Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə32/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   28   29   30   31   32   33   34   35   ...   211

Pəstahalma üsulu 

 

61 


 

(çüqün, polad legirləri, əlvan metallar və s.) və 

qeyri metal materiallardan istifadə edilir.  

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Tökmə-qaynaq yolu ilə hazırlanmış pəstah 

 

Məqsədəuyğun pəstahalma üsulu konstruktor 

tərəfindən  təklif  olunur.  Seçilmiş  pəstahalma 

üsulu  hissənin  maya  dəyərinin  mümkün  qədər 

kiçik  olmasını  təmin  etməlidir.  Pəstahın 

hazırlanma prosesində ölçü və forma dəqiqliyi 

yüksəldikcə,  sonrakı  mərhələlərdə  mexaniki 

emalın  əməktutumu  hiss  olunacaq  dərəcədə 

azalır.  Mexaniki  emal  payları  təyin  olunduq-

dan  sonra  pəstahın  ölçüləri  tapılır  və  cizgidə 

müsahidələrlə göstərilir.   

 

(alm. die Rohteilfertigung, ingl. Blanking operation

 

Pəstahdəyişən  pəstah  maqazini  və  dəzgah 

arasında  əlaqələndirici  mexanizmdir.  Onun 

işlədilməsi  əl  və  ya  avtomatik  olaraq  aparıla 

bilir.  Pəstahdəyişən  avtomatlaşdırılmış    isteh-

salın tərkib hissəsidir. Pəstahın daxil olması və 

dəyişdirilməsi  buferləmə, taktın  sazlanması  və 

nəzarət  kimi  mərhələlərdən  ibarətdir.  Pəstah 

nəqli bir neçə dəzgahın əlaqələndirilməsi üçün 

də  tətbiq  edilə  bilər.  Bu  funksiyalar  əsasən 

pəstahın  növü,  forması,    ölçüsü  və  stabilliyyi, 

həmçinin  emal  və  dəzgahın  işçi  sahələrindən, 

pəstahın  düzülmüş  və  ya  pərakəndə  formada 

yığılmasından   asılı olur.   Verilmiş emal üçün 

pəstah  maqazində  lazımi  qaydada  yığılma-

lıdırlar.  Kiçik  ölçü  və  stabilliyə  malik 

hissələrin yığılmasını şəkil 1-dən görmək olur. 

 Pəstahın  dəyişdirilməsi  üçün  tutqaclardan 

istifadə  olunur.  Hərəkət  imkanları  fırlanma, 

düzxətli  və  ya  da  kombinə  edilmiş  hərə-

kətlərdən ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.  Kiçik hissələrin yığılması və nəqli üçün me-

xanizm 

 

Pəstahın  qərarlaşması  mexaniki,  hidravlik, 



pnevmatik  və ya elektrik üsullarla yerinə yeti-

rilir.  Şəkil  2-də  torna  dəzgahında  emal  üçün 

çubuq  parçalarının  yerləşdirilməsi  və  işçi  zo-

naya  verilməsini  həyata  keçirən    stasionar 

pəstahdəyişən  təsvir  eidlmişdir.  Pəstahların 

çevik 


dəyişdirilməsi 

üçün 


çox 

vaxt 


manipulyatorlardan (robot əli) da geniş istifadə 

edilir. 


Əgər  dəzgahlarda pəstahların  yerləşdirilməsi 

və  bərkidilməsi  mexanizmi  eyni  zamanda 

mövqeləşmə  nöqtələri  olan  nəqledici  palet 

kimi  istifadə  edilərsə,  onda  pəstahın  dəyişdi-

rilməsi  sadəcə  olaraq  paletlərin  dəyişdiril-

məsinə  gətirilir  ki,  bununla  də  müxtəlif  pəs-

tahların  emalında  yüksək  çeviklik  əldə  etmək 

mümkündür.    




Pəstahdəyişən 

 

62 


 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Pəstah dəyişən 

 

(alm. der Werkstückwechsler, ingl. Workpiece 



changer ) 

 

Pəstahları  bərkitmə  vasitələri  dəzgahlarda 

emalı  zamanı  pəstahıların  lazımi  mövqedə 

tərpənməz  tutulub  saxlanmasına  xidmət  edir. 

Bunun  üçün  tətbiq  edilən  bərkidilmə  mexa-

nizmləri  bərkidilən  pəstahın  həndəsi  forma-

sından və emal üsullarından asılı olaraq seçilir. 

Sərt  və  elastiki  bərkidicilər məlumdur.  Bərkit-

mə o vaxt sərt olur ki, pəstahın tutulması üçün 

tətbiq  olunan  vasitələr  (mexanizmlər)  emal 

prosesi 

zamanı 


öz 

mövqeyini 

saxlayır, 

tərpənməz  qalır.  Elastiki  bərkitmə  vasitələrinə 

yay,  sıxıcı  və  sorucu  hava,  həmçinin  sıxılmış 

maye və plastiki kütlə daxildir.  

Praktikada  tətbiq  olunan  tərtibatların  göv-

dələri,  prizmatik  və  lövhə  formalı hissələr  çox 

vaxt  yivli  tutqacların  köməyi  ilə  bir  başa 

dəzgahın stolunda bərkidilir (şəkil 1). 

 

 

Şəkil 1. Müxtəlif yivli sıxıcı lövhələr 



 

Ən  çox  tətbiq  olunan  tərtibatlar  kimi  –

məngənələrdən istifadə  olunur. →Məngənə  ilə 

prizmatik hissələri təminatlı bərkitmək olur.  

Fırlanma  səthlərinə  malik  hissələrin  (mə-

sələn:  torna  dəzgahında)  müxtəlif  –  →sıxıcı 

patronlardan  istifadə  edilir.  Patronlar  böyük 

sıxma  diapozonuna  malikdir,  amma  pəstahı 

çox az yerdən tutur. Sanqalar isə bundan fərqli 

böyük  tutma  səthinə  malikdir.  Sanqa  daxi-

lindəki  sıxıcı  val,  oxboyu  istiqamətdə  konusu 

dartaraq  tutulan  hissəyə  sıxır.  Yarıqlı  konus 

açılır  və  hissəni  bərk  tutur.  Sanqaların    sıxıl-

ması  hidravlik  və  ya  pnevmatik  olaraq  sis-

tematik baş verir (şəkil 2).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Sanqa ilə bərkitmə 

1-dəzgah  şpindeli,  2-sanqa,  3-qapayıcı  qayka,  4-

bərkidici  konus,  5-sıxma  üçün  itələyici  boru,  6- 

dayaq, 7-veriş sanqası, 8-itələyici boru 

 

(alm. das Spanmittel für Werkstücke, ingl. 



Clamping device for workpieces ) 

 

Pilqer  yayma  valı  eyni  adlı  yayma  üsu-

lunu  reallaşdırmaq  üçün  tətbiq  olunan 

alətdir.  Bu val fırlandıqca öz en kəsiyini 

borunun  lazım  olan  ölçüsünə  qədər  ki-

çildir  (şəkil  1).  Burada  valın    200÷220° 

əhatə  bucağında  yerləşən  hissəsi  kalibr 

adlanır.  İşçi  kalibr  konik  pilqer  ya-

rığından  ibarətdir.    Əhatəsi  boyunca  ka-

libr üç hissədən ibarətdir. Öndə alət sabit 

qalan  hamar  silindrik  hissədən,  onun 

ardınca  böyüyən  çıxış  hissəsi  və  sonda 

boş gediş kalibri yerləşir. 

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə