Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə28/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   24   25   26   27   28   29   30   31   ...   211

Pelton turbini 

 

53 


 

 

Şəkil 2. Pelton turbinindən ibarət hidravlik su stan-

siyası  

1-elektrik 

generatoru, 

2-ötürücü 

qayış, 

3-

hidroturbin,  4-ucluq,  5-ventil,  6-su  kanalı,  7-anbar 



səddi, 8-tor 

 

Suyun  düşmə  hündürlüyündən  asılı  olaraq 



turbində müxtəlif sürətlər əldə edilir. Məsələn, 

1000 m düşmə hündürlüyünə malik turbin 500 

km/saat  sürətini  əldə  edə  bilir.  Ən  sürətli 

Pelton  turbinin  sürəti  185  m/s-dır  (666 

km\saat).  Konstruksiyasından  asılı  olaraq 

Pelton  turbinləri  saniyədə  20

÷

8000  l  su  ötürə 



bilir.  Pelton  turbinin  valı  dəqiqədə  3000  dövr 

edə bilir, f.i.ə. 85

÷

90% arasında yerləşir.    



 

(alm. die Pelton-Turbine, ingl. Pelton-Turbine ) 



 

Pentapod  →paralel  kinematikalı  dəzgahlarda 

geniş  tətbiq  olunan  5  sərbəstlik  dərəcəsinə 

malik strukturdur (şəkil 1).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. PENTAPOD dəzgahı (METROM, AFR) 

 

 Dəzgahda  quraşdırılmış 



tutqacalara malik xüsusi 

şpindel  sistemi  5  ədəd, 

uzunluğu 

dəyişəbilən 

qolun  köməyi  ilə  müx-

təlif  materiallardan  ha-

zırlanmış  maşın    hissə-

lərinin  5 tərəfədən ema-

lına  imkan  verir.    Qol-

ların  hərəkətə  gətiril-

məsi üçün →içiboş vallı 

mühərriklərdən istifadə edilir. Baş şpindel kimi 

→yüksək  tezlikli  şpindellərdən  istifadə 

→yüksək  sürətli  emalı  reallaşdırmağa  şərait 

yaradır.  Mexaniki  emal  bir  yerləşmədə  apa-

rıldığından  yüsək  dəqiqlik  və  məhsuldarlıq 

əldə  etmək  mümkündür.  Dəzgahın  hərəkətli 

hissələri həddən artıq yüngül hazırlanır. Bunun 

sayəsində  prosesi  yüksək  sürətlərdə  aparmağa 

şərait yaranır.  

Strukturun    çatışmayan  cəhəti  6-cı  sərbsətlik 

dərəcəsini  kompensasiya  etmək  üçün  tətbiq 

edilən məcburi aparılan bəndin olmasıdır (şəkil 

2).  Bu  işçi  fəzanın  optimal  istfadəsini    məh-

dudlaşdırır. Digər problem  bu tipli dəzgahlara 

xas olan uzun qolların tətbiq ilə bağlı dinamik 

məsələdir.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. PENTAPOD dəzgahının kinematik quruluşu 

 

(alm. PENTAPOD, ingl. PENTAPOD



  

Peristaltik  nasos  mayeni  elastiki  şlanqlarla 

hərəkət etdirməyə xidmət edir. İş prinsipi şlanq 

boyu  diyirlənən    diyircəyin  şlanq  daxilindəki 

mayeni sıxışdıraraq irəliyə hərəkət etdirməsinə 




Peristaltik nasos 

 

54 


 

əsaslanır.  Nasos  adətən  elastiki  şlanqdan  bir 

neçə  diyircəkdən  və  dayaq  səthlərindən  iba-

rətdir.  Dayaq  səthi  olmayan  nasos  konstruk-

siyalarına  da  rast  gəlinir.  Bu  halda  diyircək 

tarım çəkilmiş şlanq boyu diyirlənir və mayeni 

hərəkət etdirir. 

Bu 


tip 

nasoslar 

tibbdə 

qanın 


nəqli 

üçün  istifadə edilir. Nasos qanın hüceyrələrini 

dağıtmadan   kiçik  sürətlərdə  bərabər  vurulma-

sını təmin edir. Peristaltik nasosların seçilməsi 

zamanı nasosun  uzunömürlülüyünü təyin  edən 

şlanqın  materialı  və  onun  gücünü  təyin  edən 

daxili  diametri  əsas  götürülür.  Nasosun  məh-

suldarlığı  həmçinin  valın  fırlanması  və 

diyircəklərin  sayından  asılıdır.  Diyircəklərin 

sayı  mayenin  bərabər  axmasını  təyin  edir. 

Onların sayı 2÷8 arasında yerləşir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



a)

 

                                  b) 



 

Şəkil 1. Peristaltik nasos 

a-divarlı, b- sərbəst şlanqlı 

 

(alm. peristaltische Pumpe, ingl.  Peristaltic pump)



  

 

Perlit  austenitdən  yaranan  evtektoid,  meta-

stabil dəmir-karbon legirinin tərkibidir. →Aus-

tenitin  bu  evtektoid  parçalanması 723°C-ə  baş 

verir.  Perlit 

α

  kristalları  (ferrit)  və  dəmirkar-



bidindən  Fe

3

C  (sementit)  ibarətdir.  Evtektoid 



konsentrasiyası  0,8%-ə  bərabərdir.  Perlit  tər-

kibli  strukturda 

sementit  lay  şəklində  olur 



(şəkil  1).  Yumşaltma  əməliyyatı  nəticəsində 

lay şəklində olan perlit kürə forması alır (şəkil 

2).  Bu  halda  perlitdəki  sementit  kifayət  qədər 

stabilliyə malik olur ki, o qrafit-perlitə çevrilə  

bilməyir.  Strukturu  stabilləşdirmək  üçün  1%-

dən  artıq  olaraq  manqan  tərkibli  sorbit  götü-

rülür. Sorbit də trostit kimi incə laylı struktura 

malik  perlitdir.  Onun  laylı  strukturu  yalnız 

həddən  çox  böyüdüldükdə  nəzərə  çarpır.  Hər 

ikisi də polad ərintisinin böyük soyutma sürət-

lərində  əmələ  gəlir.  Bu  sürət  sorbit  üçün 

50÷200 K/san, troostit üçün isə 250 K/san-dan 

yüksək  olmalıdır.  Eyni  zamanda  A

1

  tempera-



turu aşağı salınır.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Laylı perlit tərkibə malik çuqun(3000:1) 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  2.  Kürəvi    perlit  tərkibə  malik  polad  (600:1)


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə