ON BİRİNci fəsil MAŞIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ
Sual 65: Minik maşınına xüms düşürmü? Motosiklet və velosibet necə?
Bütün müctəhidlərin rə`yi: Əgər qazanc vasitəsi deyilsə, ona ehtiyac varsa, həmçinin özü və ailəsinin şə`ninə uyğundursa xümsü yoxdur.1
Qeyd: Məsələ o hala aiddir ki, nəqliyyat vasitəsini həmin ilin qazancından əldə etsin.
Sual 66: İş qazancından əldə edilmiş, bə`zən şəxsi, bə`zən isə yük daşımaq, kirayə və qazanc üçün istifadə olunan nəqliyyat vasitəsinə (məsələn, minik maşını və yük maşını) xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Şə`ninə uyğun olan və şəxsi ehtiyacları üçün istifadə etdiyi hissəsinə xüms düşmür. Lakin qazanc məqsədi ilə istifadə olunan hissəsinə xüms düşür.2
Qeyd: Misal üçün nəqliyyat vasitəsinin dəyəri üç milyon manatdır. Bir şəxs ilin yarısını bu vasitədən qazanc məqsədi ilə istifadə etmiş, qalan altı ayı isə şəxsi ehtiyaclarına sərf etmişdir. Xüms ili tamamlandıqda nəqliyyat vasitəsinin dəyərinin yarısının xümsünü verməlidir. (Üç yüz min manat)
Qeyd: Əgər nəqliyyat vasitəsini özü və ailəsinin yaşayış ehtiyacları üçün alıbsa və bə`zən təsadüf olaraq onunla qazanc əldə edirsə, xümsü yoxdur.
Sual 67: İşçi maaşımdan minik maşını almışam ki, onunla qazanc əldə edib dolanışığımı idarə edəm. Çünki dolanışığım, üçün işçi maaşım kifayət etmir. Bu maşına xüms düşürmü?
İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayəyə xüms düşür. Əgər onun xümsünü verdikdə (hərçənd hissə-hissə) qalan hissə ilə dolanışığın idarə edə bilməzsə xümsü yoxdur.1
Nuri, Təbrizi və Behcət: Sərmayənin (maşın) dolanışığın idarəsi üçün zəruri olan miqdarına xüms düşmür. Lakin qalan miqdarın xümsü verilməlidir.2
Safi və Vəhid: Sərmayəyə xüms düşür. Əgər xümsü ödədikdə dolanışığını idarə edə bilmirsə, şər`i hakimə ödəyib sonradan ondan borc götürə bilər.3
Qeyd: Əlbəttə, maşınla işləməkdən əldə olunan qazanca xüms düşür.
MAŞIN SATIŞININ XÜMSÜ
Sual 68: Mən bir il öncə ehtiyacım olduğu minik maşını almışdım. Sonradan onu satıb puluna yeni model maşın almışam. Yeni maşına verdiyim pulun qalan hissəsini də ilin gəlirindən ödəmişəm. Xüms verməliyəmmi?
İmam (r): Satdığınız birinci maşının pulunun xümsü dərhal verilməlidir. Əgər maşını yeni maşınla əvəz etsəniz, xümsü yoxdur.1
(İmamdan (r) başqa) Bütün müctəhidlərin rə`yi: Əgər yeni avtomobilə ehtiyacınız varsa və şə`ninizə uyğun olarsa, xümsü yoxdur.2
Qeyd 1: Məsələ o hala aiddir ki, xüms ili tamamlanmamış satılmış maşının pulu ilə yeni maşın alsın. Əgər bu pul xüms ilinin sonunadək qalarsa, evin satış pulu sualının hökmündə olacaq.
Qeyd 2: Bə`zi mərcelər maşın sözünü işlətməsələr də, maşınla başqa ehtiyac olan vasitələr arasında bu cəhətdən fərq yoxdur.
AVTOMOBİL İSTİQRAZININ XÜMSÜ
Sual 69: Ehtiyac duyulan avtomobili almaq üçün hesaba köçürülən qazanc puluna il tamamlandıqda xüms düşürmü?
İmam (r), Sistani, Təbrizi, Safi və Vəhid: Xüms düşür.3
Məkarim: Əgər beh ünvanında hesaba köçürülübsə, xümsü yoxdur. Əmanət şəklində olarsa, xümsü var.4
Behcət, Nuri, Fazil və Xamenei: Əgər maşına ehtiyac olarsa və onu yalnız hesaba pul köçürmək yolu ilə almaq mümkündürsə, xümsü yoxdur.2
Qeyd 1: Uyğun təşkilata köçürülən pulun qazancı olarsa, bir il ötdükdən sonra ona xüms düşür.
Qeyd 2: Qeyd olunmuş hökm yalnız avtomobilə yox, ehtiyac duyulan və pul köçürmək yolu ilə alınan hər bir vasitəyə şamil olunur.
Sual 70: Bir nəfər xüms ilinin ortalarında şəxsi istifadəsi üçün maşın alır. Əgər onu xüms ili tamamlandıqdan sonra təhvil götürərsə, xümsünü verməlidirmi?
(Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr, xüms vermək lazım deyil.3
Sistani: Onun xümsünü günün qiyməti ilə verməlidir.4
Qeyd: Həzrət ayətullah Sistani əşyanın məuna xərclərindən olmasında hazırkı istifadəsini (xüms ilindən öncə) şərt bilir.
ON İKİNci fəsil BANKDAN BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ
Sual 71: Bankda borc kimi xeyriyyə məqsədi ilə verilən sərmayəyə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Borcun xüms ilinin sonunadək (iş qazancından) ödənən hissəsinə xüms düşür.1
Qeyd 1: Götürülmüş borcdan əldə olunmuş qazanca (xüms ilindən artıq qaldıqda) xüms düşür.
Qeyd 2: Əgər qeyd olunmuş sərmayəyə ehtiyac olarsa, bu (vaxtında bu barədə danışılmış) ehtiyac duyulan sərmayənin hökmünü daşıyır.
Sual 72: Tələbələrə verilən borca xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.2
Qeyd 1: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanan məbləğə xüms düşür.
Qeyd 2: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qaldıqda) xüms düşür.
İZDİVAC ÜÇÜN VERİLƏN BORCUN XÜMSÜ
Sual 73: İzdivac üçün verilən borca xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.1
Qeyd 1: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanmış məbləğə xüms düşür.
Qeyd 2: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.
SƏRMAYƏ ÜÇÜN GÖTÜRÜLƏN BORCUN XÜMSÜ
Sual 74: Sərmayəsini artırmaq üçün borc pul götürən şəxs öz borcunu ilin gəlirindən ödəyə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, öz borcunu iş qazancından ödəyə bilməz, onun xümsünü verməlidir.2
XEYRİYYƏ MƏQSƏDİ İLƏ VERİLƏN (“QƏRZUL-HƏSNƏ”) BORCUN XÜMSÜ
Sual 75: İş qazancından əldə etdiyim və xeyriyyə məqsədi ilə başqasına borc verdiyim pulun xümsü varmı?
Bütün müctəhidlərin rə`yi: Əgər xüms ilinin sonunda onu (əziyyətsiz) almaq mümkün olarsa, xümsü verilməlidir. Digər hallarda isə hər vaxt alarsa, dərhal xümsünü verməlidir.1
Dostları ilə paylaş: |