HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə136/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   132   133   134   135   136   137   138   139   ...   145

419 

 

şənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olun-



malıdır. Yəni bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin mərhə-

lə-mərhələ nizamlanması prinsipi əsas tutulur. Bu da, Prezident İl-

ham Əliyevin bildirdiyi kimi, Azərbaycanın mövqeyini tam adek-

vat şəkildə əks etdirir: “Bizim mövqeyimiz münaqişənin mərhə-



ləli şəkildə həll edilməsindən yanadır. Ermənistan isə münaqi-

şənin paket formasında həll edilməsi tərəfdarı kimi çıxış edir-

di...” 

Bununla yanaşı, Rusiyanın vasitəçiliyi ilə 24 iyun 2011-ci il ta-

rixində  Kazanda  Azərbaycan,  Rusiya  və  Ermənistan  prezidentləri 

arasında baş  tutmuş  üçtərəfli  görüşə  də analitik surətdə toxunmaq 

məqsədəmüvafiqdir.  Görüşdən  öncə  bir  çox  ekspertlər  tərəflərin 

potensialını əsas tutaraq müxtəlif təhlillər aparır və mümkün proq-

nozlar ifadə  edirdilər. Yekdilliklə  bidirilirdi  ki, Azərbaycan rasio-

nal diplomatiyası və praqmatik xarici siyasət strategiyası ilə Kazan 

görüşünə  üstün  şəkildə  yollanan  tərəfdir.  Çünki  həyata  keçirilən 

xarici  siyasət  strategiyası  ölkəmizin  regional  və  qlobal  miqyasda 

mövqeyini  mütəmadi  surətdə  möhkəmləndirməklə  yanaşı,  Dağlıq 

Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar pro-

sesinin olduqca intensivləşməsinə təkan verib. Münaqişə tərəfi ki-

mi  Azərbaycan  problemin  beynəlxalq  hüquq  normaları  əsasında 

həll edilməsi üçün fundamental diplomatik səylər göstərməklə ye-

kun  nəticənin  əldə  edilməsi  –  ərazi  bütövlüyünün  bərpa  olunması 

istiqamətində ardıcıl və sistematik xarakterli fəaliyyətini davam et-

dirməkdədir. Bu isə onun göstəricisidir ki, tərəflər Kazan görüşünə 

Azərbaycanın aktiv diplomatiyası sayəsində intensivləşən danışıq-

ların fonunda gedirdi. 

Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 

Ermənistan  Respublikasının  Prezidenti  Serj  Sarkisyan  və  Rusiya 

Federasiyasının Prezidenti Dmitri Medvedev Ermənistan-Azərbay-

can, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıq-

ların yekunlarına əsasən birgə bəyanat qəbul etdilər. Bəyanatda əks 

olunmuşdur: “2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və 

Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların 



420 

 

tapşırığına  əsasən,  Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsi-



nin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan 

işin gedişini nəzərdən keçirmişlər. 

Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə 

edilməsini,  bu  məsələlərin  həllinin  Əsas  Prinsiplərin  bəyənilməsi 

üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər. Azərbaycan 

və  Ermənistan  prezidentləri  ATƏT-in  Minsk  qrupunun  həmsədr 

ölkələri kimi  Rusiya, ABŞ və  Fransa liderlərinin Dağlıq Qarabağ 

münaqişəsinin tənzimlənməsi probleminə daimi diqqətinə görə on-

lara  minnətdarlıq  bildirmiş  və  Rusiya  Federasiyası  Prezidentinin 

razılaşma  əldə  edilməsinə  kömək  üçün  göstərdiyi  şəxsi  səylərini 

yüksək qiymətləndirmişlər”. 

Görüş çərçivəsində yekun nəticə əldə edilməsə də, Azərbaycan 

öz prinsipial mövqeyini davam etdirərək qətiyyət nümayiş etdirdi. 

Rəsmi Bakı ölkəmizin ərazi bütövlüyü prinsipini əsas tutaraq işğal 

edilmiş  Azərbaycan  torpaqlarının  geri  qaytarılması  tələbi  ilə  çıxış 

etdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan prinsipial mövqeyi-

ni davam etdirərək öz ərazi bütövlüyünün bərpa edilməsi yönündə 

aktiv diplomatik səylərini davam etdirməkdədir. 

Digər tərəfdən, Kazan görüşünün fonunda bir daha aşkar olun-

du  ki,  Ermənistanın  qeyri-konstruktiv  mövqeyi  münaqişənin  bey-

nəlxalq hüquq normalarına əsasən həll edilməsinə mane olan başlı-

ca  faktordur.  Bir  daha  belə  bir  nəticəyə  gəlindi  ki,  İrəvanın    bu 

mövqeyi danışıqlar prosesinin gedişatına mənfi təsir etməklə yana-

şı, yekun nəticənin əldə olunmasına mane olur. 

Bütün  bunların  fonunda  qeyd  etmək olar ki,  Azərbaycan özü-

nün ərazi bütövlüyünün təmin olunması yolunda olduqca prinsipial 

fəaliyyət  göstərməkdədir.  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə 

həyata  keçirilən  rasional  və  realist  strateji  kurs  Dağlıq  Qarabağ 

münaqişəsinin beynəlxalq  hüquq normalarına  əsasən həll ediləcə-

yinə dair ümidləri son dərəcə  artırıb. Şübhə  yoxdur ki, işğalçı Er-

mənistanın  təcavüzkar  siyasəti  əvvəl-axır  özünə  qarşı  kəskin  “bu-

meranq”  zərbəsi  endirəcəkdir.  Nəticə  etibarilə  belə  bir  proqnoz 

vermək olar ki, Azərbaycanın praqmatik diplomatiyasının və uğur-



421 

 

lu  siyasətinin  fonunda  mütləq  mənada  ölkəmizin  ərazi  bütövlüyü 



bərpa ediləcəkdir. 

Bundan  başqa,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  mü-

naqişəsinin  mövcudluğu  Cənubi  Qafqaz  bölgəsinin  təhlükəsizlik 

sisteminə də real təhdiddir. Belə ki, Dağlıq Qarabağ münaqişəsi nə 

qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh 

və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təca-

vüz  faktının  və  separatizmin  mövcud  olduğu  məkan  və  şəraitdə 

qarşılıqlı  maraqlara  söykənən  əməkdaşlıq  meyillərini  reallaşdır-

maq  qeyri-mümkündür.  Onun  üçün  zərurətdir  ki,  BMT  başda  ol-

maqla öz fəaliyyətində sülh və sabitlik amilini fundamental prinsip 

kimi qəbul edən dünyanın aparıcı təşkilatları münaqişənin ədalətli 

qaydada  həllinə  xüsusi  töhfələr  versinlər,  işğalçı  dövlətə  qarşı  ef-

fektiv islahedici metodlardan istifadə etsinlər. Əks təqdirdə, Cənu-

bi  Qafqaz  yeni  müharibələr  və  qarşıdurmalar  meydanına  çevrilə 

bilər. Bu isə istər regional, istərsə də qlobal mənada heç bir dövlət 

tərəfindən arzuolunan hal hesab edilmir. Separatizm və kəskin qar-

şıdurmaların  fonunda  ortaya  çıxan  2008-ci  ilin  avqust  hadisələri-

Rusiya-Gürcüstan  müharibəsi  deyilən  fikri  təsdiqləyən  ən  güclü 

dəlillərdən  biridir.  Qısacası,  bütün  beynəlxalq  sənədlərdə  ən  yük-

sək  səviyyədə  qəbul  edilən  dövlətlərin  ərazi  bütövlüyü  prinsipinə 

müvafiq qaydada Dağlıq Qarabağ probleminin həlli yönündə xüsu-

si və intensiv addımlar atılmalıdır. 

Yekun olaraq qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi həll edilməli və ölkəmizin ərazi bütöv-

lüyü təmin edilməlidir. Bu, Cənubi Qafqaz kimi önəmli bir məkan-

da  siyasi-iqtisadi  prosesləri,  durumu  və  təhlükəsizlik  balansını  ta-

razlaşdırmaqla yanaşı, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığa 

əsaslanan tərəfdaşlıq münasibətlərinin də formalaşmasına və inki-

şafına təkan vermiş olacaq. 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə