|
ХүМСҮН ҺӨкмләРИon üçüncü fəsil SİKKƏ VƏ QIZILIN XÜMSÜ
|
səhifə | 8/15 | tarix | 30.10.2018 | ölçüsü | 0,74 Mb. | | #76218 |
| SİKKƏ VƏ QIZILIN XÜMSÜ SİKKƏNİN XÜMSÜ
Sual 76: “Bəhari-azadi” sikkələrinə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər iş qazancından əldə olunarsa və ilin xərclərindən artıq qalarsa xüms düşür.1
Qeyd 1: “Bəhari-azadi” sikkəsi məunə xərclərindən (yaşayış xərclərindən) sayılmır. Ona görə də il tamamlandıqda ona xüms düşür.
Qeyd 2: Hədiyyəyə xüms düşdüyünü hesab edən müctəhidlərin rə`yinə əsasən, əgər “Bəhare-azadi” sikkəsi bağışlanmış olsa və ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
QIZILIN XÜMSÜ
Sual 77: Ehtiyat saxlanmış qızıla xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər iş qazancından alınıbsa və ondan heç cürə istifadə olunmursa xüms ili tamamlandıqda, xümsü verilməlidir.2
Qeyd: Əgər qızıl ona bəxşiş olunarsa və ya onu bağışlanmış pulla alarsa, hədiyyə hökmündədir. (Müraciət edin: Hədiyyənin xümsü hökmlərinə)
Sual 78: Kişi üçün olan qızıl üzüyə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, haram yolunda istifadə olunan pul məunə xərclərindən deyil və onun xümsü verilməlidir.1
Qeyd: Ağ qızıl (əsil platin) kişi üçün haram deyil və xümsü yoxdur.
ZİNƏT ƏŞYALARININ XÜMSÜ
Sual 79: Ərin öz həyat yoldaşı üçün iş qazancından aldığı qadın zinət əşyaları və qızıla xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər orta həddə və onun şə`ninə uyğun olarsa, xümsü yoxdur.2
Sual 80: Bir xanım öz maaşından həmişə istifadə etdiyi zinət əşyaları və qızıl alır. Onun ərinin bu sahədə sərf etməyə pulu yoxdur. Qadın bu növ əşyaların xümsünü verməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər orta həddə şə`ninə uyğun olarsa, xümsü yoxdur.3
Sual 81: Bir qədər qızıl hədiyyə alan və hal-hazırda ondan istifadə edən qadın, bu əşyaların xümsünü verməlidirmi?
İmam (r), Xamenei və Nuri: Xeyr, hədiyyəyə xüms düşmür.1
Fazil, Təbrizi, Sistani, Behcət, Safi, Məkarim və Vəhid: Əgər qeyd olunmuş zinət alətləri ehtiyacına və şə`ninə uyğun olarsa, xümsü yoxdur.2
QIZIL SATIŞININ XÜMSÜ
Sual 82: Yoldaşım qızıl və zinət əşyaları alıb, mənə bağışlayır. Lakin bir neçə il istifadə etdikdən sonra onları satıram. Satılmış əşyaların puluna xüms düşürmü?
İmam (r), Xamenei, Məkarim, Fazil, Təbrizi, Sistani və Vəhid: Satılmış əşyanın puluna heç bir halda xüms düşmür.3
Sistani, Safi və Nuri: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, ona xüms düşür.4
Behcət: Əgər satılmış əşyanın pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən ona xüms düşür.1
Sual 83: Qadının öz gəlirindən alıb bəzəndiyi zinət əşyalarına və qızıla satıldıqdan sonra xüms düşürmü?
İmam (r): Əgər həmin ildə (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satarsa dərhal onun xümsünü verməlidir.2
Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa, onun puluna xüms düşmür.3
Fazil: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.4
Sistani və Safi: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun vacib ehtiyata əsasən xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.5
Xamenei və Məkarim: Onun satış puluna heç bir halda xüms düşmür.6
Behcət: Satış pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.2
Təbrizi: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, onun xümsü verilməlidir.3
Vəhid: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.4
ON DÖRDÜNcü fəsil KİTAB VƏ KOMPÜTERİN XÜMSÜ KİTABIN XÜMSÜ
Sual 84: Kitaba xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər kitaba ehtiyacı olarsa və şə`ninə uyğun olarsa, xümsü yoxdur.1
Sual 85: Sonrakı kurslar üçün aldığım kitablara xüms düşürmü?
İmam (r) və Xamenei: Əgər bu kitabları almağa ehtiyacı olarsa və şə`ninə uyğun olarsa, xümsü yoxdur.2
Fazil, Behcət, Sistani və Nuri: Xüms düşür. Əgər bu kitabları sonrakı illərdə ala bilmirsinizsə, bu halda xümsü yoxdur.3
Təbrizi, Məkarim, Safi və Vəhid: Bəli, xüms düşür.4
Sual 86 : Ehtiyacım olan kitabdan bir il istifadə etməsəm, ona xüms düşürmü?
(Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmur.1
Sistani və Vəhid: Xümsü verilməlidir.2
TƏHSİL VƏSAİTLƏRİNİN XÜMSÜ
Sual 87: Təhsil vasitələrinə (məsələn, dəftər və qələm) xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər qələm və dəftər istifadə olunmadan xüms ilindən artıq qalarsa ona xüms düşür.3
KOMPÜTERİN XÜMSÜ
Sual 88: Kompüter və ona aid avadanlığa xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər kompüter və ona aid avadanlığa ehtiyac duyularsa və eyni zamanda şəxsin şə`ninə uyğun olarsa xümsü yoxdur.4
Qeyd: Risalələrdə kompüter barəsində söhbət olunmasa da, qeyd olunmuş qayda hazırkı suala da tətbiq olunur.
Sual 89: Ehtiyacım olduğu üçün kompüter almışam. Lakin təsadüf nəticəsində bir il ondan istifadə etməmişəm. Ona xüms düşürmü?
(Vəhid və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmayıb.1
Vəhid və Sistani: Xümsü verilməlidir.2
Qeyd: Mərcelərin risalə və istiftaatlarında qeyd olunmuş cavab kitab barəsindədir. Lakin bu cəhətdən kompüterlə kitab arasında heç bir fərq yoxdur.
KASET VƏ CD-NİN XÜMSÜ
Sual 90: CD və kasetə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər CD və kasetə ehtiyac duyularsa, xümsü yoxdur.3
Qeyd 1: Əgər CD və kaset xüms ilinin sonunadək istifadə olunmazsa, ona xüms düşür.
Qeyd 2: Əxlaqsız və qadağa qoyulmuş CD və kasetlər haramdır. Bu növ CD və kasetlərə xüms düşür.
Qeyd 3: Risalələrdə CD və kaset barəsində danışılmasa da, qeyd olunmuş qayda hazırkı suala da tətbiq olunur.
Dostları ilə paylaş: |
|
|