54
Beynəlxalq istehsalatın inkişafı nəinki birbaşa
xarici investisiyalar, eləcə də
beynəlxalq əməkdaşlığın digər formaları ilə bağlıdır;
Lisenziya razılıqları TMK-lara xarici kompaniyaların işində iştirak etmək
və patentlərdən gəlir götürmək imkanı verir;
İdarəçilik barədə razılıqlara müvafiq olaraq TMK-lar əmək haqqı və kapital
payı müqabilində xarici kompaniyalarda idarəçiliklə və texniki xidmətlə məşğul
olurlar.
Transmilli korporasiyaların beynəlxalq fəaliyyətinin məzmununda mühüm
dəyişikliklər hər şeydən əvvəl onda özünü biruzə verir ki, ticarətin ənənəvi
növlərilə yanaşı istehsal əməkdaşlığı, elmi-texniki biliklərlə və təcrübə ilə, digər
xidmətlərlə mübadilə kimi, yeni mübadilə formaları daha böyük əhəmiyyət kəsb
edir.1990-1998-ci illərdə dünyanın ən böyük 100 transmilli şirkətinin 90-ının
mərkəzi Avropa İttifaqı, Yaponiya və ABŞ-da yerləşdiyi halda
48
, 2002-ci ildə
bu rəqəm 85-ə enmişdir
49
.
Bu gün TMK-lar çox inkişaf etmişlər və bir çox cəhətdən dünya bazarının
strukturunu və məhsulların rəqabət qabiliyyətliliyini, beynəlxalq kapitalın
hərəkətini və texnologiyanın ötürülməsini təmin edə bilirlər. Yüksək idarəetmə və
təşkilati struktura malik olan TMK-ın baş qərargahlarının beşdə dördü ABŞ-da,
Yaponiyada, Böyük Britaniyada, Almaniyada və Fransada yerləşmişdir. Bütün iri
TMK-nın 30%-ə qədəri ABŞ-ın payına düşür.
50
BMT-nin hesablamalarına görə dünyanın fərqli bölgələrində 79 min
transmilli korporasiya
51
fəaliyyət göstərir. Bu 79 min transmilli korporasiyanın
ümumilikdə 900 min xarici filialları mövcuddur və bu transmilli korporasiyalar
48
UNCTAD (2002) Word Investment Report 2002: Transnational Corporations
and Export
Competitiveness, New York: United Nations, səh. 72-74
49
UNCTAD (2004) Word Investment Report 2004: The Shift Towards
Services, New York: United
Nations, səh.276-278
50
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev,
Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı
2003,
51
UNCTAD tərəfindən hər il dərc edilən “Dünya Sərmayə Hesabatı”na
görə xarici ölkələrdə sahib
olduğu filialları kontrol edən bütün şirkətlər TMK olaraq bu siyahıya daxil edilir.