HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə133/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   129   130   131   132   133   134   135   136   ...   145

410 

 

rakterli  təzyiqlərin  edilməsi  (buraya  psixoloji  müharibə,  müxtəlif 



dövlətlərin diplomatik nümayəndələrinin “persona non-qrata” elan 

edilməsi,  kütləvi  deportasiya  siyasətinin  həyata  keçirilməsi  və  s. 

hallar  aid  edilir)  bu  kimi  mənfi  tendensiyalara  daxildir.  Məsələyə 

məhz  bu  baxımdan  yanaşdıqda  tərəddüdsüz  qeyd  etmək  olar  ki, 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  də  bölgənin 

inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan 

biridir. Ona görə də, bu problemin həlli beynəlxalq təhlükəsizliyin, 

hətta qlobal güclərin milli maraqlarının diktə etdiyi zərurətdir. 

Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna-

qişəsinin spesifikasını və mahiyyətini aşkar etmək və münaqişənin 

dinamikası  ilə  bağlı  proqnozlar  vermək  üçün  bir-biri  ilə  əlaqəli 

olan bir neçə məsələyə nəzər yetirmək lazımdır. İndiyədək müna-

qişənin  tarixi  aspektləri,  dinamikası  ilə  bağlı  bir  sıra  araşdırmalar 

aparılıb  və  müxtəlif  səciyyəli  materiallar  ortaya  çıxarılıb.  Başqa 

sözlə, münaqişənin yaranma tarixi, dinamikası və problem çərçivə-

sində aparılan danışıqlar, irəli sürülən həll modelləri ilə bağlı çox-

saylı informasiya və materiallar mövcuddur. O səbəbdən məqsədə-

müvafiq hesab etdik ki, münaqişənin dinamikası ilə bağlı məsələ-

lərə analitik yanaşmaya istinad edək və analitik təhlilə müvafiq su-

rətdə gəldiyimiz nəticələr əsasında proqnozlar ifadə edək.  

Beləliklə,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişə-

sinin  spesifikası  və  mahiyyətinə  müvafiq  surətdə  analitik  təhlil 

aparmaq  üçün  bir  sıra  məsələlərə  (münaqişənin  tarixi  təşəkkülü, 

onun  siyasi-hüquqi  və  beynəlxalq  aspektləri  və  bu  kontekstdə 

Azərbaycanın  xarici  siyasət  strategiyası)  kompleks  surətdə  nəzər 

yetirmək lazımdır. 

Beləliklə,  Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən 

sonra ölkəmizin qarşısında duran başlıca məsələlərdən biri də Qa-

rabağ problemi idi. Bu problemin xüsusiyyətləri araşdırılarkən, ilk 

növbədə,  onu  nəzərə  almaq  lazımdır  ki,  problemin  kökləri 

dərinlərə  gedib  çıxır  və  onun  yaranmasını  müstəqillik  dövrü  ilə 

bağlamaq  doğru  olmaz.  1922-ci  il-SSRİ-nin  yaranması  tarixi 

Azərbaycanın  ərazi  bütövlüyünün  real  təhlükələrlə  üzləşdiyi  bir 



411 

 

mərhələdir.  Bu  təhlükə  Rusiyanın  imperialist  siyasəti  və  erməni 



şovinist-təcavüzkarlıq niyyətlərinin əcaib bir formada uzlaşmasın-

dan irəli gəlirdi.  

Rus imperializminin maraqları digər sərhədlərinə nisbətən da-

ha  şəffaf  olan  cənub  sərhədlərinin  möhkəmləndirilməsini  tələb 

edirdi.  Zaqafqaziya  etnik  tərkibinə  görə  çox  qarışıq  bir  region  ol-

maqla bərabər, həm də yerli əhali Rusiyadan daha çox İran və Tür-

kiyə ilə əlaqələrə meyilli idi. Bu meyillər özünü həmin vaxtlar Za-

qafqaziyada əhalinin sayına və ərazisinə görə mütləq üstünlük təş-

kil edən Azərbaycanda daha çox büruzə verirdi. Buna görə də, im-

periya  cənub  sərhədlərinin  möhkəmləndirilməsi  üçün  bu  regionda 

daha  yaxın  olan  etnosun  hakimliyini  təmin  etməkdə  maraqlı  idi. 

Belə  bir  etnosun  tanınması  böyük  bir  çətinlik  törətmədi.  Hələ  I 

Pyotrun  dövründən  rus  maraqlarına  xidmət  etmək  istəyində  bulu-

nan və bu xidmət nəticəsində öz maraqlarını da təmin edən ermə-

nilər  SSRİ  imperiyası  üçün  hazır  tapıntı  idi.  Məhz  buna  görə  də, 

Zaqafqaziyada erməni  nüfuzunun qaldırılması  məqsədilə  hələ Çar 

Rusiyasının  dövründən  aparılan  siyasət  SSRİ  dövründə  də  davam 

etdirilərək daha da dərinləşdirildi. Bu isə qanunauyğun idi. Belə ki, 

dinamik və statik səciyyəli maraqlar dəyişməmişdisə, siyasi kursu 

da  dəyişməyə  ehtiyac  yox  idi.  Digər  tərəfdən,  I  Dünya  müharibə-

sində  məğlub  olmuş  Türkiyənin  daxili  problemlər  girdabında  ol-

ması, İranın lokal siyasəti qlobal siyasətə qurban verməsi, sosialist 

inqilabı  nəticəsində  rus-erməni  şovinizminə  layiqli  müqavimət 

göstərən bəylərin, xanların, digər güclü və imkanlı şəxslərin kütlə-

vi surətdə məhv edilməsi Azərbaycanın erməniləşdirilməsi siyasə-

tinə  geniş  meydan  açmış  oldu.  Erməni  tərəfdən  isə  bu  siyasət  və-

tənsiz,  yurdsuz insanların (qaçqınların)  yerli xalq  kimi təsdiq  olu-

naraq respublika yaratmaq istəyi ilə müşayiət olunurdu. 

Məhz bu rus-erməni şovinizminin nəticəsi idi ki, SSRİ-nin ya-

ranmasından  çox  keçməmiş  Azərbaycanın  qərb  əyalətlərinin  bö-

yük bir hissəsi Azərbaycandan qoparılaraq Ermənistan respublika-

sına  verildi.  Bu  aqibətdən  təkcə  Naxçıvan  qurtula  bildi  ki,  bu  da 

Rusiya  ilə  Türkiyə  arasında  imzalanmış  “Kars”  müqaviləsinin  sa-



412 

 

yəsində oldu. Bu cür qoparmalar ona gətirib çıxardı ki, artıq 1940-



cı ilə Azərbaycanın ADR dövründə mövcud olmuş 118 min kvad-

rat kilometr ərazisi 86,6 min kvadrat kilometrədək kiçildi. 

Qoparmalar arasındakı müddətdə isə bu cür ayrılmalara faktiki 

zəmin  yaratmaq  məqsədilə  azərbaycanlıların  sistemli  şəkildə  hə-

min ərazilərdən hansı yolla olursa olsun sıxışdırılıb, çıxarılması və 

ermənilərin məskunlaşdırılması kimi çirkin siyasət aparıldı. Bu ha-

disələrin ən iyrənc tərəflərindən biri də o idi ki, bu əməliyyatlarda 

Azərbaycanın o zamankı rəhbərliyi də yaxından iştirak edirdi. 

Yuxarıda qeyd etdiyimiz kimi, bu şovinist siyasətin nəticəsində 

Azərbaycanın qərb əraziləri tamamilə Ermənistanın ərazisinə daxil 

edildi. Qarabağın dağlıq hissəsində isə gələcək qoparmalara hazır-

lıq  kimi  qondarma  “Dağlıq  Qarabağ  Muxtar  Vilayəti”  yaradıldı. 

Sonra da siyasi vəziyyətin nisbətən dəyişməsi Qarabağın tamamilə 

Azərbaycandan  ayrılması  məsələsini  təxirə  salmış  oldu.  Halbuki 

30-50-ci  illərdə  Ermənistan  tərəfindən  buna  bir  neçə  dəfə  cəhd 

edilmişdi.  Bunun  əvəzində  Dağlıq Qarabağdan türk mənşəli tarixi 

adlarının qondarma erməni  mənşəli adlarla  əvəz olunmasının küt-

ləvi hal alması 1988-ci ildən sonrakı hadisələrə ciddi hazırlıq get-

diyindən xəbər verirdi. 

1985-ci  ildə  SSRİ-də  hakimiyyət  kürsüsünə  M.S.Qorbaçovun 

keçməsi  ilə  imperiyadaxili  atmosfer  tamamilə  dəyişmiş  oldu. 

SSRİ-nin  dağıdılması  məqsədini  güdən  siyasətin  nəticəsi  olaraq 

imperiyanın  bir  çox  regionlarında  olduğu  kimi,  Qafqazarxası  res-

publikaların  da  həyatında  siyasi  canlanma  müşahidə  olunmağa 

başlandı.  Bundan  çəkinən  imperiya  rəhbərliyi  münaqişə  ocaqları 

yaradaraq  siyasi  diqqətin  digər  məsələlərə  yönəldilməsinə  imkan 

verməmək  məqsədini  həyata  keçirdi.  Məhz  bunun  üçün  Azərbay-

cana qarşı sınanmış üsula əl atan Rusiya Ermənistana məlum məq-

səd uğrunda fəaliyyətə başlamaq razılığını verdi. 1987-ci ilin son-

larında  Ermənistandan  azərbaycanlı  əhalinin  kütləvi  surətdə  zora-

kılıqla qovulması baş verəcək gələcək hadisələrin ilk carçısı oldu. 

Ermənistan  ərazisində  türk  mənşəli  əhalinin  qovulmasından  sonra 

strateji planın əsas hissəsinə keçildi. Dağlıq Qarabağdan guya yerli 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə