I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə30/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

Affektlər (latın dilində affektus - ruhi təlatüm, həyəcanlanma deməkdir) — coşğun surətdə əmələ gəlib kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətlə cərəyan edən hisslərdir. Qeyz, dəhşət, həddən artıq şadlıq, kədər, qəzəb və s. affektə misal ola bilər.Affekt hallan bəzi adamlann fəaliyyətinə pozucu təsir göstərir.
Ehtiras - qüvvətli, uzunmüddətli və dərin hissdir. Ehüras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır. Bu zaman hisslər iradi cəhd ilə birləşərək adamı müəyyən çətinlikləri aradan qaldırmağa təhrik edir.
Stress (ingiliscə stress — təzyiq, gərginlik deməkdir) - insanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir. Yəni qəflətən təhlükəli vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etmək, hərəkət etmək lazım olarkən insanda özünü büruzə verən halətdir. Müasir dövrdə, elmi-texniki tərəqqi şəraitində insanlarda belə emosional halətlər tez-tez müşahidə olunur. Şagirdlər imtahan verəndə, sərnişinlər təyyarədə uçanda,rəhbər işçi mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etdikdə çox vaxt gərginlik keçirir və onu stress haləti kimi yaşayır. Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə düz-gün qavramırlar, hafizələri dolaşır, diqqətlərini başqa obyektə keçirə bilmirlər, gözlənilməz qıcıqlayıcılara qeyri-adekvat reaksiyalar verirlər. Bəzən tam çaşır, məqsədyönlü hərəkət edə bilmirlər. Bəzən isə, əksinə, stress vəziyyəti elə bil onların qüvvə və enerjisini artırır, fikri aydınlaşır, çətin məsələni tez və asanlıqla həll edir.
Stress ternıinini 1936-cı ildə məşhur Kanada fızioloqu Q. Selye təklif etmişdir. O, əvvəlcə fızioloji termin kimi işlənilmiş, sonra isə insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq olunmağa başlanılmışdır. Hal-hazırda fızioloji stresslə (ürək-damar, tənəfflis sistemlərində dəyişikliklər baş verir, başqa veketativ göstəricilər, qanda biokimyəvi dəyişikliklər və s. özünü göstərir) yanaşı psixoloji stress də ayırd edilir. Psixoloji stress isə emosional və informasiya stresslərinə bölünür. İnformasiya yükü həddən ziyadə çox olduqca insan tapşırığın öhdəsindən gələ bilmir, istənilən vaxt yüksək məsuliyyət tələb edən lazımi qərara gələ bilmir. Onda informasiya stressi əmələ gəlir.Emosional stress isə təhlükəli, qorxulu, yaxud dərin inciklik şəraitində təzahür edir. Bu halda psixi proseslərin, emosional halətin cərəyanında, fəaliyyətin motivasiya sahəsində dəyişiklik baş verir. Nəticədə insanın hərəkətlərində, nitqində pozğunluq özünü bürazə verə bilir.Buna görə də ayrı-ayrı adamlarda, eləcə də müəyyən sosial qruplarda uzun müddət davam edən stress vəziyyətinin aradan qaldırılması xüsusi psixoloji təsvir vasitələri tələb edir.
Frustrasiya (latınca frustratio - aldanma, nahaq gözləmə, əhval pozğıınluğu) - insanrn öz məqsədinə çatmasına maneçilik edən real və ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Bu emosional halətin mahiyyətini başa düşraək üçün, hər şeydən əvvəl, maneənin xarakterinə, onun insan üçün şəxsi mənasına diqqət yetirmək lazımdır.
Frustrasiya yalnız o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur. Frustrasiya daha çox şəxsiyyətin mənfi sosial qiymətləndirilməsi, onun üçün müqəddəs sayılan hiss və duyğularına həqarətlə yanaşılması və s. kimi hallarda özünü itirmək, qəzəb, küskünlük və s. şəkildə təzahür edir. Frustrasiya halətində insanda dərin psixi sarsıntılar baş verir. Frustrasiya haləti bəzən insanın xarakterinə təsir edir, onda bir sıra dəyişikliklər törədir: onun davranış və rəftarında özünə inamsızlıq, şablon davranış tərzine meyletmə və s. nəzərə çarpır. Bir sıra nevrozların baş vermesi də frustrasiya haləti ilə izah ediiə bilər. Bunun qarşısını almaq üçün psixi gərginliyə dözüm tərbiyə edilməlidir.
Atrıq qeyd edildiyi kimi stress ingilis sözü olub insanın psixi halətində baş verən gərginlik və sıxıntını bildirir. Yəni insanın gündəlik fəaliyyətində, xüsusi şəraitdə rastlaşdığı çətin və mürəkkəb amillərin yaratdığı psixi gərginliyə stress deyilir. Stressi törədən amillər, səbəblər isə stressorlar adlanır.
Stress orqanizmin daha çox gözlənilməz halda, qeyri-adi-ekstremal təsirlərə məruz qalması ilə əlaqədar olaraq baş verir və müxtəlif təzahürlərə malik olur.
Stressorlann növündən və onlann təsirinin xüsusiyyətindən asılı olaraq stressin iki əsas növü: fızioloji və psixoloji stresslər ayırd edilir.
Psixoloji stresslər özləri də iki yerə ayrılır: informativ və emosional stresslər.İnfomıativ stresslər infonnasiyanın həddən ziyadə çoxluğu şəraitində, yəni insanın qarşıya çıxan məsələləri vaxtında həll edə bilməsi, məsul qərarları lazımi sürətlə qəbul etməkdə çətinlik çəkməsi hallarında baş verir.Emosional stresslər isə daha çox təhlükəli, qorxulu vəziyyətlərdə, ciddi inciklik şəraitində baş verir. Emosional stress təhlükənin reaksiya vasitəsilə qiymətləndirilməsi və müdafıəyə hazırlıq prosesi kimi başa düşülməlidir. Emosional stress özünənəzarətin itirilməsi, yəni situasiyanı düzgün qiy-mətləndirə bilməmək və həmçinin ona münasibət göstərməkdən imtina kimi də başa düşülə bilər.
. Aksentuasiyalı şəxsiyyətlər isə daha həyəcanlı, hissiyyatlı və yüksək iddia səviyyəsinə malik olurlar. Ona görə də bu tiplərdə stressoru inkar edib düzgün qiymətləndirmədən başlamış, onu əsassız olaraq ağır (əlacsız) qəbul etməyə qədər düzgün qiymətləndiməməyə rast gəlmək olur.
İnsanın hissləri çox və rəngarəngdir. Şadlıq, gümrahlıq, yorğunluq, zəiflik, etinasızlıq, darıxma, qüssə, kədər, ələm, təəssüf, qorxu, qəzəb, dəhşət, intizar, narahatlıq, şübhə, təəccüb, sevgi, nifrət, kinayə, qısqanclıq, utancaqlıq, iftixar və s. kirni müxtəlif hisslər vardır. Hisslər hələ qəti təsnif edilməmişdir. İnsan hisslərinin çoxluğu, rəngarəngliyi onun özünün ətraf varlığa müxtəlif münasibət bəsləməsindən irəli gəlir. Axı, insan təbiətə, cə-miyyətə, insanlara, ictimai müəssisələrə, əmək fəaliyyətinə və onun nəticələrinə, müəyyən əxlaq norrnalarına, ailə münasibətlərinə, bir sözlə, gerçəkliyə hər hansı bir münasibət bəsləyır. Həmin bu gerçəklik insan hisslərinin məzrnununu təşki! edir. Buna görə də hissləri iki əsas cəhətə:
1) hisslərin yönəlmiş olduğu obyektlərə,
2) hisslərin məzmununa görə növləra bölmək olar. Bu cəhətdən insanin ali, mürəkkəb hissləri diqqəti xüsusi olaraq cəlb edir. Həmin hisslər əsasında insanın ictimai həyata, əxlaq normalarına olan münasibətini təyin etmək mümkündür. Ali hisslər cəmiyyətin üzvü kimi insanın yüksək dərəcədə in-kişafının məhsulu olub, məzmunca ən zəngin hisslərdir. Buraya əxlaqi, zehni və estetik hisslər daxildir. Əxlaqi hisslər müəyyən cəmiyyət miqyasında möv-cud olan əxlaq normalarına bəslənən subyektiv münasibətlə bağlıdır.Əxlaqi hisslərin obyekti ayn-ayn adamlar, insan qruplan, insanlar arasındakı münasibətlərə, ictimai həyat hadisələri və qanunları, eləcə də adamın öz hərəkət və rəftarları ola bilər. Əgər həmin hadisələro münasibət mövcud cəmiyyətin birgəyaşayış qaydalarına uyğun gəlirsə, müəyyən davranış normalanna müvafıqdirsə, o zaman insanda müsbət əxlaqi hisslər yaradır. Xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, kollektivçilik, məsuliyyət hissləri belə hisslərdəndir. Bəzən də insan mövcud əxlaq normalarına uyğun hərəkət etmir, öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutur. Bu zaman onda fərdiyyətçilik, bədxahlıq, düşmənçilik, paxıllıq və s. kimi mənfi hisslər kök salır.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə