ON BEŞİNci fəsil XÜMSÜN ÖDƏNMƏSİ XÜMSÜN ÖDƏNMƏ YERİ
Sual 91: Xümsü kimə verməliyik?
İmam (r): Öz mərceye təqlidinə (təqlid etdiyi müctəhidə) və ya onunla məsrəfdə kəmiyyət və keyfiyət baxımından eyni nəzərdə olan müctəhidə ödəməlidir. Eyni zamanda mərce təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər.1
Xamenei: Gərək xümsü müsəlmanların vəliyyi əmrinə (rəhbərinə) ya da onun vəkilinə versin. Əgər öz mərce təqlidinin fətvasına əməl etsə də, vəzifəsi boynundan götürülər.2
Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın (ə) payını öz mərce təqlidinə, ya da onunla məsrəfdə kəmiyyət və keyfiyyət baxımından eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını isə vacib ehtiyata əsasən öz mərceye təqlidinə, ya da onun icazəsi ilə seyidlərə verməlidir.3
Təbrizi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Əgər başqa müctəhidə vermək istəsə vacib ehtiyata əsasən öz mərceye təqlidindən icazə almalıdır. Seyidlərin payını isə onların özünə vermək olar.4
Sistani: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Vacib ehtiyata əsasən o ə`ləm və bütün cəhətlərdən agah mərce olmalıdır. Seyidlərin səhmini isə onların özünə vermək olar.1
Safi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya məsrəfdə kəmiyyət və keyfiyyət cəhətdən onunla eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını onların özünə vermək olar.2
Qeyd: Xüms iki hissəyə bölünür. Onun yarısı imamın (ə) səhmi, yarısı isə seyidlərin səhmidir. Böyük ayətullahlar Sistani, Təbrizi və Safi seyidlərin səhmini ödəməkdə müctəhid icazəsini lazım bilmirlər.
XÜMS VƏ XEYİR İŞLƏR
Sual 92: Məsələni bilməmək və cahillik səbəbindən bir şəxs seyidlərin və mə`sum imamın (ə) səhmini xeyir bir işə sərf edib. Lakin bu işi camiuş-şərait müctəhidin icazəsi olmadan edib. Bu şəxs nə etməlidir?
Bütün müctəhidlərin rə`yi: Öz mərceye təqlidinə və ya onun nümayəndəsinə bu işini xatırlatmalıdır. Əgər o məsləhət görərsə bu şəxs vəzifəsini ödəmiş hesab olunacaq.3
İmamın səhmi məsələsi camiuş-şərait müctəhiddən asılı olduğu üçün bu işdə elm və cəhlin heç bir tə`siri yoxdur. Bu iş müctəhidin öhdəsinə buraxılmalıdır. Əgər onun icazəsi olmadan sərf edərsə, bu məsələni onunla araya qoymalıdır.
XÜMS VƏ MƏDƏNİYYƏT İŞLƏRİ
Sual 93: Xümsü mədəniyyət işlərinə və elmi müəssisələrin və məktəblərin tə`mirinə sərf etmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Şər`i hakimin icazəsinə uyğun sərf olunmalıdır.1
on altıncı fəsil SEYİDLƏRİN PAYI SEYİDLƏRİN PAYI
Sual 94: Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsinə və övladlarına (məsələn yemək və geyim üçün) seyid payından verə bilərmi?
(Məkarim, Xamenei və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Vacib ehtiyata əsasən icazə verilmir.1
Məkarim, Xamenei və Vəhid: Xeyir, icazə verilmir.2
Sual 95: Kişi öz seyid zövcəsi və övladlarına onun öhdəsində olmayan xərclərinə sərf etmələri üçün seyid payından verə bilərmi?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə verilmir.3
Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şər`i hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payını isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsi ilə verməlidir.4
Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.1
Sual 96: Seyid ata övladının təhsil xərclərini xümsdən ödəyə bilərmi?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə yoxdur.2
Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şər`i hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payı isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsi ilə verilməlidir.3
Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar; lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.4
Qeyd: Təhsil xərcləri dolanışıq və vacib xərclərdən deyil.
Sual 97: Xümsü ehtiyaclı seyid tələbəyə verə bilərikmi?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan bu işə icazə yoxdur.5
Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın payını şər`i hakimin icazəsi olmadan vermək olmaz. Seyidlərin payı isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsilə verilməlidir.6
Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.1
Sual 98: İlin xərcindən artıq ruzisi olan seyidə xüms vermək olarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, seyidlərin payının verilməsində fəqirliyin nəzərə alınması şərtdir.2
Sual 99: Seyidlərə illik xərclərindən artıq xüms vermək olarmı?
İmam (r), Xamenei, Fazil, Nuri, Sistani, Safi, Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən bu işə icazə yoxdur.3
Behcət: Bəli. Lakin müstəhəb ehtiyat budur ki, fəqir seyidə bir ilin xərcindən artıq verilməsin.4
Məkarim: Xeyir, icazə yoxdur.5
Sual 100: Günahkar seyidə xüms vermək olarmı?
(Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər xüms vermək onun günah etməyinə kömək olarsa, icazə verilmir.6
Behcət və Sistani: Əgər xüms vermək onun günah etməsinə kömək olarsa vacib ehtiyata əsasən, icazə yoxdur.1
Sual 101: Ərinin dolanışığı idarə edə bilməyən fəqir seyid qadına seyid payını vermək olarmı?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə yoxdur.2
Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: Vacib ehtiyata əsasən şər`i hakimin icazəsi olmalıdır.3
Təbrizi, Sistani və Safi: Bəli, icazə verilir.4
Sual 102: Yalnız ana tərəfdən seyid olan kəsə seyid payı düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xeyir, seyid payı yalnız ata tərəfindən seyid olan kəslərə düşür.5
Dostları ilə paylaş: |