55
75 milyona yaxın insanı işlə təmin etmişir.
52
Transmilli korporasiyaların
filiallarının və ana kampaniyalarının ölkələr üzrə yerləşməsinə diqqət yetirsək,
görə bilərik ki, ana kampaniyaların əksəriyyəti, yəni 80% sənayecə İEÖ-də
yerləşmişdir. Yalnız 19,5% ana kampaniyanın yerləşdiyi ərazi İEOÖ-dir. 0,5%
ana kampaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kampaniyaların (yəni
xarici filialların) 33%-ü İEÖ-də yerləşmişdir. 50% qız kampaniya iqtisadi
cəhətdən az inkişaf etmiş ölkələrin (yəni İEOÖ-in) payına düşmüşdür. Yerdə
qalan 17% qız kampaniya isə post-sovet məkanında yerləşmişdir. XIX əsrin
sonundan başlayaraq transmilli korporasiyalar üçün uzun sürən iqtisadi təkamül
dövrünü yaşamışdırlar. XX əsrin ikinci yarısının əsas iqtisadi elementi olan
transmilli korporasiyaların xüsusi biznes struktur olduğunu dərk etmiş oluruq.
TMK-ların dünya iqtisadiyyatı inkişafının mühüm istiqaməti kimi bir sıra
üstünlükləri var: TMK istehsalın beynəlmiləllik səviyyəsini artırır, beynəlxalq
əmək bölgüsünü sürətləndirir, dünya təsərrüfat sistemini rəngarəngləşdirir və
dünya iqtisadiyyatının dünyəvilik səviyyəsinin artırır. TMK-ın kapitalları öz
ölkələrində baş verən proseslərdən nibətən uzaqdırlar, yəni daha çox sərbəst
hərəkət edə bilərlər. Ümumilikdə götürdükdə TMK dünya miqyaslı münasibətləri
daha obyektiv formada tənzimləyirlər, kapitalı daha çox mənfəət gətirən istehsal
sahələrinə və regionlara tərəf meylləndirmək bacarığına malikdirlər.
53
TMK-ların ev sahibi ölkə üçün ən böyük faydası həmin ölkənin ixracat
rəqabət gücünü artırmasıdır.
54
2.2 Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və
hökumətlərin nəzarəti itirməsi problemi
Transmilli qarşılıqlı təsir və TMK-lar hansı şəkildə dövlətlərarası siyasətə
öz təsirini göstərir? Deyilənləri nəzərə alsaq, transmilli münasibətlər cəmiyyətin
52
UNCTAD (2008) Word Investment Report 2008
53
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı
2003,səh.35
54
UNCTAD (2002) Word Investment Report 2002: Transnational Corporations
and Export
Competitiveness, New York: United
Nations