HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə142/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   137   138   139   140   141   142   143   144   145

437 

 

demokratik təsisatların formalaşmasında seçkilərin  əsas  olması  və 



çoxpartiyalı  plüralist  sistemin  formalaşdırılması,  aktorlara  siyasi 

fəaliyyət  azadlığının  yaradılması,  qanunların  aliliyi,  çoxluğun  ira-

dəsi və sair. Bundan başqa, bu modeldə fərdlərin qərar qəbulunda 

iştirakına  geniş  şəraitin  yaradılması  xüsusi  vurğulanır.  Bununla 

əlaqədar  olaraq  Artur  Şlezinger  yazır:  “Siyasi  qərarların  qəbul 

edilməsi  prosesində  cəmiyyətin  əsas  maraqları  diqqətlə  nəzərə 

alınmalıdır ki, buna da yalnız həmin maraqların təmsilçilərinin və 

ya  tərəfdarlarının  hakimiyyət  sistemində  hakim  mövqe  tutduqları 

halda  nail  olmaq  mümkündür”.  Bu  modelə  əsaslanan  nəzəri-kon-

septual  mənbələrdə  “sosial  inqilab”  məfhumundan  istifadə  edilir 

ki, bu ifadənin mənası klassik semantikadan uzaqdır. Belə ki, bəhs 

edilən anlayış müxtəlif vasitələrlə hakimiyyətin devrilməsi və qəsb 

edilməsi mənasında yox, sivil vasitə və metodlarla demokratikləş-

məsi  anlamında  işlədilir.  Nəzərdə  tutulur  ki,  demokratikləşmənin 

fundamental  meyarı  qüvvələrarası  konsensusdur.  Partisipator  de-

mokratiya  modelində  təsbit  edilir  ki,  xalq  irrasional  toplum  deyil 

və  səmərəli idarəetmənin  əsasında dayanmaq iqtidarındadır.  Fərd-

lər  ictimai-siyasi  proseslərdə  təmsil  olunmaqla  idarəetmənin  tək-

milləşməsinə  xüsusi töhfələr bəxş  etmək  gücündədirlər. Beləliklə, 

xalq  bütün  proseslər  və  münasibətlərin  fonunda  mərkəzi  subyekt 

qismində dəyərləndirilməlidir. 

Passiv seçki hüququ – seçkili dövlət orqanlarına seçilmək hü-

ququ. 


Periferiya    mərkəzdən  kənar  yer,  əyalət  mənasında  işlədilir. 

Daha çox federasiya subyektlərini ifadə etmək üçün işlədilir. 



Plutokratiya    cəmiyyətdə  müxtəlif  amoralist  və  dağıdıcı 

üsullarla  maddi  resurslar  toplayaraq  üstünlük  (hakimiyyət)  əldə 

edən şəxsləri ifadə etmək üçün işlədilir. 

Plüralist demokratiya modeli – plüralist demokratiya modeli-

ni  səciyyələndirərkən,  ilk  növbədə,  bu  prinsip  önə  çəkilir:  “Xalq 

hakimiyyəti  ideyasından  azlığın  mənafeyinin  leqal  surətdə  təmin 

və  mühafizə  edilməsinə  keçid”.  Plüralist  demokratiya  modelində 

başlıca hərəkətverici subyekt qismində qruplar götürülür. Buradan 



438 

 

da belə bir mövqe ifadə edilir ki, demokratiya insanlara qruplarda 



birləşmək  və  fəaliyyət  göstərmək  imkanı  yaratmalıdır.  Beləliklə, 

formalaşan  qruplar  siyasi  mübarizə  meydanında  avanqard  aktor 

qismində çıxış edirlər və rəqabət qruplararası mübarizənin fonunda 

meydana  gəlir.  Mübarizə  prosesində  ayrı-ayrı  qruplar  bir-birini 

neytrallaşdırır  və  hansısa  qrupun  hakimiyyəti  inhisara  almasına 

imkan verilmir. Belə bir şəraitdə dövlət özünəməxsus funksiya da-

şıyır və müxtəlif qrupların maraqlarını uzlaşdıran təməl aktor qis-

mində  çıxış  edir.  Bundan  başqa,  plüralist  demokratiya  modelində 

əks olunur ki, maraqlar uğrunda mübarizə aparan qruplar (mənafe 

qrupları) siyasi sistemin başlıca ünsürləridir. Siyasi proseslərdə hə-

rəkətverici faktor qrup mənafeyidir. Belə bir situasiyada şəxsiyyə-

tin  fərdi  maraqları  qrup  mənafeyinin  fonunda  ikinci  plana  keçir. 

Amma nəzərə  almaq lazımdır ki,  qrupların  yaranmasının  əsasında 

duran  təməl  faktor  fərdlərin  spesifik  maraqlarıdır.  Fərdlər  öz  ma-

raqlarını təkbaşına gerçəkləşdirə bilmədiklərindən qruplarda birlə-

şirlər və öz maraqlarını inteqrativ surətdə uzlaşdıraraq qrup məna-

feyi halına salırlar. Digər tərəfdən, demokratik şəraitdə legitim ha-

kimiyyətin sosial əsaslarını və real gücünü mənafe qrupları arasın-

dakı  strateji  rəqabət  və  qüvvələrarası  münasibətlər  balansı  təşkil 

edir. Məhz bu amil siyasi səhnədə təmsilçilik və münasibətlər sis-

temini formalaşdıran mexanizm qismində çıxış edir. Bununla   ya-

naşı,  belə  bir  şəraitin  fonunda  ictimai  nizamın  təmin  və  mühafizə 

edilməsi zərurəti də ortaya çıxır ki, burada əsas məsuliyyət və öh-

dəlik dövlətin üzərinə düşür. Dövlət öz funksionallığı çərçivəsində 

ictimai ahəngi təmin edən mexanizm qismində çıxış edir və qrup-

lararası  mübarizənin  dağıdıcı  nəticələrinin  cəmiyyətə  mənfi  təsir 

etməsinə imkan vermir. Konsepsiyada bildirilir ki, mənafe qrupla-

rının üzərinə düşən əsas vəzifə və öhdəlik onu təşkil edən şəxslərin 

maraqlarının inteqrativ surətdə təmin edilməsi səviyyəsidir. 

Polemologiya    politologiyada  müharibə  və  silahlı  qarşıdur-

maları öyrənən sahədir. 



Proporsional seçki sistemi – bu seçki sistemində ölkədə inzi-

bati ərazi vahidləri üzrə çoxmandatlı seçki dairələri təşkil edilir və 




439 

 

hər seçki dairəsindən müxtəlif partiyalardan olan bir neçə namizəd 



nümayəndəli orqanda təmsil olunmaq hüququ qazanır. Başqa söz-

lə, seçicilər konkret şəxsə yox, siyasi partiyaların namizədlər siya-

hısına səs verirlər. Siyasi partiyalar seçkilərin nəticələrinə müvafiq 

olaraq ümumi səslərin proporsiyasında qazandıqları faizlərə müva-

fiq olaraq nümayəndəli orqanda yer qazanırlar. Proporsional seçki 

sistemində  parlamentdə  keyfiyyət  tərkibinin  formalaşdırılması 

üçün “seçki səddi”ndən istifadə edilir. “Seçki səddi” dedikdə parti-

yaların topladıqları səs faizləri nəzərdə tutulur. “Seçki səddi” müx-

təlif ölkələrdə 1-20 faiz arasında olur. 

Rasional davranış modeli – məntiqi mühakimələrə və analitik 

təhlilə əsaslanan, real faktlar və göstəricilərin əsas götürülməsi fo-

nunda istinad edilən davranış forması. 

Resessiya  (“slump”)  –  işgüzar  aktivliyin  kəskin  azalması  ilə 

müşayiət olunan iqtisadi tənəzzül meyilləri. 



“Sahibkar”  imicli  liderlər  özlərinə bənzərlik  effektinə xü-

susi  diqqət  yetirir  və  öz  davamçılarını  məhz  bənzərlik  əsasında 

müəyyən  edirlər.  Siyasət  nəzəriyyəsində  bu  cür  liderlər  irrasional 

xüsusiyyətlərin  məcmusu  kimi  təsvir  edilsə  də,  bir  çox  situasiya-

larda onların fəaliyyət mexanizmi inkişaf mənbəyi kimi çıxış edir. 

Seçkilər  siyasi sistemin struktur elementi kimi səciyyələndi-

rilən seçkilər xalqın ümumi iradəsinin ifadə forması olmaq etibari-

lə nümayəndəli orqanların formalaşmasını, bir sıra ali dövlət vəzi-

fələrinin tutulmasını təmin edən  və sosiumda siyasi iştirakçılıq və 

sosiallaşma səviyyəsini kəmiyyət və keyfiyyət etibarilə artıran ins-

titusional mexanizm qismində çıxış edir. 



Siyasi  manipulyasiya  –  şüurların  gizli  surətdə  idarə  edilməsi 

metodu kimi təsvir edilir. Bunun fonunda siyasi manipulyasiyanın 

iki başlıca forması (modeli) fərqləndirilir. Bunlardan birincisi sen-

sitiv  modeldir.  Manipulyasiyanın  sensitiv  modeli  dedikdə  obyekt 

kimi seçilən qruplara qarşı müxtəlif stimul mexanizmlərindən isti-

fadə edilməsi və müvafiq reaksiyanın alınması nəzərdə tutulur. Nə-

ticə etibarilə, müvafiq reaksiyaların alınması ilə sosial obyektlərin 

şüuru  idarə  olunur  və  yönləndirmə  mexanizminin  işləkliyi  təmin 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə