Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə25/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   21   22   23   24   25   26   27   28   ...   211

Pardaqlama izi 

 

47 


 

müstəvi  pardaqlamada  da  izlər  çarpazlaşmış 

şəkildə əmələ gəlir.  

 

(alm. das Schleifbild, ingl. Surface pattern ) 



 

Pardaqlama lenti → Elastiki altlıqlı pardaq 

aləti 

 

Pardaqlama mərkəzi maşın hissələrinin təmiz 

emalında  tətbiq  olunan  rəqəmli  proqramla 

idarə olunan 

pardaqlama dəzgahıdır. Bu dəz-



gahlar    alət  maqazini  və  pəstahdəyişən  mexa-

nizmlə  təchiz  olunaraq  geniş  spektrdə  his-

sələrin  çevik  emalına  imkan  yaradırlar.  Şəkil 

1-də  beş  koordinatlı  pardaqlama  mərkəzi 

sxematik təsvir olunmuşdur.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Pardaqlama mərkəzi 

1-dayaq,  2-eninə  xizək,  3-uzununa  xizək,  4-dönən 

stol,  5-pəstah  şpindeli,  6-  maqazinli  alətdəyişən,  7- 

palet maqazinli palet dəyişən. 8- emal düzümü 



 

Bu  dəzgah  alətdəyişən,  alət  maqazini,  palet 

maqazini,  palet  dəyişəndən  ibarətdir.  Dəzgah 

həm daxili, həm də xarici səthlərin emalı üçün 

nəzərdə  tutulmuşdur.  Aşağıdakı  pardaqlama 

əməliyyatları yerinə yetirilə bilir: 

 

Dairəvi pardaqlama, 



 

Müstəvi pardaqlama, 

 

Paz pardaqlama, 



 

Sərbəst formalı səthlərin pardaqlanması, 

 

Burğulama və frezləmə. 



Dəzgahın  dayağına    bərkidilmiş  baş  şpindel 

şaquli istiqamətdə hərəkət edə bilir. Dayaq özü 

Z  istiqamətində  yerdəyişmə  alır.  Pəstahın 

bərkidildiyi  uzununa  stol  X  istiqamətində 

hərəkəti  öz  üzərinə  götürür.  Bundan  əlavə 

dəzgahda iki dönmə koordinatı mövcuddur: 

 

Üzununa stola bərkidilmiş dönən stol B   



       oxu boyunca dönür, 

 

Pəstah  şpindeli  C  oxu  boyunca  dönə-



biləndir. 

Pəstahın  bərkidilməsi  avtomatik  olaraq  yerinə 

yetirilir.  

 

(alm. der Schleifzentrum, ingl. Grinding Center  ) 



 

Pardaqlama  tsikli  maşın  hissələrinin  pardaq-

lanmasında bir emal mərhələsi daxilində yerinə 

yetirilən  hərəkətlər  ardıcıllığının  toplusudur 

(şəkil 1).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Deşiklərin emalında pardaqlama tsikli 

a-deşiyə  daxilolma,  b-  səthə  toxunana  qədər  sürətli 

yaxınlaşma,  c-  kobud  pardaqlama,  d-düzləndirmə, 

e-təmiz  pardaqlama,  f-geriyə  çəkilmə  və  deşikdən 

çıxış 

 

Məsələn,  daxili  pardaqlamada  alətin  deşiyə 



sürətlə  yaxınlaşması,  hissəyə  toxunana  qədər 

sürətli  hərəkəti,  kobud  pardaqlama,  pardaq 

dairəsinin  emal  zonasından  çıxıb  düzlən-

dirilməsi, yenidən kəsməyə daxil olması, təmiz 

emal, sığallama, deşikdən çıxmaq kimi  işçi və 

köməkçi  hərəkətlər  bir  tsiklin  daxilində  baş 

verir.  

 

NC  idarə  sisteminə  malik  pardaqlama 



dəzgahlarında  tsikllər  artıq  makro-proqramlar 

şəklində  mövcuddurlar.  Onlara  müxtəlif  par-

daqlama  parametrlərini  daxil  etməklə  dəz-

gahlarda  verilmiş  hissənin  emalını  aparmaq 

mümkündür.  Belə  tsikllərin  tətbiqi  istehsalın 

hazırlığına  sərf  olunan  vaxta  qənaət  və 

prosesin etibarlığının artırılmasına xidmət edir.  

 



Pardaqlama tsikli 

 

48 


 

(alm. der Schleifzyklus, ingl. Grinding cycle ) 



 

Pardaqlama  üsulları  müxtəlif meyyarlar əsa-

sında  pardaqlama  prosesinin  sinifləşdirilməsi 

nəticəsində təyin olunur. Birinci növbədə emal 

olunan səthin həndəsi formasından asılı olaraq 

→müstəvi  və  dairəvi  pardaqlama,  spiral  və 

dişli çarxların səthlərinin pardaqlanması, profil 

pardaqlama  və  əl  ilə  pardaqlama  mövcuddur. 

Pəstahın  bərkidilməsi  üsuluna  görə  →mər-

kəzsiz  pardaqlama  və  tərtibatda  bərkidilmiş 

pəstahların pardaqlanması fərqləndirilirlər.  

Alətin işçi səthinin formasına görə yan və  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

periferiya  üzrə  pardaqlama  tətbiq  edilir.  Həm-

çinin  istifadə  edilən  abraziv  alətin  bərk  və  ya 

yumşaq  struktura  malik  olmasına  görə,  və 

əməliyyatın  xarakterinə  görə  (kobud,  təmiz, 

incə)  pardaqlama  növləri  vardır.  Kobud  par-

daqlamada  material  həcmi,  təmiz  və  incə  par-

daqlamada isə səthin keyfiyyəti öndə durur.  

Doğrama  pardaqlamasında  material  böyük 

blokdan ayrılır. Burada səthin keyfiyyəti ikinci 

dərəcəli  rol  oynayır.  Daha  başqa  pardaqlama 

növü sabit qüvvə ilə emaldır.  

Tərtibatda  bərkidilmiş  pəstahın  dairəvi  par-

daqlanmasında veriş pəstahın oxuna nisbətən 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Dairəvi pardaqlamada üsul variantları 

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə