440
edilir. Manipulyasiyanın rasional modelində daha çox aldadıcı in-
formasiya resurslarından istifadə edilir. Ya tamamilə qara piar sə-
ciyyəli yalan məlumatlardan istifadə edilir, ya da doğru informasi-
yaların təhrif olunması ilə şüurlar manipulyasiya edilir. Rasional
manipulyasiya metodunun struktur komponentlərinə bunlar aiddir:
informasiyaların konkret maraqlara müvafiq surətdə təhrif edilmə-
si, informasiyanın qərəzli və yönləndirici detallarla doldurulması,
rasional nəticəyə gəlməyə imkan verən informasiya elementlərinin
sıradan çıxarılması və məlumata faktları pərdələyən komponentlə-
rin daxil edilməsi və s.
Siyasi mədəniyyət – vətəndaşların hakimiyyətlə qarşılıqlı mü-
nasibətlərinə aid olan mövqe və davranışların əsasını təşkil edən
dəyərlərin, eyni zamanda, siyasi sistemin iştirakçıları arasında tə-
zahür edən fərdi mövqe və meyillərin kompleks məcmusudur.
Siyasi modernləşmə – Siyasi modernləşmə kursu milli inkişaf
strategiyasının fundamental istiqamətlərindən biri kimi səciyyələn-
dirilir. Siyasi modernləşmə prosesi dedikdə siyasi sistemin yeni
dəyərlər əsasında formalaşdırılması və struktur elementlərinin tək-
milləşdirilməsi ilə ənənəvi sistemdən müasir sistemə keçidlə səciy-
yələnən sosial-siyasi transformasiya nəzərdə tutulur.
Siyasi praqmatizm – müəyyən edilmiş məqsəd və hədəf uğ-
runda həyata keçirilən və hədəflənmiş nailiyyət və dividendlərin
əldə edilməsini təmin edən siyasi fəaliyyət forması.
Staqnasiya – iqtisadi, siyasi, sosial və digər sahələrdə
potensial olaraq inkişafın qarşısını alan və tənəzzülə şərait yarada
biləcək durğunluq halı, statik durum.
Stratifikasiya – sosiumda status və rollarla təsbit edilmiş təbə-
qələr.
Substrat – obyektə daxilən xas olan, hadisələrin mahiyyətini
əks etdirən şərtləndirici və təminedici faktor.
“Təmsilçi” liderlər – onların fəaliyyət mexanizminin əsasında
təmsil etdiyi qrup və subyektlərin maraqlarının təmin edilməsi
prinsipi dayanır. Onlar sahib olduqları bütün resurslardan xalqın
mənafeyinin təmin edilməsi və tələbatlarının ödənilməsi istiqamə-
441
tində istifadə etməyi zəruri strateji prinsip kimi qəbul edir və
fəaliyyət fəlsəfələrini məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər.
Totalitarizm – idarəetmə üsulu kimi səciyyələndirmək etibari-
lə siyasi rejim növlərindən biridir. Totalitar siyasi rejimlərin başlı-
ca xüsusiyyətləri bunlardır: siyasi sistemdə partiya vahidliyi və he-
gemoniyası mövcud olur. Başqa sözlə, siyasi palitrada yeganə par-
tiya təmsil olunur və inzibati resurslar əsasında hakim partiyadan
başqa digər partiyaların fəaliyyətinə imkan verilmir; hakim qüvvə-
lərin mənafeyini ifadə edən vahid ideologiya mövcud olur və bu
ideologiya milli maraqları, birliyi, həmrəyliyi deyil, konkret qrup-
ların maraqlarına əsaslanır; kütləvi informasiya vasitələri inhisarda
və total nəzarətdə olur. KİV-in fəaliyyəti hakim qüvvələrin maraq-
larını və ideologiyasını əsaslandıran substratlar üzərində qurulur;
iqtisadiyyat üzərində total nəzarət olur və müstəqil iqtisadi siste-
min mövcudluğuna imkan verilmir və s.
Unitar dövlət – mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş ol-
maq etibarilə müxtəlif inzibati-ərazi vahidlərindən təşkil olunan
dövlət formasıdır. Bu dövlət formasının tərkibindəki inzibati-ərazi
vahidlərinin siyasi müstəqilliyi olmur. Unitar dövlətin bir sıra spe-
sifik xüsusiyyətləri vardır:
Unitar dövlətin vahid konstitusiyası olur ki, bu, bütün inzibati-
ərazi vahidlərinə şamil edilir; idarəetmə hakimiyyət orqanlarının
formalaşdırdığı vahid sistem tərəfindən həyata keçirilir və qəbul
edilən qərarlar imperativ səciyyə daşıyır; vahid hüquq sistemi for-
malaşdırılır və ölkənin bütün ərazisində idarəetmə məhz həmin
sistemə əsaslanır.
Dünya praktikasında unitar dövlət formasının 2 növünə rast gə-
linir. Bunlardan birincisi mərkəzləşdirilməmiş, digəri isə mərkəz-
ləşdirilmiş unitar dövlətdir. Mərkəzləşdirilməmiş unitar dövlətlər-
də inzibati ərazi vahidlərini təşkil edən regional orqanlar (subyekt-
lər) müstəqil surətdə formalaşır. İtaliya, Böyük Britaniya, İspaniya,
Yaponiya və Yeni Zellandiya idarəetmə sisteminə görə bu tipə aid
edilir. Mərkəzləşdirilmiş unitar dövlətlərdə isə regional orqanlar
bilavasitə mərkəz tərəfindən formalaşdırılır və mərkəzə tabe olur-
442
lar. Bu cür unitar dövlət tipinə Qazaxıstan, Özbəkistan və Nider-
landı aid etmək olar.
Uzurpasiya – məqsədə və hədəfə çatmaq üçün zorakı
vasitə və
metodlardan istifadə edilməsi.
Vətəndaş cəmiyyəti – mülki şəxslərin könüllü birləşməsi nəti-
cəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə
malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər
sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilir.
“Yanğınsöndürən” liderlər – mürəkkəb situasiyanın fonunda
xüsusi fəaliyyətləri ilə milli həmrəylik və bütövlüyün təmin olun-
masına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çı-
xış edirlər. Bir çox liderlərdən fərqli olaraq onlar ən mürəkkəb
situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi
məharətlə yararlanırlar və xalqın ali mənafeyinin təmin edilməsi
missiyasını uğurla yerinə yetirirlər.