Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə22/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   18   19   20   21   22   23   24   25   ...   211

Parametrik optimallaşdırma 

 

41 


 

Parametrik  optimallaşdırma  zamanı  model-

ləri  onlar  istehsal  şəraitində  texnoloji  mə-

sələlərin  həllində    yararlılıq  baxımından  qiy-

mətləndirilir.    Onlar  statistik  üsulların  tətbiqi 

ilə  yoxlanılırlar  (məsələn  iki  texnoloji  məsə-

lənin  həlli  üsulunun  müqayisəsi,  riyazi  mo-

delin  təsadüfi  amillərə  qarşı  həssaslığını  yox-

lamaq,  riyazi  modelin  adekvatlığa  yoxlan-

ması).  


 

(alm.  die  parametrische  Optimierung,  ingl.  Para-



metric optimization

 

Pardaq  dairəsi  metalların kəsmə ilə emalında 

tətbiq  olunan  birləşmiş  dənəciklərdən  ibarət 

→abraziv  alətdir.  Dəzgahların  şpindelinə 

bərkidilən pardaq dairələri emal zamanı böyük 

sürətlərdə  (Vd

  20÷200  m/san)  tətbiq  edilir. 



Pardaq  dairəsinin  doğuranı  üzrə  yerləşmiş 

dənəciklər  pəstah  və  alət  arasında  yerinə 

yetirilən  kinematikaya  uyğun  olaraq  materiala 

bataraq  nazik  yonqar  qatı  çıxarır.  Dənəciyin 

pəstahla təması dairənin həndəsi forması, veriş, 

kəsmə sürəti və dərinliyindən asılıdır.  

  Pardaq  dairələri  həndəsi  formadan  əlavə 

abraziv  material,  →dənəvərlik,  →bərklik, 

struktur  və  birləşdirici ilə  səciyyələndirilir.  Bu 

göstəricilərin  kombinasiyası  yerinə  yetirilən 

texnoloji tapşırıqlardan asılı olaraq seçilir. Par-

daq  dairələrinin  xarakterik  göstəriciləri  stan-

dartlaşdırılmışdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

          a)  



 

b) 


 

Şəkil 1. Pardaq dairələrinin bərkidilməsi üsulları 

a- disk dairəsi, b- boşqab dairəsi. 

 

Pardaq  dairələri  malik  olduqları  yüksək 



çevrəvi  sürətinə  görə  həm  də  yüksək  kinetik 

enerji  daşıyıcısıdır.  Bundan  əlavə  dairə  daxi-

lində  mərkəzdənqaçma  qüvvələri  təsir  edir. 

Ona  görə  də,  pardaq  dairələrinin  təhlükəsiz 

işləmələri  üçün  onların  şpindeldə  bərkidilmə 

mexanizmlərinə  yüksək  tələblər  qoyulur.  Bu, 

dairənin  həndəsəsindən  asılı  olaraq  müxtəlif 

olur  (şəkil  1).  Dairəni  tutmaq  üçün  işlədilən 

qasnaq  çuqun,  polad,  aluminium  legirlərindən 

hazırlanır  (→pardaq  dairəsi  üçün  tutqac). 

Qasnağın dairəni əhatə sahəsi ən azı onun 2/3-

ni  təşkil  etməlidir.  Dairə  ilə  qasnaq  arasında 

çox  vaxt  kağız,  dəri  və  rezin  kimi  araqatı 

qoyulur. 

 

(alm. die Schleifscheibe; ingl. Grinding wheel



 

Pardaq  dairəsi  üçün  tutqac    emal  zamanı 

qüvvə  tətbiq  edərək  pardaq  dairəsini  sıxıb 

tutmaq  üçün  tətbiq  olunur  (şəkil  1).    Tutqac 

pardaq dəzgahının şpindelində oturdulur.   

→Pardaq dairəsi ilə tutqacın  gövdəsi arasında 

elastik materiallardan (kağız, parça, dəri və s.) 

araqatı  qoyulur.  Bununla  aralıq  səthlərində 

olan  nahamarlıqlar  sayəsində  yaranan  qüvvə 

meyillənmələri  azaldılır.      Onu  nəzərə  almaq 

lazımdır  ki,  zaman  keçdikcə  araqatı  oturur  və 

sıxıcı qüvvəsi azalır. 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Pardaq dairəsi üçün  tutqac 

a-tarazlayıcı  yük,  b-dairənin  eni,  c-dairənin  hün-

dürlüyü,  d-qasnağın  daxili  diametri,  e-örtmə,  f-

qasnağın xarici diametri, g-dairənin xarici diametri  

 

 

Sıxıcı  qüvvəsi  azaldıqda  pardaq  dairəsi  tut-



qacın  gövdəsində  boşa  fırlanır.  Bundan  əlavə 

tutqacla  dairə  arasında  yaranan  əlavə  boşluq 

dairənin  mərkəzləşmiş  vəziyyətini  poza  bilər 

və  nəticədə  yaranan  radial  qüvvə  pardaq  dai-

rəsinin  sınmasına  gətirib  çıxara  bilər.      Digər 



Pardaq dairəsi üçün tutqac  

 

42 


 

tərəfdən  pardaq  dairəsinin  həddindən  çox 

bərkidilməsi  yerli  gərginliklərin  həddən  artıq 

olması və dairənin ovulması ilə nəticələnir. Bu 

halda da dairə sıxma qüvvəsinin 

təsiri  altında  dağılmaya  məruz 

qalması ehtimalı artır

 

 



(alm. die Aufnahmevorrichtung für 

Schleifwerkzeuge, ingl. Fixture 

device for grinding tools

 

Pardaq  dairəsinin  tarazlaşdı-

rılması  hazırlama  zamanı  yol 

verilmiş  forma  xətası  nəticəsin-

də  yaranmış  →disbalansı  azalt-

maq  üçün  tətbiq  edilir.  Pardaq 

dairəsinin  disbalansının  ölçül-

məsində  və  aradan  qaldırılma-

sında  həm  statik  (→Tarazlaşdırma),  həm  də 

dinamik tarazlaşdırmadan istifadə edilir.  

 

(alm. das Auswuchten von Schleifscheiben, ingl.



 

Balancing of grinding wheels

 

Pardaqlama  abraziv  alətlərlə  maşın  hissə-

lərinin  səthlərinin  mexaniki  emalı  üçün  tətbiq 

olunan  prosesdir.  Alət  kimi  tətbiq  olunan 

→pardaq dairələri təbii və ya süni şəkildə ha-

zırlanmış  çoxlu  sayda  kiçik  dənəciklərdən 

ibarətdir.  Alətin  periferiyası  üzrə  paylanmış 

kəsici  elementlər  böyük  sürətlərdə  (v=20÷150 

m/san) çoxlu sayda kiçik yonqarlar çıxarırlar.    

Pardaqlamanın əsas məqsədi  yüksək  ölçü  və 

forma  dəqiqliyi,  həmçinin  təmizlik  ilə  səciy-

yələnən keyfiyyətli səth əldə etməkdir. Bundan 

əlavə  çıxarılan    materialın  həcmi,  texnoloji 

vaxt,  ətraf  mühit  və  erqonomiya  da  prosesin 

iqtisadi  səmərəliliyi  baxımından  vacib  məsə-

lələrdəndir.  

Pardaqlama,  alət  hazırlayan,  avtomobil,  mü-

hərrik,  ötürmələr,  yastıq  istehsalı  sənayesi 

sahələrində,  həmçinin  maşınqayırmanın  prak-

tiki  bütün  sahələrində  fərdi  və  seriyalı 

istehsalda tətbiq olunur. Son zamanlar pardaq-

lamanın  geniş  tətbiqi  bu  finiş  əməliyyatının 

yüksək  keyfiyyət  verməklə  bərabər,  həm  də 

yüksək məhsuldarlığa malik olması ilə bağlıdır 

(→Yüksək sürətli pardaqlama). 

Prosesin  mexanizminə  uyğun  olaraq  pardaq 

dənəcikləri  verilmiş  kinematikaya  əsasən 

pəstaha  çox  yastı  trayektoriya  üzrə  toxunur 

(şəkil 1). 

 

 

 



Şəkil 1. Pardaqlamada yonqarçıxarma mexanizmi 

1-yonqarın  yığılması,  2-yuxarıya  sürüşən  material, 

3-  kəsmə  müstəvisində  sürtünmə  ilə  kəsmə,  4- 

material  axını  və  bərkimə,  5-  bərkimiş  qat,  6-yan 

tərəfə  basma,  7-  dal  üzdə  sürtünmə,  8  –  materialda 

elastiki  yerdəyişmə.  

 

Dənəciyin  materialla  ilk  təması  zamanı 



yaranan  elastiki  deformasiyadan  sonra  gələn 

plastiki  deformasiya  nəticəsində  yonqar  qatı 

çıxarılır.  Pardaq  dənəciyinin  kəsən  hissə-

sindəki  dəyirmilik  radiusu  (

ρ

)  ilə  kəsmə 



dərinliyinin  (t)  arasında  olan  nisbətdən  (k)  

asılı  olaraq  yüksək  yerli  temperatur  müşaiyəti 

ilə    material  kəsilir:  k=t/

ρ

.  K-nın  kiçik 



qiymətində  sürüşmə,  orta  qiymətində  defor-

masiya,  böyük  qiymətində  isə  kəsmə  prosesi 

baş  verir.  Abraziv  dənəcikləri  narınlaşdıqca 

dəyirmilik radiusu və kəsmə bucağı kiçilir.  

Yonqarkəsmə  prosesində  pardaq  dairəsi 

mexaniki,  termiki  və  kimyəvi  təsirlərə  məruz 

qalır.  Burada,  kəsmə  zonasında  yerləşən  ayrı-

ayrı  dənəciklərə  təsir  edən  qüvvələrin  cəmi 

pardaqlamada  kəsmə  qüvvəsini  yaradırlar.  Bu 

qüvvə  toxunan,  radial  və  oxboyu  istiqa-

mətlərində  təsir  edən  komponentlərinə  bö-

lünür. 


Pardaqlama 

qüvvəsi 


ilə 

yonqar 


çıxarmada əmələ  gələn  sürtünmə,  deformasiya 

və kəsmə qüvvələri dəf olunur (şəkil 2).  




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə