HeydəR ƏLİyev ümumrespublika Olimpiadasında ndu- nun komandası finala



Yüklə 281,44 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.06.2018
ölçüsü281,44 Kb.
#47239
1   2   3   4   5   6

5 / GÜNDƏM                                                                                  

YENİ FİKİR

MAY 2015

Ulu


Tanrının  Azərbaycan

_

xalqına  bəxş  etdiyi



əvəzolunmaz  şəxsiyyət,  xalqımızı

çıxılmaz vəziyyətdən, parçalanma,

məhv olma təhlükəsindən qoruyaraq

onu müstəqil, iqtisadi cəhətdən güclü

dövlətlərin sırasına daxil edən ümum-

milli liderimiz Heydər Əlirza oğlu

Əliyevi  bütün  dünya  ən  böyük,

uzaqgörən siyasətçi kimi qəbul edir.

Elmin müxtəlif sahələrində o sahə

üzrə ixtisaslaşmış alim qədər zəngin

“bilik ehtiyatına, yüksək erudisiya-

ya, fenomenal yaddaşa, heyrətamiz

təhlil qabiliyyətinə, hər bir mövzu-

ya  yaradıcı  münasibətinə”  görə

Heydər Əliyev elə bir ensiklopedist

şəxsiy yətdir ki, əminik ki, doqquz

yüz il də, doqquz min il də, doqquz

milyon  il  də  bundan  sonra,

Azərbaycan xalqı yaşadığı müddətdə

onun adı daim böyük qürur və iftixar

hissilə çəkiləcəkdir. Xalqımızın xi-

laskarının hələ Azərbaycan SSRİ-nin

tərkibində olarkən böyük cəsarətlə

dilə  gətirdiyi  fikirləri,  siyasi

fəaliyyəti, dövlət idarəçiliyi cildlərə

sığa bilməyəcək yüzlərlə tədqiqatın

obyektidir.  Ulu  öndərin  təkcə

Azərbaycan ədəbiy yatının görkəmli

nümayəndələrinin  yubiley  tədbir -

lərinin keçirilməsi, ev-muzeylərinin

təşkili,  əsərlərinin  akademik

nəşrlərinin hazırlanması, ədəbiyyat

xadimlərinin hərtərəfli dövlət qayğısı

ilə əhatə olunması ilə bağlı gördüyü

tədbirlərdən bəhs edən onlarla kitab

və  monoqrafiyalar  yazılmışdır  və

şübhəsiz ki, bundan sonra da yüzlərlə

belə  sanballı  əsərlər  yazılacaqdır.

Fiolologiya elmləri doktoru Vilayət

Quliyevin  tətrib  etdiyi  “Heydər

Əliyev. Ədəbiyyatın yüksək borcu və

amalı”,  “Heydər  Əliyev  və  Azər -

baycan ədəbiyyatı”, Almaz Ülvinin

“Ədəbiyyat ömrü yaşayan ədəbiyyat

memarı”,  Tərlan  Novruzovun

“Heydər  Əliyev  və  ədəbiyyat

məsələləri” kitabları belə əsərlərin

bariz nümunələridir. 

1973-cü  ildə  İmadəddin

Nəsiminin 600 illiyinin YUNESKO-

nun  tədbirlər  planına  salınması,

1976-cı ildə “Azərbaycan poezi ya -

sın da  xəlqilik  və  realizmlə  səciy -

yələnən yeni ədəbi məktəbin banisi,

həm  də  siyasi  xadim  –  Qarabağ

xanlığının baş vəziri”  Molla Pənah

Vaqifin  Şuşada  məzarının  üstündə

əzəmətli  məq bərənin  ucadılması,

Gürcüstanda Mirzə Fətəli Axundo -

vun, Mirzə Şəfi Vazehin məzarlarının

abadlaş dırılması  və  büstlərinin

qoyulması, Nəriman Nərimanovun

mənzilinin satın alınaraq ev-muzeyə

çevrilməsi, Cəlil Məmmədquluzadə -

nin yaşadığı binaya xatirə lövhəsi vu-

rulması, 1970-ci ildə anadan olma-

sının 100 ili tamam olan Nəriman

Nərimanovun  düz  iki  il  mübarizə

aparılaraq, 1972-ci ildə yubileyinin

geniş şəkildə qeyd edilməsinə nail ol-

ması,  1979-cu  ildə  “Azərbaycanın

böyük şairi və mütəfəkkiri Nizami

Gəncəvinin  irsinin  öyrənilməsini,

nəşrini və təbliğini daha da yaxşı-

laşdırmaq haqqında” qərarı, bunun-

la bağlı olaraq şairin o zaman “Ki-

rovabad” adlanan doğma vətənində

“Yeni Gəncə” adlı peyk-şəhərin ya-

radılması  ilə  Gəncə  toponiminə

yenidən  həyat  verilməsi,  1981-ci

ildə Azərbaycan KP MK-nın Nizami

Gəncəvinin yuvarlaq rəqəm olması-

na baxmayaraq, 840 illik yubileyinin

qeyd edilməsi ilə bağlı qərarı, 1981-

ci  ildə  Bakıda  Cəlil  Məmməd -

quluzadənin ev-muzeyinin yaradıl-

ması haqqında qərar, 1994-cü ildə

Cəlil Məmməd quluzadənin 125 illik

yubileyinin keçirilməsi, həmin ildə

Bakı  şəhərində,  1999-cu  ildə  isə

Naxçıvanda  ev-muzeyinin  açılışı,

1981-ci ildə Hüseyn Cavidin anadan

olmasının 100 illiyinin keçirilməsi ilə

bağlı  qərar,  1992-ci  ildə  Hüseyn

Cavidin doğum gününün Naxçıvan-

da  geniş  qeyd  edilməsi,  1994-cü

ildə Məhəmməd Füzulinin 500 illik

yubileyinin dünya miqyasında qeyd

olunması, 1996-cı ildə Naxçıvanda

Hüseyn Cavid məqbərəsinin açılışı

və  s.  tədbirlər  ulu  öndərimizin

Azərbay can ədəbiyyatına, mədəniy -

yətinə  olan  diqqət  və  qayğısının,

hörmət  və  ehtiramının,  vətən -

pərvərliyinin,  təəs sübkeşliyinin

nəticələridir.

Ulu öndərimizin ədəbiyyata

olan tükənməz sevgisi, bağlılığı və

marağı, onu həyatının tərkib hissəsi,

mənəvi qidasının əsası hesab etməsi,

dəfələrlə  çıxışlarında  özünün  də

qeyd etdiyi kimi, sübut olunmağa eh-

tiyacı olmayan bir aksiomdur. Bunun

səbəbi isə ondadır ki, “sənət həyat

üçündür”  prinsipinə  sadiq  qalan

qədim  və  zəngin  Azərbaycan

ədəbiyyatı  tarixin  bütün  dönəm -

lərində ümumxalq mənafeyini ifadə

və  müdafiə  etmiş,  xalqın  arzu  və

istəklərini  əks  etdirmiş,  bədii

əsərlərdə vətənpərvərlik ruhu aşıla -

ma ğı ən ali və müqəddəs vəzifəsi və

məqsədi kimi qəbul etmişdir. Dərin

humanizmi, demokratikliyi, əməkçi

insana və qadına yüksək münasibəti

ilə seçilən, zülm və ədalət, hökmdar

və xalq mövzu larını hərtərəfli və ge-

niş planda işləyərək əsrinin hökm -

darlarını ədaləti əldə bayraq kimi tut-

mağa çağıran Nizami Gəncəvi, diri-

diri  dərisi  soyulsa  da,  düşmənin

qarşısında  məğrur  dayanaraq

əyilməzlik  nümunəsinə  çevrilən

İmadəddin Nəsimi, Azərbaycan dilini

dövlət və şeir dilinə çevirmiş, vahid

Azərbaycan  dövləti  yaratmaq  uğ-

runda  mühari bələr  aparmış  şair

dövlət başçımız Şah İsmayıl Xətayi,

ana  dilində  əvəzolunmaz  sənət

nümunələri yaradan, dünyamiqyas-

lı filosof, böyük alim, “qəlb şairi”

Məhəmməd  Füzuli,  əsərlərində

XVIII əsrdə Azərbay canın ziddiy -

yətlərini, sevincini və kədərini əks

etdirən dövlət xadimi və şair Molla

Pənah  Vaqif    və  adlarını  qeyd

etmədiyimiz digər ədəbiyyat xadim -

ləri  Azərbaycan  xalqının  mənafe -

yinin müdafiəsi, milli-mənəvi dəyər -

ləri mizin qorunması yolunda mübari -

zə nin ön cərgələrində getmiş lər. XX

əsrin əvvəllərində xalqımızın milli

oyanış  və  özünüdərk  ideyalarına

ardıcıl  xidmət  göstərən  görkəmli

sənətkarlarımızdan biri də Heydər

Əliyevin  “ədəbiyyatımızın  və

mədəniyyətimizin  klassiki”  adlan -

dırdığı, vətən, millət, dil kimi milli

dəyərlər uğrunda mübarizə aparan

Cəlil Məmmədquluzadədir. Ədəbiy -

yatımızın  hamisi  Heydər  Əliyev

1994-cü  ildə  Cəlil  Məmməd -

quluzadənin ev-muzeyinin fəxri qo-

naqlar  kitabına  yazdığı  ürək

sözlərində  bu  muzeyin  açılışını

“Cəlil  Məmmədquluzadənin  yara-

dıcılığına, onun ədəbi-mədəni irsinə,

xalqımızın  tarixinə  əvəzsiz  xid -

mətlərinə verilən yüksək qiymətin

rəmzi” hesab etmişdir. Böyük ədibin

öz  xalqı  qarşısındakı  xidmətlərini

dövlət  səviy yəsində  yüksək

qiymətləndirən  də,  xatirəsinin

əbədiləşdirilməsi üçün mümkün olan

bütün tədbirləri həyata keçirən də,

hələ gənc yaşlarından o zaman SSRİ-

nin  deputatı  olan  qızı  Münəvvər

xanımla  görüşərək  Mirzə  Cəlil

haqqında  ətraflı  maraqlanan  da,

“Ölülər”i dünya ədəbiyyatında ana-

loqu olmayan əsər” adlandıran da,

onun yaradıcılığını tükənməz xəzinə,

dibi  görünməyən  bir  dərya  hesab

edən  də  ümummilli  lider  Heydər

Əliyev  olmuşdur.  Cəlil  Məmməd -

quluzadənin  ev  muzeyi  Naxçıvan

şəhərində İ.Məmmədov küçəsində

yerləşən  evində, Azərbaycan  Res-

publikasının    Prezidenti  Heydər

Əliyevin 1998-ci il 31 dekabr tarixli

sərəncamı ilə yaradılmış, 13 oktyabr

1999-cu  ildə  baş  tutmuş  muzeyin

açılış  mərasimində  şəxsən  iştirak

edən Heydər Əliyev nitq söyləmişdir.

Çıxışının sonunda möhtərəm Prezi-

dentimiz  Mirzə  Cəlil  irsinin,

şəxsiyyəti və xidmətlərinin Azərbay -

can xalqının qəlbində yaşayacağını

bildirmişdir. Ulu öndər üçün Cəlil

Məmmədquluzadə  təkcə  bizim

keçmişimiz, ədəbiyyat tariximizin bir

dövrü, mərhələsi deyil, o həm də bi-

zim bugünümüz, canlı müasirimiz-

dir.  Onun  şəxsiyyəti  çox  az  sayda

ədiblərə qismət olan həmişəyaşarlıq

qazanmışdır, yaradıcılığı isə öz ak-

tuallığı, müasir dövrümüzlə səsləş -

məyi baxımından diqqəti cəlb edir.

Ümummilli  lider  Cəlil  Məmməd -

quluzadənin nə özündən əvvəl, nə də

sonra yaşamış görkəmli şəxsiyyət -

lərdən heç kimə bənzəmədiyini xü-

susi olaraq vurğulamışdır. Maraqlı

məqam  budur  ki,  ümummilli

liderimiz Mirzə Cəlilin fəaliyyətinin

bütün  sahələrini  eyni  dərəcədə

qiymətləndirmişdir. Ulu öndərimiz

üçün milli şüurun və müstəqillik ide-

yalarının formalaşdırılmasında Cəlil

Məmmədquluza dənin bədii yaradı -

cılığı, səhnə əsərləri nə qədər mühüm

əhəmiyyət  kəsb  edirsə,  “Molla

Nəsrəddin” jurnalı, onun felyeton və

məqalələri  də  bir  o  qədər

əhəmiyyətlidir.  Mirzə  Cəlilin

“Ölülər” tragikomediyası haqqında

hələ  o  illərdə  S.M.Qənizadə,

H.Cavid, N.Nərimanov, N.Vəzirov,

Ü.Hacıbəy ovun müxtəlif məzmunlu

müsbət fikirləri dərc olunmuşdur. Bu

əsəri bəziləri N.Qoqolun “Müfəttiş”,

bəziləri  V.Hüqonun  “Səfillər”

əsərlərilə müqayisə etmişlər. Ümum-

milli  lider  isə  “Ölülər”i  hətta

V.Şekspirin əsərlərilə də müqayisə

etməyi  düzgün  hesab  etməyərək

onu  dünya  ədəbiyyatında  analoqu

olmayan  bir  əsər  adlandırmışdır:

““Ölülər” əsəri ölməz əsərdir”. O,

bizə bu gün də lazımdır, çünki bu gün

də  dini  təhrif  edənlər,  dindən  öz

məqsədi  üçün  istifadə  edərək

xalqımızı cəhalətə uğratmağa çalı-

şanlar az deyil”. Həqiqi ziyalı kimi

Heydər  Əliyev  bu  əsərin  ədəbiy -

yatşünaslıqda sosialist ideolo giyası

ilə ateizm təbliğ edən bir əsər kimi

qələmə verilməsinə də qarşı çıxaraq,

əsərin  dini  deyil,  dini  mövhumatı

tənqid  hədəfi  seçdiyini,  islami

dəyərlərin  isə  bizim  bütün  klassik

ədəbiy yatımızdan qırmızı xətlə keç-

diyini xüsusi olaraq vurğulamışdır.    

Azərbaycan ədəbiyyatşünaslı -

ğında  həmişə  yüksək  qiymətlən -

dirilən Cəlil Məmmədquluzadənin

yara dıcılığına  dəyişən  zaman  və

şərait daxilində yenidən müraciətin

zəruri olduğunu da ilk dəfə böyük

uzaqgörən  şəxsiyyət  olan  Heydər

Əliyev xüsusi olaraq vurğulamışdır.

Əgər vaxtilə böyük satirik şairimiz

Mirzə Ələkbər Sabir özünü dəryada

qərar  tutan  bir  qocaman  dağa

bənzədirdisə, ümummilli liderimiz

Cəlil  Məmməd quluzadə  yaradı -

cılığını  elə  o  dibi  görünməyən

dəryanın  özünə  bənzətmişdir:

“Doğrudur, Cəlil Məmmədquluzadə

yaradıcılığı  elə  bir  dəryadır  ki,  o

dəryanın  dibinə  gedib  çatmaq,

hamısını əhatə etmək mümkün de-

yildir.  Güman  edirəm  ki,  hələ  bir

neçə  nəsil  Azərbaycan  tarixçisi,

ədə biyyatşünası,  sənətşünası,  si -

yasət şünası, alimi Cəlil Məmməd -

quluzadə  xəzinəsini  araşdıracaq,

onu  tədqiq  edərək  yeni  kəşflər

edəcəkdir”.  Xalqımızın  xilaskarı,

ədəbiyyatımızın  hamisi  Heydər

Əliyevin söylədiyi bugün də aktu-

al olan bu sözlər mirzəcəlil şünas -

lıqda çox mühüm addımların atıl ma -

sına və alim lərimizin dəyərli elmi-

tədqiqat  əsərlərinin  meydana

gəlməsinə səbəb olmuşdur. 

Dahi şəxsiyyət Heydər Əliyev

klassik  Azərbaycan  ədəbiyyatının

görkəmli  nümayəndələrinin  yara-

dıcılığını izah və şərh etməklə qal-

mamış, öz dövrünün ədəbiyyatına da

təsir etmiş, onu yeni ideyalara, milli

və  dövlətçilik  taleyi  ilə  bağlı

istiqamətə yönəltmişdir. Sevindiri-

ci bir haldır ki, bugün ümummilli li-

derimizin siyasi kursu onun layiqli

davamçısı möhtərəm prezidentimiz

İlham Əliyev tərəfindən həyata ke-

çirilir.  Onun  23  yanvar  2006-cı  il

tarixli sərəncamına əsasən “Molla

Nəsrəddin” jurnalının 100 illik yu-

bileyi  respublikamızda  layiqincə

qeyd olunmuşdur. Azərbaycan Res-

publikasının  Prezidenti  İlham

Əliyevin  “Cəlil  Məmməd qulu -

zadənin 140 illik yubileyi haqqında”

2009-cu  il  6  fevral  tarixli  sərən -

camına  uyğun  olaraq  görkəmli

yazıçı  Cəlil  Məmmədquluzadənin

140 illik yubileyinin qeyd olunma-

sı  fikrimizi  bir  daha  təsdiqləyir.

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin Sədri cənab Vasif Talıbov

isə Naxçıvan elminin, ədəbiyyat və

mədəniyyətinin  əvəzolunmaz  ha-

misidir!


Sonda  onu  qeyd  etmək

istərdim ki, ulu öndərimiz Heydər

Əliyevin  Azərbaycan ədəbiyyatının

klassiklərinin  şəxsiyyətinə,  yara -

dıcılığına  və  fəaliyyətinə  verdiyi

yüksək  dəyər  təkcə  ədəbiy -

yatşünaslıq elmində deyil, həm də

azərbay can şünaslıq 

tarixində

mühüm  əhəmiyyətə  malikdir.

Ümummilli  lider  Heydər  Əliyev

Azərbaycan  ədəbiyyatının  klas -

siklərinə  təkcə  büst  və  heykəllər

ucaltmaqla qalmamış, eyni zaman-

da onlar haqqındakı dəyərli və heç

bir dəyişikliyə uğraya bilməyəcək

fikirlərilə onlara ən nəhəng mənəvi

abidəni də ucaltmışdır. Məhz buna

görə  də,  bənzərsiz  dünyamiqyaslı

siyasətçi olan ümummilli liderimi-

zin  xalqımızın  qəlbində  və

fikirlərində  əbədi  yaşayacağına

əminik! 

AYGÜN ORUCOVA

AMEA Naxçıvan Bölməsinin

elmi işçisi



ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ

AZƏRBAYCAN ƏDƏBİYYATI KLASSİKLƏRİ

N

axçıvan Dövlət Universite tində



Magistrantların yeddinci regio-

nal elmi konfransı keçirilib.

Konfrans  magistraturanın

fəaliyyətini əks etdirən “Elmin baş-

lanğıc yolu” filminin nümayişi ilə baş-

layıb.


Konfransı giriş sözü ilə açan

universitetin    rektoru,  AMEA-nın

müxbir  üzvü  Saleh  Məhərrəmov

əlamətdar  hadisə  münasibətilə  ma-

gistrantları  təbrik  edib.  Rektor,

universitetdə magistratura üzrə təhsilin

səviyyəsindən, ali təhsil ocağının re-

gionda  elmi  potensialın  formalaş-

masında aparıcı rolundan, Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri Cənab Vasif Talıbov tərəfindən

magistrantların işlə təmin olunması-

nın daim diqqət və nəzarətdə saxla-

nılmasından,  qarşıda  duran  vəzi -

fələrdən ətraflı danışıb. Bu ali təhsil

ocağına göstərilən diqqət və qayğının

nəticəsində  hazırda  burada  xalq

təsərrüfatı, elm, təhsil və mədə niy -

yətin müxtəlif sahələrində ən zəruri

ehtiyac duyulan kadrların hazırlan -

ması, yüksək ixtisaslı mütəxəssislərin

yetişməsi istiqamətində mühüm işlər

görüldüyünü  bildirən  rektor,  kon -

fransın işinə uğurlar arzulayıb.

Konfransda universitetin elmi

işlər üzrə prorektoru, dosent Müba-

riz Nuriyev, Magistratura üzrə dekan,

dosent  Etibar  Məmmədov  çıxış

edərək bildiriblər ki, magistrantların

təhsil  alması  üçün  universitetdə

kifayət qədər münbit şərait yaradılıb,

maddi-texnika baza formalaşıb. Qeyd

olunub  ki,  burada  yaradılmış

Azərbaycanşünaslıq Mərkəzi, Tələbə

Turizm  Assosasiyası,  Kitabxana,

Kompyuter  Mərkəzi,  Foto  Studiya

magistrantların elmi-nəzəri biliklərə

yiyələnmələrinə,  dünyagörüşlərini

artırmağa,  vətənpərvərlik  xüsusiy -

yətlərinin  formalaşmasına  xidmət

edir. Hələ 1997-ci ildən fəaliyyətə baş-

lamış  magistraturada  hazırda  238

nəfər  təhsil  alır  ki,  onlardan  14-ü

xarici ölkə - Türkiyə, İran və Cənubi

Koreya vətəndaşlarıdır. 2014-2015-

ci tədris ilində 27 istiqamət, 43 ixti-

saslaşma üzrə əyani və qiyabi şöbədə

190 magistr üçün yer ayrılıb.

Biblioqrafiyaşünaslıq  ixtisası

üzrə  I  kurs  magistrant  Aysu

Qəhrəmanlı  “Müasir  kitabxanalar-

da informasiya təhlükəsizliyinin təmin

edilməsi” mövzusunda məruzə edib.

Konfransda 

elmi-ictimai

fəallığına  görə  "İlin  magistrantı"

seçilən, 17-dən artıq məqalə və 3 kitab

müəllifi  olan,  Azərbaycan  dili  və

ədəbiyyatının  tədrisi  metodikası

ixtisası üzrə II kurs magistrantı İlkin

Əsgərə diplom təqdim olunub.

Elmi  konfrans  öz  işini

müxtəlif  ixtisaslar  üzrə  19  bölmə

iclası ilə davam etdirib.

Naxçıvan Dövlət Universiteti

ilə  yanaşı,  Naxçıvan  Müəllimlər

İnstitutu və “Naxçıvan” Universiteti

magistrantlarının  da  iştirak  etdiyi

elmi  konfransda  87  məruzə

dinlənilib, onlardan ən yaxşılarının

müəlliflərinə  xüsusi  diplomlar

təqdim olunub.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin

əməkdaşı

Magistrantların VII regional

elmi konfransı



Yüklə 281,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə