HeydəR ƏLİyev ümumrespublika Olimpiadasında ndu- nun komandası finala



Yüklə 281,44 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.06.2018
ölçüsü281,44 Kb.
#47239
1   2   3   4   5   6

4 / GÜNDƏM                                                                                  

YENİ FİKİR

MAY 2015

N

axçıvan Dövlət Universiteti-



nin  İqtisadiyyat  kafedrası-

nın  müdiri,  iqtisad  elmləri

doktoru, professor Ağarza Rüstəmov

“Avropa  Nəşr  Mətbuat  Evi”

tərəfindən  “Ən  yaxşı  vətənpərvər

tədqiqatçı alim” qızıl medalı ilə təltif

olunub. “Avropa Nəşr Mətbuat Evi”

mükafat komissiyasının qərarı ilə ta-

nınmış iqtisadçı alim yüksək ixtisas-

lı elmi kadrların hazırlanmasındakı

səmərəli fəaliyyətinə, ölkədə aparılan

iqtisadi  islahatlarda  yaxından

iştirakına və iqtisadiyyat elminin in-

kişafındakı xidmətlərinə görə bu ada

layiq görülüb. 

Naxçıvan  Dövlət  Universite -

tində  keçirilən  təqdimetmə  məra -

simində  "Avropa  Nəşr  Mətbuat

Evi”nin prezidenti  Şöhrət Səlimbəyli

müsabiqə  komissiyasının  Ağarza

Rüstəmovun elmi-pedqaqoji fəaliy -

yətini  araşdırdıraraq  bu  mükafatla

təltif etmək haqqında yekdil qərara

gəldiyini  bildirib.  O,  Ağarza

müəllimin  alim-pedaqoq  kimi  qa-

zandığı  elmi  nailiyyətlərdən,

vətənpərvər,  nəcib  insan  olmasın-

dan danışaraq qızıl medalı professora

təqdim edib.

Universitetin rektoru,

AMEA-nın  müxbir  üzvü  Saleh

Məhərrəmov  kollektiv  adından

Ağaqza müəllimi təbrik edərək qeyd

edib ki, 40 ilə yaxındır ki, pedaqoji

fəaliyyət göstərən Ağarza Rüstəmov

müxtəlif  illərdə  Naxçıvan  Dövlət

Universitetinin Ümumi texniki fənlər,

İqtisad, Hüquq fakültələrində dekan

müavini və dekan vəzifələrində çalı-

şıb, hazırda İqtisadiyyat kafedrasının

müdiridir. 2007-ci ildə NDU-nun 40

illik  yubileyi  ərəfəsində  professor

Ağarza  Rüstəmovun  uzunmüddətli

səmərəli  elmi-pedaqoji  fəaliyyəti

yüksək  qiymətləndirilib,  ölkə

Prezidentinin sərəncamı ilə “Tərəqqi”

medalına layiq görülüb. 2013-cü ildə

isə BMT yanında Beynəlxalq İnfor-

masiyalaşdırma  Akademiyasının

həqiqi üzvü seçilib. Ağarza Rüstəmov

istər respublika miqyaslı, istərsə də

xarici ölkələrdə elmi konfranslarda çı-

xışları, çoxsaylı elmi jurnallarda dərc

olunan məqalə və tezisləri ilə özünü

məhsuldar alim kimi təsdiq edib. O,

eyni zamanda Rusiyanın “Mejduna-

rodnıy nauçnıy” və “Mejdunarodnıy

Texniko-ekonomiçeskiy” jurnallarının

və Azərbaycan Elmi-Tədqiqat Kənd

Təsərrüfatının iqtisadiyyatı və təşkili

institutunun elmi xəbərləri jurnalının

redaksiya heyətinin də üzvüdür. Pro-

fessor Ağarza Rüstəmovun elmi kadr-

ların  hazırlanmasında  da  geniş

fəaliyyəti var. Ondan çox aspirant və

dissertanta rəhbərlik etmiş, hazırda ix-

tisaslaşmış dissertasiya şurasının sədr

müavini vəzifəsini daşıyır.

Alim-pedaqoqun  həmkarları

çıxış edərək qeyd ediblər ki, Ağarza

Rüstəmov  müəllimlik  peşəsini

ürəkdən  sevən  və  sevdirən  ziyalı

kimi,  Naxçıvan  Dövlət  Universite -

tində dərs dediyi tələbələrinin dərin

hörmətini  qazanıb.  O,  bu  gün  də

tələbələrin  iqtisadiyyat  elminə

dərindən yiyələnməsi üçün əlindən

gələni əsirgəmir. 

Mehriban SULTAN

NDU-nun Mətbuat şöbəsinin müdiri



İqtisadçı alim qızıl medalla

təltif olunub

N

axçıvan  Dövlət  Universi -



tetində “Naxçıvan və Şərqi

Anadolu  abidələri”  möv -

zusunda Beynəlxalq Simpozium ke-

çirilib.


Azərbaycan,  Türkiyə,  İran,

Əfqanıstan,  Rumınya  da  daxil

olmaqla  5  ölkədən  56  alimin,

həmçinin  NDU-nun  müəllim  və

tələbələri ilə birlikdə, ölkəmizin bir

sıra ali təhsil ocaqlarının,  AMEA-nın

müvafiq  elmi  tədqiqat  institutları-

nın,  AMEA  Naxçıvan  bölməsinin

əməkdaşlarının, Türkiyənin Ağrı İb-

rahim Çeçen, Ərzurum Atatürk, An-

kara  Qazi,  Qars  Qafqaz,  Elazığ  və

digər universitetlərindən dəvət olun-

muş memarlıq üzrə mütəxəssislərin

də iştirak etdiyi beynəlxalq simpo-

ziumun plenar iclası başlanmazdan

əvvəl, Naxçıvan Dövlət Universiteti

ərazisində - Memarlıq və Mühəndislik

fakültəsinin  ətrafında  Türkiyənin

Ağrı İbrahim Çeçen,  Ankara Qazi,

Ərzurum Atatürk  və Naxçıvan Dövlət

Universitetlərinin  əməkdaşlarının

birgə  səyi  nəticəsində  daşdan

düzəldilmiş heykəllərin açılışı olub.

Ağrı İbrahim Çeçen Universitetinin

müəllimi Naci Edi heykəllər haqqında

məlumat verib. Vurğulanıb ki, sim-

poziumdan  15  gün  öncə  Naxçıvan

Dövlət  Universitetində    heykəl

hazırlanma işlərinə Türkiyə tərəfindən

7 memar qatılıb. Naxçıvana aid olan

yerli travertin daşından hazırlanmış

heykəllərdə iki ölkənin milli dəyərləri

əks olunub. Ağrı Ibrahim Çeçen Uni-

versitetinin    müəllimi  Bilal  Hano

tərəfindən  hazırlanmış  “Heydər

Əliyev-Atatürk”, həmin universitetin

müəllimi Naci  Edinin “Azərbaycan

bayrağı” və assistantı Ozan Baycan

ilə birgə hazırladıqları “Azərbaycanın

yüksəlişi”,  Ankara  Qazi  Universi -

tetinin  müəllimi  Tulay  Özkulun

“Sütun  və  ay”,  Ərzurum  Atatürk

Universitetinin müəllimi Volkan Do-

ğanın  “Buğa”  əsərləri  haqqında

qonaqlara ətraflı məlumat verib.

Tədbir universitetin Magistra-

tura  fakültəsində  davam  etdirilib.

Əvvəlcə  foyedə  Naxçıvan  Dövlət

Universitetinin  Memarlıq  və

Mühəndislik,  İncəsənət  fakültələri

tələbələrinin  əl  işlərindən  ibarət

sərgiyə baxış olub. Sərgidə nümayiş

olunan  müasir  binaların  maketləri

və onların müasir layihələri, həmçinin

mövzu  və  kolorit  baxımından

orijinallığı ilə seçilən əsərlər sərgi iş-

tirakçılarında böyük maraq doğurub.

Türkiyənin Ağrı İbrahim Çeçen

və Naxçıvan Dövlət Universitetlərinin

birgə  səyləri  nəticəsində  gerçək -

ləşdirilən beynəlxalq simpoziumun

plenar iclasında ilk olaraq Azərbaycan

və Türkiyə şəhidlərinin əziz xatirəsi

bir dəqiqəlik sükutla yad edilib. Hər

iki  ölkənin  dövlət  himnləri

səsləndirildikdən sonra, hər iki  ali

təhsil  ocağının  tanıtım  filmləri  nü-

mayiş olunub.

