Hörmətli əməkdaşlar və dəyərli oxucularımız, müəssisəmizin yarandığı



Yüklə 217,84 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix25.05.2018
ölçüsü217,84 Kb.
#45860
1   2   3   4   5

Hər birimizə məlum 

olan “Güc birlikdədir”, 

“Tək əldən səs 

çıxmaz”, “El gücü, sel 

gücü”, “El bir olsa, 

dağ oynadar yerindən” kimi atalar sözləri 

əslində komanda işinin effektiv təşkil 

olunmasından xəbər verən ifadələrdir. 

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün 

həmrəy olaraq yaranan problemləri vahid 

komanda şəklində həll etməyə çalışmaq ən 

düzgün strategiyalardan biri hesab olunur.  

SOCAR-AQŞ,  10 ilə yaxın bir müddətdə 

peşəkar komanda formalaşdıraraq 

milli qazma sənayesində böyük nüfuz 

qazanmışdır. Əməkdaşlarımız bilik və 

bacarıqlarının təkmilləşdirilməsi üçün yerli 

və beynəlxalq səviyyədə təşkil olunan 

təlimlərdə iştirak edərək  əldə olunan biliyi 

təcrübədə uğurla tətbiq edirlər.

Müəssisənin Mühəndislik və Təmir 

Tikinti bölməsinin əməkdaşları da 

peşəkar fəaliyyətləri ilə daima diqqət 

mərkəzindədirlər.

Baş direktorun Mühəndislik və Təmir Tikinti 

üzrə müavini Azər Ağayevin rəhbərlik etdiyi 

bölmə əməkdaşlarının müəssisə rəhbərliyi 

tərəfindən verilən bütün tapşırıqları ən qısa 

vaxt çərçivəsində, iqtisadi səmərəli və ən 

əsası da STTƏMM tələblərinə riayət etməklə 

icra etmələri Baş direktor tərəfindən daim 

dəyərləndirilir. İşçi heyətinin daha da 

effektiv çalışması üçün müəssisə rəhbərliyi 

tərəfindən onlara hər cür şərait yaradılır. 

Müəssisəmizin əldə etdiyi uğurlardan 

Mühəndislik və Təmir Tikinti bölməsinə də 

xüsusi pay düşür. Qazma işlərindən əvvəl 

qazma meydançasında müvafiq hazırlıq 

işlərinin aparılması, qazma qurğusu dəstinin 

vaxtında və keyfiyyətlə quraşdırılması 

qazmaya start verilməsini şərtləndirən vacib 

amillərdəndir. Məhz Mühəndislik və Tikinti 

bölməsinin peşəkar işçilərinin verdikləri 

mühüm töhfələr sayəsində özüllərdə 

qazma işlərinə vaxtında başlanılmışdır. 

Bölmənin daxili kadr potensialı hesabına 

Günəşli-7 və Bulla-6 özüllərində yeni nəsil 

qazma qurğularının yüksək peşəkarlıqla 

quraşdırılması bölmə əməkdaşlarının 

adlarının həmişə qabaqcıllar sırasında 

çəkilməsinə əsas verir.  

Bölmə işçiləri mühəndislik, energetika 

və təmir-quraşdırma işlərinə dair verilən 

tapşırıqları vaxtından əvvəl və artıqlaması 

ilə yerinə yetirir. ötən ili uğurla yola salan 

əməkdaşlarımız həmin nailiyyətləri cari 

ildə də təkrarlamaq niyyətindədirlər. Elə 

müəssisənin 2016-cı ildə əldə etdiyi yüksək 

iqtisadi göstəricilər də bunu deməyə əsas 

verir. Belə ki, 2016-cı ildə Mühəndislik 

və Tikinti bölüməsi tərəfindən üç qazma 

qurğusunda quraşdırma işləri başa çatdırılıb 

və onların hamısında qazma işlərinə 

başlanılmışdır. Həmçinin, quraşdırma işlərinin 

əvvəlcədən hazırlanmış “İşlərin İcrası 

Layihəsi”-nin müvafiq plana uyğun ardıcıllıqla 

həyata keçirilməsinə də nail olunmuşdur.

Quraşdırma işləri zamanı daima risklərin 

qiymətləndirilməsi və minimuma endirilməsi 

üçün müvafiq tədbirlərin görülməsi öz 

bəhrəsini vermişdir. Belə ki, quraşdırma 

işlərinin aparılması zamanı xətalara yol 

verilməmiş və xəsarət alan olmamışdır.

Təcrübəli işçilərdən ibarət olan bu 

mükəmməl komandanın yerinə yetirdiyi 

işlərlə daha yaxından tanış olmaq üçün şöbə 

əməkdaşları ilə görüş keçirərək onlardan 

aldığımız fikirləri sizə təqdim edirik.



Həmsöhbətimiz Baş direktorun Mühəndislik

və  Tikinti  məsələləri  üzrə  müdir  müavini

Azər Ağayevdir.

S.N:

 

Azər müəllim, 2016-cı ilin 



yekunlarına əsasən bölmənin işini necə 

qiymətləndirirsiniz?



A.A:

 2016-cı il müəssisəmiz üçün çox önəmli 

il kimi tarixə düşdü. Belə ki, 2 yeni inşa edilmiş 

özüllərdə, Günəşli-7 və Bulla-6-da qazma 

işlərini həyata keçirmək bizim müəssisəyə 

həvalə olunmuşdur. Yeni layihələrdə iştirak 

etmək müəssisə üçün böyük əhəmiyyət 

kəsb etməklə yanaşı çiyinlərimizə ağır 

məsuliyyət yükü də qoyur. Əlbəttə, qazma 

müəssisəsi olduğumuz üçün hər kəs qazma 

işlərinin gedişatı və yekun nəticələrə dair 

məlumatları əldə etmək istəyir. Quyu 

tikintisinin başlanmasına qədər səhnəarxası 

işlərin gedişatına nəzər salsaq bizim 

fəaliyyətimizin nə dərəcədə vacib olduğunu 

birlikdə təsdiqləyə bilərik. Yeni nəsil qazma 

qurğusunun tikintisinin başa çatdırılması, 

onun platformaya inteqrə edilməsi, 

quraşdırma işləri zamanı platformanın 

konstruksiyalarında mümkün qədər az 

dəyişikliklərin aparılması, quraşdırma 

işlərinin təhlükəsiz və avadanlığa zərər 

vermədən həyata keçirilməsinə şəraitin 

yaradılması heç də asan iş deyil. Hətta bəzi 

ekspertlər, xüsusi ilə istehsalçı şirkətlərin 

nümayəndələri  “HONG HUA HZJ70-

4500D”  və “Bentec 3000HP” kimi qazma 

qurğularının quraşdırılması işini tanınmış 

Wagenborg və Foxdrill kimi şirkətlərə həvalə 

olunması üçün israr edirdilər. Lakin bizim 

səriştəli komandamız bütün məsuliyyəti 

öz üzərinə götürərək bu tapşırıqların 

 

öhdəsindən layiqincə gəlməyi bacardı. Bu 



onu deməyə əsas verir ki, komandamız heç 

də adı sadalanan həmin xarici şirkətlərin 

texniki personalından geri qalmır. öz daxili 

potensialımızla bu işləri həyata keçirmək 

doğrudan da təqdirəlayiqdir.

S.N:

 

Yeni nəsil qazma qurğusu 



dəstlərindən söz düşmüşkən quraşdırdığınız 

yeni texnikalar barəsində ətraflı məlumat 

verməyiniz yerinə düşərdi.

A.A.

 Qeyd edim ki,  “HONG HUA HZJ70-

4500D” qazma qurğusu teleskopik qaldırılan 

qüllədən, qülləaltı postamentin üst hərəkət 

edən hissəsindən, qülləaltı postamentin alt 

hərəkət edən hissəsindən, güc dəstindən, 

qazma nasoslarından və qazma məhlulu 

çənlərindən ibarətdir. Qurğunun şərti qazma 

dərinliyi 7000 m, qarmağın yükgötürmə 

qabiliyyəti 450 tondur.

Qülləaltı postamentin quraşdırılmış şəkildə 

bir dəfəyə qaldırılmasını təmin etmək 

məqsədi ilə postamentdə dörd nöqtədə 

qaldırma düyünləri layihələndirilmiş, 

düyünlərin tikintisi həyata keçirilmiş, 

dağılmayan üsulla test edilmiş və 

sertifikatlaşdırılmışdır. Bundan sonra 

qurğunun bütün böyük ölçülü hissələri kran 

gəmisi vasitəsi ilə platformaya daşınıb layihə 

yerinə quraşdırılmışdır. Qüllənin teleskopvari 

qaldırılan hissələri platformada postamentin 

üstündə ucaldılmış  və buruqdaxili 

avadanlıqlar montaj olunmuşdur. Həmçinin, 

bu işlərlə paralel olaraq avadanlıqların güc 

kabelləri üçün kabel yolları layihələndirilib 

tikilmiş və güc kabelləri bütün avadanlıqlara 

çəkilmişdir. Quraşdırma işləri başa 

çatdırıldıqdan sonra qısa bir vaxt ərzində 

avadanlıqların sazlama işləri yerinə yetirilmiş 

və qazma işlərinə başlanılmışdır.  Bu günə 

kimi həmin avadanlıqlarla iki quyu qazılıb 

istismara verilmişdir. 

Hal hazırda üçüncü 

quyunun qazılması 

davam etdirilir.

“Bentec 3000HP” 

qazma qurğusuna gəlincə isə bu qurğu 

yığılmış şəkildə özüqalxan qüllədən, qülləaltı 

postamentdən, sürüşmə bazasından, güc 

dəstindən, qazma nasoslarından və qazma 

məhlulu çənlərindən ibarətdir. Qurğunun 

şərti qazma dərinliyi 9000 m, qarmağın 

yükgötürmə qabiliyyəti isə 680 ton 

qüvvədir.

 Bu günlərdə Günəşli-7 saylı özüldən  “Bentec 

3000HP” qazma qurğusu ilə 29 nömrəli 

ilk quyunun qazılmasına başlanmışdır. 

Keyfiyyətlə aparılmış quraşdırma və sazlama 

işləri bu qurğu ilə qazılacaq quyuların 

vaxtında və uğurla qazılıb sifarişçiyə təhvil 

veriləcəyinə zəmin yaradır.

S.N:

 

2017-ci il üçün hansı işgüzar 



planlarınız var?

A.A.

 Bu il əsas işimiz Günəşli yatağının 

dayazsulu hissəsində 11 saylı özülün 

rekonstruksiya işlərini həyata keçirməkdir. 

Köhnə avadanlıqlar demantaj edilərək yeni 

xəttlərin çəkilməsi, çənlərin, nasosların 

yerinin dəyişdirilməsi və yeni qazma 

qurğusu dəstinin quraşdırılması həyata 

keçiriləcək. Bununla yanaşı, Qərbi Abşeron 

yatağındaki 20 saylı özüldən qazma 

qurqusunun yeni inşa edilən 10 saylı özülə 

keçirilməsi və Günəşli yatağındakı 7 saylı 

özüldən “HONG HUA HZJ70-4500D” qazma 

qurğusunun 2017-ci ilin sonunadək tikilib 

təhvil verilməsi nəzərdə tutulan Günəşli-7A 

saylı özülünə keçirilməsi planlaşdırılır.

ümidvaram ki, Mühəndislik və Təmir Bölməsi 

bu il də qarşıya qoyulan vəzifələri vaxtında, 

uğurla və keyfiyyətlə tamamlayaraq başa 

çatdıracaqdır.



S.N:

 

Sonda Enerji qəzeti ilə bağlı 



fikirlərinizi bölüşmək yerinə düşərdi.

A.A.

 Müəssisədaxili qəzetin nəşri təşəbbüsü 

təqdirəlayiq haldır və inanıram ki, bu qəzet 

vasitəsi ilə işçilərimiz arasında ünsiyyəti 

daha da təkmilləşdirə biləcəyik. Təklif 

edərdim ki, növbəti nömrələrinizdə özüllərdə 

çalışan işçi heyətinin gərgin əməyini daha 

çox işıqlandırasınız. Müəssisəmizin uğurlu 

fəaliyyəti üçün istənilən şəraitdə, özüllərdə 

gecə-gündüz yorulmadan çalışan fədakar 

və vətənpərvər əməkdaşlarımız var. 

Onların zəhmətini gündəmə gətirmək və 

təqdir etmək yerinə düşərdi. Düşünürəm 

ki, uğrurlarımızın əldə edilməsində onların 

əməyi xüsusi olaraq vurğulanmalıdır.

Ayaz Həsənquluyev

İnsan Resursları şöbəsinin

müdiri

Müəssisəmizdə yeni işə götürülmüş 

əməkdaşlarımızdan biri də Ayaz 

Həsənquluyevdir. O, bakalavr və 

magistr təhsilini Azərbaycan Dövlət 

İqtisad Universitetində Xüsusi 

İstedadlar Qrupunda əldə etmişdir. 

SOCAR-AQŞ ailəsinə qoşulmazdan öncə 

iki il marketinq və reklam, bir il anbar 

və satışın idarə olunması, üç il neft 

sənayesində mühasibatlıq və nəhayət 

iki ilə yaxın İnsan Resursları sahəsində 

təcrübə qazanmışdır. 

SOCAR-AQŞ-ni seçməkdəəsas hədəfi 

şirkətin ən dəyərli resursu olan 

İnsan Resurslarının düzgün idarə 

edilməsi ilə Strateji Hədəfləri aşmaq 

və Şirkətin nüfuzunun beynəlxalq 

səviyyəyə qalxmasında öz töhfəsini 

verməkdir. Əsas maraq dairəsi isə 

İnsan Resurslarının və layihələrin İdarə 

olunması həmçinin, Biznes Proseslərin 

optimallaşdırılmasıdır. 

Ayaz Həsənquluyev ünsiyyətcil, 

müzakirələrə və yeni biliklərin əldə 

olunmasına açıq, komanda işini 

dəstəkləyən bir əməkdaşdır. O, bütün 

idman növlərini xoşlayır, xüsusi ilə 

futbol, üzgüçülük və güləş növlərinə 

üstünlük verir.



‘’Arzu edirəm müəssisəmiz tezliklə beynəlxalq

qazma  layihələrinin  qalibi  olsun.  Bunun  üçün

hamımız  əl-ələ  verərək  işlərimizi  beynəlxlaq

standartlar

səviyyəsinə

çatdırmalı



müəssisənin ümumi işinə töhfə verməliyik!’’

Müəssisəmizdə yeni işə götürülmüş Əyyub Poladov 

ali təhsilini Azərbaycan Texniki Universitetində 

alaraq 2000-ci ildə bakalavr dərəcəsinə layiq 

görülmüşdür. 1997-ci ildən etibarən neft-qaz 

sənayesində peşə fəaliyyətinə başlayan Ə.Poladov 

“Qum Adası” və “Günəşli” yataqlarında qazma 

köməkçisi vəzifəsində çalışaraq bu sahədə bilik 

və bacarıqlarını təkmilləşdirmişdir. Azərbaycanda 

fəaliyyət göstərən xarici şirkətlərdə bir müddət 

işlədikdən sonra Əyyub Poladov beynəlxalq qazma 

layihələrində də öz bilik və bacarığını sınamışdır. Belə 

ki, o, 7-ci nəsil üzən qazma gəmilərində Tanzania, 

Cənubi Afrika Respublikası, Anqola və Namibiyanın 

okean sularında qazma ustası vəzifəsində fəaliyyət 

göstərmişdir. Fəaliyyəti ərzində beynəlxalq 

şirkətlərin Quyulara nəzarət üzrə təlimlərində iştirak 

edərək  Əyyub Poladov IV-cü dərəcəli supervayzer 

şəhadətnamələrinə layiq görülmüşdür.

Hal-hazırda “Günəşli” yatağındakı 7 saylı dərin 

dəniz özülündə qazmaçı vəzifəsində işləyən Əyyub 

Poladov, platformada yenicə quraşdırılmış Bentec 

3000 HP  qazma qurğusunun iş mexanizmi ilə 

yaxından tanış olur. Komandaya yenicə qoşulmasına 

baxmayaraq O, quyuların qazılmasında öz bilik və 

bacarığını həmkarları ilə mütəmadi olaraq bölüşür.



Poladov Əyyub, Qazmaçı,

Günəşli – 7 saylı dərin dəniz stasionar özülü

Peşəkar koManda-mükəmməl nətİcə



3

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l



İşÇİlərİmİZ


Yüklə 217,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə