428
yektləri və ya hakimiyyət daşıyıcıları. Aristokratiyanın “nəcib siya-
sət ”i sayəsində əldə edilən inkişaf ümummilli səciyyə daşıyır və
xalqın, millətin milli sərvəti kimi dəyərləndirilir. Ölkənin və dövlə-
tin nəcib xüsusiyyətlərə malik olan, milli mənafeyi təməl faktor
kimi əsas tutan elit zümrə tərəfindən idarə edilməsi təbəqələrarası
münasibətlərin və onun balansının sağlam inteqrativ dəyərlər və
substratlar əsasında formalaşması və inkişafını təmin edir. Bu isə
nəticə etibarilə cəmiyyətin ahəngdarlığını təmin edən ümumi mexa-
nizm rolunu oynamaqla, eyni zamanda, milli dövlətin milli maraqlar
və dəyərlər əsasında inkişafını təmin edir.
Avtokratiya – avtoritar rejimlər çərçivəsində qeyri-məhdud
hakimiyyətə əsaslanan idarəetmə formasıdır.
Avtoritarizm – idarəetmə üsulu kimi səciyyələndirmək etiba-
rilə siyasi rejim növlərindən biridir. Avtoritar siyasi rejimlərin baş-
lıca xüsusiyyətləri bunlardır: hakimiyyət avtarkiyaya əsaslanır,
yəni rejimin mahiyyətinə müvafiq olaraq hakimiyyət bir şəxs və ya
qrupun iradəsinə əsaslanır və onların inhisarında olur; qanunlar
mövcud olsa da, tətbiq mexanizmi olmur. Yəni qanunlar Konstitu-
siyada, ona müvafiq qanunvericilik aktlarında təsbit edilsə də, ha-
kim dairələrin tətbiq etdiyi məhdudiyyət və nəzarətə görə işləmir;
proseslərin tənzimlənməsində, ziddiyyətlər və münaqişələrin ara-
dan qaldırılmasında hakimiyyət real güc üsullarına, zorakı vasitə-
lərə istinad edir. Başqa sözlə, müdafiə dəstələri, hüquq-mühafizə
sistemi rejimin mühafizəsi funksiyasını yerinə yetirir; müxtəlif sə-
ciyyəli demokratik prosedurlar (seçkilər, müxtəlif təmayüllü siyasi
partiyalar, ictimai-siyasi institutlar və s.) mövcud olsa da, formal
səciyyə daşıyır. Yəni siyasi hüquq və azadlıqların ciddi şəkildə
məhdudlaşdırıldığı şəraitdə demokratik prosedurların reallaşdırıl-
ması mümkün olmur; milli elita gildiya sistemi əsasında-qapalı sis-
tem çərçivəsində formalaşdırılır və s.
“Bayraqdar” liderlər – cəmiyyətdə ali, nəcib şəxsi keyfiyyət-
lərə malik olan əsl rəhbər kimi qəbul və müdafiə edilirlər. Onun
uğurlarının əsasında həmin şəxsə qarşı olan yüksək dəstək amili
dayanır. Məhz bu cür siyasi liderlər olduqca realist, rasional və
429
praqmatik təfəkkürə malik olurlar və qarşılarına qoyduqları dərk
edilmiş məqsədlərə uğurla çata bilirlər. Bir sözlə, “bayraqdar” li-
derlər sözün əsl mənasında yeganə və əsas aparıcı qüvvə qismində
çıxış edirlər.
De-fakto – beynəlxalq münasibətlər sistemi çərçivəsində bey-
nəlxalq hüquq normalarına əsasən dövlətin faktiki-rəsmi tanınma-
sıdır.
Determinasiya – hadisə və prosesləri immanent təsir vasitəsilə
şərtləndirən obyektləri ifadə etmək üçün işlədilməkdədir.
Deviasiya – qəbul olunmuş ümumi normalara zidd olan, so-
siumda dağıdıcı meyillərə və qarşıdurmalara yol açan davranış for-
masıdır. Bir çox nəzəri mənbələrdə deviasiya “sapma”, “yayınma”
anlayışları ilə ifadə olunur.
De-yure – beynəlxalq münasibətlər sistemində qəbul olunmuş
hüquqi norma və qaydalara əsasən formal tanınma.
Dilemma – qərar qəbulu zamanı mövcud olan iki mümkün
variantdan birinin seçilməsi.
Diskriminasiya – ayrı-seçkiliklə təzahür olunan münasibət
formasıdır. Diskriminasiya bir sıra formal statik əlamətlərə (milli
və irqi mənsubiyyətinə, siyasi əqidəsinə və s.) görə fərdlər, qrup-
lar, xalqlar və millətlərə qarşı ayrı-seçkiliyin tətbiq olunması, onla-
rın pozitivi və neqativ hüquqlardan məhrum olunmasına yönəlik
aktların reallaşdırılması formasında təzahür olunur. Xalqlara və
millətlərə qarşı həyata keçirilən genosid, yaxud soyqırım aktları
diskriminasiyanın xüsusi forması kimi səciyyələndirilir.
Dissonans – kəskin ziddiyyətlər və qarşıdurmalarla müşayiət
edilən destruktiv proseslər.
Dominant – sahib olduğu resurslardan istifadə mexanizminə
görə sosial və siyasi münasibətlər sistemində üstün mövqe əldə
edən hegemon subyekt.
Eksses – kəskin qarşıdurmalarla səciyyələnən toqquşmalar və
ictimai ahəngin ciddi surətdə pozulması.
430
Ekspansiya – mövcud hədəflər və məqsədlər əsasında müəy-
yən olunmuş strategiyaya müvafiq surətdə davamlı genişlənmə, sa-
həyə doğru yayılma və ya fəal müdaxilə.
Ekspatriasiya – elmi ədəbiyyatda bu anlayış çox hallarda de-
portasiyanın sinonimi kimi işlədilsə də, bəhs edilən məfhumlar
mahiyyət etibarilə bir-birindən fərqlənir. Ekspatriasiya vətəndən
köçürülmə mənasını ifadə etsə də, deportasiyadan fərqli olaraq kö-
nüllü səviyyə daşıya bilər. Amma deportasiya məcburi köçürülmə-
dir. Ekspatriasiya zamanı köç(ürül)müş şəxslər vətəndaşlıqdan da
məhrum edilirlər.
Ekstremizm – siyasətdə ifrat görüşlər və radikal meyillərlə sə-
ciyyələndirilən deviativ mövqe. Ekstremistlər radikal və anarxist
mövqe tutaraq mövcud düzənə və sistemə qarşı çıxaraq eksses akt-
larına istinad edirlər. Bu cərəyanın tərəfdarları hər cür hakimiyyətə
qarşı çıxmaq prinsipini fəaliyyətlərində əsas tuturlar.
Elita – sahib olduğu yüksək şəxsi keyfiyyətlərinə, intellektual
potensialına və rasional, praqmatik fəaliyyət mexanizminə görə so-
sial piramidanın zirvəsində qərar tutan institusional aktorlardır.
Elitar demokratiya modeli – elitar demokratiya modelində
əks olunur ki, siyasi idarəetmə peşəkar azlıq tərəfindən həyata ke-
çirilməlidir. Xalq idarəetmədə iştirak etməməlidir, çünki idarəetmə
nəcib keyfiyyətlərə malik olan azlıq tərəfindən həyata keçirilə bi-
lər. Siyasi qərarların məhdud peşəkar qrup tərəfindən qəbul edil-
məsi obyektiv strateji zərurətdir. Məhz belə bir təsbitin fonunda
demokratik idarəetmə ilə bağlı başlıca məsələ həmin peşəkar qrup-
ların necə formalaşdırılmasıdır. Beləliklə, demokratiya xalqın razı-
lığı və iradəsi ilə elitanın leqal və legitim idarəetməsidir. Bütün
bunların fonunda hər bir cəmiyyətdə iyerarxik strukturların forma-
laşması obyektiv zərurətə çevrilir. İqtisadi, siyasi, hərbi, maliyyə
elitaları yaranır və ayrı-ayrı sahələrdə idarəetmə funksiyasını yeri-
nə yetirirlər.
Empirik – təcrübi proseslər və hadisələrdən alınmış və faktlar-
la təsbit edilmiş.
Eskalasiya – mütəmadi yüksəliş və artımla müşahidə edilən
Dostları ilə paylaş: |