Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə17/41
tarix02.06.2018
ölçüsü1,56 Mb.
#47212
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

52


Turbo Pascal sistemi İBM fərdi kompüterlərin Pascal dilinin genişlənmiş proqramlaşdırma dilindən, proqramların yazılması, sazlanması və işə salınması üçün mühitdən ibarətdir.

Proqramlaşdırma dili əməliyyat sisteminin imkanlarından istifadə etməyə, overley struktur yaratmağa, daxiletmə - xaricetmənin təşkilinə, qrafiki təsvirlərin tərtibinə və s. imkan verən geniş modullar kitabxanasına malikdir.

Proqramlaşdırma mühiti proqram mətnlərinin yaradılmasına, onların kompilyasiyasına, səhvlərin tapılmasına və onların operativ düzəldilməsinə, ayrı- ayrı proqram hissələrindən proqramın yığılmasına, sazlanmasına və sazlanmış proqramı yerinə yetirməyə imkan verir. Paket həmçinin istifadəçiyə kömək üçün böyük həcmli arayış təqdim edir.

Qeyd edək ki, Turbo Pascal7.0 ilə eyni zamanda WINDOWS mühitində istifadə etmək üçün nəzərdə tutulun Borland Pascal 7.0 sistemi yaradılmışdır. Amma WINDOWS mühitində bilavasitə Pascal dilinin istifadəsində çətinliklər olduğundan bu sistem az yayılıb. Bu səbəbdən Borland İnternational firması Borland Pascal-ın sonrakı təkmilləşdirilməsindən imtina edərək, Pascal dilinin bütün üstün cəhətlərini nəzərə almağa imkan verən DELPHİ sisteminin hazırlanmasına keçdi. Sistem WINDOWS mühiti üçün yaradılan tətbiqi proqramlarla əlaqədar yaranan bir çox çətinlikləri aradan qaldırmağa imkan verən vizual proqramlaşdırmaya əsaslanıb. Bu sistemdən effektiv istifadə etmək üçün Pascal dilinin xüsusiyyətləri dərindən öyrənilməlidir.
İstənilən dil (azərbaycan, rus, ingilis və s.) simvollar, söz, söz birləşmələri və cümlələrdən ibarətdir. Proqramlaşdırma dillərində də buna analoji elementlər var. Bunlar simvollar, sözlər, ifadələr (söz birləşmələri) və operatorlardır ( cümlələr).

Dilin simvollarından ixtiyari mətnin tərkibində istifadə olunur. Hər hansı dilin əlifbası sonlu sayda simvollar çoxluğudur. Dilin əlifbası aşağıdakı qruplara bölünür:

- A=dan Z-ə kimi böyük və kiçik latın hərfləri və “_” aşağıdan xətt simvolu;

53







#




)

-

;

@

{

$

*

/

<

[

]



+

/

=

]

(

,

:

>

^




  • xüsusi simvollar cütü (mürəkkəb simvollar):

:= // <= >= (* *) (. .)

  • böşluq simvolu “ “

  • idarəedici simvollar (ASCII kodu 0-dan 31-ə kimi)

İdentifikator. Hərf , rəqəm və “_” işarələrindən ibarət olmaqla, hərf və ya “_” işarəsi ilə başlayan sözlərdir. İdentifikatorda boşluq işarəsi ola bilməz. Sabitə, tipə, dəyişənə, prosedura, funksiyaya, modula, proqrama və yazılar sahəsinə ad verərəkən identifikatorlardan istifadə olunur. İdentifikatorin uzunluğu ixtiyari ola bilər, amma kompilyator onun birinci 63 simvolunu qəbul edir. Məs., Prog_1, _Stop, və s.

Xüsusi hallarda müxtəlif modullarda eyni adlar təsvir olunur ki, bunlar dəqiqləşdirilmiş identifikatorlar adlanır. Bu halda dəyişənin adının qarşısında, bu dəyişəni özündə saxlayan modulun identifikatoru yazılır. Bu identifikatorlar nöqtə ilə ayrılır. Məs., Unit1. Myvar, Unit2.Myvar

Dəqiqləşdirilmiş identifikatorlardan yazı və obyektlərlə işləyərkən istifadə olunur. Dəqiqləşdirilmiş identifikatorlara nişan, sabit, tip, dəyişən, prosedur və funksiya idenmtifikatorları aiddir.

Turbo Pascal-da identifikatorların iki növü var: standart və istifadəçi Əvvəlcədən təyin edilmiş standart identifikatorlara, dilə daxil edilmiş

standart prosedur və funksiyaların (read, write, sin, və s.) tiplərin (integer, real, char , və s.), direktivlərin(absolute, forward, private, public və s.) adları aiddir. Xidməti (acar) sözlər. Turbo Pascal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin olunaraq, dəyişdirilə bilməz. Buna görə də identifikatorun yazılışında xidməti sözlərdən istifadə etmək olmaz.

Turbo Pascal – da böyük və kiçik hərflərlə ( yuxarı və aşağı registrlərlə) yazılmış sözlər fərqlənmir. Belə ki,


54


program Program PROGRAM sözləri eyni xidməti sözü göstərir. Göstərilən bu xassə nəinki xidməti sözlərə, həmçinin proqramda istifadə olunan identifikatorlara da aiddir. Turbo Pascal dilində xidməti sözlər aşağıdakılardır: and goto program if record array repeat begin

set in case const label do for of uses var və s.

Nişanlar. Nişan operatora verilən aiddir. Turbo Pascal-da nişanların ədəd və simvol növü mövcuddur. Ədədi nişanlar 0÷9999 arasındakı tam onluq ədədlərlə ifadə olunur. Nişan kimi identifikatorlardan da istifadə olunur ki, bu da identifikatorun yazılış qaydalarına tabe olmalıdır. Nişan operatordan iki “:” ilə ayrılır.

Ədədlər. Turbo Pascal-da tam onluq ədəd, tam onaltılıq ədəd və həqiqi onluq ədəddən istifadə olunur. Həqiqi ədədlər iki müxtəlif yazılış formasında təsvir olunur: adi (sabit nöqtəli) və tərtibli (sürüşən nöqtəli).

Tam onluq ədədlər standart şəkildə yazılaraq, -2147483648÷2147483647

–yə kimi diapazonda təsvir olunur.


Tam onaltılıq ədədlərin yazılışında, ədədin qarşısına $ simvolu qoyulur.


Məs., $0, $3E, $FCB437

Onaltılıq ədədlər üçün mümkün diapazon $00000000÷$FFFFFFFF –dir Həqiqi ədədlər, ya adi onluq kəsr şəklində ( sabit nöqtəli forma), ya da əsası

10 olan qüvvət formasında ( sürüşən nöqtəli forma) yazılır. 10 əsasının yerinə E işarəsindən istifadə olunur. Məs., 7.81, -193.5782, 17.9E11, -51,91E5, 0.29E-10 Sətirlər. Sətirlər, birqat dırnağa alınmış ASCII kodunun simvollar ardıcıllığından təşkil olunur və proqramın bir sətrində yerləşməlidir. Əgər simvollar daxilində birqat dırnaq varsa, onda bu simvol iki dəfə ardıcıl çap

olunmalıdır. Məs., ‘Turbo Pascal 7.0’

Sətirdə idarəedici simvollar qarşısında # simvolu olan tam onluq ədəd şəklində təsvir olunur. Məsələn: #7 –“zəng” simvolu

#10 – “sətrə keçid” simvolu




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə