236
İbrət
Bir şikayətçi öz barəsində şahidlik etmək üçün bir nəfəri
gətirmişdi. Xəlifə şahiddən soruşdu:
– Bunu necə tanıyırsan?
O şəxs dedi:
– Yaxşı adamdır.
– Yaxın qonşusan?
– Xeyr.
– Bir alış-verişiniz olubmu?
– Xeyr.
– Belə təxmin edirəm ki, sən bu adamı məsciddə başını
əyib Quran oxuyarkən gördün. “Yaxşı insandır” demə yinin
səbəbi budurmu?
– Elədir, belə oldu.
Bundan sonra Hz.Ömər şikayətçiyə üz tutaraq dedi:
“Get, səni yaxından tanıyan birini gətir”.
Ey qələmim, gerçəyi yaz.
Doğru sözdən əzəl nə var?
Çirkini yaz, göyçəyi yaz.
Ədalətdən əfzəl nə var?
Ümumi de, ya özəl de,
Moizə de, ya qəzəl de,
Hər nə desən, sən gözəl de.
Gözəl sözdən gözəl nə var?
Hər sözü güd, tutularsan.
Hər sözü çək, dartılarsan.
Nəhəng sözlə qurtularsan,
Cırtdan sözdən cəncəl nə var?
Bu dünyada gecə gündüzü, gündüz də gecəni təqib edir.
Qaranlıqlar heç nəyi əbədi örtməz. Adəm oğlunun gizli-
gizli işləri çox olsa da, əslində gizli olan bir şey yoxdur.
Hər kəs özünü şahid saymasa belə, bir an da şahidlərsiz
237
deyil. “Sağında və solunda qeyd edən iki mələk otur muş
dur. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır
durub gözləyən vardır” ( Qaf, 17-18). Bunlar Allahın təyin
etdiyi şahidlərdir. Yer üzündə kimsədən qorxmaz, kimsə-
nin təsiri altına düşməz, heç bir təmənnada bulunmaz,
yalnız aləmlər Rəbbinin əmrlərini yerinə yetirərlər. Allah
yolçusunun şahidliyi onların şahidliyi kimi olmalıdır.
Kim düşünür şahidsizdi,
Qəflətini aşkar eylər.
Rəhmətdən o, ümidsizdi,
O, Rəhmanı inkar eylər.
Bir gəmidi, lövbəri yox.
Bir gədadı, rəhbəri yox.
Mələklərdən xəbəri yox,
Cin-şeytanla ilqar eylər.
Ey qələmim, qızanlar var,
Çox yazma ki, yozanlar var.
Yazmasaq da, yazanlar var:
Sağda, solda qərar eylər.
10. “(rəhmanın qulları) o kəslərdir ki, ləğvə (boş şey
lərə) rast gəldikləri zaman vüqarla oradan keçib gedər lər”
( əl-Furqan, 72) .
Ayədə işlənən “ləğv” kəlməsi din və dünyamız üçün
zərərli, yaxud faydasız, lüzumsuz şeylər anlamına gəlir.
Dilimizdə “lağlağı” kimi ifadə olunur.
Sanma hər dadlı sözün, ey dil, qədri, qiyməti var.
O sözün qiyməti var, qədri var ki, hikməti var.
Rəhmanın hökmünə uyğundusa, hikmətlidi söz,
Yoxsa ki hansı sözün hikmətdən bir qisməti var?
238
Sözü hörmətsiz edən baxsın əməl dəftərinə:
Orda yalnız sözə hörmət qoyanın hörməti var.
Hər dili söz tutana hər zaman vacibdi şükür,
Çünki Rəbbindən onun nitq kimi bir neməti var.
Haqq əgər söyləməsək, Şeytanla söz birliyi bu.
Harda haqq söylədiksə, Rəbbimizin rəhməti var.
Vaxt “öldürməyə”, zamanı hədər keçirməyə xidmət edən
boş, mənasız söhbətlər, şit, bayağı musiqilər, oyunlar, eyş-
işrət məclisləri də “ləğv”ə aid edilə bilər. Bir sözlə, “ləğv”
o şeylərdir ki, insan onlar üçün yaradılmayıb.
İbrət
Bir gün Vuheyb ibn Ömər Sayrafi (Bəhlul Danəndə)
həzrətləri küçəylə gedərkən oynayan uşaqlar gördü. Uşaq-
lardan biri kənara çəkilib onlara baxır və ağlayırdı. Həzrət
o uşağa yaxınlaşdı, başını oxşayıb soruşdu: “Niyə ağlayır-
san? Gəl sənə bəzi şeylər alım, sən də yoldaşlarınla oyna”.
Uşaq ona tərəf dönüb: “Ey qəribə adam! Biz oyun üçün
yaradılmadıq”, – dedi. Həzrət bu sözə çox şaşırıb soruşdu:
“Ey oğlum, yaxşı bəs nə üçün yaradıldıq?” Uşaq eyni cid-
diy yətlə cavab verdi: “Allah-Təalanı tanımaq və Ona iba dət
etmək üçün”. Həzrət daha artıq təəccüb edərək soruşdu:
“Yaxşı, bunun belə olduğunu haradan bilirsən?” Uşaq
Qurani-Kərimin əl-Muminun surəsinin 115-ci ayəsi ilə ca-
vab verdi: “Sizi ancaq boşuna yaratdığımı və gerçəkdən
bizə dönməyəcəyinizimi zənn etdiniz?”
Həzrət uşağın dilindən bu ayəni eşidəndə ağlayıb ba-
yıldı. Özünə gələndə soruşdu: “Ey oğlum! Sənin günahın
yox. Sən bir çocuqsan. Necə olur ki, belə düşünə bilirsən?”
Uşaq cavabında dedi: “Atamı ocaq qalayarkən gördüm. İri
odunları kiçik çırpılarla alışdırırdı. Mən də Cəhənnəmin
yanan kiçik odunlarından olacağımdan qorxuram”.
239
Vuheyb həzrətləri yenə ağlayıb özündən getdi. Özünə
gələndə uşağı görməyib yanındakılardan onun kim oldu-
ğunu soruşdu. “Həzrət Hüseynin nəslindən olan seyid bir
çocuqdur”. (Onun imam Muhəmməd Təqi ( əleyhissəlam)
ol duğu rəvayət edilir.) Həzrət: “Ancaq belə bir ağacın mey-
vəsi belə yetişmiş ola bilər” – deyərək oradan ayrıldı.
Adəm oğlu, dünya oyun,
Oynamağa gəlməmişik.
Bir qazandı, altı odun,
Qaynamağa gəlməmişik.
Bəslənməyən bəslər bizi,
Haqq səfərə səslər bizi,
Təqva ilə süslər bizi,
Soyunmağa gəlməmişik.
Hər gününü dön təzələ,
Dünya durmur, sən tez elə.
Bir minikdi son mənzilə,
Yayınmağa gəlməmişik.
Rəhmanın qulu olan kimsələrin nəfsin qulu olan kim-
sələrlə, əlbəttə, sözü-söhbəti tutmaz. Belə cahillərlə rastlaş-
dıqda, ən yaxşısı, onlara baş qoşmadan keçmək, bu, müm-
kün olmazsa, “sizinki sizdə, bizimki bizdə” prinsipi ilə
dav ra naraq bir-iki zəruri kəlməni kəsib, salamatlaşıb ora-
dan ayrılmaqdır. “onlar boş bir söz eşitdikləri zaman
ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməl lə
riniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istə mə
rik” – deyərlər” ( əl-Qəsəs, 55).
Gerçəkdən, Axirətini düşünənlər dünyasını düşü nən lə-
rin boş söhbətlərinə, mənasız məclislərinə necə qatıla bilər-
lər? Bir dəfə vaxt keçirmək üçün küçəyə toplaşanların müka-
liməsini eşitdim. Biri oradakılardan birinə deyirdi: “Quş-quş
Dostları ilə paylaş: |