Ы мцщазиря: информатика фяннинин предмети


Prosedur və funksiyaların



Yüklə 1,56 Mb.
səhifə20/41
tarix02.06.2018
ölçüsü1,56 Mb.
#47212
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

Prosedur və funksiyaların




exports eksport edilən adların təsviri;

{operatorlar bölməsi} begin

operator 1;

operator 2;

. . . . . . . . . . . .

. . . . . . . . . ..

62







operator n; end.

Turbo Paskal dillində proqramın quruluşu




İstifadə edilən istənilən bölmə və ya konkret élan olunmuş proqram elementlərindən, ya da təyin olunmuş əməliyyatı yerinə yetirən operatorlardan təşkil olunmuş bir və ya bir neçə cümlələrdən ibarət olur. Cümlələr bir-biri ilə nöqtəli vergüllə ayrılır. Turbo Pascalda proqram başlığı məcburi deyil, əgər istifadə olunarsa, onda o aşağıdagı sintaksis formada yazılır:

PROGRAM ad ( proqramın parametrləri);

Pascal dilinin standartında bölmələr yuxarıdakı ardıcıllıqla yerləşməlidir. Turbo Pascalın bəzi xüsusiyyətləri mövcuddur. Belə ki, proqram başlığı və istifadə olunan modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığı sərbəstdir. Bundan başqa bir neçə eyni bölmə yaratmaq olar. Proqramda istifadə olunan elementlər ya proqram mətninin əvvəlində təyin olunmalı, ya da dilin qabaqcadan təyin olunmuş elementləri olmalıdır. Turbo Pascalın bu xüsusiyyətləri olmasına baxmayaraq dilin standartında nəzərdə tutulan ardıcıllığa riayət etmək lazımdır. Yalnız principcə vacib olduqda ardıcıllığın dəyişdirilməsi məqsədəuyğundur. proqram gövdəsi begin sözü ilə başlayır və proqramın sonunu göstərən END sözü ilə qurtarır, sonda isə nöqtə qoyulur.

Operatorlar. Alqoritmin reallaşdırılmasında əməllərin təsviri üçün operatorlardan istifadə olunur. Operatorların sintaksisinə görə ixtiyari operatorda nişan ola bilər. operatorları bir-birlərindən “;” simvolu ayırır. End sözündən sonra “;”simvolu qoymaq zəruri deyil. Turvo Pascalda sintaksisinə uyğun olaraq, operatorlar iki qrupa bölünür: sadə və strukturlu.

Sadə operatorlar. Öz daxilində digər operatorları saxlamayan operatorlar sadə operatorlar adlanır. Sadə operatorlara aşağıdakılar aiddir:

mənsubetmə operatoru; prosedura müracıət; şərtsiz keçid operatoru; boş operator.


63






Mənsubetmə operatoru. Bu operatorun köməyilə dəyişən və ya funksiyaya ifadənin qiyməti mənsub edilir. Bu məqsədlə := işarəsindən istifadə edilir. Operatorun ümumi yazılış forması aşağıdakı kimidir: D:=A; Burada D – funksiya və ya dəyişənin adı, A isə ifadədir. Operator A ifadəsinin qiymətini hesablayaraq, D-yə mənimsədir.

Prosedura müraciət. Prosedura müraciət operatorunun ümumi yazılış forması aşağıdakı kimidir: prosedurun adı(faktiki parametrlərin siyahısı);

Qeyd etmək lazımdır ki, parametrsiz prosedur operatoru yalnız prosedurun adından ibarət olur. Operatorun yerinə yetirilməsi prosedur gövdəsində təsvir edilmiş əməllərin aktivləşdirilməsinə səbəb olur. Operatorda göstərilən faktiki parametrlər, prosedur başlığında təsvir olunan formal parametrlərin tipinə, sayıma və yerləşmə ardıcıllığına uyğun olmalıdır. Prosedur gövdəsinin aktivləşməsindən əvvəl isə faktiki parametrlər formal parametrlərə ötürülür.



Şərtsiz keçid operatoru Proqramlaşdırmada bəzi hallarda operatorun yerinə yetirilməsi ardıcıllığının dəyişdirilməsi lazım gəlir. Bunun üçün goto şərtsiz keçid operatoru mövcuddur ki, onun yazılışı aşağıdakı kimidir: goto nişan; Bu operatorun köməyilə idarəni prosedur və funksiyanın daxilinə və ya xaricinə ötürmək olmaz. Turbo Pascalda istifadə olunan nişanın 0÷9999 intervalında tam ədəd və adi identifikator tipi var. bütün nişanlar Label xidməti sözü ilə başlayan nişanın təsvir bölməsində göstərilməlidir. Məs., Label 5, 6, a;

Qeyd etmək lazımdır ki, goto operatoru struktur proqramlaşdırmanın əksinədir və ondan proqramlaşdırmada istifadə edilməsi məsləhət görülmür. Bunu nəzərə alaraq, goto operatorunun tez-tez istifadə edildiyi hallar üçün Turbo Pascala Break continue prosedurları daxil edilib.



Boş operator. Bu operator heç bir əməliyyatı yerinə yetirmir və şərtsiz keçid operatorundan müraciət lazım olduqda istifadə olunur.

Daxiletmə və xaricetmə operatorları


Turbo Pascalda standart daxiletmə READ, READLN və standart xaric etmə WRITE, WRITELN prosedurları vasitəsilə həyata keçirilir.

Bu prosedurların ümumi formatı aşağıdakı kimidir: READ( fayl dəyişənin adı, dəyişənlərin siyahısı);


64


READLn( fayl dəyişənin adı, dəyişənlərin siyahısı);

WRITE( fayl dəyişənin adı, xaric edilən elementlərin siyahısı); WRITELN( fayl dəyişənin adı, xaric edilən elementlərin siyahısı);

Standart daxiletmə əvvəldən təyin olunmuş, klaviatura ilə əlaqəli İnput adlı mətn faylında yerinə yetirilir. Standart xaric etmə isə əvvəldən təyin olunmuş, displey ilə əlaqəli Output adlı mətn faylında yerinə yetirilir. susmaya görə daxiletmə üçün İnput, xaricetmə üçün isə Output götürülür. Bunları nəzərə alsaq aşağıdakı proqram fraqmentləri ekvivalentdir.

READLn( input, A, B); WRITELN(Output,’A=’,A,’B=’,B);

READLn(A, B); WRITELN(’A=’,A,’B=’,B);



Turbo Pascalda standart daxiletmə və standart xaric etmə prosedurlarından istifadə edərkən aşağıdakıları nəzərə almaq lazımdır:

-READ, READLN prosedurları ilə yalnız tam, həqiqi, simvol, sətir tipli verilənlər oxunur;

-WRITE, WRITELN prosedurları ilə yalnız tam, həqiqi, simvol, sətir və bul tipli verilənlər yazılır.

Daxiletmədə Read prosedurundan fərqli olaraq Readln proseduru verilənlərin növbəti sətrin başlanğıcından oxunmasını təmin edir. Parametrsiz Readln –dən istifadə edildikdə verilənlərin oxunması başlanğıcından başlayır.

WRITELN prosedurunun hər bir elementi aşağıdakı kimi təsvir olunur: Expr[:M[:D]]

burada: Expr – tam, həqiqi, simvol, sətir və bul tipindən olan xaric edilən ifadə; M – xaricetmə sahəsinin uzunluğunu göstərən sıfırdan böyük tam tipli ədəd;



  1. xaric edilənin onluq işarədəki rəqəmlərinin sayını göstərən sıfırdan böyük tam tipli ədəddir. Burada D

WRITELN proseduru mətn faylları üçün WRITE prosedurunun genişlənmiş variantıdır. Parametrsiz WRITELN proseduru faylın sonuna yalnız sətrin sonu işarəsinin yazır.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə