120
Təvazö təkəbbürün ziddi olduğundan qulun böyüklük
iddiasında bulunmaması, ən azı özünü başqalarından üs-
tün, yaxud başqalarını özündən aşağı görməməsidir. Yusif
ibn Əsbat həzrətlərindən təvazönün qayəsi ilə bağlı sual
etdikdə “Evindən çıxdığı zaman qarşılaşdığı hər kəsi özün-
dən üstün biləndir” cavabını verdi. Abdullah ibn Mübarək
həzrətləri isə buyurdu: “Nəfsini tanıyan Rəbbini tanıyar”
hədisinin sirrinə qovuşanlar nəfsini küçədə gördüyü köpək-
dən aşağı bilir”.
İbrət
Rəvayət edirlər ki, Şeyxulislam ən-Namiqi əl-Cami həz-
rətlərinin tələbələrindən biri həccə getdi. Qayıtdıqdan sonra
ustadının söhbətlərində bulunmağa davam edərək bir gün
ondan sordu: “Mən həccə getməzdən öncə daima sizin başı-
nız üzərində bir nur haləsi görünürdü. İndi o yox olub.
Səbəbi nədir?”
Həzrət cavabında buyurdu: “Sən həccə getməzdən
qabaq Allaha qarşı təvazökar və müti bir qul olaraq Ona
dua edib yalvarırdın. İndi isə həccin səni qürurlandırdı və
öz nəfsinə dəyər verməyə başladın. Bu səbəbdən dolayı
əvvəlki mərtəbədən daha aşağı mərtəbəyə endin və o nur
artıq sənə görünməz oldu.
Könül işi nur yığmaqdı,
Dörd tərəfə gur yağmaqdı.
Könül işi büt yıxmaqdı,
Könülləri yıxmayalım.
Əsil təvazö qulun bütün canlılara aşağıdan yuxarı bax-
ması anlamına gəlməz. Çünki təvazö məxluq üçün deyil,
Xaliq üçün olmalıdır. Bu isə yaradılanın yox, Yaradanın
böyüklüyü və əzəməti qarşısında qulun həqirliyi və heç liyi
deməkdir. Bu cür həqir bəndələr böyük və müəzzəm görün-
mək istəyənləri görüncə, onlara yuxarıdan aşağı baxar və
121
bir heç olduqlarını büruzə verməkdən əsla çəkinməzlər.
Çünki “Təkəbbürə qarşı təkəbbür sədəqədir” ( hədis) .
Dünyan ovlamasın tilovla səni,
Nəfsin tovlamasın pilovla səni.
Yurdunun içinə qəlbiyuxa get,
Qövmün qovlamasın oxlovla səni.
İbrət
Rəvayətə görə, Mutarrif ibn Abdullah həzrətləri Zalım
Həccacın ordu komandanı Mühəlləb ibn Əbi Suğranı zinət
içində yeriyən görüb dedi: “Sənin bu yerişin Allah və Rəsu-
lunun sevmədiyi bir yerişdir.” Mühəlləb ondan sordu: “Sən
mənim kim olduğumu bilirsənmi?” Həzrət buyurdu: “Bilib
neyləyirəm. Əvvəlin nütfə, sonun leş. Bu ikisi arasındakı
halın da murdarlıqdan başqa bir şey deyildir”. Bu söz
Mühəlləbə təsir etdi və o, yerişini dəyişdirdi.
Çölün riya, içərin şirk,
Ədəbin nə, ədan nədir?
Sonun çürük, əvvəlin çirk,
Mərhəban nə, vidan nədir?
Bir az yelsən, bir az körük,
Bir az selsən, bir az köpük,
Bir az çöpsən, bir az kötük,
Xeyirin nə, faydan nədir?
Bir qəpiyə cüssən dəyməz,
Bir təpiyə hissən dəyməz,
Bir çəpiyə qissən dəyməz,
Sükutun nə, sədan nədir?
Təvazö elm və mərifətdən, təkəbbür cəhalət və qəf lət-
dən doğar. Rəbbini tanıyan, Onun Kitabını az-çox oxuyan,
əmr və yasaqlarını eşidib bilən kimsənin təvazökar olma-
122
ması mümkün görünmür. Çünki “göylərdə və yerdə bö
yük lük yalnız ona məxsusdur” ( əl-Casiyə, 37) .
Əmr sahiblərinin böyüklük iddiasında bulunmaları bü-
tün dövrlərdə adət olunan haldır. Şübhəsiz ki, bu onların
əzabını xəfiflətməz.
Fəqət elm sahiblərinin eyni mərəzə mübtəla olması,
başqalarıyla təvazöylə davranmaması ancaq təəccüb və
təəssüf doğurur. Təvazökar cahil elmsiz, təkəbbürlü alim
isə elmli sayılmaz.
Mən kiməm özümə bir dəyər biçəm,
Kiməm ki, söyləyim qüvvəyəm, gücəm?!
Sadəcə, bilgim var Onun verdiyi,
Bildiyim budur ki, O, Haqq, mən heçəm.
Allahı uca tutub bəndəsini həqir görən kimsə Allahı
uca tutmamışdır. Elm elələrini zirvəyə ucaltmaz, əksinə,
uçuruma itələr. “Təvazökar olun ki, Allah sizi ucaltsın”
( Hədisi-şərif) .
İbrət
Muhəmməd Baki-billah həzrətlərinin gənc bir qonşusu
vardı. Tez-tez içib qonşuları rahatsız edərdi. Bir gün Həz rəti
sevənlərdən Xacə Husaməddinin şikayəti əsasında o gənc
tutulub həbsə atıldı. Həzrət bunu eşitdikdə Xacə Husa-
məddini yanına çağırıb qınadı. Xacə Husaməddin: “Elə
fasiq, elə pis adamdı ki, bəd əməlləri saysız və başqalarına
zərər verən haldadır” dedikdə dərindən köks ötürüb üzün-
tülü şəkildə buyurdu: “Sən özünü saleh, təmiz və xeyirli
gördüyündən sənin nəzərində o, fasiq, pis və şərli görü nür.
Fəqət biz heç bir şəkildə özümüzü ondan fərqli görmürük.
Nə cür onun ziyanına bir söz söyləyə bilərik?”
Sonra Həzrətin vasitəçiliyi ilə o gənc həbsdən çıxarıldı
və tövbə edərək salehlərdən oldu.
Digər nemətlər kimi elm də Allahın qula ehsanıdır,
qulun öz hünəri deyil. Alimin yer üzündə tanınması, sevil-
123
məsi də başqa bir ilahi lütfdür. Kim bilməsə də, elm əhli
bilir ki, Haqq-Təala təkcə əziz edən deyil, həm də zəlil edən-
dir. Nöqsansız insan yoxdur. Allah bir qulunu izzət sahibi
etmək istədikdə onun eyiblərini örtüb fəzilətlərini yayar,
zillət sahibi etmək istədikdə isə əksinə edər, yəni fəzilət lə-
rinə pərdə tutub nöqsanlarını ortaya çıxarar. Müsəl man-
ların sevimlisi və öndə gedən alimlərindən olan Abdullah
ibn Məsud ( radiyallahu ənh) tez-tez deyərdi ki: “Əgər halımı
mənim qədər bilsəydiniz, başıma torpaq səpərdiniz”.
Torpaqdan, o əsildənik,
Satanlardan olmayalım.
İblis oddan, biz gildənik,
Şeytanlardan olmayalım.
Hər cür halı min öyüddü,
Dağlar döşdü, sellər süddü.
Yer anamız, o böyütdü –
Cırtdanlardan olmayalım.
Allahın elm verdiyi kimsələr bu ehsanın qarşılığını
Onun elm vermədiyi və ya az verdiyi kimsələrə xidmət
etməklə ödəməlidirlər. Birinə xidmət etmək isə onun üstün-
lüyünü, yaxud bərabərliyini qəbul etməkdir.
İbrət
Əbu Müaviyə əl-Əsvəd həzrətləri: “Qardaşlarımın ha-
mısı məndən daha xeyirlidir” – deyərdi. Ondan: “Bu nə
cür olur?” – deyə sorulduqda buyurdu ki: “Onların hamısı
məni özlərindən üstün görürlər. Məni özlərindən üstün
tutan hər kəs məndən daha xeyirlidir”.
Sadə dolan yer üzünü,
Qoy dizini, sürt üzünü.
Boylar bəlli, öz-özünü
Dartanlardan olmayalım.
Dostları ilə paylaş: |