431
proses.
Evolyusiya – tədrici dəyişmə, təkamül xarakterli dəyişikliklər.
“Faydalı” liderlər – özlərində xüsusi keyfiyyətləri cəmləşdir-
miş və bir çox lider modellərinin xüsusiyyətlərini sintez etmiş rəh-
bər qismində səciyyələndirilir. Məhz bu cür siyasi liderlər ictimai-
siyasi proseslərin dərinliklərinə nüfuz edir və sözün əsl mənasında
sabitləşdirici və inkişafetdirici qüvvə kimi çıxış edirlər. Rasional
liderlər qrupuna aid edilən bu şəxslər zaman və məkanın bütövlü-
yünü lokal surətdə təmin edərək cəmiyyətin və xalqın ali maraqla-
rının ifadəedicisi qismində çıxış edirlər.
Federasiya – tərkibində inzibati-ərazi vahidlərini birləşdirən
dövlət forması kimi səciyyələndirilir. Federasiyalar simmetrik və
asimmetrik olmaq etibarilə 2 tipə ayrılır. Simmetrik federasiyalar-
da ittifaqın tərkibinə daxil olan subyektlər konstitusiya əsasında
mühüm hüquqi üstünlük və imkanlara malik olur ki, bu da onların
idarəetmədə müstəqil surətdə təmsilçiliyini təmin etmiş olur.
Asimmetrik federasiyalarda isə ittifaqın tərkibinə daxil olan sub-
yektlər məhdud müstəqilliyə malik olur. Bu cür federasiyalarda
subyektlər müstəqil orqanlara sahib olmadığından idarəetmədə
məhdud surətdə iştirak edirlər. Ümumilikdə simmetrik və asim-
metrik olmaq etibarilə federasiyalar bir sıra səciyyəvi xüsusiyyət-
lərin daşıyıcısı qismində çıxış edirlər:
İttifaq və subyektlər idarəetmənin hüquqi əsası kimi çıxış edən
konstitusiyaya sahib olurlar. Hüquqi müstəvidə ittifaq konstitusi-
yası üstünlük təşkil edir və ümumfederal qanunvericiliyin əsası
qismində çıxış edir; simmetrik federasiyalarda subyektlər də haki-
miyyət bölgüsünə malik olur, yəni qanunverici, icraedici və məh-
kəmə hakimiyyəti mövcud olur və ayrılıqda müstəqil surətdə
fəaliyyət göstərirlər; federasiya subyektləri müəyyən edilmiş nor-
ma və prinsiplər əsasında qanunvericilik hüququna malik olurlar;
federasiyalarda qanunverici orqan, yəni parlament ikipalatalı olur
və subyektlərin nümayəndələri yuxarı palatada təmsil olunur; fede-
rasiya subyektlərinin əhalisi vahid və bərabər vətəndaşlığa malik
olur.
432
Formal lider – inzibati qayda və resurslarla müəyyən quruma
rəhbərlik edən şəxsdir ki, onların rəhbərliyi rəsmi xarakter daşıyır
və nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibatı resursların fo-
nunda müəyyən edilir.
Gildiya sistemi – elitanın seçilməsində istifadə edilən sistem-
lərdən biridir. Antreprener sistemin tam əksi qismində səciyyələn-
dirilir və qeyri-təkmil üsul kimi çıxış edir. Gildiya sisteminin ma-
hiyyətini anlamaq üçün onun təməl xüsusiyyətlərinə nəzərə yetir-
mək məqsədəmüvafiqdir: elita seçimi qapalı səciyyə daşıyır və nü-
mayəndələr artıq elita qismində çıxış edən aktorların təyin etdikləri
şəxslərdən formalaşır; seçim zamanı mənəvi keyfiyyətlər, idarəet-
mə bacarığı, təcrübi qabiliyyətlər və intellektual potensial aşağı sə-
viyyədə nəzərə alınır. Əsasən namizədlər qarşısında formal tələb-
lər qoyulur və kadr yetişdirilməsi işi düzgün təşkil edilmir; elitanın
seçilməsi və formalaşdırılması prosesində selektoratın (seçənlər)
təmsilçilik dairəsi məhdud xarakterli olur ki, bu da seçim zamanı
rasionallıq və praqmatiklik səviyyəsinin olduqca aşağı düşməsinə
səbəb olur.
Hüquqi dövlət – bir çox nəzəriyyəçilər və araşdırmaçılar hü-
quqi dövlət məfhumunu legitim hakimiyyət anlayışı ilə eyniləşdir-
sələr də, bunlar tamamilə fərqli kateqoriyalar kimi səciyyələndiril-
məlidir. Əslində, legitim hakimiyyət hüquqi dövlətin bir göstəricisi
və ya təməl struktur elementidir. Elmi ədəbiyyatda isə hüquqi
dövlətə məhz bu cür tərif verilir: Hüquqi dövlət siyasi hakimiyyə-
tin daşıyıcısı və hüququn subyekti kimi onun fərdlərlə qarşılıqlı
münasibətlərinin təşkili və idarə olunmasının qanuni, leqal forma-
sıdır.
İnfokratiya – informasiya hakimiyyəti. İnfokratiya informasi-
ya vasitəsilə insanların idarə olunması missiyasını yerinə yetirən
subyektlərin hakimiyyətini ifadə etmək üçün işlədilir.
İrrasional – sağlam düşüncəyə əsaslanmayan, daha çox müla-
hizə və hisslər vasitəsilə təzahür olunan təfəkkür forması (düşüncə
tərzi) kimi səciyyələndirilir. Burada məntiqi və analitik düşüncəyə
yer verilmir.
433
Kataklizm – dəyişikliklər dövründə dağıdıcı, aşındırıcı proses-
lər.
Konfederasiya – müstəqil dövlətlərin hüquqi anlaşma əsasın-
da birləşdiyi vahid ittifaq kimi səciyyələndirilir. İttifaqa daxil olan
subyektlər nisbi suverenliyə malik olur və nəzəri-formal-hüquqi
əsasda özünün siyasi müstəqilliyini, konstitusiyasını, silahlı qüvvə-
lərini, maliyyə və hüquq sistemini qoruyub saxlayır. Amma bütün
bunlarla yanaşı, ümumi anlaşma əsasında formalaşmış konfedera-
siya çərçivəsində vahid dövlətə aid bir çox məsələlər razılaşdırıl-
mamış və həll edilməmiş qalır. Daha çox ümumi məsələlər – mü-
haribə və sülh məsələsi, xarici siyasət kursu, vahid ordunun, milli
maliyyə və hüquq sisteminin formalaşması məsələləri birgə surət-
də razılaşdırılır. Konfederativ dövlət formasında hər nə qədər
“mərkəzdənqaçma” meyilləri müşahidə və təzahür olunsa da, va-
hid siyasi kursun həyata keçirilməsi üçün tərəflərin təmsilçiliyi
əsasında ümumi hakimiyyət strukturları formalaşdırılır. Amma for-
malaşdırılmış ümumi hakimiyyət orqanlarının qərarlarının impera-
tiv səciyyə daşımaması – tövsiyə xarakterli olması idarəetmə siste-
minin natamamlığından xəbər verir. Digər tərəfdən, konfederasiya-
nın formalaşması üçün əldə edilmiş razılaşmaya daxil olan maddə-
lərin də bir çoxu qeyri-imperativ olur ki, bu da nəzəri və tətbiqi cə-
hətdən ittifaqın davamlılığını və əsaslarını şübhə altına alır.
Konfrantasiya – subyektlərarası qarşıdurma və toqquşmalar
formasında səciyyələndirilən dinamik proses.
Konsolidasiya – mövcud dəyərlər və normaların təfəkkür və
düşüncədə təşəkkül tapması anlamında işlədilir. Məsələn, demok-
ratik transformasiya prosesini həyata keçirən cəmiyyətlərdə de-
mokratik dəyərlərin şüurlarda və düşüncələrdə təşəkkül tapması
demokratiyanın konsolidasiyası adlanır.
Kontroverza – ixtilaflarla müşayiət edilən və parçalanmalara
səbəb olan dağıdıcı proseslərdir.
Qeyri-formal lider – onların rəsmi, inzibati resurslarla quru-
ma rəhbərlik etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri və nüfuz-
ları, xarizmatik xüsusiyyətləri ilə müəyyən qurum və qrup tərəfin-
Dostları ilə paylaş: |