I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

224
Dövrün qadınları dəbə sarılı,
Baş açıq, bel açıq qızlı-qarılı.
Üstündə gəzənə yer necə dözsün,
Altında yatanlar daha abırlı?
Dövrümüzdə zina adiləşərək həya məsələsi çərçivəsin-
dən çıxmaqdadır. Lakin bu adiləşmə insanlar arasındadır. 
Bir-birilərinin yanında asanlıqla zina edə, yaxud xəlvətdə 
etdiklərini bir az da şişirdib, şirin-şirin danışa bilirlər. Allah 
qatında isə “zina fahişəlikdir” (əl-İsra, 32), yəni heç bir çər-
çivəyə sığmayan həyasızlıqdır, çirkinlikdir və əsla adiləş məz. 
Başqa məsələlərdə abırlı, utancaq sayılan biri zinaya yol ve-
rirsə, Allah üçün o həyasızdır, abırsızdır, bir sözlə, fahişə dir. 
Odur ki, mömin kimsə zinanın hər hansı şəklinə niyyət lə-
nərkən  daha  insanlardan  deyil, Allahdan  həya  et məlidir. 
İnsanlardan utanan uzaqbaşı onlardan aralanıb, xəlvət bir 
guşəyə çəkiləcək, Allahdan həya edən isə Onun hər yerdə 
gördüyünü xatırlayıb, dərhal pis niyyətindən daşınacaqdır.
Ey dil, hər dilrubadan dəm vurma ki, dəm o deyil,
Dəmlər o dəmlər əgər olsa da, Həmdəm o deyil.
Sorma: “Yoxdurmu bizim mövzumuz eşqdən savayı?”
Məhəbbət haqda nə yazsaq, yenə az, həm o deyil.
Toplananlar dəyişəndə, deyirlər, cəm dəyişməz,
Nəyi eşq üstə gələrsək, alınan cəm o deyil.
Sevmək bir çarə ki, hər dərdi könüldən yox edər,
Sevməmək bir dərd ki, ha çarə qıl, məlhəm o deyil.
Qəlb hərəm olmalı ki, naməhrəmə yer olmasın,
Qəlb hərəm olsa, nə xeyri, əgər Məhrəm o deyil.
Dünya qəm qəsridir, ey dil, özünə Qəmxar ara,
Neylər o qəmxarı qəlb, görsə əgər qəm o deyil.


225
İbrət
“gerçəkdən də qadın ona meyil etmişdi. Əgər rəbbi­
nin  dəlilini  görməsəydi,  o  da  qadına  meyil  edəcəkdi” 
(Yusif,  24)  ayəsinin  bir  təfsirində  deyilmişdir:  Bütpərəst 
Züleyxa Yusifə (aleyhissəlam) yaxınlıq etmək istədiyi zaman 
evinin bir küncündəki bütün üzərinə bir örtük atdı. Yusif 
(aleyhissəlam): “Bunu nə üçün edirsən?” – deyə sordu. Zü-
leyxa “Ondan utandığım üçün belə edirəm” – deyə cavab 
verdi. O zaman Yusif (aleyhissəlam): “Sənin ondan utandı-
ğından daha çox mənə Allah-Təaladan utanmaq düşər” – 
deyərək qadına yaxınlıq vermədi.
Bilmədim bu sevdadə şükrümmü çox, səbrimmi çox?
Yanında sevdiyimin xətammı çox, xətrimmi çox?
Öyündüm fəzilətlə, fəxrim mənim faciəmmiş,
Baxıram keçmişimə, fəzlimmi çox, fəxrimmi çox?
Dünənlə üzülməmiş sabah dərdi üzür məni,
Bilməm hansı ağladır: dəfnimmi çox, həşrimmi çox?
Dünyanı sandım dükan: satılanmı, satanmıyam?
Çəkim nə, ölçüm nədi: əskiyimmi, əyrimmi çox?
Gah ümid isindirir, gah üşüdür qorxu məni,
Kitabım susur hələ: suçummu çox, əcrimmi çox?
Bizə, ey dil, bəla səndən, ya qələmdən gələcək,
Hansı baisdi görən: nəzmimmi çox, nəsrimmi çox?
Allahdan həya edəni Allah pərişan etməz, darda qoy-
maz, dünyada rüsvayçılıqdan, Axirətdə əzabdan qoruyar. 
Bir  Hədisi-qüdsidə  buyuruldu:  “Ey  qulum,  sən  Məndən 
utandığın müddətdə insanlara sənin ayıblarını unut dura­
ram. Ayrıca,  yer  üzünə  də  sənin  ayıblarını  unutduraram. 


226
Sənin xətanı Lövhi­məhfuzdan silərəm. Qiyamət günü səni 
incə bir hesaba çəkmərəm”.
Allah bizləri o cür qullarından qərar versin. Amin!
Hər qulun haqqı var, qaytar özünə, qayda budur.
Canı can Sahibinə eylə fəda; fayda budur.
Xaliqin haqqı qulun ən çox Onu sevməsidir,
Sevdiyin hər nə desə, sən boyun əy, sevda budur.
Demirəm ah-vayla gəz, ya demirəm havayla gəz,
Deyirəm təqvayla gəz, azuqə bu, qida budur.
Sevgi etməzsə qulu aydan arı, sudan duru,
Ləkədir aşiqə bu, qov qapıdan, gəda budur.
Ey qul, haqqın qulu olmaqdı qulun haqqı, qul ol!
Düşmə qulluqdan ayrı: ən qorxulu vida budur!
9. “(rəhmanın qulları) o kəslərdir ki, yalan şahidlik 
etməzlər” (əl-Furqan, 72).
Mötəbər  mömin  başqa  möminlər  tərəfindən  şahidliyi 
qəbul edilən mömindir. Şahidliyi qəbul edilməyən, yaxud 
şübhə  doğuran  kimsələr  imandan  nəsibini  ala  bilmə yən-
lər dir. Çünki yalançının imanı, imansızın həqiqəti olmaz. 
Müsəlmanı, Muhəmməd ümmətini başqalarından fərqlən-
dirən əsas cəhət onun Allah və bəndə yanında güvənilən, 
etibarlı  olmasıdır.  Məhz  bu  cəhətinə  görə  müsəlmanlar 
Qiya mət  günü  qeyri  millətlərə  şahidlik  edəcəklər.  “Belə­
liklə də, sizi orta bir ümmət etdik ki, insanlara şahid ola­
sınız, Peyğəmbər də sizə şahid olsun” (əl-Bəqərə, 143).
Xəbər alsan nəslimizi,
Biz Muhəmməd ümmətiyik.
Maraq etsən əslimizi,
Eşq-məhəbbət ümmətiyik.


227
Göylər bizə ağuş açar,
Ölüm qapı, ömür açar.
Batil bizi görsə qaçar,
Haqq, həqiqət ümmətiyik.
Hər ümmətin zahidi çox,
Peyğəmbəri, şəhidi çox,
Fəqət bizsiz şahidi yox,
Biz şəhadət ümmətiyik.
Bizi keçən ifratdadır,
Geri qalan təfritdədir.
Qarşı gələn həsrətdədir,
Biz orta hədd ümmətiyik.
Doğru danışmama, yalan şahidlik bir müsəlman üçün 
elə müdhiş günahdır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm
onu əshabına həyəcansız ifadə edə bilməmişdir.
Hədis
Bir gün Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: 
“Ən böyük günahı sizə xəbər verimmi?”
Dedik: “Bəli, ya Rəsulallah”.
Saymağa başladı: “Allaha şərik qoşmaq, ana-ataya itaət-
sizlik etmək...” Bunları buyurduqdan sonra dirsəkləndiyi 
yerdən qalxıb oturdu və “Yaxşı dinləyin! Bir də yalan söy-
ləmək və yalan yerə şəhadət etməkdir”, – söylədi. Bu son 
sözləri  aramsız  təkrarladı.  Hətta  o  dərəcədə  ki,  “kaş  ki, 
sussa”, – deyə içimizdən keçirdik”.
Şahidlik,  ilk  növbədə, Allaha  xatir  olmalı,  heç  bir  tə-
mənna güdülməməlidir. “Allaha xatir doğru şahidlik edin” 
(ət-Talaq,  2).  Şahidlik  edən  bu  həqiqəti  unutmamalıdır  ki, 
“Allah hər şeyə şahiddir!” (əl-Buruc, 9). Odur ki Allah yol-
çusu, hətta insanların şahid ola bilməyəcəyi vəziyyətlərdə 
belə, Allahdan heç bir şeyin gizlin qalmadığını xatır laya raq 
yalnız doğru danışmalıdır.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə