HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə141/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   137   138   139   140   141   142   143   144   145

434 

 

dən lider kimi qəbul edilirlər. 



Leqal demokratiya modeli – leqal demokratiya modelində le-

gitimlik və leqallıq anlayışları mərkəzi məfhumlar qismində nəzər-

dən  keçirilir.  Bildirilir  ki,  qanunlar  və  xalqın  iradəsi  demokratik 

idarəetmə sisteminin  əsasını təşkil edir.  Hər iki  məfhum bir-birilə 

bağlı olsa da, qanunlar xalqın iradəsindən üstündür. Hər bir idarə-

etmə  subyekti  öz  fəaliyyətində  təməl  dəyər  kimi  qanunlara  əsas-

lanmalıdır. Bu modeldə vətəndaş cəmiyyətinə xüsusi diqqət yetiri-

lir və bildirilir ki, vətəndaş cəmiyyəti ictimai-siyasi institutlaşmada 

özünəməxsus  funksionallığa  malikdir:  dövlət  vətəndaş  cəmiyyəti-

nin  formalaşmasında maraqlı olmalı və meydana çıxan maneələri 

aradan qaldırmalıdır. Bunun fonunda liberallaşmaya xüsusi diqqət 

göstərilməli və legitimləşdirmə ilə liberallaşma paralel surətdə hə-

yata keçirilməlidir. 

Majoritar seçki sistemi – təkmil siyasi sistemə sahib olan bir 

çox  inkişaf  etmiş  ölkələrdə  majoritar  seçki  sistemindən  istifadə 

edilməkdədir. Bu sistem çərçivəsində keçirilən seçkilər ərəfəsində 

ölkənin inzibati ərazi vahidləri üzrə birmandatlı seçki dairələri təş-

kil  edilir  və  hər  seçki  dairəsindən  bir  namizədin  təmsilçi  hüququ 

və statusu qazanması nəzərdə tutulur. Qısacası, majoritar seçki sis-

temində səs  çoxluğu prinsipi  əsas  götürülməklə  səsvermənin  nəti-

cələrinə  müvafiq  olaraq  daha  çox  səs  toplayan  qalib  hesab  edilir. 

Səs  çoxluğu  isə  mütləq  və  nisbi  olmaq  etibarilə  iki  kateqoriyada 

təsnif edilir. Mütləq səs çoxluğu dedikdə qalib statusu əldə etmək 

üçün seçicilərin səsinin yarıdan çoxunun (50+1) toplandığı sistem 

nəzərdə tutulur. “Mütləq səs çoxluğu” prinsipinə əsaslanan majori-

tar seçki sistemində seçkilərin nəticəsində heç bir namizəd səslərin 

“50+1” faizini toplaya bilmirsə, bu zaman seçkilərin ikinci mərhə-

ləsi təşkil edilir ki, bu mərhələyə ilk mərhələdə ən çox səs toplamış 

iki namizəd buraxılır. Bu mərhələdə  ən çox səs toplamış namizəd 

qalib  statusu  əldə  edir.  “Nisbi  səs  çoxluğu”na  əsaslanan  sistemdə 

isə  ən  çox səs  toplamış  şəxs  nümayəndəli orqanda təmsilçilik hü-

ququ  qazanır.  Majoritar  seçki  sistemində  aktiv  seçki  hüququndan 

istifadə edənlər – seçicilər səs verdikləri və seçdikləri namizədi bi-




435 

 

lavasitə tanıyır və onunla seçki prosesinin müxtəlif mərhələlərində 



təmasda olurlar.  Nəticə  etibarilə, seçicilər majoritar seçki  sistemi-

nin fonunda həm rasional seçim edirlər, həm də sonradan problem-

lərin  həllinə,  qanunvericilik  prosesinin  praqmatik  surətdə  təşkil 

edilməsinə mühüm töhfələr bəxş edirlər. 



Maksimalizm  –  obyektə  (və  ya  subyektə)  xas  ifrat  meyil  və 

mövqe ilə təzahür olunan statik və dinamik durum. 



Marionetka  –  müstəqil  kursa  və  istiqamətə  malik  olmayan, 

konkret aktorların diktəsi və göstərişləri ilə fəaliyyət göstərən sub-

yekt. 

Milli identiklik – milli kimliyin daşıyıcısı qismində çıxış edən 

və cəmiyyətdə müəyyən status daşıyıcısı olan fərdlərin milli dəyər-

lər əsasında özünü milli birliyə aid etməsi, milli eyniliyin tanınması. 

Mondializm    vahid  dünya  dövlətinin  yaradılması  prinsipini 

əsas tutan ideoloji oriyentasiyalı konsepsiya. Mondializm Qərb nə-

zəriyyəçilərinin və beyin mərkəzlərinin konkret siyasi-ideoloji isti-

qamətlər  əsasında  hazırladığı  konsepsiya  olduğundan  dünya  siya-

sətinin başlıca meyillərini yönləndirən müəyyən güc mərkəzlərinin 

maraqları  əsasında  tərtib  edilmişdir.  Bəhs  edilən  konsepsiyada 

dünyanın vahid qanunlar əsasında vahid  mərkəzdən idarə edilməsi 

prinsipi əsas kimi qəbul edilir və vahid dünya hökumətinin yaradıl-

ması mütləq zərurət kimi qeyd edilir. Bu nəzəriyyə milli dövlətlə-

rin  suverenliyi  prinsipini  qəbul  etmir  və  bir  növ,  qloballaşmanın 

ideoloji-konseptual əsası kimi çıxış edir. 

Müxalifət    siyasi  çoxluğa,  həyata  keçirilən  milli  siyasətə, 

dövlət hakimiyyətinin həyata keçirilməsinin məqsəd və metodları-

na qarşı çıxan siyasi azlıqdır. Amma bu tərif müxalifət institutunun 

mahiyyətini dar çərçivədə izah edir. Eyni zamanda, müxalifətçilik 

peşə və ya ştat vahidi olmamaq etibarilə sosial statusdan irəli gələn 

siyasi dünyagörüşüdür. 



Nümayəndəli demokratiya modeli – nümayəndəli demokrati-

ya modelində isə  belə  bir konseptual maddə  əks  olunur ki,  xalqın 

iradəsinin  həyata keçirilməsi  onun özünün bilavasitə  aktiv təmsil-

çiliyi əsasında mümkün olmur. Real demokratiya xalq təmsilçiliyi 




436 

 

hökumətinin  formalaşdırılması  ilə  təmin  edilə  bilər.  Bu  hökumət 



isə xalqın passiv iştirakı (aktiv seçki hüququndan istifadə etməklə) 

sayəsində formalaşdırılır. Daha da dəqiqləşdirsək, hökumət xalqın 

iradəsi əsasında formalaşır, amma xalqın özü bilavasitə idarəetmə-

də  iştirak  etmir.  Təmsilçilər  isə  öz  fəaliyyətlərində  xalqın  ali  ma-

raqlarını rəhbər tutmağa söz verir. Amma bu vədlərin yerinə  yeti-

rilməsi  səviyyəsi  sistemin  spesifik xüsusiyyətlərindən asılıdır.  Po-

litoloq  Gilyermo  Donnel  yazır  ki,  nümayəndəli  demokratiya 

modeli daha az liberaldır: “Bu modeldə ictimai-siyasi institutlaşma 



xüsusi  zəruri  strateji  missiya  kimi  səciyyələndirilir.  Təsisatların 

fəaliyyətinin  legitimliyi  sistemin  effektivlik  səviyyəsini  artırır...  Bu 

modeldə  güclü  prezident  hakimiyyətinə  xüsusi  ehtiyac  duyulur  və 

prezident millətin siyasi təcəssümü, maraqların ifadəçisi qismində 

dəyərləndirilir...  Nümayəndəli  demokratiyada  qərarların  qəbulu 

ləng, icrası isə operativ surətdə baş tutur”. 

Oliqarxiya  –  güclü  maliyyə  imkanlarını  özündə  cəmləşdirən 

müəyyən  qrupun  hakimiyyəti.  Oliqarxiyanın  hakim  zümrə  olduğu 

milli  dövlətlərin  sahələrarası  hormoniyaya  əsaslanan  inkişafından 

bəhs etmək olmaz. Görüntü səciyyəsi daşıyan “inkişaf isə qrup mə-

nafeyinin  və  “hakimlərin  transmilli  maraqlarının  təmin  olunması 

fonunda ortaya çıxan təzahürdür. Daha da dəqiqləşdirsək, deyə bilə-

rik ki, “kapital maşını qismində çıxış edən oliqarxlar (təsadüfi de-

yil ki, bu zümrə bəzən “maliyyə oliqarxiyası” adlandırılır) milli zə-

mində  ümummilli  sərvətlərin  inhisarçısı  qismində  çıxış  edir  və  as-

simmetrik əlaqələrin daha da dərinləşməsinə şərait yaradan fəaliyyət 

mexanizminə malik olurlar. 

Paritet  münasibətlər  –  simmetrik  və  bərabərtərəfli  əlaqələr 

sistemi. 



Partisipator  demokratiya  modeli  –  Nikos  Pulantsas,  Kerol 

Peytmen, Benjamin Barber, Artur Şlezinger kimi nəzəriyyəçi alim-

lərin təmsil etdiyi partisipator (iştirakçı) demokratiya nəzəriyyəsin-

də isə liberalist prinsiplər üstünlük təşkil edir. Bir çox nəzəriyyəçi-

lər onu liberal demokratiya ilə eyniləşdirirlər və bəhs edilən mode-

lə  bu  xüsusiyyətləri  aid  edirlər:  fərdlərin  azadlığı  və  bərabərliyi, 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə