Hörmətli əməkdaşlar və dəyərli oxucularımız, müəssisəmizin yarandığı



Yüklə 217,84 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix25.05.2018
ölçüsü217,84 Kb.
#45860
1   2   3   4   5

İş yerinin düzgün təşkili dedikdə ilk ağıla gələn 

məsələ işçinin münasib oturacaqla təmin 

olunmasıdır. Lakin, işçi erqonomik oturacağın 

istifadə və nizamlanma qaydalarını bilmirsə, 

həmin oturacaqların işçilərə verilməsi 

faydasız olacaq. Ofis üçün münasib hesab 

edilən oturacağa aid bəzi qaydalarla sizi tanış 

etmək istəyirik:



Oturacaq bel dəstəyini təmin etməlidir;



Oturacağın hündürlüyü tənzimlənə bilən 

olmalıdır;

Eni istifadəçiyə uyğun olmalıdır;



Oturacağın söykənəcəyi tənzimlənə bilən 

olmalıdır;

Oturacaqlar tənzimlənə və ya çıxarıla 

bilən qoltuqaltı ilə təmin edilməlidir;

Beş ədəd təkərli ayaqla təchiz olunmalıdır;



Oturacağın üzəri havanı asan keçirən 

parça ilə örtülməlidir;

İş yerinə uyğun olaraq müxtəlif ölçülərdə 

oturacaqlar istehlakçılara təqdim olunur.

HÜNDÜRLÜK

Dayanarkən oturacağı elə tənzimləyin ki, 

oturacağın ən hündür yeri diz qapağınızın 

düz altında yerləşsin. Beləcə oturarkən sizin 

ayağınız rahat şəkildə yerə dəyəcək. Əgər 

oturacağın arxasında təzyiq hiss etsəniz

oturacağı qaldırın. Əgər oturacağın qarşısında 

təzyiq hiss etsəniz, oturacağı endirin. Məqsəd 

sizin ağırlığınızı bərabər şəkildə paylamaqdır.

BEL DƏSTƏYI

Oturarkən arxalığın hündürlüyünü elə 

tənzimləyin ki, bel yastığı təbii bel 

qövsünüzü dəstəkləsin. Bel dəstəyinin 

əyriliyi sizə bədəninizin yuxarı hissəsini 

yüngülcə söykənmiş şəkildə oturmağa 

imkan verməlidir (adətən 110 dərəcə 

tövsiyyə olunur). 



OTURACAĞIN ƏYRİLİYİ

Oturacağın əyriliyi sizin rahatlığınızı təmin 

edəcək şəkildə nizamlana bilər. Bu həmçinin 

sizin çəkinizin paylanmasına da təsir edəcək. 

Adətən beş dərəcəlik əyilmə tövsiyyə edilir. 

DƏRİNLİK

Oturan zaman oturacaq tavası (stulun 

üzərində oturduğunuz hissəsi) ön hissənin 

dizinizin arxasına təzyiq etmədən bel 

dəstəyindən istifadə etməyinizə şərait 

yaradır. Əgər oturacaq çox dərindirsə, 

tavanın ölçüsünü kiçiltmək üçün bel 

dəstəyindən istifadə edin (bel rulonu və 

ya Obus Forme). Bəzi stulların tənzimlənə 

bilinən tavaları var. Tənzimləmə qolu 

adətən stulun ön hissəsinin altında yerləşir 

və avtomobildə oturacağı irəli və geri çəkən 

qola bənzəyir. 

EN

Oturacağın tavası budlara təzyiq etməyəcək 

dərəcədə geniş olmalıdır. Eyni zamanda, 

oturacaq da əlin qoltuqaltılara çatacağı 

şəkildə dar olmalıdır.

QOLTUQALTLIQLARI

Qoltuqaltlıqları bazunun yuxarı hissəsinə 

dəstək verərək, çiyinlərinizə və kürəyinizə 

olan təzyiqi azalda bilər. Bununla belə, 

qoltuqaltlığı nə oturacağın masaya 

yaxın olmasına mane olmalıdır, nə də ki, 

təbii hərəkətləri məhdudlaşdırmalıdır. 

Əgər qoltuqaltlığınız bunu etməyə icazə 

vermirsə, onda onu çıxartmaq haqqında 

düşünün ya da başqası ilə əvəz edin. 

Həmçinin, yadda saxlayın ki, yumşaq 

qoltuqaltlıqları dirsəklərinizə düşən yükü 

minimuma endirəcək.

QOLTUQALTLIĞI DİRSƏYİN

HÜNDÜRLÜYÜNƏ UYĞUN OLMALIDIR

Qoltuqaltlığı çox yüksək olanda çiyinlər 

çəkilərək narahatlığa səbəb ola bilər. Əgər 

çox alçaq olsalar, çiyinlər əzilə, kürək və 

boyunun vəziyyətinə təsir edə bilər.

rqonomİka

Yəqin ki, hər birimiz yüksək məntiqi-riyazi 

intellekti olan insanlarla qarşılaşmışıq. 

Etiraf etməliyik ki, bu insanların bəziləri ilə 

əksər insanlar ünsiyyətdə olmaq istəmir. 

Belə ki, məntiqi intellekt emosional yox, 

yalnız məntiqi fikirləşməyi təmin edir. Buna 

görə də, uğur əldə etmiş insanlarda – güclü 

liderlərdə daha çox emosional intellekt (EQ) 

həll edici faktor kimi ön planda dayanır. 

Hətta emosional intellekti yüksək olub, orta 

səvviyəli məntiqi-riyazi təfəkkürlü insanlar 

yüksək məntiqi təfəkkürü olanlardan daha çox 

nailiyyət əldə edir. Bununla yanaşı emosional 

intellekt nə məntiqi-riyazi intellektin əksi, nə 

də hisslərin ağıl üzərində hakimiyyəti kimi 

başa düşülməlidir. Emosional intellekt böyük 

həcmli tapşırıqları yerinə yetirərkən özünün, 

həmçinin digərlərinin hislərini idarə və istifadə 

etməyə imkan yaradan resurslar toplusudur. 

İlk dəfə emosional intellekt anlayışı psixologiyaya 

H.Gardnerin, P.Saloveyin ve J.Mayerin 1980-

ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. 

Lakin, emosional intellekt nəzəriyyəsi Daniel 

Golemanın Emotional Intelligence (1995) adlı 

kitabının nəşrindən sonra daha çox istifadə 

olunmağa başladı. 

D.Golemana görə emosional intellektə 

aşağıdakı sahələr daxildir:

özünü dərk etmə – öz emosiyalarını dərk 

etmə və onları qiymətləndirmə qabiliyyəti, 

özünə inam;

özünü idarə etmə – öz emosiyalarını idarə 

etmə, etibarlılıq, uyğunlaşa bilmək və 

optimist düşünə bilmək qabiliyyətləri;

Sosial həssaslıq – empatiya, təşkilat daxilində 

başqalarına qarşı diqqətlilik;

Münasibətlərin idarə edilməsi – ruhlandırıcı 

rəhbərlik, təsir etmə, başqalarının inkişafına 

səbəb olma, müsbət dəyişikliklərə səbəb 

olma, konfliktlərin idarə edilməsi, kollektiv iş 

görmə qabiliyyəti.

Emosional intellektin ölçülməsi üçün dəqiq 

bir mexanizmin olmamasına baxmayaraq 

 

psixoloqlar tərəfindən yüksək emosional 



intellektdən xəbər verə biləcək bir sıra 

göstəricilər müəyyən edilmişdir. Qeyd edək 

ki, məntiqi-riyazi təfəkkürdən fərqli olaraq 

emosional intellekti yaşdan asılı olmayaraq 

inkişaf etdirmək olar. Odur ki, eyni zamanda 

həm iş, həm də şəxsi həyatınızda uğur əldə 

etmək məqsədi ilə sadalayacığımız göstəriciləri 

emosional intellektinizin artırılması üçün 

tövsiyə olaraq qəbul edə bilərsiniz:

Emosional lüğəti zənginləşdirmək.

Hər bir insan müəyyən emosional hallar 

keçirir, lakin emosional durumunu dəqiq ifadə 

etdikdə çətinlik çəkir. Araşdırmalar əsasında 

müəyyən olunmuşdur ki, yalnız 36% insan 

özü emosional durumunu dəqiqliklə ifadə 

edə bilir ki, bu bacarıq da öz növbəsində 

həmin vəziyyətin yaranma səbəbini dəqiq 

müəyyən etməyə və onunla doğru mübarizə 

aparmağa imkan verir.

insanlarla maraqlanmaq. 

 

Emosional intellekti olan hər bir kəs introvert 



və ya ekstrovert olmasından asılı olmayaraq 

ətrafındakı insanlarla maraqlanır. Bu da öz 

növbəsində ünsiyyətdə olduğun insanın 

düşdüyü vəziyyəti öz üzərində təsəvvür 

etməyə imkan yaradır və beləliklə də, 

ola biləcək fikir ayrılığı və konfliktlərin 

yaranmamasının qarşısını alınır. Atalar 

sözlərində də deyildiyi kimi, “özünə rəva 

bilmədiyini başqasına rəva görmə”.

Dəyişikliklərə asanlıqla uyğunlaşmaq.

Emosional intellekti olan insanlar 

dəyişikliklərdən qaçmaqdan daha çox, nəinki 

onlara asan uyğunlaşır, hətta baş verəcək 

dəyişikliklərdən öncə planlar hazırlayır.

Yox deməyi bacarmaq.

Lazım gəldikdə həm özünə, həm də 

digərlərinə yox deməyi bacarmaq emosional 

intellektin yüksək olduğunun göstəricisidir.

Təmənnasız olaraq nəsə bağışlamaq.

Gözlənilməz hədiyyə hər zaman güclü təəssürat 

yaradır. Məsələn, ünsiyyətdə olduğunuz şəxslə 

onun xoşladığı müəllif barədə danışmısınız, 

növbəti görüşdə həmin müəllifin son çıxan 

kitablarından birini bağışlayaraq xoş münasibət 

formalaşdıra bilərsiniz.

Əldə etdiklərinizdən məmnunluq duymaq.

Həyatda sahibi olduğunuz xoşbəxt məqamları 

və ya əldə etdiyiniz nailiyyətləri düşünərək 

məmnunluq hissini yaşadıqda stress hormonu 

olan kartizolun qandakı miqdarı azalır və 

nəticədə fiziki və psixi durum yaxşılaşır.

Kifayət qədər yatmaq.

Emosional intellekti azaldan faktorlardan 

biri də yuxusuzluqdur. Odur ki, gün ərzində 

kifayət qədər yatmaq zəruridir. 

Kiməsə əhvalınızı pozmağa imkan verməmək.

Əgər başqalarının fikrinə görə əhvalınız 

dəyişirsə deməli artıq öz şəxsi həyatınızı 

özünüz idarə etmirsiniz. Emosional intellekti 

yüksək olan insanlar hər bir məsələyə pozitiv 

yanaşır Onu da qeyd edək ki, pozitiv insanlar 

yeni informasiyanı daha tez qavrayır və 

düzgün qərarlar qəbul edir.

Dincəlməyi bacarmaq.

Fəaliyyətimizdən dolayı orqanizmdə yaranmış 

gərginlikdən azad olmaq üçün dincəlmək son 



emoSİonal İntellekt nədİr?

roBert

BoYle

(1627-1691)



BoYle’S laW StateS tHat…

BoYle’S gaS laW

(P1 x V1) = (P2 x V2)

The P stands for pressure and the V stands 

for volume.

The P1 and V1 apply before any change has 

taken place.

The P2, V2 apply after any change.

(Note : this is a simplified version of the gas 

law.)

The following simplified example will help 



you to understand…

Its volume will also 

be halved:

i.e. from 20 VU to 

10 VU

Remember, the 



pressure inside the 

20 VU container was 

50 PU*

•  After reducing the container to half its 



size, (from 20VU 

to 10VU), we take 

another pressure 

reading.


•  The pressure 

inside the 

container had now increased to 100 PU.

•  Let’s see where BOYLE’S LAW applies in 

this example.  Remember:  (P1V1) = (P2V2)

•  Lets replace the letters with the actual 

numbers involved...

(P1 x V1) = (P2  x  V2)

(50PU x 20VU) = (100PU x 10VU)

1000 = 1000

So …

If the volume of gas in a sealed container 



changes then so will the pressure to the 

same ratio…but in the opposite direction.  

e.g. 

If the volume increases x 5, the pressure will 



decrease x 5 and vice versa.

Now, an example to discuss with colleagues:

A 10 bbl gas bubble enters at the bottom of a  

vertical well and has a pressure of 1000 PSI.  

By the time it reaches half way up the hole, 

its size has increased to 20 bbls.  

If the driller does nothing.  What is now the 

pressure of this bubble? … and what would 

happen as it continues to rise further up the 

well?


Imagine a sealed 

container of gas.  

Its capacity and 

therefore volume of 

the gas is 20 VU*.

(It also had a 

pressure of 20PU**)

Now imagine if we had a device to squeeze 

this container and make it half it’s original size.

dərəcədə vacib hesab olunur. Gərginlik 

altında verəcəyimiz qərarlar və atacağımız 

addımlar təbbi ki, bizə uğur qazandıra bilməz. 

özünüzü istirahətdən məhrum etməyin.

Mükəmməlliyə çox can atmamaq.

Bir çox insanlar mükəmməlliyi əsas tutaraq 

uğursuzluq əldə etdikdə tez həvəsdən 

düşürlər və nəticədə emosional durumları 

pisləşir. Yaxşı olardı ki, görüləcək iş 

hissələrə bölünərək icra edilsin.

       Unutmayaq ki, emosiyalarımız bizi yox, 

biz emosiyalarımızı idarə etməliyik!

4

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l



maarİfləndİrmə


Yüklə 217,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə