Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə23/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   19   20   21   22   23   24   25   26   ...   211

Pardaqlama 

 

43 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Cədvəl 1. Pardaqlama prosesinin göstəriciləri 



 

 

Şəkil 2. Pardaqlama prosesinin sxematik təsviri 

t-kəsmə dərinliyi, Vd-pardaq dairəsinin çevrəvi sürəti, v

his


. – hissənin sürəti, F

n

-normal qüvvə, F



t

- toxu-


nan qüvvədir.  

 



Pardaqlama 

 

44 


 

Prosesə  tətbiq  olunan  enerji  istiliyə  çev-

rilərək  pəstaha  keçir  və  orada  yerli  tem-

peraturun  artmasına  gətirib  çıxarır.  Bu  tem-

peraturun  pəstahda  yayılma  miqdarı  dənə-

ciklərin kəsmə zonasında həndəsi və kinematik 

nisbətindən  bir  başa  asılıdır.  Məsələn,  veriş 

istiqamətində  istiliyin  miqdarı,  verişin  əksinə 

pardaqlamadan dəfələrlə kiçikdir. Onu da qeyd 

etmək  lazımdır  ki,  pardaqlamada  yonqar-

əmələgəlmə  digər  kəsmə  üsullarına  nisbətən 

daha  çətin  şəraitdə  baş  verir.  Çünki  kəsmədə 

iştirak  edən  dənəciklərin  qabaq  bucağı həmişə 

müsbət  olur.  Bu  da  yonqarın  kəsilməsini 

çətinləşdirir. 

Kəsmə  zonasında  yaranan  istilik  təkcə  emal 

olunan  səthə  yox,  həm  də  pardaq  alətinin  işçi 

səthinə  də  mənfi  təsit  göstərir.  Məsələn,  500÷ 

1000°C  arasında  yerləşən  temperaturda  pəs-

tahın  səthində  struktur  dəyşiklikləri  baş   verir.  

Yüksək temperatur mexaniki yükləmə ilə bəra-

bər  pardaq  dairəsinin  işçi  qatında  yerləşən 

dənəciklər  arasındakı  birləşdiricinin  tez  dağıl-

masına  səbəb  olur  ki,  bununla  da  alətin  yeyil-

məsi  intensivləşir.  Ona  görə  də,    pardaqlama 

əsas  etibarı  ilə,  həmişə  →soyuducu  yağlayıcı 

mayenin iştirakı ilə aparılır.  

Pardaqlama  bir  çox  amillərin  müşaiyəti  ilə 

gedən  prosesdir.  Prosesi  səciyyələndirən  gös-

təricilər  çoxsaylıdır  və  verilən  texnoloji,  iq-

tisadi  tapşırıqdan  asılı  olaraq  qiymətləndirilir. 

Cədvəl  1-də  prosesin  giriş  və  çıxış  pa-

rametrləri,  həmçinin  prosesin  gedişinə  təsir 

edən  amillər    təsvir  olunmuşdur.  Bu  para-

metrlər  toplusu  bütün  pardaqlama  əməliyyat-

ları  üçün  eynidir.  Prosesin  giriş  parametrlərini 

pardaqlamanın  növü,  xassələri  və  dəzgahın 

vəziyyəti,  pardaq  dairəsinin  həndəsəsi  və 

spesifikasiyası,  →düzləndirici  alətlərin  tətbiqi, 

soyuducu-yağlayıcı  mayenin  tərkibi  və  veril-

məsi  və həmçinin kəsmə rejimləri ilə müəyyən 

olunur.  Giriş  parametrlər  proses  zamanı 

yaranan  fiziki  göstəricilərin  (kəsmə  qüvvəsi, 

yonqarəmələgəlmə,  istiliyin  yaranması,  yeyil-

mə, emal vaxtı) qiymətinə bir başa təsir edirlər. 

Qeyd    olunan  parametrlər  prosesin  çıxış  para-

metrləri  ilə  əlaqədə  olub  onun  iqtisadi  və 

texnoloji  nəticələrini  (pəstahın  həndəsəsi,  sət-

hin  xassələri,  kələkötürlük,  yeyilmə,  maya 

dəyəri) müəyyən edir.  

Pardaqlama  tətbiq  olunan  alətin  hən-

dəsəsindən  və  hərəkət  kinematikasından  asılı 

olaraq çoxvariantlı olub →pardaqlama üsulları 

və →pardaq aləti bölməsində şərh edilir. 

 

(alm. das Schleifen, ingl. Grinding



 

Pardaqlama  dəzgahı  materialların  →abraziv 

alətlə təmiz emalı üçün tətbiq olunan →metal-

kəsən  dəzgahlar  qrupuna  aiddir.  Bu  dəzgah-

ların  tətbiqi  hazırlanan  səthin  forma  və  ölçü 

dəqiqliyinə,  həmçinin  keyfiyyətinə  qoyulan 

tələbin  digər  mexaniki  emal  üsulları  ilə  əldə 

edilməməsi ilə bağlıdır.   

 Pardaqlama    dəzgahları  tətbiq  olunan  alət 

növündən,  pəstahdan  və  dəzgah  konstruksiya-

sından  asılı  olaraq  xarici  və  daxili  dairəvi 

pardaqlama,  mərkəzsiz  və  yan  pardaqlama 

kimi fərqləndirilirlər (şəkil 1). 

Pardaqlamada  əsas  hərəkət  pardaq  dairəsi 

tərəfindən  icra  olunur.  Emal  zamanı  alətin 

doğuranı  və  ya  yan  tərəfi  həmişə  pəstahla 

təmasda  olur.  Kəsmə hərəkəti  koordinat  oxları 

boyunca  bir  və  ya  bir  neçə  veriş  hərəkətinin 

cəmlənməsindən 

təşkil 

olunur. 


Dairənin 

pəstaha  nisbətən  fırlanmasından  (istiqamətin-

dən)  asılı  olaraq  veriş  istiqamətində  və verişin 

əksinə pardaqlama  üsulları mövcuddur.  

Pardaqlama  dəzgahının  tərkibi  →şpindel 

başlığı,  stol  düyümü,  →düzləndirmə  qurğusu 

və  →pəstah  tərtibatı,  pardaq  dairəsinin  tara-

zılaşdırılması  qurğusu,  →soyuducu-yağlayıcı 

sistemi, 

həmçinin 

ölçmə 


və 

idarəetmə 

sistemləri  sayılır.  Şəkil  2-də  bu  düyümlər 

müstəvi  pardaqlama  dəzgahının  misalında 

göstərilmişdir.   

Pəstahların    dəzgah  stolunda  bərkidilməsi 

emal  üsulunun  növündən  asılı  olaraq  nüxtəlif 

olurlar.  Müstəvi  pardaqlamada  pəstahlar  sadə-

cə  olaraq  maqnit  lövhənin  üzərində  bərki-

dildiyi  halda,  xarici  dairəvi  pardaqlamada 

pəstahın fırlanmasını icra edən  və bununla bir 

başa  dəqiqliyə  təsir  edən  sıxıcı  patron  və 

mərkəzlərə  ehtiyac  yaranır.  Daxili  pardaqlama 

dəzgahlarında  daha  çox  patronlardan  istifadə 

edilir.  

Texnoloji  sistemə  inteqrasiya  olunmuş  düz-

ləndirmə  qurğusu  pardaq  dairələrinin  iti-

lənməsi  və  düzləndirilməsi  üçün  nəzərdə 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə