Pardaqlama dəzgahı
45
Şəkil 1. Pardaqla dəzgahlarının işləmə sxemləri:
a-
xarici pardaqlama, b-daxili pardaqlama, c-daxili
planetar pardaqlama, d-xarici mərkəzsiz pardaq-
lama, e – daxili mərkəzsiz pardaqlama, f-müstəvi
pardaqlama, g- alətin yan hissəsi ilə müstəvi
pardaqlama, -1-pardaq dairəsi, 2-boyunduruq, 3-
pəstah, 4-aparıcı dairə, 6- dayaq lövhəsi.
Şəkil 2. Uzununa müstəvi pardaqlama dəzgahının
konstruktiv elementləri
a-gövdə, b-xizəklər, c-pardaqlama stolu, d-qoruyucu
lövhə, e-şpindel başlığı, f-dayaq, g-pardaq dairəsi,
h- qoruyucu qabıq, i-düzləndirici, k-tozsoran, l-veriş
mexanizmi, m-mühərrik, n-soyuducu-yağlayıcı ma-
ye qurğusu, o-su borusu, p- idarə pultu, q- idarə-
etmə sistemi dolabı.
tutulur. Dəzgahın stolunda bərkidilmiş düzlən-
dirmə aləti müxtəlif kinematik prinsipə malik
olur. Pardaq dairəsinin düzləndiriciyə yaxınlaş-
dırılması və təmasa girməsi dəzgahın idarə sis-
teminin
köməyi
ilə
aparılır.
Mövqeyi
dəzgah
koordinat
sistemində məlum olan düzləndirici
qurğulardan
istifadə
üçün
NC
dəzgahlarında
xüsusi
tsiklik
proqramlar nəzərdə tutulur.
(alm. die Schleifmaschine, ingl. Grin-
ding machine)
Pardaqlama ilə kəsmə üsulu eni
nisbətən kiçik olan abraziv alətlə
pəstahların böyük sürətlərdə kəsil-
məsinə xidmət edir. Əsas tətbiq sa-
həsi yayma, döymə, yonma dəzgahlarının
maqazinləri üçün lazım olan pəstahın hazır-
lanmasıdır. Burada iki növ kəsmə üsulu
fərqləndirilir:
Soyuq halda kəsmə,
İsti halda kəsmə.
Soyuq halda pəstah otaq temperaturunda, isti
halda isə o közərmiş hala qədər qızdırılır və
sonra kəsilir. Kəsmə zamanı proses həmçinin
quru və ya soyuducu mayenin tətbiqi ilə apa-
rıla bilir. Maye ilə kəsmə tablandırılmış
poladların kəsilməsində və çətin emal oluna-
bilən metalların emalında tətbiq tapır. Bu
üsulun çatışmayan cəhəti onun yüksək səs və
toz ayrılması ilə müşaiyət olunmasıdır.
Yüksək möhkəmlikli materialların (məsələn:
CrNi-poladlar, paslanmayan poladlar) kəsilmə-
sində bu üsul mişarlamanı uğurla əvəz edir.
Pardaqlama materialı kimi kubik bornit-
riddən istifadə edərək prosesin məhsuldralığı
artırılır. Emalın 60÷100 m/san arasında yerlə-
şən sürətlərdə aparılması iqtisadi cəhətdən da-
ha əlverişlidir. Verilən tapşırıqdan asılı olaraq
pəstah kəsmə zamanı mişarlamadan fərqli
olaraq 15 dəfə tez fırladıla bilir. Kəsmədə
tətbiq olunan pardaq dairələrinin diametri
30÷1800 mm, eni isə 0,05÷20 mm arasında
yerləşir.
Şəkil 1-də kəsmə üsullarının müxtəlif növləri
göstərilmişdir. Eninə verişlə kəsmədə pardaq
dairəsi radial verişlə hissəni ikiyə bölür. Bu
üsul böyük hissələrdə tətbiq olunur. Uzununa
verişlə kəsmədə alət üfüqi veriş alaraq bir və
ya bir neçə hissəni kəsə bilir. Alətin irəli-geri
hərəkəti ilə kəsmədə proses üçün bir neçə
Pardaqlama ilə kəsmə
46
gedişə ehtiyac olur. Alət hər iki gedişin
sonunda radial istiqamətdə veriş alır. Fırlanan
hissənin pardaq dairəsi ilə kəsilməsi adətən bo-
ruların emalında geniş istifadə olunur. Pəstah
ilə pardaq dairəsinin fırlanma istiqamətləri
müxtəlidir.
Şəkil 1. Pardaqlama ilə kəsmə üsulları
a-eninə verişlə, b-uzununa verişlə, c-irəli-geri
hərəkətlə, d-fırlanma ilə.
(alm. das Trennschleifen, ingl. Abrasive cutting )
Pardaqlama ilə kəsmə dəzgahı boru, çubuq
və ya profilli uzun hissələrin doğranması və ya
kəsilməsi üçün tətbiq olunur (şəkil 1).
Şəkil 1. Pardaqlama ilə kəsmə dəzgahı
Dəzgahda quraşdırılmış, sürətlə fırlanan disk
şəkilli pardaq dairəsi (diametri/eni=50) kiçik
yarıqlar açaraq hissənin həmin yerdən ayrıl-
masına gətirib çıxarır. Kəsilmiş səthlər təmiz
alınır. Pardaqlama ilə kəsmə dəzgahının əsas
xüsusiyyəti proses ərəfəsində vahid zamana
düşən material həcminin yüksək olmasıdır. Bu
qiymət 20000 mm
3
/san həddinə qədər ola bilir.
Dəzgahın asan idarə olunması, yonqarın tez
təmizlənməsi, tətbiq sahəsindən və kəsmə
qüvvəsindən asılı olaraq kobud olması dəzgaha
qoyulan əsas tələblərdəndir.
Döymədən və ya yaymadan sonra alınmış
hissələrin yüksək temperaturda kəsilməsi isti
halda aparılan üsulla yerinə yetirilir. Dəzgahın
konstruksiyası tətbiq olunan kəsmə üsulları:
eninə və uzununa verişlə, irəli-geri hərəkətlə,
fırlanma ilə aparılan prosesdən asılı olaraq
layihələndirilir.
(alm. die Trennschleifmaschine, ingl. Cutting-off
machine)
Pardaqlama izi pardaq dairəsi ilə emalda ab-
raziv dənəciklər tərəfindən aparılan mikro-
yonma zamanı buraxılan izdir (şəkil 1). Kəsmə
zonasına daxil olan dənəciklər səthi plastik
deformasiyaya uğradır. Dənəciklər xaotik yer-
ləşdiyindən hər bir “dənəciyin izi”n üzərindən
onun arxasınca gələn başqa dənəciklər kəsərək
keçir. Açılmış izlər dəfələrlə deformasiyaya
məruz qalır və beləliklə o yonqar tam çıxarı-
lana qədər daimi olaraq yerini dəyişir: bu və ya
digər tərəfə sürüşür.
Şəkil 1. Polad 45-in səthində pardaqlama izləri.
Emal aşağıdan yuxarıyadır, Vc= 30 m/s.
Pardaqlama izinin strukturu emalın ki-
nematikasından asılı olaraq paralel və bir-
birinə çarpaz şəklində ola bilir. Birinci hal disk
dairəsi ilə müstəvi pardaqlama üçün səciy-
yəvidir. İkinci hal, alətin hər gedişdən sonra öz
veriş istiqamətini əvvəlkinə nəzərən dəyişməsi
zamanı baş verir. Boşqab formalı dairələrlə