49
hüquqlarla təmin olunub (məs. Asiya və Okeaniyada yerləşən filiallarının
fəaliyyətlərinin koordinasiyası üzrə “ General Motors” konserninin regional
administrasiyası Sinqapurda yerləşir);
Kompaniyaların fəaliyyətlərini məhsulun hərəkəti vasitəsilə, daha
doğrusu, müvafiq istehsalat zənciri yolu ilə koordinasiya edən regional istehsalat
idarəçiliyi. Belə administrasiyalar konsernin əsas idarəçilik aparatına bilavasitə
tabe olan bütün növ texnoloji zəncirlərin fasiləsiz funksionallaşmasına, müvafiq
müəssisənin effektiv fəaliyyətinin təminatına məsuliyyət daşıyır.Onların məqsədi
istehsalın effektiv növünün, yeni model və əmtəələrin inkişafıdır.(məs. 90-cı
illərin əvvəlində “ Hewlett – Packard” korpoasiyası məhz bu səbəbdən öz
istehsalat administrasiyasını ABŞ-dan Avropaya yerləşdirdi);
Funksional regional administrasiyalar konsernin spesifik fəaliyyət
növlərini təmin edir: satış, təminat, əmtəənin satışından sonra müştəri xidmətləri,
elmi-tədqiqat və təcrübi-konstruktor işləri və s. Bu idarəçilik regional və qlobal
planda uyğun gələn bütün strukturların fəaliyyətlərindən irəli gələn nəticələrə
cavabdehdirlər.
TMK-ların tarixi inkişafını araşdıran Richard Robinson bu şirkətləri
aşağıdakı şəkildə qruplaşdırmışdır:
42
Məhsulun satışının çox hissəsini öz üzərinə götürən müəssisələrlə üfüqi
inteqrasiya prosesində olan korporasiyalar ( Fast Food şəbəkəsi).
Bir sahibin əlində və istehsalatın çox vacib sferasına olan vahid nəzarət
altında birləşən, şaquli inteqrasiya olunmuş korporasiya. Xüsusən də neft
sənayesində xam neftin əldə olunması bir ölkədə, ayrılması başqa, son neft
məhsulunun satışı isə 3-cü ölkədə həyata keçirilir.
Özündə şaquli və üfüqi inteqrasiyaları ilə birlikdə milli kompaaniyaları
birləşdirən hərtərəfli inkişaf etdirilən TMK-lar. Buna tipik misal xaricdə öz
42
The Developing Countries, Development, and the Multinational Corporation
Richard D. Robinson ,Annals of the American Academy of Political and Social Science
Vol. 403, The Multinational Corporation (Sep., 1972), pp. 67-79
50
istehsalatının 95 %-ini quran və restoran biznesi, qida məhsullarının satışı ilə
məşğul olan “Nestle” korporasiyasıdır.
Beynəlxalq bir təşkilat tərəfindən idarə edilən və heç bir ölkəyə aid
olmayan, beynəlxalq bir müqavilə ilə qurulan TMK-lar.
43
Transmilli Korporasiyanın optimal strukturu “qız şirkətlər”in xarici filialları
normal və davamlı idarəetməsini təmin etməli və eyni zamanda xarici filial
menecerlərinə yerli bazarın spesifikasını nəzərə almaqla alıcı tələbatına və yerli
qanunvericiliyə uyğun sərbəst qərarlar verməyə imkan yaratmalıdır.
Transmilli şirkətlərlə əlaqəli əsas anlayışlar bunlardır:
44
1.Ana ölkə (Origin Country)
Transmilli şirkətin mənbəyinin aid olduğu ölkədir. Məsələn, “Sony”nin ana
ölkəsi Yaponiya, “Microsoft”un ana ölkəsi isə Amerikadır.
2.Ev sahibi ölkə (Host Country)
Buna bəzən “qəbul edən ölkə” də deyirlər. TMK-nın investisiya ayırdığı
ölkə hesab olunur.
3.Üçüncü ölkə (Third Country)
Ana ölkə və ev sahibi ölkə xaricində olan və TMK-nın fəaliyyətlərinə
“istehsal amillərindən hər hansı birinin tədarükü” və yaxud da “bilik axını” kimi
fərqli formalarda qatılan ölkələrdir.
4.Ana Şirkət (Parent Company)
İnvestisiya yatırılan əsas şirkətə deyilir.TMK-nın bütün sisteminin inzibati
mərkəzi hesab olunur. Onun funksiyalarına aiddir: başqa firmalarla birləşmələr,
yeni firmaların əldə edilməsi və qeyri effektiv bölmələrin ləğvi; filialların və
bütövlükdə korporasiyanın uzunmüddətli istehsal, maliyyə və investisiya
strategiyasının formalaşdırılması; xarici filialların maliyyəsi və yeni
texnologiyaları üzərində nəzarət.
5.
“Qız şirkət” (Subsidiary)
43
Richard Robinson “The Developing Countries, Development and the Multinational
Corporation” 1972, səh. 67-79
44
Kutal, Gülten;.a.g.e., s. 23; Mutlu, Esin; a.g.e., s. 11; Seyidoğlu, Halil; a.g.e., s. 552.
51
TMK sisteminin qəbul edən ölkədəki şirkəti. Burada baş şirkət aksiyalarla
bağlı həlledici səsə malikdir və həmin şirkəti idarə edənləri təyin edə bilər.
6.Assosasiyalaşdırılmış şirkət - qəbul edən ölkədə baş şirkətin 10-50%
səhmi olan şirkət. Baş şirkət birbaşa ona nəzarətdə iştirak etmir.
7.Şöbələr - Baş şirkətin bütövlüklə qəbul edən ölkədə idarə və nəzarət
etdiyi bir bölməsi. Bu şöbələr həm baş şirkətin nümayəndəliyi, həm yerli
sahibkarlarla əməkdaşlıq edən bölmələr kimi çıxış edə bilirlər.
TMK-lar idarəçilik nöqteyi-nəzərindən fəaliyyətlərini ölkələrə görə fərqli
istiqamətlərdə yönləndirirlər. Bu baxımdan TMK-ların aşağıdakı növləri var:
1.Tək mərkəzli (Etnosentrik) şirkətlər
2.Çox mərkəzli (Polisentrik) şirkətlər
3.Dünya mərkəzli (Geosentrik) şirkətlər
TMK-ların iqtisadi-təşkilati formaları və modelləri də tarixin gedişatı və
ya bu və ya digər ölkənin iqtisadi quruluşu ilə bağlı müxtəlif olur. Bu modellər
zaman zaman bir-birini əvəz etmiş və ya eyni zamanda müxtəlif ölkələrin
ərazisində mövcud olmuşlar.
TMK-ların iki fəaliyyət modeli var:
45
Ənənəvi davranış modeli. Yaranma ölkəsində məhsulların
hazırlanması sonradan xaricə eksportunu nəzərdə tutur. Bu model çox baha
başa gəlir və qeyri rasionaldır.
Müasir davranış modeli. İstehsalın daha ucuz başa gələcəyi
ölkələrdə qurulması.
Avropa TMK-ları Avropa İttifaqının mövcudluğu ilə yaranan faydalardan
yararlanaraq öz tədqiqat laboratoriyalarını Aİ-nin yüksək ixtisaslı kadrların
cəmləşdiyi ölkəsində yerləşdirməyə üstünlük verirlər. Məsələn, ASEA (İsveç) ilə
Вrоwn-Воverinin (İsveçrə) birləşməsi nəticəsində meydana gəlmiş ABB şirkəti
energetika üzrə yeni tədqiqat mərkəzini nə İsveçdə, nə də İsveçrədə deyil,
müvafiq yüksək ixtisaslı mütəxəssislərin çox olduğu Almaniyada yaratmışdır.
45
Dunning, J. H.; Multinational Enterprises and the Global Economy, Addison-Wesley, Wokingham 1993
Dostları ilə paylaş: |