyanın  aparıcı  dövlətləri  və 

transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq müna-




406 

 

sibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Belə 



ki,  dünyanın  aparıcı  analitik  mərkəzlərindən  biri  olan  “Con 

Hopkins  Strateji  Araşdırmalar  Mərkəzi”nin  regional  və  qlobal 

miqyasda enerji təhlükəsizliyi ilə bağlı apardığı  araşdırmalar nəti-

cəsində  Cənubi  Qafqazın  təhlükəsizlik  və  sabitlik  təminatçısı  ol-

maq etibarilə Azərbaycanın önəmi məhz bu şəkildə qiymətləndiri-

lir:  “Azərbaycan  Qafqaz  bölgəsi  və  Xəzər  hövzəsində  enerji 



təhlükəsizliyinin  təmin  edilməsi  və  strateji  əhəmiyyətli  layihə-

lərin  reallaşdırılmasında  lokomotiv  roluna  malik  olan  bir 

aktordur...  Azərbaycan,  eyni  zamanda,  Avropanın  enerji  təh-

lükəsizliyinin  təmin  edilməsində  mühüm  yerə  malik  olmaqla 

Qərb  ölkələrinin  əksəriyyətinin  etibarlı  strateji  tərəfdaşına 

çevrilməkdədir”. 

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan “heartland”ın (geosi-

yasi  baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən  kontinental  ərazi, 

dünyanın ürəyi) tərkib hissəsi olmaq etibarilə əlverişli tranzit möv-

qeyi və zəngin karbohidrogen ehtiyatları ilə Avropa üçün də həyati 

önəm  kəsb  edir.  Məhz  bu  önəmin  fonunda  Azərbaycanla  Avropa 

arasında qarşılıqlı-faydalı əməkdaşlıq edilməkdə və ölkəmiz Avro-

panın  enerji  təhlükəsizliyinin  təmin  edilməsində  mühüm  əhəmiy-

yət  kəsb  etməkdədir.  Belə  ki,  Azərbaycan  2007-ci  ildən  etibarən 

Avropaya qaz ixrac edir. Bununla  yanaşı,  yaxınmüddətli  perspek-

tivdə  Xəzərin  Azərbaycan  sektorundan  hasil  edilən  20  milyard 

kubmetrə  yaxın  qaz  ehtiyatının  Bakı-Tbilisi-Ərzurum  –  Yunanıs-

tan-Balkan  qaz  marşrutu  vasitəsilə  Avropaya  nəql  edilməsi  də 

nəzərdə  tutulur.  Digər  tərəfdən,  2012-2014-cü  illərdə  Xəzərin 

Azərbaycan sektorundan Avropanın 10-a yaxın ölkəsinə qaz ixrac 

edilməsinin  nəzərdə  tutulması  da  çoxşaxəli  nəqletmə  sisteminin 

tərkib  hissəsini  təşkil  etməkdədir.  Ümumilikdə,  Azərbaycanın 

2012-ci  ildən  etibarən  dünya  bazarlarına  təxminən  30  milyard 

kubmetrə yaxın qaz ixrac etməsi gözlənilir. Eyni zamanda, 2012-ci 

ilin  sonuna kimi  Adriatik dənizinin dibi ilə Yunanıstanla  İtaliyanı 

birləşdirəcək  qaz  kəmərinin  inşasının  tamamlanması  ilə  Azərbay-

can qazının İtaliyaya ixrac edilməsi də planlaşdırılır. Bu layihənin 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə