434
dən lider kimi qəbul edilirlər.
Leqal demokratiya modeli – leqal demokratiya modelində le-
gitimlik və leqallıq anlayışları mərkəzi məfhumlar qismində nəzər-
dən keçirilir. Bildirilir ki, qanunlar və xalqın iradəsi demokratik
idarəetmə sisteminin əsasını təşkil edir. Hər iki məfhum bir-birilə
bağlı olsa da, qanunlar xalqın iradəsindən üstündür. Hər bir idarə-
etmə subyekti öz fəaliyyətində təməl dəyər kimi qanunlara əsas-
lanmalıdır. Bu modeldə vətəndaş cəmiyyətinə xüsusi diqqət yetiri-
lir və bildirilir ki, vətəndaş cəmiyyəti ictimai-siyasi institutlaşmada
özünəməxsus funksionallığa malikdir: dövlət vətəndaş cəmiyyəti-
nin formalaşmasında maraqlı olmalı və meydana çıxan maneələri
aradan qaldırmalıdır. Bunun fonunda liberallaşmaya xüsusi diqqət
göstərilməli və legitimləşdirmə ilə liberallaşma paralel surətdə hə-
yata keçirilməlidir.
Majoritar seçki sistemi – təkmil siyasi sistemə sahib olan bir
çox inkişaf etmiş ölkələrdə majoritar seçki sistemindən istifadə
edilməkdədir. Bu sistem çərçivəsində keçirilən seçkilər ərəfəsində
ölkənin inzibati ərazi vahidləri üzrə birmandatlı seçki dairələri təş-
kil edilir və hər seçki dairəsindən bir namizədin təmsilçi hüququ
və statusu qazanması nəzərdə tutulur. Qısacası, majoritar seçki sis-
temində səs çoxluğu prinsipi əsas götürülməklə səsvermənin nəti-
cələrinə müvafiq olaraq daha çox səs toplayan qalib hesab edilir.
Səs çoxluğu isə mütləq və nisbi olmaq etibarilə iki kateqoriyada
təsnif edilir. Mütləq səs çoxluğu dedikdə qalib statusu əldə etmək
üçün seçicilərin səsinin yarıdan çoxunun (50+1) toplandığı sistem
nəzərdə tutulur. “Mütləq səs çoxluğu” prinsipinə əsaslanan majori-
tar seçki sistemində seçkilərin nəticəsində heç bir namizəd səslərin
“50+1” faizini toplaya bilmirsə, bu zaman seçkilərin ikinci mərhə-
ləsi təşkil edilir ki, bu mərhələyə ilk mərhələdə ən çox səs toplamış
iki namizəd buraxılır. Bu mərhələdə ən çox səs toplamış namizəd
qalib statusu əldə edir. “Nisbi səs çoxluğu”na əsaslanan sistemdə
isə ən çox səs toplamış şəxs nümayəndəli orqanda təmsilçilik hü-
ququ qazanır. Majoritar seçki sistemində aktiv seçki hüququndan
istifadə edənlər – seçicilər səs verdikləri və seçdikləri namizədi bi-
435
lavasitə tanıyır və onunla seçki prosesinin müxtəlif mərhələlərində
təmasda olurlar. Nəticə etibarilə, seçicilər majoritar seçki sistemi-
nin fonunda həm rasional seçim edirlər, həm də sonradan problem-
lərin həllinə, qanunvericilik prosesinin praqmatik surətdə təşkil
edilməsinə mühüm töhfələr bəxş edirlər.
Maksimalizm – obyektə (və ya subyektə) xas ifrat meyil və
mövqe ilə təzahür olunan statik və dinamik durum.
Marionetka – müstəqil kursa və istiqamətə malik olmayan,
konkret aktorların diktəsi və göstərişləri ilə fəaliyyət göstərən sub-
yekt.
Milli identiklik – milli kimliyin daşıyıcısı qismində çıxış edən
və cəmiyyətdə müəyyən status daşıyıcısı olan fərdlərin milli dəyər-
lər əsasında özünü milli birliyə aid etməsi, milli eyniliyin tanınması.
Mondializm – vahid dünya dövlətinin yaradılması prinsipini
əsas tutan ideoloji oriyentasiyalı konsepsiya. Mondializm Qərb nə-
zəriyyəçilərinin və beyin mərkəzlərinin konkret siyasi-ideoloji isti-
qamətlər əsasında hazırladığı konsepsiya olduğundan dünya siya-
sətinin başlıca meyillərini yönləndirən müəyyən güc mərkəzlərinin
maraqları əsasında tərtib edilmişdir. Bəhs edilən konsepsiyada
dünyanın vahid qanunlar əsasında vahid mərkəzdən idarə edilməsi
prinsipi əsas kimi qəbul edilir və vahid dünya hökumətinin yaradıl-
ması mütləq zərurət kimi qeyd edilir. Bu nəzəriyyə milli dövlətlə-
rin suverenliyi prinsipini qəbul etmir və bir növ, qloballaşmanın
ideoloji-konseptual əsası kimi çıxış edir.
Müxalifət – siyasi çoxluğa, həyata keçirilən milli siyasətə,
dövlət hakimiyyətinin həyata keçirilməsinin məqsəd və metodları-
na qarşı çıxan siyasi azlıqdır. Amma bu tərif müxalifət institutunun
mahiyyətini dar çərçivədə izah edir. Eyni zamanda, müxalifətçilik
peşə və ya ştat vahidi olmamaq etibarilə sosial statusdan irəli gələn
siyasi dünyagörüşüdür.
Nümayəndəli demokratiya modeli – nümayəndəli demokrati-
ya modelində isə belə bir konseptual maddə əks olunur ki, xalqın
iradəsinin həyata keçirilməsi onun özünün bilavasitə aktiv təmsil-
çiliyi əsasında mümkün olmur. Real demokratiya xalq təmsilçiliyi
436
hökumətinin formalaşdırılması ilə təmin edilə bilər. Bu hökumət
isə xalqın passiv iştirakı (aktiv seçki hüququndan istifadə etməklə)
sayəsində formalaşdırılır. Daha da dəqiqləşdirsək, hökumət xalqın
iradəsi əsasında formalaşır, amma xalqın özü bilavasitə idarəetmə-
də iştirak etmir. Təmsilçilər isə öz fəaliyyətlərində xalqın ali ma-
raqlarını rəhbər tutmağa söz verir. Amma bu vədlərin yerinə yeti-
rilməsi səviyyəsi sistemin spesifik xüsusiyyətlərindən asılıdır. Po-
litoloq Gilyermo Donnel yazır ki, nümayəndəli demokratiya
modeli daha az liberaldır: “Bu modeldə ictimai-siyasi institutlaşma
xüsusi zəruri strateji missiya kimi səciyyələndirilir. Təsisatların
fəaliyyətinin legitimliyi sistemin effektivlik səviyyəsini artırır... Bu
modeldə güclü prezident hakimiyyətinə xüsusi ehtiyac duyulur və
prezident millətin siyasi təcəssümü, maraqların ifadəçisi qismində
dəyərləndirilir... Nümayəndəli demokratiyada qərarların qəbulu
ləng, icrası isə operativ surətdə baş tutur”.
Oliqarxiya – güclü maliyyə imkanlarını özündə cəmləşdirən
müəyyən qrupun hakimiyyəti. Oliqarxiyanın hakim zümrə olduğu
milli dövlətlərin sahələrarası hormoniyaya əsaslanan inkişafından
bəhs etmək olmaz. Görüntü səciyyəsi daşıyan “inkişaf” isə qrup mə-
nafeyinin və “hakimlərin transmilli maraqlarının təmin olunması”
fonunda ortaya çıxan təzahürdür. Daha da dəqiqləşdirsək, deyə bilə-
rik ki, “kapital maşını” qismində çıxış edən oliqarxlar (təsadüfi de-
yil ki, bu zümrə bəzən “maliyyə oliqarxiyası” adlandırılır) milli zə-
mində ümummilli sərvətlərin inhisarçısı qismində çıxış edir və as-
simmetrik əlaqələrin daha da dərinləşməsinə şərait yaradan fəaliyyət
mexanizminə malik olurlar.
Paritet münasibətlər – simmetrik və bərabərtərəfli əlaqələr
sistemi.
Partisipator demokratiya modeli – Nikos Pulantsas, Kerol
Peytmen, Benjamin Barber, Artur Şlezinger kimi nəzəriyyəçi alim-
lərin təmsil etdiyi partisipator (iştirakçı) demokratiya nəzəriyyəsin-
də isə liberalist prinsiplər üstünlük təşkil edir. Bir çox nəzəriyyəçi-
lər onu liberal demokratiya ilə eyniləşdirirlər və bəhs edilən mode-
lə bu xüsusiyyətləri aid edirlər: fərdlərin azadlığı və bərabərliyi,
Dostları ilə paylaş: |