Plenar  iclasda  giriş  sözü  ilə

çıxış edən Naxçıvan Dövlət Univer-

sitetinin rektoru AMEA-nın müxbir

üzvü Saleh Məhərrəmov Azərbaycan

və  Türkiyə  arasındakı  dostluq  və

qardaşlığın  Azərbaycan  xalqının

ümummilli  lideri  Heydər  Əliyevin

“Bir millət, iki dövlət!” ideyası altında

daha  da  möhkəmlənməsindən

danışıb.  Bu  əlaqələrin  inkişafında

elm,  təhsil  müəssisələri  arasında

tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb

etdiyini vurğulayan rektor qeyd edib

ki,  dünyanın 80-dən çox tanınmış

universiteti ilə tərəfdaşlıq edən bu ali

məktəb  Türkiyə  universitetləri  ilə

əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Universitet qardaş ölkənin 40-a yaxın

ali  təhsil  ocağı  ilə  elm,  təhsil,

mədəniyyət,  idman  sahəsində

əməkdaşlığa  malikdir.  Naxçıvan

Dövlət  Universitetinin  Türkiyə  ali

məktəbləri, həmçinin digər ölkələrin

ali təhsil müəssisələri arasında tələbə

və  akademik  heyətin  mübadiləsini

həyata keçirmək  məqsədi daşıyan

Mövlana Mübadilə Proqramının iş-

tirakçısı  olduğunu  bildirən  rektor

Saleh Məhərrəmov, Azərbaycan və

Türkiyə arasında dostluq və birliyin

möhkəmlən mə sində 

elm 


incəsənətin müstəsna rolundan da-

nışıb. Natiq, simpoziumun əhəmiy -

yətindən danışıb, onun işinə uğurlar

arzulayıb. Bildirilib ki, Azərbaycanın

tarixi  abidələri  dövlətimizin

qədimliyinin  gös təricisidir.  Maddi

mədəniyyət  abidələrimizin  böyük

əksəriyyətinin  işğal  olunmuş

ərazilərdə yerləşdiyini bildirən rektor

diqqətə çatdırıb ki, ermənilər tarixi ir-

simizi  dünyaya  öz  memarlıq

nümunələri kimi təqdim etməyə ça-

lışırlar. Bu cür tədbirlərin keçiril məsi,

memarlıq nümunələrinə diqqətin ar-

tırılması tarixi irsimizin saxtalaşdı-

rılmasının qarşısını almağa müsbət

təsir göstərəcək.

Ağrı İbrahim Çeçen Universi-

tetinin rektoru professor-doktor İrfan

Aslan  rəhbərlik  etdiyi  universitet

haqqında  ətraflı  məlumat  verib,

tədbirin təsis edilməsinin məqsədini

memarlıq  nümunələrinin  bərpasına

diqqəti artırmaqdan ibarət olduğunu

bildirib. “Abidələr, sənət əsərləri və

mədəni  miras,  bir  millətin  kimliyi,

varlığının sübutudur”- deyən rektor

həmçinin,  Naxçıvan  və  Naxçıvan

Dövlət  Universiteti  haqqında  xoş

təəssüratlarını bölüşüb. 

Ağrı İbrahim Çeçen Universi-

tetinin  rektor  köməkçisi  professor-

doktor Kamal Polad iki xalqın tarixi

bağlılığını,  eyni  söykökə  malik  ol-

duğunu  isbat  edən  ortaq  mədəniy -

yətlərin  təbliği  baxımından  bu  cür

simpoziumların  təşkilini  yüksək

qiymətləndirib.

AMEA-nın  müxbir  üzvü,

memar Cəfər Qiyasi “Türk memarlıq

tarixinin  birgə  araşdırılması”

mövzusundakı  məruzəsində  Nax -

çıvanın təkcə Azərbaycanın deyil, bü-

tün türk dünyasının nüfuzlu memarlıq

mərkəzlərindən biri olduğunu nəzərə

çatdırıb.

Sonra  xatirə  hədiyyələri  və

heykəllərin  quraşdırılmasında əməyi

keçən memarlara Naxçıvan Dövlət

Universitetinin sertifikatları təqdim

olunub.


Plenar  iclasın  yekununda

Naxçıvan  Dövlət  Universitetinin

İncəsənət  fakültəsinin  müəllim  və

tələbələri  konsert proqramı ilə çıxış

ediblər. Konsertdə Azərbaycan klas-

sik  musiqisinin  görkəmli  nüma -

yəndələri Ü.Hacıbəyovun, Q.Qaray-

evin, T.Quliyevin, F.Əmirovun, R.Mi-

rişlinin, R.Hacıyevin ölməz bəstələri,

türk mahnıları səsləndirilib. 

Sonra simpozium öz işini “Ta-

rix”,  “Memarlıq”,  “Mədəniyyət”

və  “İncəsənət”  mövzularında

keçirilən bölmə iclasları ilə davam

etdirib.  Bölmə  iclaslarında  “Nax -

çıvan körpüləri”, “Azəri-türk naxış

sənət vəhdətinə yeni elmi yanaşma

tərzi”, “Naxçıvan və Şərqi Anadolu

ləhcələrinin  ortak  türk  mə -

dəniyyətinə təsiri”  və s. mövzular

dinlənilib. 

İki gün davam edən beynəlxalq

simpoziumun yekununda Naxçıvan

Dövlət Universitetinin elmi işlər üzrə

prorektoru, dosent Mübariz Nuriyev

bildirib ki,- “Bu tədbirdə xalqlarımızın

mədəniyyətini, tarixini, sənətini, me-

marlığını  öyrənməklə  bərabər,

Azərbaycanın ayrılmaz tərkib hissəsi

olan Naxçıvana qarşı ərazi iddiaları

edən ermənilərə tutarlı cavablar ve-

rildi. Hazırlanan heykəllər isə tarixə

yazıldı”.

Qeyd  edək  ki,  qonaqlar  uni-

versitet Kampusunu gəzib, Naxçıvan

Muxtar  Respublikası  ərazisindəki

tarix,  mədəniyyət  və  memarlıq

abidələri ilə tanış olublar.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin

əməkdaşı

Naxçıvan və Şərqi Anadolu abidələri mövzusunda

beynəlxalq simpozium

B

akı  şəhərində  Rabitə  və



Yüksək Texnologiyalar Na-

zirliyinin,  Heydər  Əliyev

Fondunun,  Təhsil  Nazirliyinin  və

AMEA-nın İnformasiya Texnologi-

yaları İnstitutunun birgə təşkilatçılığı

ilə 17 May - Dünya Telekommuni -

kasiya  və  İnforma siya  Cəmiyyəti

Gününə  həsr  olunan  “Ali  məktəb

tələbələri arasında informatika üzrə

Ümumrespublika Olimpiadası” ke-

çirilib. Naxçıvan Dövlət Universite-

tinin  “NDU”  komandası  da

Universitetin  Həmkarlar  İttifaqı

Komitəsinin  sədri,  riyaziyyat  üzrə

fəlsəfə  doktoru,  dosent  Elşən

Məmmədovun rəhbərliyi ilə həmin

olimpiadaya qatılıb.

Qafqaz Universitetində olim-

piadanın  1-ci  mərhələsi  keçirilib.

Hər  təhsil  müəssisəsindən  maksi-

mum  5  komandanın  iştirak  edə

biləcəyi  olimpiadada  NDU-nu  1

komanda təmsil edib. İlkin mərhələdə

respublikanın  17  ali  təhsil

müəssisəsindən  66  komandanın

iştirakı  ilə  keçirilən  olimpiadanın

birinci  mərhələsində  uğurla  çıxış

edən Naxçıvan Dövlət Universiteti-

nin  informatika  komandası  final

mərhələsinə vəsiqə qazanıb. “NDU”

komandası müasir informasiya-kom-

munikasiya  texnologiyalarının

mənimsənilməsi  və  tətbiqi,  infor -

matika  sahəsində  nəzəri  bilik

səviyyəsi ilə fərqlənərək finala çıxıb.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

Ümumrespublika Olimpiadasında

NDU-nun komandası finala vəsiqə qazanıb



Yüklə 281,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə