HeydəR ƏLİyev ümumrespublika Olimpiadasında ndu- nun komandası finala



Yüklə 281,44 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.06.2018
ölçüsü281,44 Kb.
#47239
1   2   3   4   5   6

3  / GÜNDƏM                       

YENİ FİKİR

MAY 2015

H

əmin gün Ali Məclisin Sədri Naxçıvan



Dövlət  Universitetində  daşdan

düzəldilmiş heykəllərə baxmışdır. 

Məlumat verilmişdir ki, bu il mayın 11-

də və 12-də Naxçıvan Dövlət Universitetində

“Naxçıvan və Şərqi Anadolu abidələri” möv-

zusunda Beynəlxalq Simpozium keçirilmişdir.

Beş ölkədən 56 alimin iştirakı ilə keçirilən sim-

poziumda  Naxçıvan  Dövlət  Universiteti

ərazisində Türkiyənin Ağrı İbrahim Çeçen, An-

kara  Qazi,  Ərzurum  Atatürk  və  Naxçıvan

Dövlət universitetlərinin əməkdaşlarının birgə

səyi ilə yaradılmış daşdan düzəldilmiş heykəllər

nümayiş etdirilmişdir. 

Naxçıvana  aid  olan  yerli  travertin  da-

şından  hazırlanmış  heykəllərdə  iki  ölkənin

milli dəyərləri əks olunmuşdur. Onlar arasın-

da iki dost və qardaş ölkənin birliyini əks etdirən

heykəl xüsusilə diqqəti cəlb edir. Ağrı İbrahim

Çeçen  Universitetinin  müəllimi  Bilal  Hano

tərəfindən hazırlanmış “Heydər Əliyev-Atatürk”

abidəsinin  bir  üzündə  Azərbaycan  xalqının

ümummilli  lideri  Heydər  Əliyevin,  digər

üzündə isə türk xalqının böyük öndəri Musta-

fa  Kamal  Atatürkün  Azərbaycan-Türkiyə

birliyini ifadə edən dəyərli fikirləri həkk olun-

muşdur. Ağrı  Universitetinin  müəllimi  Naci

Edinin “Azərbaycan bayrağı”, həmçinin onun

Ozan  Baycan  ilə  birgə  hazırladığı

“Azərbaycanın yüksəlişi”, Ankara Qazi Uni-

versitetinin müəllimi Tulay Özkulun “Sütun və

ay”, Ərzurum Atatürk Universitetinin müəllimi

Volkan  Doğanın  “Buğa”  əsərləri  yüksək

sənətkarlıq nümunələridir.

Ali  Məclisin  Sədri  heykəltəraşlıq  nü -

munələrini yüksək qiymətləndirmiş və onların

Naxçıvan şəhərinin müvafiq yerlərində nüma-

yiş etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş 

heykəllərə baxış olmuşdur

N

axçıvan  Dövlət  Univer -



sitetində  “Kənd  təsər -

rüfatının inkişafı: reallıqlar

və  perspektivlər”  mövzusunda

beynəlxalq  konfrans  keçirilib.

Türkiyə Cümhuriyyətindən Ərzurum

Atatürk,  Qars  Qafqaz  və  İqdır

universitetlərinin, Gürcüstandan Şota

Rustaveli adına Batumi Dövlət Uni-

versitetinin  də  təmsil  olunduğu

beynəlxalq  konfransı  universitetin

rektoru,  AMEA-nın  müxbir  üzvü

Saleh  Məhərrəmov  giriş  sözü  ilə

açıb.  Rektor  müasir  dövrdə

Azərbaycanda  aparılan  aqrar  isla-

hatların  uğurlarından,  bu  sahədə

dövlət  strategiaysının  düzgün

müəyyənləşdirilməsindən,  Naxçı-

van  Muxtar  Respublikasında  kənd

təsərrüfatının inikişafına göstərilən

dövlət qayğısından, görülən işlərdən

danışıb. Qeyd olunub ki, ölkəmizdə

“Kənd təsərrüfatı” ilə elan olunan cari

ildə qəbul edilmiş Dövlət Proqram-

larının icrası və kənd təsərrüfatı in-

frastrukturunun yaxşılaşdırılması he-

sabına muxtar respublikada əkinçilik,

heyvandarlıq,quşçuluq  sahəsində

əhəmiyyətli nailiyyətlər əldə edilib.

İftixarla demək olar ki, muxtar res-

publika istehsal etdiyi kənd təsərrüfatı

məhsullarının  keyfiyyətinə  görə

istənilən ölkə ilə rəqabətə girə bilər.

Rektor kənd təsərrüfatı məhsullarının

ərzaq  təhlükəsizliyi,  ətraf  mühitin

mühafizəsi, ekoloji cəhətdən təmiz

məhsulların əldə olunması və satışı

istiqamətində  qarşıda  duran

vəzifələrdən  söz  açaraq  keçirilən

beynəlxalq  konfransın  mövcud

problemlərin elmi həllində mühüm

rol oynayacağını vurğulayıb.

Sonra AMEA-nın müxbir üzvü

Saleh  Məhərrəmovun  “Naxçıvan

Muxtar Respublikasında helmintoz-

ların qoyunçuluğa vurduğu iqtisadi

zərər  və  onun  qarşısının  alınması

yolları”  ilə  bağlı  elmi  məruzəsi

dinlənilib. Məruzədə zərərvericilərin

vurduğu iqtisadi zərərdən xilas ol-

maq,  insanların  qida  vasitəsi  ilə

infeksion xəstəliklərə yoluxmasının

qarşısını almaq üçün mövcüd olan

üsullardan, qoyunların helmintozalara

yoluxmamaları üçün yonca sahələrinə

antihelmint  bitkilərin  əkilməsinin

əhəmiyyətindən bəhs olunub.

Naxçıvan  Muxtar  Respub -

likasının  Kənd  Təsərrüfatı  naziri

Elşad Əliyev məruzə edərək regionda

kənd  təsərrüfatının  müxtəlif

sahələrinin  sürətli  inkişafı  üçün

əlverişli şərait yaradılmasından, əldə

olunan  nəticələrdən  danışıb.  Qeyd

olunub ki, son illərdə ümumi sahəsi

105 min kvadrat metrdən artıq olan

istixana kompleksləri, ümumi tutu-

mu 12250 ton olan soyuducu anbar-

lar,  tutumu  27000  ton  olan

uzunmüddətli  və  43  min  ton  olan

qısamüddətli taxıl ehtiyatı anbarları,

17 taxıl emalı müəssisəsi, 222 hey-

vandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12

balıqçılıq, 68 bağçılıq və üzümçülük

təsərrüfatı  yaradılıb.  Aparılan

məqsədyönlü  tədbirlər  nəticəsində

2014-cü ildə muxtar respublika üzrə

103 000 ton taxıl, 41406 ton kartof,

66731 ton tərəvəz, 34339 ton bostan,

36196 ton meyvə, 14395 ton üzüm

məhsulu istehsal edilib. Bütövlükdə

2014-cü  ildə  kənd  təsərrüfatının

ümumi məhsulunun dəyəri 355 mil-

yon 157 min manat təşkil edib ki, bu

da  əvvəlki  illə  müqayisədə  6,1%

çoxdur.  Muxtar  respublikada  hey-

vandarlığın  inkişaf  etdirilməsinə,

mal-qaranın  cins  tərkibinin  yaxşı-

laşdırılmasına, heyvandarlıq məhsu -

llarının  intensiv  artımına  da  nail

olunmuşdur. Belə ki, 1 aprel 2015-ci

il tarixə olan məlumata görə muxtar

respublika üzrə iribuynuzlu malların

baş sayı 114137, xırdabuynuzlu hey-

vanların baş sayı 701 min olmuşdur.

Keçən  ilin  müvafiq  dövrü  ilə

müqayisədə  1550  baş  iribuynuzlu

mal, 12792 baş xırdabuynuzlu hey-

van artıb.

Konfransın  plenar  iclasında

AMEA  Mikrobiologiya  İnstitutu-

nun direktoru, akademik Məmməd

Salmanovun “Azərbaycanın Xəzər

sektorunun üzvi maddələr balansının

müasir  ekoloji  vəziyyəti”,  Naxçı-

van  Muxtar  Respublikası  Dövlət

Baytarlıq Xidməti rəisi Əbil Əbilovun

“Naxçıvanda  baytarlığın  müasir

vəziyyəti” mövzusunda məruzələri

dinlənilib. Diskussiya şəklində keçən

plenar  iclas  maraqlı  elmi

müzakirələrlə yekunlaşıb. Konfrans

“Heyvandarlıq”, “Bitkiçilik və kənd

təsərrüfatının 

iqtisadiyyatı”,

“Ekologiya  və  ətraf  mühit”,

“Meyvəçilik” üzrə bölmə iclasları ilə

işini  davam  etdirib.  Konfrans  işti-

rakçılarına sertifikatlar təqdim olu-

nub. Qonaqlar universitet kampusunu

gəzib, müasir texnologiyalarla təchiz

olunmuş universitet televiziyasında

və digər struktur bölmələrdə olublar.

Növbəti  gün  konfrans  iştirakçıları

muxtar respublikanın heyvandarlıq

komplekslərində,  istilikxanalarda

olublar. Təsərrüfatlarla tanışılıq za-

manı qonaqlar ət və süd məhsulları

istehsalı, heyvan xəstəliklərinə qar-

şı  epizootik  tədbirlərin  aparılması,

əkin  sahələrində  suvarılma  və

becərmə işləri  ilə maraqlanıblar. 

Mehriban SULTAN

NDU-nun Mətbuat şöbəsinin müdiri

Kənd təsərrüfatının inkişaf perspektivlərinə həsr

olunmuş konfrans

M

üasir  arıçılığın  problemləri



və inkişaf xüsusiyyətləri

Naxçıvan Dövlət Univer si te -

tin də  (NDU)  “Müasir  arıçılığın

problemləri  və  inkişaf  xüsusiy -

yətləri”  mövzusunda  beynəlxalq

elmi-praktik  konfrans  keçirilib.

Konfrans  işti rakçıları  əvvəlcə  ali

məktəbin  Təbiətşünaslıq  və  kənd

təsərrüfatı  fakültəsinin  foyesində

universitet əməkdaşlarının arıçılıq

sahəsinə  aid  kitablarından  ibarət

sərgiyə baxıblar.

NDU-nun  müəllim  və  tə -

ləbələri ilə yanaşı, ölkəmizin bir sıra

ali  təhsil  ocaqlarının,  həmçinin

Türkiyənin Qars Qafqaz, Qara Dəniz

Texniki  universitetlərindən  dəvət

olunmuş mütəxəssis alimlərin, Zon-

quldaq, Qars, Ərdahan, Artvin Arı-

çılar  birliklərinin  əməkdaşlarının,

muxtar respublikanın aidiyyəti qu-

rumlarının, arıçı sahibkarların işti-

rak etdiyi beynəlxalq elmi-praktik

konfransı giriş sözü ilə universite-

tin rektoru, AMEA-nın müxbir üzvü

Saleh  Məhərrəmov  açıb.  Rektor

Azərbay canda qədim tarixə malik

arıçılığın X-XII əsrlərdə daha da in-

kişaf etdiyini, halallıq və zəhmət -

sevən əsas aqrar sahələrdən biri ol-

duğunu  bildirib.  Qeyd  olunub  ki,

regionda kənd təsərrüfatının digər

sahələri kimi, arıçılığın da inkişafına

dövlətimiz tərəfindən yüksək qayğı

göstərilir. Bu sahə ilə məşğul olan

sahibkarlara  dövlət  tərəfindən

güzəştli  kreditlər  verilir,  arıçılıq

məhsullarının  idxal  və  ixracına

əlverişli şərait yaradılır. Sonra rek-

tor Saleh Məhərrəmovun “Miqrasi-

yanın  arıların  parazitofaunasına

təsiri”  mövzusunda  məruzəsi

dinlənilib.

Konfransda çıxış edən Nax-

çıvan Muxtar Respublikasının Kənd

Təsərrüfatı naziri Elşad Əliyev mux-

tar  respublikada  arıçılığın  inkişa-

fından  danışıb.  Nazir  bildirib  ki,

Naxçıvanda  arı  ailələrinin  artı -

rılması,  eləcə  də  məhsuldarlığın

yüksəldilməsi üçün davamlı tədbir -

lər  görülür.  Bu  sahənin  inkişaf

etdirilməsi üçün 2014-cü ildə bank -

lar tərəfindən arıçılıqla məşğul olan

sahibkarlara  534  min  manat

həcmində kreditlər verilib. Bütöv -

lük də,  2000-2014-cü  illər  ərzində

dövlətin maliyyə dəstəyi ilə 103 arı-

çılıq layihəsi həyata keçirilib, Sa-

hibkarlığa  Kömək  Fondunun

güzəştli kreditləri hesabına 6000-dən

çox arı ailəsi alınıb. Kənd Təsərrüfatı

nazirinin sözlərinə görə, göstərilən

dövlət  qayğısı  hesabına  1  yanvar

2015-ci il tarixə arı ailələrinin sayı

69  min  432-yə  çatdırılaraq  bir  il

öncəki göstəricini 1,1 faiz üstələyib.

Trabzon  Qaradəniz  Texniki  Uni-

versitetinin professoru Sevgi Kolaylı

“Arı məhsullarından gələn sağlam-

lıq”  mövzusundakı  məruzəsində

Türkiyə də arıçılığın inkişafı, geniş

yayılmış  arı  cinsləri,  iqtisadi

göstəricilər barədə slaydlar şəklində

ətraflı məlumat verib. Azərbaycan

Arıçılar  Birliyinin  sədr  müavini

Elxan  Ələkbərov  “Azərbaycanda

arıçılığın mövcud və ziy yəti” möv-

zusundakı  məruzə sin də  arıçılığın

gəlirli  sahəyə  çevrilməsi  üçün  arı

ailələrinin bəslənməsi, çoxal dılması,

məhsuldar lı ğının artırılması məqsə -

dilə arı xəstəliklərinin vaxtında aş-

karlanması,  yaranma  səbəbləri nin

aydınlaş dı rılması  və  onlara  qarşı

görülməsivacib mübarizə tədbir lə -

rin  dən bəhs edib, bu sahədə mövcud

bəzi problemlərdən danışıb. 

Bu  cür  tədbirlərin  əhəmiy -

yətindən danışan Azərbaycan Dövlət

Pedaqoji Universitetinin Ekologiya

kafedrasının professoru Rauf Sul-

tanov bildirib ki: - “Naxçıvan Mux-

tar  Respublikası  Azərbaycanın

yeganə bölgəsidir ki, bütün sahələrə

olduğu kimi, burada arıçılığın da in-

kişafı ön plana çəkilir”.

Konfransda iştirakçıları ma-

raqlandıran suallar cavablandırılıb.

Sonra elmi-praktik konfrans

öz işini “Müasir metodlarla arıçılıq

məhsullarının istehsalı”, “Arıçılığın

yetişdirilmə istiqamətində inkişafı və

yem bazası”, “Arı xəstəlikləri və on-

lara qarşı mübarizə tədbirləri” möv-

zularında keçirilən bölmə iclasları ilə

davam etdirib. Bölmə iclaslarının so-

nunda  iştirakçılara  sertifikatlar

təqdim olunub.

Aprel  ayının  25-də  isə  kon-

frans  iştirakçıları  Naxçıvandakı

nümunəvi arıçılıq təsərrüfatları ilə,

həmçinin Şahbuz şəhərindəki “Şah-

bal” Məhdud Məsuliyyətli Cəmiy -

yətində arıçılıq məhsullarının ema-

lı prosesi ilə tanış olublar. 

Qeyd edək ki, konfrans işti-

rakçıları  Naxçıvan  Muxtar  Res -

publikası  ərazisindəki  tarix  və

mədəniyyət abidələri ilə tanış olub,

müqəddəs  yerlərdən  biri  Əshabi-

Kəhfi ziyarət ediblər.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı



Müasir arıçılığın problemləri və

inkişaf xüsusiyyətləri


Yüklə 281,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə