Hüseynqulu sarabski KÖHNƏ baki



Yüklə 0,89 Mb.
səhifə23/24
tarix28.01.2022
ölçüsü0,89 Mb.
#83214
1   ...   16   17   18   19   20   21   22   23   24
3A.H.Sarabski-Köhnə Bakı-Lat

Qaynana və gəlin




Qız, oğlan evinə gedən günün səhərisi, adəti iizrə qızın ata-anasına muştuluğa gedərdiiər ki, qızın ağbəxt oldu. Gəlin qayınananın xoşuna gəlordi, Qayınana qudalan qonaq edərdi, Bir müddətdən sonra yeni xoş- bextlik İiz vcrordi. Gelin hamile olar ve ağn çokerdi. O saat xəbər göndərib İçərişəhərdə, Xıdır dalanının altmda, Qara Nocefqulunun anası, eldəqayrılma küçə mamaçası Amad xalanı çağırardılar. Amad xala dem-dəsgahmı yığışdınb, geco yarısı balağım çeke-çəkə gəlordi.

  • Ay xala, balandan göresen.

  • Bilirəm balam, bilirəm, menim əlim yüngüldür, inşatlah sala- matlıqdır.

Amad xala əlini-qolunu çırmalayıb evin bir tərəfınin palaz-parçasını yığar, iki böyük qazanı ağzı üstə bir-birinin yanına qoyub omm üstünə də köhnə şəlpə-şülpədən bir şcy salar, iki qazanın arasma da kül tokordi. Bunun adına çala deyərdilər. Sonra hamilənin qoltuğuna girib onu evdo gozdirməye başlardı. Nəhayət, onu çala üstüne çıxarardılar. Hamile hər bir qıçını qazanın birinin üstünə qoyub sallağı oturardı.

  • Anam, güc ele, ya Xıdır Nəbi, Xıdır Niyaz bəndəni bəndədən xilas ele.

Bu demda gelinin anası içeri girib, piri, peyğembəri, Allahı, imamı yığıb bu evə tökor, səs-küy salar, ağız deyəni qulaq eşitməzdi. Iş çətinə düşərkən:

  • A balam gedin, çolaq Səlimin dükanı ilə üzbəüz evdə yaşayan mamaça Mələknisəni çağırın.

Mələknise gələrdi. Çatan kimi xəstəyə baxmamış:

  • A, nöşün dayanmısuz, gedin bir sohəng gətirin zahıya verin, piləsin.

  • Anam pilo, bacım pile, pilə bunu!

Zahı yazıq sancımn qorxusundan nə deseydilor onu eder və səhəngi alıb var qüvesi ile piləməyə başlardt. Bundan dabir şcy.çıxmazdı. İki mamaça bir-birile höcət eləmoyə başlardılar. Zahının nəfosi kesılər, Ürəyi gcder, nehayet, çalanın üslündən yerə yumbalanardı. Beloliklə, yazıq arvadı helak ederdilər. Bəzilori iki-üç mamaça getirərdilər, ancaq bundan da bir şcy çıxmazdı. Qızın anası bir qeder anlaqlı olsa idi:

  • Yüyür bir urus mamaçasını çağır, - dcyo yalvarardı. Buna çətin- likle razı olardılar. Rus mamaçası gelən kimi cvdoki qadınların hamı- sını otaqdan qovar, əlini-ayağmı temiz yuyub qayda ilə işə başlardı. Evdeki qadınların əlləri hər bir şeyden üzüləndən sonra, canamazı açıb qabaqlarma qoyardılar, Quran oxuyar, Allaha dua ctmoyə başlardılar.

Yevdokiya İvanovna bunlara əhomiyyət verməyıb, gəlini eziyyetden xilas edib, lazımi tapşırıqlar verdikden sonra çıxıb gederdi. Yene mcy- dan əldəqaynlma mamaçalara qalardı.

  • A balam, golm evi möhr eləyok.

Bir kabab şişinə üç soğan keçirib, şişin ııcımu otağın dörd bir diva- rma sürtorok aparıb xəstənin başı üstünde qoyardılar. Zahıya deyər- dilər ki, yatma, yatsan al anası gələr, ciyərini çıxarar.

O biri mamaça söze başlardı.

  • A balam, xəberiivüz var ki, İtotaran Daşdəmirin qızının başma no gəlib?! Doğub, salıblar kürsüyə. İsti kürsü, arvadı yuxu apartb, al anası da gəlib əlini salıb, arvadın ciyərini çıxanb, arvad da ölüb.

  • Ay yazıq! Ay yazıq!

  • Bunların hamısı yazıdı, a başuva dönüm! Adamın alnma ne yazı- lıb, başına o gələcok,

Birİnci mamaça yeni bir yaian toxumağa başlardı:

  • A...a...a... qarageymiş... heç xəbərüvüz var ki... a, bizim kənddə Keble Qayxanım doğub, yatıb kürsüdə... deyir ki, elo məni huş apara- aparmaya, gördüm ki, bir hündür, yekədöşlü arvad dayandı qapının ağzmda, astanada, Gördü ki, ara xəlvətdir, üsulluca girdi içərİ. Birdən yadıma düşdü ki, ey dili-qafil, bu al anasıdrr, Özümü itirmedim, dcdıın: “He, gelsənə, ne istəyirsən?” Gördüm bu yazıq özünü itırdi vo dedi: “He, bəs mən süzün qonşuvuz Qaradəniz xalayam da. Moni tanımır- san?” Mənə o kürsüdən bir parça od ver. Dedim ki, gəl kürsüden götür, apar. O golib yorğanı qalxızıb başını kürsüyə soxanda əlüstü mən dur- dum ayağa. Yaxamdan iynoni çıxartdım, onun yaxasma sancdım vo dedim: “Kafir, sən al anasısan, gelmıson mənim ciyərimi çıxardasan, Allahm iznı ilo mən seni əsir elədim”, O başladı məno yalvarmağa: “Altah xatırıtıa meni bağışla, moni öldürmə, mən sonə qulluqçu ola- ram, iynoni menim yaxamdan çıxart”.

Bclə deyirlər ki, al anasının döşündə no qədər o iynə var, o heç ycro gede bilməz, özü do iynədən qorxduğu üçün onu döşündən çıxara bılməz. O adam axtarardı ki, iynəni öz döşündən çıxartdırsın. Əgor balaca qız ve ya oğlan uşağından görsəydi, iynoni döşündən çıxartdırıb qaçardı.

Bu kimi yalan və uydurmalar danışmaqla mamaçalar qadınların gözlərini bağlar, öz etibarlannı möhkəm saxlamağa çalışardılar.

Məlumdur kİ, qadın doğduqdan sonra bütün damarları boşalır və ezələlər zoifləyir, o zaınan onu yatmağa qoymazlar. Çünki yatsa, ouu

qan aparar vo ölər. Ona qəhve verər, kamfora vurarJar ki, yuxusu qaç- sın. Küçə mamaçaları isə bunlardan bixeber idilər.

Səhərisi yenə rus mamaçası gelər, zahıya baxıb lazımi tapşınq ve dermanlar verər, şişi-zadı yığıb evden tullardl. Zaht xəstelikdən dur- duqdan sonra Yevdokiya İvanovnanın pulunu və xeletını artıqlaması ilə verər və hörmətlə yola salardılar.

Mamaça gedəndən sonra yenə qapı köhnə daban üstə işlərdi. Avam qadmlar yenə yazıq qadının başma yığılıb kişinin köhne donunu, çuxa- sını parçalayıb çirkinə, pasağma baxmayaraq, uşaq üçün esgi qayırar- dılar. Əsgiləri uşağın altına sərdikdən sonra onun üstündən bir parça brezent qoyar, brezentə əlif yağı çokərdilər ki, su buraxmasın, Ona müşembə deyordilər, Sonra uşağı yorğançaya büküb, olini, ayağım yorğanın altına salıb, uzun bəlek bağı ile möhkəm sanyardılar. Uşağın yeri hemışe yaş olardı. Əsginin çirki ve rütubəti uşağı incidər və zavallı ağlamağa başlardı. Avam ana, uşağın yerinin narahat olduğunu anla- mazdı. Qonum-qonşular cürbocür məsləhətler görerdilər.

  • Ay bala, qonşumuz Gülmirzonin də uşağı yatmırdı, ona xügəri verərdilər, sən do ver, yuxusu gəlsin.

Əttar Molla Məhəmmədin dükanından xaş-xaş qabığı alardılar, onu qaynadar, onun suyundan bir-iki qaşıq uşağın boğazma tökerdilər. Əgər bu da kömek eləmosoydi tiryək isladıb uşağın boğazına töker- diler. Seher uşağın bələyini açanda görərdilor ki, onun qıçlannı rütubət yandırıb. Uşağm əndamına quru xma sürtməyə başlardılar. Uşağm zərif bədeni xügəriyə, tiryekə, xınaya davam gətirməzdi. Uşaq naxoşlardı. Uşağı hekime göstərmezdiler, avam qadınlar btr yere yığılıb cürbəcür ağılsız mühakimələr yürütməyə başlardılar;

  • Uşaq çiləyə düşüb, onu ksmənddən keçinnok lazımdur.

Uşağı hamam külxanma aparıb külxançıya deyerdılər ki, o, əlin-

doki hisdən uşağm üzünə yaxsm. O da əlini hisə batınb uşağın üz- gözünü qaralardı.

O biri arvad deyərdi:

  • Yox, bunu boyaqxana küpünün üstünə aparmaq lazımdur.

Uşağı boyaqxanaya gotirib, boyaqxanaçıya onun üz-gözünü boyat-

dırardılar. Nehayet, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdı- rardılar. Yüzlərcə sağlam uşaqlar avam qadınlann əlinde bu yollarla həlak olub gedordi. Əzaba və işgəncəyə tab gətırən uşaq, min bir əzabla böyüyerdi. Onun boynundan dua, quiağından heydəri sırğa asardılar.

Bəzən uşağı tərəzinin bir gözünə qoyub, o birisinə də uşağın ağırlığı qəder ət qoyub çokərdiler. Sonra əti apanb qəbiristanda basdırardılar. Bununla uşağın ömrünün uzun olacağını qət edərdilər. Bu adotin adma “əqiqi” deyərdiler. Bəzən qadınlarm ağzından - “fılankos öz uşağını “əqiqi” eleyib, onun ömrü uzun olar” - sözlərini eşitmək olardı.

8-9 yaşına çatan uşaq, necə deyərlər, yeteno yetər, yetmeyenə daş atardı. Söyüş söyər, üst-başını cırardı, evdo qab-qacaq smdırardı, ancaq onun xatrino dəyməzditər, ərkoyün böyüderdiler. Uşağı aparıb məhəllə mollasmın yanmda dərsə qoyar və bele deyərdiler:

  • Molla əmi! Bu uşağın eti sənin, sümüyü mənim.

Bu cür tərbiyə ilo böyümüş uşaq mollaxanada da nadinclik edordi, o biri uşaqlara sataşardı, molla da bunun ayaqlarmı falaqqaya salıb çu- buqla döyərdi. Sonra uşaq molladan qaçardı. Uşaqlar da bunu hor yerdə görsəydilor, mahnı oxuyub el çalmağa və onu ələ salmağa başlardılar:

  • At nalı, eşşek nalı, molladan qaçan Hüseynalı,

Uşaq ağlaya-ağlaya anasının üstünə gedordi. Anası da qapıya çıxar, uşaqları söyər ve qarğış edərdi. Bunun söyüşünü eşidən birbaşqa qonşu arvad gəlib qapı ağzında dayanar və ona cavab verməyə başlardı:

  • Uşağun molladan qaçıb, monim uşağımın taqsiri nodir süyürsən? Canı çıxsun qaçmasun.

  • A... a... kiil başuva Şorif, hamamçı səndən pul istəyir. Kül başuva xindi! Başuva milçəklər qondi!

  • Ağız! Sənin damşmağa ditin də var. Ay fılan-fılan şüdə!.. Açma mənim gül ağzımı, açaram sandığı, tökorom pambığı, dəli Şirinin nəvə- si deyilsən?! Dünənəcən qapılarda qulluqçuluq etmirdün? Ay yazıq.

Bu qalmaqala arvadların kişiləri gəlib çıxardı. Əvvelcə ağız ışi, daha sonra yumruq bazan başlardı. Məhəllo adamlan yığılıb harpsi bir söz deyerdi.

  • Ay Koblə Fərəculla salavat çevir. Allah şeytana lənət eləsin.

  • Ay Meşədi Balaqədeş! Arvad-uşaq işinə qanşmayın, uşaqdırlar, indi dava edib, yarım saatdan sənra barışartar.

  • Əşi, eyibdir qonşuluqda. Hövselenizi basm.

  • Maçaxar haramzadalar, heşturablann sir-süfətinə bir baxın. Gəlin banşın! - deyib uşaqları barışdırardılar. Uşaqlar da bir-birinə əl verib hınldaya-hınldaya banşardılar. Guya aralannda heç bir şey oimamışdır.

Mollaxananm adamın beynini zohərləyən küt, yaramaz mühitindən, falaqqa əzabından qaçan uşaqlan palçıqçılığa, xarratlığa, malakeşliye, domirçiliyə, papaqçılığa, zərgərliyə, kababçı və çayçı şəyirdliyinə qoyardılar. Bir neçəsi alış-verişə başlar, bir neçesi də nökər dayanardı, Başqa çarelerı yox idi.

Oğlundan bezar olmuş kişi kənddən və ya şebərdən öz oğlunu aparıb dövlətli bir tacirə nökərçiliyə verərdi. Bunlann şerti belə olardı:

Uşaq bir il gərok havayı qulluq edəydi. Uşağın yatan yeri mətbəx və ya qaranlıq anbarlar olardı. Ev sahibinin süfrəsindən qalan tör- töküntünü yeyərdi. Qışm soyuğunda ayaqyahn su daşıyardı. Yayın istisində tərloyə-tərləye həyəti süpürər, bulaşıq qabları yuyar, gedib ağasmm dükanının qabağmı süpürər, sulayardı. Bazardan ağası undan, qonddən, çaydan, düyüdən, kömürdən, odundan alıb, onun belinə yük- lor vo eve göndərərdi. Onun sənəti evo şey daşımaq olardı. Bir il bu yazıq uşaq qoyulmuş şortlə işləyəndən sonra onun atası xozeyinin yanına gəlordi, Xozeyin isə: “Sənin uşağm təmizkar deyil. Natəmiz- likdən və murdarlıqdan başma yara düşüb. Yaxşı qulluq elemir”, - deyib fınldaqla uşağın əmok haqqmı kəsər, öz vəhşi istisrnannı bır neçə il də davam etdİrməyə səy edordi. Bedbəxt ata xozeyinin sözünə inamb uşağın üstünə düşərdi. Yazıq uşağın çarəsi kəsilur, ya hamballıq edor, ya da fəhləliyə qurşanardı. Çox zaman gedib tövlə nökəri olardı. Bir az böyü- dükdən sonra tongə gəlib oğurluğa başlardı. Ya öldürərdilər, ya da yazığı Sibirə göndərərdilər. Fəhloliye gedən azyaşlı uşaqlara xoze- yinleri istirahət günü verməzdilər. Onlar ac-yalavac, dilənçi kökündə yaşayar, gecə-gündüz insan qüvvəsindon xaric iştəyərdilor. Keçmişdə Bakıda ve onun kəndlərində maarif, ınədoniyyet ocaqlan olmadığın- dan genclor boş vaxtlannda çayçı dükanma, dollek dükanlarma yığışar- dılar. O zaman çayçı dükanlan ən pis, ən murdar işlerin yuvası idi.

Hər məhelledə bir qoçu, hər qoçunun da bir çayçı dükanı olardı. Çayçı dükanınm dal terəfinde qumarxana olardı. Meşhur qoçu Ağakə- rimın dükanı Quba meydanmda idi. Ağakorimin özünden başqa iki qardaşı vardı. Birinİn adı Əli, o birinin adı Hüseynqulu idi. Əli ilə Hüseynqulunun kababçı dükanları var idi. Onlar Quba meydanmın allahı ıdilər. Quba meydamna tərəf kendlerdən nə qadər meyvə gəl- səydi, gerek Ağakorimin əli ile satılaydı. Ona “bığyağı” düşeydi. Ondan izn almamış hcç bir kəndli Quba meydanmda malını sata bil- məzdi. Yaxşı yadımdadır, 1890 -cı ilde, bir gün səhər erkən meydana getmişdim. Ağakərİmin Əli adlı qardaşı əllərini belinə vurub bir qocanı söyürdü. Qoca isə ağlayırdı.

~ Köpək oğlu, sən gərok bu meydandan çıxasan!

Sonra irəli galib bu kişinin kabab manqalına təpik vurdu. Manqal çevrilib üzərindəki şişə çəkiimış ciyər kababınm tikələrinin herəsi bir yana dağıldı. Zavallı qoca ağlaya-ağlaya:

  • Əli qardaş! Bu gün axşam mən sənin qulluğuna gələcəkdim.

Əli etina etməyib gctdi. Mən o kişiyə yanaşaraq məselenin nə yerdə

olduğunu soruşdum. O isə menə nağıl ctdi:

  • Ay qardaşoğlu, mənim sokkiz baş külfətim var. Mon hər gün ciyər kababı bişirib şişi iki qəpiyə satıram və onunla başımı girloyirəm. Men gərək manata iki qəpik hər axşam aparıb Əliyə verəm. Keçen gün vennədiyim üçün bu gün mənİ, burada kasıbçılığımı etmeyə qoymur.

Mən təəccüb cdib soruşdum.

  • Ay əmi, məgər bıırada polis idarəsi yoxdur, qaradovoy yoxdur?

  • Ay qardaşoğlu, no qoyub ne axtarırsan? Hor yere gedirom, heç kəs qulaq asmır. Hamısı əlbırdir. Bax, o qaradovoyu görürsən? Bir az bundan əvəl burada idi. Əli məni söymeyə başlayanda, özünü bilme- mozliyə vurub bizdən uzaqlaşdı.

Qoçuların peşosi gündüz xərc yemək, gecelər iso qumardan şotəl yığmaq idi.

Çayçı dükanlannda əxlaqsızhq, qumarbazlıq belə başlardı: ovvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar. Bir azdan sonra “fmcan” vo “gül” oyunu başlanardı, “Fincan” oyunu qurtardıqdan sonra həzərat qumara yığışardı. Qumar “qəhrəmanlan” gözeşirin bir gənci əhato edib min cür hiylə ile qumara qoşardılar. Əvəlco onun pulunu udardılar. Sonra qumar mütoxəssislərindon biri mehribanlıqla ona deyərdi:

  • Bacıoğlu! Pul isteyirsən sənə verim? Qorxma, indi baxtı geti- renlerin hamısını çer eylərsen, ancaq dilxor olma.

Bir üçlük çıxanb otıun qabağma qoyardılar. O biri qumar “qəhrə- manlan” ise bu pulu da ondan udardıiar. Həriflər ycnə de bir üçlük çıxarıb verordiler:

  • Udduğuna, uduzduğuna şərikəm. Ne olacaq, dünya malı dünyada qalacaq.

Qumar qurtardıqdan sonra oğlan bu adamlarm herəsino on, on iki manat borclu qalardı. Qumar “qəhrəmanlan”:

  • Bacıoğlu! Eybi yoxdur, sonra verərson, - deyib ayrılardılar. Bir az keçdikdən sonra gəncə:

  • Məndən qumar üstə pul almısan, nöşün vermirson? - deyə hodə- leyerdiler,

Gedib gəncin qorxduğu adama və büyüyünə deyəcəklərini söy- lərdilər.

Zavallı cavan uğlan da atasından, yaxud böyüyündən qorxardı və belə düşünerdi: “Bilsə, yəqin ki, məni öldüracek”. Bu kimi yollarla lətular gəncı ələ gətirib əxlaqını pozardılar. Haman geco evdən və ailə- dən qaçaq düşərdi. Qohum-əqrəba da Ağakərimin qorxusundan bir söz deye bilməzdi. Bu gəncin belinə tapança bağlayıb, üst-başını təzeiə- yib cibino pul töküb evmi yıxardılar və onu da özleri kımİ qoçu edər- dilər, O da yavaş-yavaş evəlcə birisini söyerdi, sonra döyərdi, o biriııin üstünə tapança çokərdİ.

Qorxudan heç kəs danışa bilmazdı. Çünki bilirdilər ki, Ağakərimin adamıdır. Nehayət, gənc böyük qoçuların da üzünə ağ olmağa başlardı. Bir gün eşidərdin ki, küçələrin birinə bir meyit atmışlar. Meyite bax- dıqda onun həmin cavan oğlan olduğunu görərdilər. Ağakərimin düka- nına gələn gonclərdən ikisini mon şəxsən tanıyırdım. Birinin adı Ağakişi, o birinin adı ise Babakişi ıdi. Kiçik qardaşı Ağakerim elə gətirə bil- məyib öldürtdürdü. Onun mafəsi qapıya qoyulmuşdu ki, apanb dəfh ctsinlər. Camaat da oraya cəm olmuşdu.

Yuxan küçedan bir güllə səsi eşidildı. Camaat xəbor üçün o səmto yüyürdü. Ölənin qohumlarından bir nəfəri də gəlib dəfn ediləcək ada- mın anasına dcdi:

  • Ay bodbəxt! Böyük oğlunu da vurdular,

Arvad bunu eşidonde rəngi qaraldı. Üzünü göyə tutub dedi:

  • Ay Allah! Əgər varsansa bəs divanmı cle də. Ağakorimi görüm arxası yero gelsün, balalarım yolu yollansun.

Məlum oldu ki, bunu da Ağakərim vurdurub. Sabahı gün bir qapt- dan iki cehalət qurbanı aparılardı. Birhəftə çəkmozdi ki, bədbext oğlan- larm faciəsinə davam getinnəyən ana da dord-qüssədon ölerdi. Belə- liklə, Ağakorim tək bir ailomn qapısmı deyil, yüzlorce əlsiz-ayaqsız- larrn, yoxsullarm, çarəsizlorin evini qıfdlayıb çırağını söndürüb, açannı dama tullardı.

Mehəllonin baş cahılı olduğu üçün Ağakərimi qonşuya ehsana çağırardllar. O da Öz adamlarmı başına cəm cdib deyərdi:

  • Gerək filankəs ölsün. Mon sabah gccə ehsandayam. Mohellenin mötəbər adamları orada olacaqlar. Mon də cradayam, sorpayıyam (eh- sanda süfrə döşeyib, çay paylayan adamlara sərpayı deyerdilər). Siz də onu güdersiniz. Hansı küçodə ve harada olduğunu mənə xobər verer- siniz. Dəxi sızin işiniz yoxdur.

Bu qayda ilə Ağakerime xəbər verərdiler. O gecə Ağakərım hiylə ile məclisdən çtxardı, gedib həmin adamın başını batırar, dübarə qayt- daı, öz çaymı paylayardı və özünün orada olduğımu camaatın nəzərinə çaıpdırardı, Ölenin adamlan polıs idarəsinə məlumat vererdiler ki, bizim qanltmız Ağakerimdir, O da cavab vererdi ki, mon filan gecə fılan yer- deydim. Məhollənin bütün ağsaqqallan, mollaları, mötəbər adamları hamtsı orada idi. İnanmırsımz çağırm, onlardan soruşun.

Pristava 1-2 yüz manat “bığyağı” verdikden sonra Ağakərim evinə gələrdi. Polis idarosi göstarilən adamlardan çağırıb soruşardı, Onlar da şahidlik edib deyərdilər:

- Bəlİ, bəli o gece filankəs orada idi. Biz do gördük, onun heç bir teqsiri yoxdur,

Beləlikle də nahaq qanlar batardt.

Köhnə Bakıda Ağakərimlər tək deyildi. Hər mohəllenin özünün qoçuları vardı. Bunlann hər birisinin Öz hökmü vardı, Belə cani və qatillərdən biri də qoçu Kəblo Heybət idi. Onun çox gülünc görkəmi vardı. Başında qablama qazanaoxşar Buxara dərisinden qara, təposi mahud, dallayı papaq, əyninde qara atlaz, döşü ilme-düyməli büzmo don, belində qəhvəyi enh ipək qurşaq, qıçında qara mahuddan enli lifeli, genbalaqlı şalvar, ayağmda püstəyi rəngdə sart başmaq var idi. Bəzen yanı rezinli jığ-jığ şiblit də gcyərdi, xoşuna gelməyən adamlann küro- yinin ortasını ‘‘sığallamaq” üçün əlində daim tatan gəzdirordi. Belində, çuxanın altmdan xencər və tapança bağlamış olardı. Onlar iki qardaş idiler. İkinci qardaşın adı Kəblə Məcid idi.

Keçmiş Salyan kazarmasından aşağı, hasara almmış bir parça yer vardı. Ətraf kendlərdən nə qədər mal golsəydi, orada satılardı. Bunlar birdən-birə qoçu olmamışdılar. Əvelco həyasızlıqla bütün həmin mey- dant əllərine almışdılar, Ora gelən mal-qarantn hamısı onların əli ilə satılardı. Buna görə də onlan bütün kürdlor, şahsevonlər və çodarlar tanıyırdılar. Sonralar qossab bazarında bu iki qardaş iki qəssab dükanı açdılar və başlarına dəste yığıb, hərəsi beline bir tapança bağlayıb qoçu olmuşdular! Belə ki, Kəblə Məcid geldi, Kəblə Heybət getdi, - deya şohərdə danışıq gedərdİ. Bunlar yavaş-yavaş bazarm alış-verişini də öz ollərinə aldılar. Mal-qara, araba əlde etdilər. Kontor düzeltdilor. Məhellədə cavanlarm biri bunlara ağır cavab versəydi, gece onu öz evində ciyə ilə boğduqdan sonra nəşini itir-batır edərdilor. Axır vaxt- larda şahsevənlorin mallarınt alıb özlərini gecə düşbərəyə, qutaba qonaq çağırıb dldürərdiler. Sonralar əhali buna dozo bilməyib qonşu- luqda olan cavan qəssab Coferqulu oğlu Səttarın başma yığıldılar. Ona yalvardılar:

  • Sən bunlarm şərini bizim başımızdan radd elə. Qorxma, biz sənə kötnək cdib qurtararıq.

Səttar qoçu qardaşlardan ət alıb pulunu verməməyə başlayır, Gün- lorin bir günü Koblə Heybət etinasız gəlib Settarın dükanımn qaba- ğında dayamr, ağzına gələn soyüşü Settara yağdımıağa başlayır.

  • Kəblcyi nöşün söyürsən? Buyur gəi içəri pullarını verim.

Kəbleyi içeri girib pul almaq istodİkdə Səttar daxılı çəkir, tapan-

çanı çıxarıb Kəble Heybətin kürəyinə bir güllə çaxır, Sonra dükandakı ot baltasını getirorək tərəzinin üstünə atıb qışqırığa başlayır ki; guya Kəblə Heybət onu balta ilə vurmaq istərkən, özünü xilas etmək üçün o güile atmağa məcbur olmuşdur. O saat Səttarın adamları onu əhato edib polıse apanr və orada onun təqsirsiz olduğunu sübut cdirler. Sonra Kəblə Mocjd yığdığı dövləti qardaşımn üstündə vəkilə, divanxanaya qoyub onun qanım almağa qalxır. Zülmlə qazanılmış kapital, zülm ilə də gedir.

Bakıda, Aşağıməhollə adlanan yerde Meyrinigar adlı bir exlaqsız qadın yaşayırdı. Onun bir oğlu var idi: ona Meyıioğlu Yaqub deyərdi- lər. Belinde hemişe tapança və xəncer olardı, o yetənə yetər, yetme- yenə daş atardı. Divanı satın alardı.

Bu adam bütün Quba meydam qoçularmın gözünün odunu almışdı. Hamı ondan qorxardı. Yaqubun bir tazı küçüyü vardı. Onun qonşulu- ğunda qəssab Məhəmmodyusifm də tazısı vardı. Yaqub bir gün gəlib Məhəmmədyusifə deyir:

  • İtini saxla, qoyma mənim küçüyümü çeynesin.

Yaqub eve gedir, Tərs kimi küçük bayıra çıxır. Küçedə tazı bunu çeynəməye başlayır. Yaqub bunu eşİtcək cold bayıra çıxır. Mehem- mədyusifın tazısına çatıb belindən bir xəncər vurur. İt iki parça olur. Yaqub üzünü Məhemmədyusifə çevirib onu küço soyüşləri ile söyür ve onu da iti kımi doğrayacağı ilə hedələyir. Məhəllə adamları birtoher onu yumşaldıb evo apanrlar.

Bir dəfə Quba meydanmda çayçı dükanmın qabağından keçərken, Yaqub görür ki, cəmi qoçular dükandadırlar. İrəli yeriyib əllərini qapı- nın yanlanna qoyur, üzünü içəridəkilərə Uıtaraq hamısını biabırçı söyüş- lərlə söyür, rüsvay edir və teklif edir ki, çıxm bayıra vuruşaq.

Dükanda heç kim yox imiş kimi bir adam cosarət edib ona cavab vcrə bilmir, Yaqub daha da cosarətlənir:

- Bilmirom sizin nəymızo qoçu deyirlor? - deye onları tehqrr edir.

Qoçular işi belə gÖrüb sözbır olurlar. Bir nofəri öyrədirlər ki, Yaqub gəlib keçondə, onu vursun. Bir gün Yaqub bazardan keçərkən haman adam Yaqubun küroyİnin ortasmdan bir güllə vurub qaçır.

O, ağır yara ilo iki giin qalıb sonra Ölür. Meyrioğlu Yaqub da belə gedir...

Aşağnnohəllədə Hacı Pirverdi moscidi var İdi. Bu mescidin böyüyü Hacı Zərboli oğlu Kəblo Abdulla idi. Hacı Zerboli yaxşı ağac vurardı. İçərişohordəki tnəscidlər məhəllosi kimi, Baytrşəhərdə də məscidler məhəllosi var idi. Onlann məşhurları aşağıdakılar idi:

Qasım bəy moscidi mehəllosi, Hacı Cavad məscidi moholləsi, Hacı Qurban məscidi mehəllesı, Təzepir moscıdı məhellosi, Hactmamalı məscidİ mohəlləsi.

Məscidlərden başqa, tekyelər var idi. Şirvanlılar təkyesi, qubalılar tekyesi, iranlılar tekyosi, qarabağlılar təkyəsi.

Mohərrəm ayının 1 -den 10-na qədər təkyolərdə və məscidlərdə, gecələr saat 1 l-o kimİ cavan uşaqlar sıra ilo oturub, avaz ilə mersiyə deyər, sinə vurardılar. Bir qodər keçəndon sonra onlar soyunar, qurşaq- dan yııxarı çılpaq olardılar. Ayaqüstə dayamb cuşi mərsiyə deyordilər və sinə vurardılar. Sonra təkyənin, ya məscidin yerinin xalça-palazla- nnı yığardılar. Camaat da dörd terofdə oturardı, gəbih gostorordilər.

Şəbihlərteatrtamaşalarını xatırladırdı. Quruluş belə olardı: bırbü- rünc tcştin içine su tökər, getirıb ortahğa qoyardılar. Bir parça da ağac gotırib teştin dibinə sancardılar. Melum olardı ki, bunlar Ərəbistanda Fərat çaymın konannı göstorirlər. Bİr nofər cavan oğlanm əynino qalın paltar geyındirərdilər. O, Harisin arvadı olardı, 10-12 yaşında iki uşağı geyindırib başlanna ağ əmmamə, əyİnlərino də ərəbi köynək geyin- dirərdilər. Bunlar da Müslümün uşaqları olardı. Harisin arvadı onlan məscİdə getirərdi. Guya ki, otılar tapılmışdır. Bunlarla söhbət başlardı. Nəticədə Müslümün uşaqları olduğunu bilib, onlan Harisdən gızlot- mək məqsodilə məscidin bir tərəfındo yer salıb yatırdardt. Bu zaman birisi başında dəmir dəbilqə, əynindo zirehli geyim, ayağmda uzunbo- ğaz çəkmə, başdan ayağadək yaraq vo silahlı, arxasında bir yehor mey- dana gələrdi. Həmin şəxs Harisın özü idi. O, arvadına söhbət edordi ki, Müslümün uşaqları zindandan qaçıblar, onları axtarmamış yer qoyma- mışdır. Bu halda Müslümün uşaqları ayılıb yuxulannı bir-birinə nağıl edər və ağlamağa başlayardılar. Haris arvadından soruşardı:

  • Bu ne sasdir?


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə