I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

244
adama  baxarkən  Həzrət  ona  mane  olub  buyurdu:  “Əgər 
sizlər  baxmamış  olsanız,  belə  israf  etməzdi.  Bunun  israf 
günahına siz də şərik olursunuz”.
Uyma uymuş hər sərməstə,
Ayıqlar az, məstlər dəstə.
Hər içi boş, könlü xəstə,
Boynuyoğun salimdən qaç.
Seyyid Nur Muhəmməd Bedayuni həzrətləri öz tələbə-
lərinə: “Küçədə fasiqlə, günaha batmış kimsə ilə qarşılaş-
maq  qəlbdə  zülmət  hasil  edər”  –  deyərək  onların  hansı 
fisqi, günahı işləyənlə rastlaşdığını xəbər verirdi.
Qaç sübh tezdən acmayandan,
Axşam iftar açmayandan.
Qaç haramdan qaçmayandan,
Hər müftəxor hakimdən qaç.
Muhəmməd ibn Yusif Sənusi həzrətləri haqqında rəva-
yət edirlər ki, o, küçədə süslü libaslar geyinmiş, süslü atlar 
minmiş kimsələr gördükdə belə hallara düşməkdən Allaha 
sığınar, yoluna başqa bir yerdən davam edərdi.
Bir gün yenə eyni kimsələrlə qarşılaşır, amma yolunu 
dəyişmək  imkanı  olmur.  Ona  görə  də  dərhal  bir  divarın 
arxasında gizlənir və onlar keçib gedincəyə qədər oradan 
çıxmır.
Ötəri bax ötkəmlərə,
Arxaları möhkəmlərə.
Görk ilə bax görkəmlərə,
Hər görkəmli xadimdən qaç.
Din böyüklərindən biri zəmanənin halına görə dükan-
bazara getməzdi. Getməyə məcbur olduğu zaman gözlə rini 


245
bir  örtü  ilə  qapadır,  balasının  əlindən  tutaraq  küçəyə  çı-
xırdı. Səbəbini soruşanlara deyirdi: “Allaha üsyan bayrağı 
çəkən  və  Onun  ehsanını  inkara  qalxan  kimsələri  görmək 
istəmirəm”.
Qaçmaq qeyrət, qısqanmaqdır,
Yalnız Haqqa sığınmaqdır,
Qeyrətsizdən saqınmaqdır,
Haqdan qaçan hər kimdən qaç.
Xorasan alimlərindən Abdullah ibn Ömər Sərahbi deyir: 
“Bir dəfə bidət əhli ilə oturub yemək yedim. Abdullah ibn 
Mübarək həzrətləri bundan xəbər tutanda otuz gün məni 
danışdırmadı”.
Böyüklərimizin qafil, günah işləyən, dünyanı Axirət dən 
üstün tutan kimsələrlə görüşmək, salamlaşmaq, söhbət ləş-
mək istəməməsi, yırtıcı heyvandan qaçdığı kimi onlardan 
qaçması  hikmətsiz  deyil.  Çünki  həqiqətdə  də  məhz  hey-
vanı görürlər. Yalnız Allahı görmək istədiklərindən, yaxud 
Allahdan başqasını görmək istəmədiklərindən Allah onla-
rın bəsirət gözünü açmış, başqalarını onlara əsil simasında 
göstərmişdir.
İbrət
Bərdəi Sultan həzrətləri məscidə gedərkən çox adamla 
qarşılaşdığı halda iki-üç kimsəyə salam verər, digərlərinə 
salam  verməzdi.  Tələbələrindən  biri  maraq  edib  səbəbini 
soruşdu. Həzrət bu tələbəsinin gözünə sığal çəkib bazara 
göndərdi.  Tələbə  küçəyə  çıxınca  kimini  meymun,  kimini 
donuz, kimini tülkü, kimini çaqqal, kimini canavar, kimini 
də  köpək  sifətində  gördü.  Ustadının  salam  verdikləri  is-
tisna  olmaqla,  gördüyü  hər  kəs  bir  heyvan  şəklindəydi. 
Ustadının yanına qayıdıb “anladım” dedi.


246
Nələr varmış, nəfsim, səndə:
Quzu burda, qurd burdadır.
Hürriyyətim, həbsim səndə:
Qürbət burda, yurd burdadır.
Fitnə sənsən, fəsad da sən,
Matəm sənsən, büsat da sən.
Firon da sən, Musa da sən:
Namərd burda, mərd burdadır.
İnsan olmaq bizsiz ehsan,
“Ol” deyənə bu çox asan.
Nə cür olaq kamil insan?
Bizlik olan dərd burdadır.
Allah yolçuları yer üzündə zikr məclislərini dolaş maqla 
vəzifəli  olan  mələklərə  bənzəməli,  yəni Allahı  xatırladan 
və  ya  xatırlayan  insanlara  yaxın, Allahı  xatırlatmayan  və 
xatırlamayan  insanlardan  isə  gen  durmalıdırlar.  Tac-ul 
Arifin  Əbul  Vəfa  həzrətlərinin  təbirincə  desək:  “Harada 
olursunuz  olun,  nə  edirsiniz  edin, Allah-Təala  sizi  görür. 
Odur  ki  yasaqlanan  yerlərdə  deyil,  əmr  edilən  yerlərdə 
bulunun”. Əgər Allahdan qafil, dünyaya düşkün kimsələr 
ibadət  əhli  olsalar  belə,  nəinki  onların  toplandığı  məclis-
lərdə,  hətta  məscidlərdə  də  görünməmək  Allah  yolçusu 
üçün daha uyğundur. Çünki o cür məscidlərdən mələklər 
də didərgin düşər.
Hədisi­qüdsi:  “Kim  məsciddə  dünya  kəlamı  söyləsə, 
mələklər o məsciddən çıxıb gedərlər və “Ey Rəbbim! Sənin 
qulun bizi məsciddən qovdu” – deyərlər. Haqq-Təala həz-
rət ləri  buyurar:  “Şanım  haqqı  üçün,  onların  üzərinə  bir 
qövm müsəllət edərəm ki, onların sözlərini eşitməzlər”.
Can evini ciddiyə al,
Sahibini məmnun eylə.
Şeytanları didərgin sal,
Mələkləri məskun eylə.


247
Kişisənsə, qadın olma,
Qadınsansa, qalın olma.
Sən könül ol, qarın olma,
Mədələri məhzun eylə.
Nəfsi tanı, nə varlıqdır,
Təmənnası tanrılıqdır.
Dünya qısa ayrılıqdır,
Sən vüsalı uzun eylə.
Sual doğur: əgər zikr əhli qəflət əhlinin arasına girməsə, 
məclislərində bulunmasa, onları qəflətdən kim ayıldacaq, 
həqiqi İslamı onlara kim təbliğ və təlqin edəcəkdir? Batilə 
dalanlarla təmas qurub onları haqqa dəvət etmək daha düz-
gün olmazmı? Məsələ burasındadır ki, gündən-günə gözəl-
ləşən Dünya dövrümüzdə qəlblərə elə yeriyib, qanlara elə 
hopub ki, dini dəyərləri dünya əhlinə ancaq şəxsi nümu-
nəylə anlatmaq mümkündür. Əməllər dil açmazsa, söz artıq 
təsirsizdir. Üstəlik din əhli əhli-dünya ilə qarışarsa, sonun-
cuların təsiri altına düşmə təhlükəsi daha böyükdür. Necə 
deyərlər, qaş dalınca gedən gözünü də qoyub gələr. Ona 
görə də Allah yolçusu Haqq yolda elə dürüst yeriməli, İslamı 
elə nümunəvi yaşamalıdır ki, dünyaya uyanlar özləri onun 
söhbətinə,  xeyir-duasına  can  atsınlar,  yaxud  bu  niyyətlə 
onu öz məclislərinə dəvət etsinlər.
Ya Rəbb, bizim Şərqimizi,
Qərbimizi gözəl eylə.
Süsləmişik şəhrimizi,
Qəlbimizi gözəl eylə.
Ucaltmışıq qəsrimizi,
Qəbrimizi gözəl eylə.
Unutmuşuq həşrimizi,
Qeybimizi gözəl eylə.
Sülh sanmışıq əşrimizi,
Hərbimizi gözəl eylə.
Azaltmışıq şükrümüzü,
Səbrimizi gözəl eylə.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə