437
demokratik təsisatların formalaşmasında seçkilərin əsas olması və
çoxpartiyalı plüralist sistemin formalaşdırılması, aktorlara siyasi
fəaliyyət azadlığının yaradılması, qanunların aliliyi, çoxluğun ira-
dəsi və sair. Bundan başqa, bu modeldə fərdlərin qərar qəbulunda
iştirakına geniş şəraitin yaradılması xüsusi vurğulanır. Bununla
əlaqədar olaraq Artur Şlezinger yazır: “Siyasi qərarların qəbul
edilməsi prosesində cəmiyyətin əsas maraqları diqqətlə nəzərə
alınmalıdır ki, buna da yalnız həmin maraqların təmsilçilərinin və
ya tərəfdarlarının hakimiyyət sistemində hakim mövqe tutduqları
halda nail olmaq mümkündür”. Bu modelə əsaslanan nəzəri-kon-
septual mənbələrdə “sosial inqilab” məfhumundan istifadə edilir
ki, bu ifadənin mənası klassik semantikadan uzaqdır. Belə ki, bəhs
edilən anlayış müxtəlif vasitələrlə hakimiyyətin devrilməsi və qəsb
edilməsi mənasında yox, sivil vasitə və metodlarla demokratikləş-
məsi anlamında işlədilir. Nəzərdə tutulur ki, demokratikləşmənin
fundamental meyarı qüvvələrarası konsensusdur. Partisipator de-
mokratiya modelində təsbit edilir ki, xalq irrasional toplum deyil
və səmərəli idarəetmənin əsasında dayanmaq iqtidarındadır. Fərd-
lər ictimai-siyasi proseslərdə təmsil olunmaqla idarəetmənin tək-
milləşməsinə xüsusi töhfələr bəxş etmək gücündədirlər. Beləliklə,
xalq bütün proseslər və münasibətlərin fonunda mərkəzi subyekt
qismində dəyərləndirilməlidir.
Passiv seçki hüququ – seçkili dövlət orqanlarına seçilmək hü-
ququ.
Periferiya – mərkəzdən kənar yer, əyalət mənasında işlədilir.
Daha çox federasiya subyektlərini ifadə etmək üçün işlədilir.
Plutokratiya – cəmiyyətdə müxtəlif amoralist və dağıdıcı
üsullarla maddi resurslar toplayaraq üstünlük (hakimiyyət) əldə
edən şəxsləri ifadə etmək üçün işlədilir.
Plüralist demokratiya modeli – plüralist demokratiya modeli-
ni səciyyələndirərkən, ilk növbədə, bu prinsip önə çəkilir: “Xalq
hakimiyyəti ideyasından azlığın mənafeyinin leqal surətdə təmin
və mühafizə edilməsinə keçid”. Plüralist demokratiya modelində
başlıca hərəkətverici subyekt qismində qruplar götürülür. Buradan
438
da belə bir mövqe ifadə edilir ki, demokratiya insanlara qruplarda
birləşmək və fəaliyyət göstərmək imkanı yaratmalıdır. Beləliklə,
formalaşan qruplar siyasi mübarizə meydanında avanqard aktor
qismində çıxış edirlər və rəqabət qruplararası mübarizənin fonunda
meydana gəlir. Mübarizə prosesində ayrı-ayrı qruplar bir-birini
neytrallaşdırır və hansısa qrupun hakimiyyəti inhisara almasına
imkan verilmir. Belə bir şəraitdə dövlət özünəməxsus funksiya da-
şıyır və müxtəlif qrupların maraqlarını uzlaşdıran təməl aktor qis-
mində çıxış edir. Bundan başqa, plüralist demokratiya modelində
əks olunur ki, maraqlar uğrunda mübarizə aparan qruplar (mənafe
qrupları) siyasi sistemin başlıca ünsürləridir. Siyasi proseslərdə hə-
rəkətverici faktor qrup mənafeyidir. Belə bir situasiyada şəxsiyyə-
tin fərdi maraqları qrup mənafeyinin fonunda ikinci plana keçir.
Amma nəzərə almaq lazımdır ki, qrupların yaranmasının əsasında
duran təməl faktor fərdlərin spesifik maraqlarıdır. Fərdlər öz ma-
raqlarını təkbaşına gerçəkləşdirə bilmədiklərindən qruplarda birlə-
şirlər və öz maraqlarını inteqrativ surətdə uzlaşdıraraq qrup məna-
feyi halına salırlar. Digər tərəfdən, demokratik şəraitdə legitim ha-
kimiyyətin sosial əsaslarını və real gücünü mənafe qrupları arasın-
dakı strateji rəqabət və qüvvələrarası münasibətlər balansı təşkil
edir. Məhz bu amil siyasi səhnədə təmsilçilik və münasibətlər sis-
temini formalaşdıran mexanizm qismində çıxış edir. Bununla ya-
naşı, belə bir şəraitin fonunda ictimai nizamın təmin və mühafizə
edilməsi zərurəti də ortaya çıxır ki, burada əsas məsuliyyət və öh-
dəlik dövlətin üzərinə düşür. Dövlət öz funksionallığı çərçivəsində
ictimai ahəngi təmin edən mexanizm qismində çıxış edir və qrup-
lararası mübarizənin dağıdıcı nəticələrinin cəmiyyətə mənfi təsir
etməsinə imkan vermir. Konsepsiyada bildirilir ki, mənafe qrupla-
rının üzərinə düşən əsas vəzifə və öhdəlik onu təşkil edən şəxslərin
maraqlarının inteqrativ surətdə təmin edilməsi səviyyəsidir.
Polemologiya – politologiyada müharibə və silahlı qarşıdur-
maları öyrənən sahədir.
Proporsional seçki sistemi – bu seçki sistemində ölkədə inzi-
bati ərazi vahidləri üzrə çoxmandatlı seçki dairələri təşkil edilir və
439
hər seçki dairəsindən müxtəlif partiyalardan olan bir neçə namizəd
nümayəndəli orqanda təmsil olunmaq hüququ qazanır. Başqa söz-
lə, seçicilər konkret şəxsə yox, siyasi partiyaların namizədlər siya-
hısına səs verirlər. Siyasi partiyalar seçkilərin nəticələrinə müvafiq
olaraq ümumi səslərin proporsiyasında qazandıqları faizlərə müva-
fiq olaraq nümayəndəli orqanda yer qazanırlar. Proporsional seçki
sistemində parlamentdə keyfiyyət tərkibinin formalaşdırılması
üçün “seçki səddi”ndən istifadə edilir. “Seçki səddi” dedikdə parti-
yaların topladıqları səs faizləri nəzərdə tutulur. “Seçki səddi” müx-
təlif ölkələrdə 1-20 faiz arasında olur.
Rasional davranış modeli – məntiqi mühakimələrə və analitik
təhlilə əsaslanan, real faktlar və göstəricilərin əsas götürülməsi fo-
nunda istinad edilən davranış forması.
Resessiya (“slump”) – işgüzar aktivliyin kəskin azalması ilə
müşayiət olunan iqtisadi tənəzzül meyilləri.
“Sahibkar” imicli liderlər – özlərinə bənzərlik effektinə xü-
susi diqqət yetirir və öz davamçılarını məhz bənzərlik əsasında
müəyyən edirlər. Siyasət nəzəriyyəsində bu cür liderlər irrasional
xüsusiyyətlərin məcmusu kimi təsvir edilsə də, bir çox situasiya-
larda onların fəaliyyət mexanizmi inkişaf mənbəyi kimi çıxış edir.
Seçkilər – siyasi sistemin struktur elementi kimi səciyyələndi-
rilən seçkilər xalqın ümumi iradəsinin ifadə forması olmaq etibari-
lə nümayəndəli orqanların formalaşmasını, bir sıra ali dövlət vəzi-
fələrinin tutulmasını təmin edən və sosiumda siyasi iştirakçılıq və
sosiallaşma səviyyəsini kəmiyyət və keyfiyyət etibarilə artıran ins-
titusional mexanizm qismində çıxış edir.
Siyasi manipulyasiya – şüurların gizli surətdə idarə edilməsi
metodu kimi təsvir edilir. Bunun fonunda siyasi manipulyasiyanın
iki başlıca forması (modeli) fərqləndirilir. Bunlardan birincisi sen-
sitiv modeldir. Manipulyasiyanın sensitiv modeli dedikdə obyekt
kimi seçilən qruplara qarşı müxtəlif stimul mexanizmlərindən isti-
fadə edilməsi və müvafiq reaksiyanın alınması nəzərdə tutulur. Nə-
ticə etibarilə, müvafiq reaksiyaların alınması ilə sosial obyektlərin
şüuru idarə olunur və yönləndirmə mexanizminin işləkliyi təmin
Dostları ilə paylaş: |