232
Ən fəzilətli şahidlik, şübhəsiz, hökmdarın qəzəbinə tuş
gəlməkdən qorxmayaraq onun yanında həqiqəti söylə mək -
dir. “Şahidliyi gizlətməyin. kim onu gizlərsə, qəlbi gü
nahkar olar” ( əl-Bəqərə, 283). Hər bir rəhbər idarəsi altında
olanların yaşayışı, məmurlarının fəaliyyəti barədə vaxtında
və dürüst məlumatlandırılmalıdır. Rəhbər adil şahidləri
sevməyə bilər, fəqət rəhbərlik ədalətli şahidlik tələb edir.
Allah yolçuları zalimlərin sarayına yalnız həqiqəti çatdır-
maq niyyəti ilə girməlidir. Qeyri niyyətlərlə girənlər bu
yo lun həqiqi yolçusu ola bilməzlər. Allah Rəsulu buyurdu:
“Çox yaxında zalım, fasiq idarəçilər olacaq. Kim onların
yalanlarını təsdiqlər, zülmlərinə yardımçı olarsa, o mən dən
deyil, mən də ondan deyiləm. O, əbədi olaraq mənim hovu
zumdan içməyəcəkdir”.
İbrət
Bəsrə valisi ibn Hubeyrə Bəsrə böyüklərindən Mu həm-
məd ibn Sirin, Həsən Bəsri və Şabi həzrətlərini yanına dəvət
edərək ibn Sirindən soruşdu: “Ya Əbu Bəkirin atası, şəhər
camaatını necə gördün?” Həzrət cavab verdi ki: “Zülmün
baş alıb getdiyini gördüm”. Arxasında durmuş qardaşı oğlu
onun susmasına işarə olaraq çiynini çimdiklədi. İbn Sirin
ona baxaraq buyurdu: “Soruşulan sən deyilsən, məndən
soruşulur”. O, valinin sorduğu məsələnin şahidlik olduğu
qənaətindəydi və gizlətməyi məkruh görürdü.
Görüşdən sonra vali Həsən Bəsriyə dörd min, ibn Sirinə
üç min, Şabiyə də iki min dirhəm göndərdi. Amma ibn
Sirin bəxşişi qəbul etməyib geri qaytardı. Nə üçün qəbul
etmədiyini sorduqda səbəbini belə açıqladı: “Onu mənə
xeyir olaraq verdiyinimi zənn edirsən? Əgər mən onun
dü şündüyü kimiyəmsə, o bəxşişi qəbul etməməyim gərək-
dir. Əgər mən onun düşündüyü kimi deyiləmsə, hədiy yə-
sini qəbul etməyim caiz deyildir”.
233
Dünya dolu vəhşi ilə,
Demirəm ki, timsahdan qorx.
Dünya dolu bəxşiş ilə,
Deyirəm ki, tamahdan qorx.
Nə yeganə, nə vahidsən,
Vahid Odur, sən şahidsən.
Şahid ölsən, bil, şəhidsən,
Sən yeganə Padşahdan qorx.
Ömür nazik, naxışlı sap,
Sökmə, tik sən, tikmək savab.
Bu gün əməl, sabah hesab,
Sabahdan qorx, sabahdan qorx.
Əyləş, haqqı diz-dizə de,
Alınmasa, dur üzə de.
Qorxma şahdan, şax gözə de,
Deyəmməsən, Allahdan qorx!
Ədalətsiz məmləkətlərdə və məhkəmələrdə yalançı şa-
hidlər çox olar. Sirr deyil ki, şahidlərin ən çox dəvət edil diyi
yer məhkəmələrdir. Ölkəni zalım idarəçilər idarə edirsə,
hakimlərin adil olacağı düşünülməz. Təyin edən necə dirsə,
təyin olunan da o cür olur, yaxud olmağa məhkumdur.
Belələrinin də yalançı şahidlərsiz işləri keçməz. Bütöv lükdə
isə bu cür durum dindən, imandan uzaq olmanın məh su-
ludur. Çünki həqiqi mömin, yəni müttəqi kimsə hər hansı
təzyiqdən sınıb, təmənnaya uyub, yalan şahidlik etməz,
Rəbbindən çəkinər, aqibətindən qorxar. Saxta şahidlər, bir
qayda olaraq, Rəbbindən çox rəhbərindən qorxan, Axirə-
tini deyil, dünyasını itirməkdən əndişələnən kimsələrdir.
Hətta hakimlər, adil olsa belə, idarəçilərin cavabdeh, iddiaçı,
yaxud şahid qismində dəvət edilmədiyi məhkəmələr əda-
lətiylə tanına bilməz. Çünki bu zaman məhkəmə amir və
234
məmurların fövqündə yox, onlar məhkəmənin fövqündə
durmuş olur. Belə hallarda isə bir adil şahidin önünə on
yalançı şahid çıxarmaq çətin deyildir.
İbrət
Hz.Əli ( aleyhissəlam) Siffeyn savaşına gedərkən yolda
zirehini itirdi. Savaşdan sonra Kufəyə dönərkən zirehini bir
yəhudinin əlində gördü. Yəhudiyə “Bu mənim zirehim dir,
onu nə satdım, nə də hədiyyə etdim” – desə də, yəhudi
“Zireh mənimdir” – deyib, onu verməkdən boyun qaçırdı.
Hz. Əli ( aleyhissəlam) zor tətbiq etmək istəmədi və onun tək-
lifi ilə hər ikisi hakimin yanına gəldilər. Qazi Şüreyh ibn
Haris məsələni dinləyib Hz. Əlidən ( aleyhissəlam) “İddianı
sübut edəcək dəlil varmı?” – deyə soruşdu.
Hz. Əli ( aleyhissəlam) “Bəli, var, xidmətçim Qənbər və
oğlum Həsən bu zirehin mənimki olduğuna iki şahiddir”,
– deyə buyurdu.
Hakim: “Oğlun ata üçün şəhadəti caiz deyildir”, – dedi.
Xəlifə: “Cənnət əhlindən olan şəxsin şəhadəti niyə qəbul
olunmur? Mən Rəsulullahdan ( salləllahu aleyhi və səlləm)
“Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır” buyur du-
ğunu eşitdim” desə də, hakim qəbul etmədi və sonda dəlil
azlığını əsas götürüb yəhudinin xeyrinə qərar verdi.
Bu ədaləti gözləməyən yəhudi heyrətini gizlədə bil-
mədi:
“Möminlərin Əmiri məni hakimin yanına gətirdi, özü-
nün təyin etdiyi hakim isə onun əleyhinə hökm verdi. Mən
şəhadət verirəm ki, bu din haqdır. Və yenə şəhadət edirəm
ki, Allahdan başqa ilah yoxdur. Məhəmməd də Onun Rəsu-
ludur. Bu zireh sənindir. Dəvəndən düşmüşdü, mən də
götürmüşdüm”.
Hz. Əli ( aleyhissəlam) yəhudinin müsəlman olmasına çox
sevinərək buyurdu: “Bir halda ki müsəlman oldun, mən də
zirehi sənə hədiyyə edirəm”.
235
Sözdə kim sabit isə, əməldə həm səbat eylər,
Vay onun halına kim, qeyri-sabit vəfat eylər.
Kimin hər cümləbaşı hər bəyanı Allah ola,
Ona hər addımbaşı Allah özü imdad eylər.
Qəlbdə yoxdursa işıq, sən arama sözdə hüsn,
Kim sözün nurunu fərq etməsə, o, fəryad eylər.
Ərşü-əlada, könül, haqq kəlamdan dadlı nə var?
Sən sözü eylə şirin, söz də səni Fərhad eylər.
Bəşəri bəndə edən Haqq kəlamı tutmasıdır,
Həqiqi Hakim Odur, qeyriləri fəsad eylər.
Ey dil, Haqq şahidi ol, hər sözün şahidləri var,
Axirət mülkümüzü dil qədər kim bərbad eylər?
İnsanlar təkcə şahid olmaq deyil, şahid tutmaq zəru rə-
tilə də tez-tez qarşılaşırlar. Bu hal borc, girov, vəsiyyət və
sair kimi məsələlərdə özünü daha çox büruzə verir. Döv-
rümüzdə xüsusən şahidsiz, yaxud etibarsız şahidlə həyata
keçirilən borc müqavilələrinin çox zaman acı sonluqla nəti-
cələndiyi bir gerçəklikdir. Yaxud hansısa bir məmurun ta nı-
madığı və ya az tanıdığı vətəndaşa “şirinlik” müqabilində
istənilən xasiyyətnaməni verməsi adi qarşılanan hallar dan-
dır. Halbuki söhbət yalan şəhadətdən gedir. Allah bizləri
cahil olmaqdan qorusun! Ayədə buyuruldu: “(Borc alış
verişində) öz adamlarınızdan buna hazır olan iki kişini
şahid tutun! Əgər iki kişi hazırda yoxsa, o zaman doğru
luğuna güvəndiyiniz bir kişi ilə iki qadın tutun ki, biri
unudursa, digəri xatırlatsın. Şahidlər də dəvət olunduq
ları zaman boyun qaçırmasınlar” ( əl-Bəqərə, 282) .
Dostları ilə paylaş: |