Hörmətli əməkdaşlar və dəyərli oxucularımız, müəssisəmizin yarandığı



Yüklə 217,84 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix25.05.2018
ölçüsü217,84 Kb.
#45860
1   2   3   4   5

UNUDULMAz TARİxLƏR

Paylaşdıqca artan çox az şey varsa

onlardan biri də sevincdir. Bizim də bu 

dəfəki sevincimizin səbəbi müəssəmizin 

uğurlarıdır. Belə ki, müəssisəmiz 2016-cı ilin 

ən böyük uğurlarından birinə imza atmış və 

ümid yatağında 14 sağlı quyunu təhlükəsiz 

şəkildə qazılaraq quyu tikintisi işlərini 

keyfiyyətlə yekunlaşdırıb sifarişçiyə təhvil 

vermişdir. Bununlaəlaqdar bu prosesdə 

xüsusi ilə əməyi olan işçilər üçün 30 dekabr 

tarixində şəhərimizin gözəl məkanlarından 

birində ziyafət təşkil edilmişdir. Əsasən 

də istehsalat sahələrindən olan işçilərin 

tədbirdə iştirakı xüsusi ilə təqdirə layiq hal 

idi. Ziyafət, tam səmimi əhval-ruhiyyədə 

təşkil olunmuşdur. Belə ki, ziyafətdə olan hər 

bir şəxs müxtəlif 

ləzzətli təamlarla 

hazırlanmış masa 

arxasında uğurlu 

nəticə ilə bağlı 

öz təəssüratlarını 

bölüşərək gələcək 

l a y i h ə l ə r d ə 

daha da şövqlə 

çalışmağı vəd 

etdilər. Tədbir, 

ilk öncə Baş 

direktor Ramin 

İsayevin layihədə əməyi olan hər bir işçiyə 

və eləcə də bütün SOCAR-AQŞ ailəsinə 

ünvanladığı xoş sözlərlə başladı. Ramin 

müəllim, 2016-cı ildə əldə 

olunan naliyyətlərdən bəhs 

edərək bütün uğurların 

təməlində fədakar işçi 

heyətin dayandığını 

xüsusilə vurğuladı. Eləcə 

də, gələcək layihələrdə 

daha yüksək nəticələr 

əldə etmək üçün öncəki 

uğurlarla kifayətlənməməyi 

və daim mütailə edərək 

öz üzərimizdə çalışmalı 

olduğumuzu diqqətə 

çatdırdı. Həmçinin, bildirdi 

ki,  dünya səviyyəli 

layihələrdə iştirakı 

qarşısına əsas 

məqsəd qoyan 

m ü ə s s i s ə m i z 

biznes sferasında 

ön sıralarda yer 

ala bilmək üçün 

işçi heyyətin 

şəxsi inkişafına 

daha çox diqqət 

ayırmalıdır. Belə 

ki, potensiallı 

mütəxəssislər müxətlif təlimlərə 

göndərilərək onların bilikləri davamlı 

olaraq artırılmalı və müəssisə gələcək 

layihələrdə onların əldə 

etdiyi bilik və bacarıqlardan 

daha da səmərəli şəkildə 

yararlanmalıdır.    

Daha sonra bir-birinin 

ardınca Tofiq Məhəmmədov, 

Məmmədağa Əliyev, Əli 

İsmayılov, Ramiz Quliyev, 

Eldar Yaradanquliyev, 

İlham Əhmədov və digər 

işçilər əldə edilən uğurlara 

bağlı bütün kollektivi 

təbrik edərək  təzə ildə 

müəssisəmizə yeni-

yeni nailiyyətlər arzu etdilər. İşçilər təşkil 

olunan ziyafəti müəssisə tərəfindən onlara 

göstərilən yüksək diqqətin və qayğının bariz 

nümunəsi olduğunu bildirdilər. İşdən kənarda 

təşkil olunan bu səpkidə tədbirlər işçi heyət 

arasında səmimi münasibəti formalaşdırır 

və onların motivasiya olunması üçün önəmli 

amil hesab olunur.

Biz də redaksiya heyəti olaraq, 

müəssisəmizin bütün kollektivini əldə 

olunan bütün nailiyyətlər münasibəti ilə 

ürəkdən təbrik edir və Enerjinin növbəti 

nömrələrində SOCAR-AQŞ-nin dünya 

səviyyəli uğurlarından yazacağımıza böyük 

ümid bəsləyirik.  

S O C A R - A Q Ş 

kollektivi 20 

Yanvar faciəsi 

qurbanlarının əziz 

xatirəsini yad 

edib


19 yanvar 2017-

ci il tarixində 

S O C A R - A Q Ş 

kollektivi Şəhidlər 

x i y a b a n ı n ı 

ziyarət edərək 

A z ə r b a y c a n ı n 

müstəqilliyi və 

ərazi bütövlüyü 

uğrunda mübarizədə canlarından keçmiş 

şəhidlərin xatirəsini ehtiramla yad edib, 

məzarları üzərinə gül dəstələri düzüblər. 

Daha sonra müəssisənin əməkdaşları 

Azərbaycan Milli Elmlər Akademiyasının 

Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar 

hadisələrinə həsr olunmuş tədbir-sərgidə 

iştirak ediblər. Tədbir iştirakçıları faciə 

qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla 

yad edərək şəhidlərə həsr edilmiş müxtəlif 

bədii və elmi-publisistik nəşrlərlə tanış 

oldular.

Qeyd edək ki, sərgidə Azərbaycan 

yazıçılarının son illərdə qələmə aldıqları 

“Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, 

mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, 

“Şəhidlər dastanı”, “Vətən çağırır” və 

digər kitablar nümayiş olunurdu. Sonra 

tədbir-sərgidə çıxış edən müəssisənin 

məsul əməkdaşları 1990-cı il yanvarın 19-

dan 20-nə keçən gecə Sovet rəhbərliyinin 

Azərbaycan xalqına qarşı törətdiyi 

hərbi təcavüzdən, faciənin başvermə 

səbəblərindən və bu hadisənin Azərbaycan 

tarixində özünəməxsus rolundan danışıblar.

Bildirilib ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan 

xalqının azadlıq uğrunda mübarizə əzmini 

bütün dünyaya bəyan etdiyi tarixi bir 

gündür. Müəssisə əməkdaşları Mərkəzi Elmi 

Kitabxanada vətənpərvərlik mövzusunda təşkil 

olunan digər sərgi guşələrinə də baş çəkərək 

kitabxanada oxucular və ziyarətçilər üçün 

yaradılan şərait ilə də yaxından tanış olublar.

24 fevral 2017-ci il tarixində SOCAR-AQŞ-

nin Baş İnzibati binasında Xocalı Soyqırımı  

ilə əlaqədar tədbir keçirilib. İlk öncə tədbir 

iştirakçıları Xocalı faciəsindən bəhs edən 

videoçarxı izləyiblər. Daha sonra iştrakçılar 

biri-birinin ardınca maraqlı çıxışlar edərək 

insanlığa sığmayan bu tarixi hadisənin 

erməni vandalizminin bariz nümunəsi 

olduğunu diqqətə çatdırdılar. 

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 

200 il ərzində erməni millətçi-şovinistlərinin 

davamlı olaraq etnik təmizləmə və soyqırım 

siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı 

tarixi torpaqlarından qovulmuş, qaçqına, 

məcburi köçkünə çevrilmiş və bütün bunlar 

ermənilər tərəfindən kütləvi qırğınlarla 

müşayiət olunmuşdur. Azərbaycanlıların öz 

tarixi-etnik torpaqlarından qovulması sovet 

dövründə də davam etmişdir. 1948-1953-cü 

illərdə Ermənistandan 150 min azərbaycanlı 

deportasiya olunmuş Azərbaycanın Kür-

Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci 

ildə isə öz tarixi torpaqlarında yaşayan 250 

min azərbaycanlı bu ərazidən qovulmuş, 

bununla da Ermənistan monoetnik 

dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq 

Qarabağ ətrafında başlayan hadisələr 

erməni ideloloqlarının "dənizdən dənizə 

Ermənistan" adlı sərsəm bir ideyasını 

reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin 

dağılması və on minlərə günahsız insanın 

ölümü, yüz minlərlə azərbaycanlının öz 

tarixi torpaqlarından didərgin düşməsi ilə 

nəticələndi.

“Tarixi unudulmuş xalq məhv olmağa 

məhkumdur!” Gəlin, tariximizi unutmayaq!

Tədbirin sonunda Xocalı faciəsində 

şəhid olmuş həmvətənlərimizin 

xatirəsi bir dəqiqəlik sükutla yad 

edildi.


Müəssisəmizdə ilk günlərdən 

başlayaraq xüsusi dövlət əhəmiyyətli 

günlərlə bağlı tədbirlərin təşkili 

işçilərimizin cəmiyyət üçün 

sağlam düşüncəli vətəndaş olaraq 

yetişdirilməsində vacib addım hesab 

olunur. Biz SOCAR-AQŞ ailəsi olaraq 

xalqımızın və dövlətimizin davamlı 

inkişafı üçün gələcəkdə də əzmlə 

çalışmağı özümüzün əsas amalı 

hesab edirik. 

“ümİd”İmİZ

reallaşdi

7 mart 2017-ci ildə SOCAR-AQŞ-nın Baş 

inzibati binasında 8 mart - Beynəlxalq 

qadınlar günü münasibəti ilə tədbir 

kecirilmişdir. 

Əvvəlcə tədbir iştirakçıları müəssisənin 

İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri 

Sənubər Nəzərovanın təqdimatında qadın 

hərəkatının tarixi və müəssisədə çalışan 

qadın işçi heyətinin karyera imkanları 

haqqında maraqlı təqdimatı izlədilər.

Təqdimatdan sonra müəssisənin Baş direktoru 

Ramin İsayev Azərbaycan qadınlarının 

cəmiyyətdə tutduğu yüksək mövqeyindən 

bəhs edərək günü bu gün də qadınların 

respublikanın sosial-iqtisadi və ictimai 

həyatında əvəzsiz rol oynadıqlarını qeyd etdi.

Qadının cəmiyyətdə ən böyük missiyasının 

sağlam və savadlı övladlar tərbiyə 

etməkdən ibarət olduğunu vurğulayan 

Baş direktor qadının təhsilə əlçatanlığının 

əhəmiyyətindən danışdı. ‘’Böyük mesenat 

Hacı Zeynalabdin Tağıyev millətin 

tərəqqisində qadının rolunu düzgün 

qiymətləndirərək ötən əsrin əvvəllərində 

müsəlman Şərqində ilk dəfə olaraq qızlar 

üçün dünyəvi məktəbi açmağa müvəffəq 

oldu. O, əmin idi ki, bu məktəbdə təhsil alan 

qızlar öz ailəsi və çevrəsi üçün çox qiymətli 

xəzinə rolu oynayacaqlar. Onların tərbiyə 

etdiyi, boya-başa çatdırdığı övladlar kamil 

insan kimi yetişərək cəmiyyətin inkişafına 

böyük töhfələr verəcəklər.  Maarifçilik 

tariximizdə, dünyəvi təhsilin inkişafında və 

savadlı mütəxəssislərin yetişməsində bu 

məktəbin müstəsna rolu olub.’’

Daha sonra Baş direktorun müşaviri 

Məmmədağa Əliyev çıxış edərək 

müəssisədə çalışan xanımları bayram 

münasibəti ilə səmimi qəlbdən təbrik 

edib.‘’Qadının ailədə və cəmiyyətdə öz yeri 

var və onlara qayğı göstərmək hər birimizin 

borcudur. Onlar özlərini həm ailənin, həm də 

cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss 

etməlidirlər. Bu, çox mühüm məsələdir’.

Tədbirin sonunda müəssisənin qadın 

əməkdaşlarına bayram münasibəti ilə gül 

dəstələri təqdim olundu.



7

SoSİal XəBərlər

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l




Hörmətli oxucular, Enerjinin 4-cü 

nömrəsinə Kakuro və məntiqi məsələ 

əlavə olunmuş və digər nömrələrdə 

olduğu kimi tapışırıqları ən tez yerinə 

yetirən oxucumuza mükafat veriləcəyi 

vəd edilmişdir. Qəzetin nəşrindən və 

iş sahələrinə paylandıqdan dərhal 

sonra redaksiyanın ünvanına hər iki 

tapşırığın həlli ilə bağlı məlumatlar 

daxil olmağa başladı. Lakin, bu dəfə 

tapşırıqları daha operativ şəkildə və 

düzgün yerinə yetirən Texniki xidmət 

üzrə mütəxəssis 

Nihat  Həsənli oldu. 

Belə ki, o qəzetin paylandığı gündən 

bir gün sonra tapşırığı düzgün və cəld 

həll edərək bizim elektron ünvana 

göndərdi. Digər nömrələrdə olduğu kimi 

rəhbərliklə əldə olunan razılığa əsasən 

Nihat Həsənli müəssisədaxili qəzetin 

ümumi toplantısına dəvət olunaraq qrup 

üzvlərinin iştirakı ilə nəzərdə tutulan 

mükafat ona təqdim olundu. 

Əziz həmkarlar, müəssisədaxili qəzetimiz 

SOCAR-AQŞ kollektivinin Enerjisini nümayiş 

etdirmək üçün ən gözəl kommunikasiya 

vasitəsidir. Qəzetimizi daha da Enerjili 

etmək üçün hər birinizi maraqlı məqalələrlə 

aktiv iştiraka dəvət edirik. 

Məlumat olaraq bildiririk ki, növbəti 

nömrələr üçün təqdim olunacaq ən 

maraqlı məqalə müvafiq şəkildə 

mükafatlandırılacaq.



enerJİnİn 

qalİBİ

Gülək və


Düşünək!

"İlqara bax, prosedurlar üzrə 

ekspert olub"

"Doğrudan? Bilmirəm o belə 

şeyləri oxumağa necə vaxt tapır?"

Oxumaq lazımdır.

Mütləq lazımdır!

Nobel mükafatı  27 Noyabr 1895-ci il və 30 

Dekabr 1895-ci il tarixlərində Stokholmda 

Alfred Bernard Nobelin vəsiyyəti əsasında 

təsis edilmişdir. Alfred Bernard Nobelin 

ölümündən sonra qalan kapital Nobel 

fondunun maliyyələşdirilməsinə istifadə 

olunmaqdadır.

Nobel mükafatı insanlığa xidmət edənləri 

mükafatlandırmaq məqsədi daşıyan nüfuzlu 

bir mükafatdır. İlk Nobel mükafatları 1901-ci 

ildən verilməyə başlamışdır.

Nobel Mükafatı vəsiyyətnamənin 

maddəsinə istinad edərək 6 (altı) 

nominasiya üzrə verilməlidir.

1.

Kimya üzrə Nobel mükafatı.



2.

Fizika üzrə Nobel mükafatı.



3.

Fiziologiya və tibb üzrə Nobel mükafatı.



4.

Ədəbiyyat üzrə Nobel mükafatı.



5.

İqtisadiyyat üzrə Nobel mükafatı.



6.

Nobel Sülh Mükafatı.

Nobel mükafatı illik mükafatdır, ötən il 

ərzində göstərilən xidmətə görə verilir 

və fevraldan-oktyabra qədər göndərilmiş 

nominasiyalara baxılır. Mükafatçını  əsas 

işçi orqan olan Nobel komitəsi dəyərləndirir. 

Komitə üzvləri isə hər 3 (üç) ildən bir seçilir. 

Mükafat 10 Dekabr, yəni təsisçisinin ölüm 

tarixi günündə təqdim olunur. Bütün Nobel  

mükafatları Stokholmda, sonradan təsis 

edilən "Nobel sülh mükafatı" isə Osloda 

təqdim olunur. Hər bir Nobel mükafatının 

dəyəri 10 milyon İsveç kroununa (təqribən 

1 milyon avro) bərabərdir. Namizədlərə pul 

mükafatı ilə yanaşı  qalibin şəkli ilə birlikdə 

medal (18 karat qızıldan təşkil olunmuş) 

və diplom da təltif olunur. Nobel fondunun 

2016-ci il üçün büdcəsi 8 milyon kroun 

olaraq müəyyənləşdirilmişdir. 

2016-cı ilin "Fizika və Kimya" nominasiyaları 

üzrə qalibləri açıqlanıb. Bu qaliblər öz 

elm sahələrinə verdiyi dəyərli töhfələrin 

nəticəsində bu mükafata layiq görülüblər. 

Qaliblərin adları Nobel Fondunun rəsmi 

internet səhifəsində açıqlanıb. Məlumata 

görə, "Fizika" nominasiyası üzrə mükafata 

ABŞ alimləri David Saules, Danken 

Haldeyn və Maykl Kosterilts layiq görülüb. 

"Fizika" nominasiyası üzrə Nobel mükafatı 

sadaladığımız ABŞ alimlərinin, Topoloji 

faza keçidlərinin və topoloji materiyanın 

fazalarının nəzəri kəşfi sahəsində əldə 

etdikləri dəyərli elmi məlumatlarına əsasən 

verilib.

Komitə mükafatın yarısının Thoules, digər 

yarısının isə Haldane və Kosterilts arasında 

paylaşdırıldığını açıqlayıb. Komitə tərəfindən 

qeyd olunan açıqlamalara əsasən "Bu ilin 

mükafat sahibləri,maddənin fərqli hallara 

girə bildiyini araşdıraraq,bilinməyən bir 

dünyanın qapılarını açdılar.

2016-cı il Nobel mükafatının "Kimya" 

nominasiyası üzrə qalibləri Fransız Jean 

Pierre Sauvage, İngilis J.Fraser Stoddart 

və Niderlandlı Ben Feringo-nun adları 

mətbuata açıqlanıb.

İsveç Kraliyyət Elmlər Akademiyasının 

verdiyi açıqlamalara əsasən bu 3(üç) 

elm xadimi Molekulyar Maşın sintezi 

və tərtibatı sahəsində göstərdiyi elmi 

işlərin nəticəsi olaraq bu mükafata layiq 

görülüblər. Məlumatlara əsasən, 2016-cı 

ilin mükafatçılarına mükafat qazandıran 

"Molekulyar Maşınlar" saç telindən 1000 

dəfə daha incədir.

Jüri heyətinin açıqlamalarına əsasən bu 3 

elm insanı "lazımı enerji aldıqlarında bir 

funksiyanı yerinə yetirə bilən və hərəkətə 

nəzarət edə bilən maşınlar təkmilləşdirdilər" 

Bu  elmi işin nəticəsi olaraq elm adamları 

930 min dollarlıq mükafata sahib oldular.

Nobel mükafatı fondunun yaradılmasında 

Bakı neftinin rolu danılmazdır. Neft sahəsi 

işçisi olaraq bu haqda bilmək istəyəcəyinizi 

düsünürəm və qisaca məlumat vermək 

istəyirəm. Məlumatlara görə, Nobel 

qardaşlarının Bakıya gəlməsi 19-cu əsrin 70-

ci illərinə - neft  sənayesinin inkişaf etməkdə 

olduğu vaxta təsadüf edir. R.Nobel Bakıda 

neft sənayesinin vəziyyəti ilə tanış olmuş və 

başa düşmüşdür ki, yaxın gələcəkdə bu sahə 

yaxşı mənfəət gətirəcəkdir. Bu səbəbdən də 

qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə 

sərmayə qoymağa razı salmış və 1875-

ci ildə onun razılığı ilə Sabunçuda bir sahə 

alaraq orada qazma işlərinə başlamışdır.

Tezliklə Nobel qardaşları neft işinin texniki 

təchizatını yeniləmək və bu sahədə əsaslı 

işlərin aparılmasının vacibliyini dərk etmiş, 

qazma və təchizat sahəsində yeniliklər 

 

yiyələnmişdir. Neft sahəsində yeni ideyaların 



geniş miqyasda reallaşdırılması onların adı 

ilə bağlıdır. Son olaraq fəxr hissi ilə bildirək ki, 

Nobel mükafatı fondunun 33200000 kroun-

luq büdcəsinin 17%-i Azərbaycan Neftinin 

və zəhmətkeş neftçilərinin əməyi sayəsində 

formalaşıb.

1.  Əlinizdə 5lt və 3lt həcmli iki ədəd bidon 

var. Yalnız bu iki bidondan istifadə edərək 

4 lt suyu necə əldə edə bilərsiniz?

2.  Əlimdəki çiçəklərin ikisi istisna olmaqla 

hamısı çobanyastığı, ikisi istisna olmaqla 

hamısı qızılgül və ikisi istisna olmaqla 

hamısı qərənfil olduğuna görə əlimdə 

hansı çiçəkdən neçə dənə var?

3.  Bir qızın qardaşları və bacılarının sayı 

bir-birinə bərabərdir. Amma hər oğlanın 

bacılarının sayı, digər qardaşlarının 

sayının iki qatıdır. Bu ailədə neçə qız, 

neçə oğlan var? 

4.  İki ata və iki oğul, üç kresloya, necə tək-

tək otura bilər?

5.  Bir yarışda ikinci adamı keçsən finişə 

neçənci çatarsan?

6.  Bir boşqabda 7 dənə portağal var. Bu 

portağalları, 7 uşağa bir dənə bütöv 

portağal verəməklə elə bölüşdürün ki, 

hələ də boşqabda bir portağal qalsın?

7.  Meyvə və tərəvəz satanın iki gözlü bir 

tərəzisi və 4 ədəd müxtəlif çəki daşları 

vardır. Satıcı, bu daşlarla 1 kilodan 40 

kiloya qədər olan hər şeyi çəkə bilir. 

Satıcının əlindəki 4 müxtəlif çəki daşları 

hansı ağırlıqlardadır?

8.  İki gün əvvəl qızın 8 yaşı var idi. Amma 

gələn il onun 11 yaşı olacaq. Bu necə 

mümkündür?

1.  Neftin cəmi 1 damlası 25 litr içməli suyu yararsız hala salır.

2.  Tarif - Aralıq dənizində yerləşən adadır və bura ilk yer idi ki, limanda 

dayanacağa görə pul almırdılar.

3.  İnsanın dilində əks olunan izlər barmaq izi qədər təkrar olunmazdır.

4.  Bütün tarix boyu Nil çayı iki dəfə - IX və XI əsrlərdə donub.

5.  İl ərzində bir dəfə də olsun insan doğulmayan yeganə ölkə 

Vatikandır.

6.  Dünyada hər 10 insandan biri solaxaydır.

7.  Avstraliyada evdovşanlarının sayı Çin əhalisindən çoxdur.

8.  Siçovul dəvədən daha çox susuz qala bilir.

9.  Soğan soyarkən saqqız çeynəmək gözün yaşarmasının qarşısını 

alır.


10. Əqrəbin üzərinə tökülmüş 1 damcı likör onu dəli edir və əqrəb 

özünü sancıb öldürür.

11. ördəyin çıxartdığı səsin əks-sədası olmur. Bunu alimlər başa düşə 

bilmir.


12. Əgər bir stəkan suya 80 dəqiqə qışqırsaq, su qaynayar.

2016-ci İlİn kİmYa Və fİZİka noBel mükafatÇilari

maraqli faktlar

ötən SaYimiZda dərc olunan

kakuronun caVaBlari

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l



8

maraq daİrəSİ

Yüklə 217,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə