ХүМСҮН ҺӨкмләРИ



Yüklə 0,74 Mb.
səhifə4/15
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76218
1   2   3   4   5   6   7   8   9   ...   15

ALTINcı fəsil

MEHRİYYƏ VƏ İRSİN XÜMSÜ

MEHRİYYƏNİN XÜMSÜ


Sual 40: Qadının mehriyyəsinə xüms düşürmü?

(Behcətdən başqa) bütün müctəhidlərin `yi: Xeyir.1

Behcət: İlin xərcindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü verilməlidir.2

İRSİN XÜMSÜ


Sual 41: Yaxın qohumlardan (ata, ana və həyat yoldaşı) çatan irsə xüms düşürmü?

Bütün müctəhidlərin `yi: Xeyr.3

Sual 42: İrs qalmış əmlakın bugünkü qiyməti qalxdıqda, onu satarkən artmış miqdarın xümsü verilməlidirmi?

İmam (r), Xamenei, Təbrizi, Sistani, Nuri, Behcət və Vəhid: Xüms düşmür.4



Məkarim Safi: Artmış miqdar satılan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda onun xümsü verilməlidir.5

Fazil: Artmış miqdar ilin gəliri hesab olunur. Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.2

Sual 43: İrsi dəyərinin artması məqsədi ilə saxladıqda, satıldıqdan sonra onun qiymətinin artmış hissəsinin xümsü verilməlidirmi?

Bütün müctəhidlərin `yi: Bəli.3

YEDDİNci fəsil

EHTİYAT PULUN XÜMSÜ

EHTİYAT PULUN XÜMSÜ


Sual 44: Püşk məqsədi ilə bankda toplanmış pulun xümsü varmı?

Bütün müctəhidlərin `yi: İş qazancı ilə hazırlansa və xüms ilindən bir il keçsə ona xüms düşür.1

Qeyd: Hədiyyəyə xüms düşməsi e`tiqadında olan şəxslərin nəzərinə əsasən hədiyyə şəklində əldə olunsa da ilin sonunda ehtiyat pulun xümsü verilməlidir.

Sual 45: Zəruri yaşayış vasitələrinin alınması üçün saxlanılmış pula xüms düşürmü?

İmam (r), Təbrizi, Sistani, Məkarim Vəhid: Bir il ötdükdən sonra xüms düşür.2

Safi: Hal-hazırda bu vasitəyə ehtiyacı varsa və onu hazırlamaq bir neçə il ehtiyat pulu yığmadan mümkün deyilsə, xüms düşmür.3

Xamenei: Əgər ehtiyaclı olduğu vasitələri yaxın gələcəkdə (məsələn, xüms ilindən “3” ay sonraya qədər) hazırlamaq üçün ehtiyat pul yığıbsa və xüms vermək bu işin qarşısını alırsa, xüms düşmür.4

Nuri: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyacı olduğu vasitələri hazırlaya bilmirsə, xüms düşmür.5

Fazil Behcət: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyaclarını ödəyə bilməzsə qısa müddət ərzində (məsələn “3” ilə qədər) yığılan ehtiyat pula xüms düşmür.2

Qeyd: Əgər ehtiyat pulu gələcəkdə ehtiyaclı olduğu şeylərə xərcləməzsə onun xümsünü verməlidir.

Sual 26: Əgər qənaət edib (gəlirimizin bir hissəsini) ehtiyat pul yığsaq, onun xümsünü verməliyikmi?

Bütün müctəhidlərin `yi: Bəli, əgər bir il keçərsə xüms verilməlidir.3

EV ALMAQ ÜÇÜN YIĞILMIŞ PULUN XÜMSÜ


Sual 47: Ev almaq üçün banka qoyulmuş və bir neçə il bankda qalmış pula xüms düşürmü?

İmam (r), Xamenei, Sistani, Təbrizi, Məkarim Vəhid: Bəli, xüms düşür.4

Fazil, Behcət Nuri: Əgər ehtiyaclı olduğu evi almaq üçün başqa yol yoxdursa, ehtiyat üçün yığılmış pula xüms düşmür.5

Safi: Hal-hazırda evə ehtiyacı olsa, ev onun şə`ninə uyğun olarsa və başqa heç bir yolu olmazsa yığılan pula xüms düşmür.6

Qeyd: Qeyd olunmuş pula xüms düşmədiyinə e`tiqadı olan mərcələr buyururlar: Gələcəkdə ev alınmasına sərf olmazsa bu pulun xümsü verilməlidir.

SƏKKİZİNCİ fəsil

HƏCC VƏ ZİYARƏT XÜMSÜ

HƏCC QƏBZİNİN XÜMSÜ


Sual 48: Vacib həcc qeydiyyatına düşmək üçün (həmən ilin gəlirindən) hesaba köçürülən və bir ili ötmüş pula xüms düşürmü?

İmam (r) Fazil: Həcc vacib olduqda qeydiyyata düşüb, pul köçürməkdən başqa yolla getmək mümkün olmazsa, xüms düşmür. Digər hallarda xüms verilməlidir.1

Xamenei: Əgər köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış müqavilədəki qiymət ünvanında olarsa xümsü yoxdur.2

Behcət, Məkarim Safi: Xümsü yoxdur.3

Sistani: Əgər başqa yolla (zəhmət çəkmədən) həccə getmək mümkün deyilsə, xüms düşmür. (Sistaninin katibliyi)

Təbrizi Vəhid: Xümsü verilməlidir.4

Nuri: Həccin vacib olduğu ilin gəlirindən köçürülmüş pulun xümsü yoxdur.5

ÜMRƏ HƏCCİNİN QƏBZİNİN XÜMSÜ


Sual 49: Tibb universiteti tələbəsiyəm. İyun ayından mart ayınadək olan maaşımı bir dəfəyə alıb ümrə həccinə getmək üçün qeydiyyata durdum. Bu pula xüms düşürmü?

İmam (r), Sistani, Təbrizi, Fazil Vəhid: Bəli, xüms ilinin sonunadək ümrə səfərinə getməsə, pulun xümsünü verməlidir.1

Safi, Məkarim Nuri: Xeyr, xümsü yoxdur.2

Behcət: Əgər pul köçürtmədən başqa yolla getmək mümkün deyilsə, hesaba köçürülmüş pula xüms düşmür.3

Xamenei: Köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış qərar əsasında ümrə həcci səfərinin qiyməti ünvanında olarsa xümsü yoxdur.4

ZİYARƏT ÜÇÜN TOPLANAN EHTİYAT PULUNUN XÜMSÜ


Sual 50: Ümrə və müstəhəb ziyarətlər üçün toplanan pula xüms düşürmü?

Bütün müctəhidlərin `yi: Bəli, bir il ötdükdən sonra xümsü verilməlidir.5

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə